Qadın düz Ravikin üstünə gəlirdi. O, iri addımlarla yeriyir və qəribə tərzdə səndələyirdi. Ravik onu lap çatanda gördü. Gördü ki, rəngi avazıyıb, almacıq sümükləri çıxıb, gözləri az qalır hədəqəsindən çıxsın



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə8/114
tarix29.09.2018
ölçüsü1,93 Mb.
#71271
1   ...   4   5   6   7   8   9   10   11   ...   114

 
21
Qadın etiraz eləmək istədi, ancaq Ravik ona imkan vermədi: 
– Düz eləyirsiniz. Sizin yaşda olanda adam hər şeylə maraqlanır. İndi isə sahibkarı 
çağırın. 
Qarı nəsə mızıldadı, ağacı sürüyə-sürüyə gözdən itdi. 
– Çox təəssüflər olsun… – Ravik qadına tərəf döndü. – Başqa çıxış yolu yoxdur. 
Bir az yaxşı çıxmır, ancaq, gərək, indi eləyək. Bəlkə də, indi başa düşmədiniz, 
ancaq belə lazımdır. 
– Başa düşürəm. 
Ravik diqqətlə ona baxdı: 
– Başa düşürsünüz? 
– Bəli. 
Sahibkar, əlində kağız, qapını döymədən içəri girdi. 
– Çamadanlar haradadır? – Ravik onu qabaqladı. 
– Əvvəlcə haqq-hesab… Buyurun, əvvəlcə haqq-hesabı verin. 
– Xeyr, əvvəlcə çamadanları gətirin. İndiyə kimi heç kəs haqq-hesabdan boyun 
qaçırmayıb. Otaq hələlik bizimdir. Gələn dəfə içəri girəndə qapını döyün. Haqq-
hesabı da bura verin, deyin ki, çamadanları gətirsinlər. 
Kişi acıqlı-acıqlı ona baxdı. 
– Qorxmayın, pulunuz çatacaq. 
Kişi çıxıb, qapını ardınca çırpdı. 
– Pul çamadandadır? – Ravik qadına tərəf döndü. 
– Mən… mən… xeyr… Deyəsən, yox… 
– Bilmirsiniz haradadır? Cibində? Bəlkə, heç yox idi? 
– Pulqabında olurdu. 
– O haradadır? 
– Orada… – Qadın tərəddüd etdi. – Çox vaxt yastığının altına qoyurdu. 
Ravik qalxıb ehtiyatla yastığı meyitqarşıq qaldırdı, qara rəngli dəri pulqabını 
götürüb qadına verdi. 
– Pulları götürün. Nə lazımdır, götürün. Tez olun! Hissə qapılmaq vaxtı deyil, siz 
yaşamalısınız. Bəs pul nədən ötrüdür? Polis idarəsində kif atmaq üçün?! 
O, pəncərədən çölə baxdı. Küçədə bir yük maşının sürücüsü göy-göyərti daşıyan 
arabaçının üstünə düşmüşdü. Ağır yük maşınını ilə iki at qoşulmuş araba 
arasındakı fərq, görünür, sürücünü qızışdırmışdı, ağzına gələni deyirdi. Ravik geri 
döndü: 
– Qurtardınız? 
– Bəli. 
– Pulqabını verin. 
Ravik onu yastığının altına soxdu. Hiss etdi ki, pulqabı bayaqkına nisbətən 
yüngülləşib. 
– Götürdüklərinizi çantanıza qoyun. 
Qadın dinməz-söyləməz onun dediyini elədi. Ravik haqq-hesab kağızını götürüb 
nəzərdən keçirdi. 
– Burada qalandan heç pul vermisiniz? 
– Bilmirəm. Deyəsən, verib. 


