Qafar Çaxmaqlı İŞĞal və “MƏskunlaşdirma” FİTNƏkarliğI İşgal olunmuş Azərbaycan ərazilərinə



Yüklə 33,79 Mb.
Pdf görüntüsü
səhifə14/21
tarix08.07.2018
ölçüsü33,79 Mb.
#54457
1   ...   10   11   12   13   14   15   16   17   ...   21

Kdlbscər  Riko Rivera şəhəri (ABŞ, Kaliforniya) ilə  “qardaş” olub

Azərbaycanın  işğal  altındakı  Kəlbəcər  və  ABŞ-ın  Kalifomiya 

ştatındakı  Piko  Rivera  şəhərləri  qardaşlaşıb.  Amerikanın  Milli  Erməni

56

Komitəsinə (ANKA) istinadən  məlumatına görə,  bu barədə Piko Rivera 

şəhər  şurası  qərar  qəbul  edib.Qətnamədə  şura  üzvləri  Dağlıq  Qarabağ 

münaqişəsi  qurbanlanm  yad  ediblər.  Sənəddə  Kəlbəcər  və  qondarma 

“Dağlıq  Qarabağ Respublikası”  sakinlərinin  fəlakət  qarşısında  sadiqlik 

və  qətiyyət  nümayiş  etdirdikləri  vurğulamb.  Səsvermədən  sonra  Şura 

üzvləri  qətnaməni  qəbul  etməkdən qürur duyduqlarım bildiriblər.  Onlar 

bu  sənədə  şəhər  rəhbərlikləri  ilə  erməni  icmaları  arasında  davamlı 

əməkdaşlıq kimi  yanaşdıqlannı  bildiriblər.  Qətnaməni ANKA rəsmiləri 

də alqışlayıblar...



Kəlbəcərdə  qanunsuz arxeoloji 

qazıntıların  məqsədi  nədir?  Erməniləşdirilmiş 

200  abidə

Dağlıq  Qarabağdakı  qondarma  rejim  artıq  8  ildir  ki,  işğal 

altındakı 

Kəlbəcər 

rayonu 

ərazisində maddi-mədəni 



abidələri 

aşkarlanması  və sənədləşdirilməsi  -  daha  dorusu  erməniləşdirilməsi 

ilə bağlı  proqram  həyata  keçirir.  Qondarma  rejimin  “turizm  və tarixi 

abidələrin  qorunması  üzrə idarəsi”nin  rəhbəri  Sergey  Şahverdyan 

yerlijurnalistlərə açıqlamasında 

deyib 


ki,

illər 


ərzində 

Kəlbəcər 

ərazisində 200-dən 

artıq 


tarixi 

abidə aşkarlanıb.  Bu  abidələr  tunc  dövründən  tutmuş  orta əsrlərə kimi 

olan  müxtəlif  dövrləri  əhatə edir.  Onlann  arasında  kilsələr,  qəbir 

daşları, 

qalalar 

və yaşayış 