 
22
– Burada iki həftə üçün hesablanıb. Hesabı verdi… – Ravik bir anlığa tərəddüd 
etdi. Nədənsə, ölmüş adamı cənab Raçinski adlandırmaq ona qəribə gəldi. – Pulu 
vaxtlı-vaxtında verirdi?  
– Bəli, həmişə. Tez-tez deyirdi ki, belə vəziyyətdə pulu vaxtında vermək lazımdır. 
– Bu sahibkarın əclaflığına baxın! Bilmirsiniz, axırıncı haqq-hesab kağızı 
haradadır? 
Qapı döyüldü. Ravik təbəssümünü gizlədə bilmədi. Növbətçi çamadanları gətirdi. 
Kişi də onun dalınca gəldi. 
– Hamısı budur? – Ravik qadına baxdı. 
– Bəli. 
– Əlbətt, budur! – kişi donquldandı. – Bəs nə bilirdiniz? 
Ravik balaca çamadını götürdü. 
– Açarınız var? Açarlar harada olurdu. 
– Şkafda, pencəyin cibində. 
Ravik şkafı açdı. Bomboş idi. 
– Bəs hanı? – Ravik kişidən soruşdu. Kişi xidmətçiyə tərəf döndü: 
– Hanı? 
– Pencək məndədir… – xidmətçi kəkələdi. 
– Niyə? 
– Təmizləməyə, ütüləməyə vermişdi. 
– Bunlar daha ona lazım deyil.  
– Tez ol, get gətir, oğru əclaf! – kişi çəmkirdi. 
Xidmətçi ona qıyqacı nəzər salıb, çıxdı, az keçməmiş, pencəyi gətirdi. Ravik 
əvvəlcə pencəyi, sonra da şalvarı silkələdi. Şalvarın cibində nəsə cingildədi. Bir 
anlığa tərəddüd elədi. Əlini ölmüş adamın cibinə salmaq ona birtəhər göründü. Elə 
bil, şalvar da ölmüşdü. Qəribə idi, bu, haradan ağlına gəldi? Paltar paltardır… 
Açarları çıxarıb çamadanı açdı. Lap üstdə parusin bir qovluq var idi. 
– Budur? – deyə qadından soruşdu. 
O, başını tərpətdi. Ravik haqq-hesab kağızını o dəqiqə tapdı. Pul verilmişdi. Kağızı 
kişiyə göstərib dedi: 
– Bir həftəni artıq hesablamısınız. 
– Eləmi? – Kişi barıt kimi açıldı. – Bəs bu dava-dalaş? Bəs bu yaramazlıq? Bəs bu 
qədər həyəcan, qorxu? Bunlar heç nədir, eləmi? Ürəyim ağzıma gəlib, buna pul 
düşmür? Bayaq özünüz dediniz, müştərilər qaçacaq! Ziyanı xeyrindən çox olur! 
Bəs çarpayı? Otağı dezinfeksiya eləmək lazım deyil? Bəs murdarlanmış yorğan-
döşək üzləri? 
– Yorğan-döşək üzləri haqq-hesabda var. Hələ burada iyirmi beş frank da var
guya, dünənki yeməyin haqqıdır. – Ravik qadına tərəf döndü, – dünən burda bir 
şey yemisiniz? 
– Xeyr. Bəlkə, nə deyir, verək? Bilirsiniz… İstəyirəm tez qurtaraq… 
«Tez qurtaraq! – Ravik ürəyindən keçirdi. – Bəs sonrası? Sonra yenə o sükut… 
meyit! O sükutun qulaqbatırıcı uğultusu… İyrənc də olsa, belə yaxşıdır». Stolun 
üstündəki karandaşı götürüb hesablamağa başladı. Qurtaran kimi kağızı kişiyə 
uzatdı.  
– Razısınız? 


 
23
Kişi tez yekun rəqəminə baxdı: 
– Mən hələ ağlımı itirməmişəm. 
– Razısınız? – Ravik bir də soruşdu. 
– Siz kimsiniz axı? Nə borcunuza qalıb? 
– Qardaşıyam. Hə, razısınız? 
On faizə də əlavə xidmətlər, vergi üçün artırın. Yoxsa razı deyiləm. 
– Olsun! – Ravik haqq-hesaba əlavə elədi, qadına dedi: – İki yüz doxsan iki frank 
verəcəksiniz. 
Qadın üç dənə yüz franklıq çıxarıb kişiyə verdi. Kişi pulu götürüb getmək istədi:  
– Saat altıya kimi otağı boşaldın. Yoxsa bir günün də pulunu verməli olacaqsınız. 
– Səkkiz frankı qaytarın! – Ravik tez dilləndi. 
– Bəs qapıçı? 
– Onu da, başqa çaypullarını da özümüz verərik. 
Kişi donquldana-donquldana səkkiz frankı stolun üstünə qoydu. 
– Sales etrangers (2) – deyə mızıldanıb çıxdı.  
– Fransada bəzi mehmanxana sahibləri onları dolandıran əcnəbilərə nifrət etməklə 
öyünürlər, – deyən Ravik birdən çaypulu gözləyən xidmətçini gördü. – Götür, – 
dedi. 
Xidmətçi əvvəlcə pula baxdı. Sonra: 
– Mersi, müsyö! – deyib çıxdı. 
– İndi polis gəlib baxacaq, sonra aparmaq olar, – deyə Ravik qadına baxdı. Qadın 
səssiz-səmirsiz bir küncdə, çamadanlarla yavaş-yavaş pəncərədən süzülən 
qaranlığın arasında oturmuşdu. – Adam öləndə matah olur, diri vaxtı heç kəs 
qədrini bilmir. – O, yenə qadına baxdı. – Aşağı getmək istəmirsiniz? Oralarda 
oturmağa boş yer olar. 
Qadın başını buladı. 
– Mən də gedirəm. Polislə işi yoluna qoymaq üçün bir dostum gələsidir. Doktor 
Veber… Onu aşağıda gözləyərik. 
– Xeyr, mən burada qalmaq istəyirəm. 
– Nəyə qalırsınız? Onsuz da heç nə eləyə bilməyəcəksiniz. 
– Bilmirəm… O… İndicə aparacaqlar… Mən tez-tez… O, mənimlə xoşbəxt 
olmadı… Mən tez-tez çıxıb gedirdim… İndi qalacağam! – Qadın bu sözləri çox 
sakit, inamla dedi. 
– Onun bundan xəbəri olmayacaq. 
– Ona görə qalmıram… 
– Yaxşı, onda, gərək, bir şey içəsiniz. Lazımdır… – Ravik cavab gözləməyib zəngi 
basdı. Xidmətçi, elə bil, qapının ağzında hazır dayanmışdı, o dəqiqə içəri girdi. 
– İri qədəhlərdə iki konyak gətirin. 
– Buraya? 
– Bəs haraya? Əlbəttə, buraya. 
Baş üstə, müsyö. 
Xidmətçi bir şüşə «Kurvuaze» konyakı və iki qədəh gətirdi. Qorxa-qorxa küncə, 
qaranlıqda işlıdayan çarpayıya tərəf baxdı. 
– İşığı yandırım? – deyə soruşdu. 
– Xeyr. Şüşə də qalsın. 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə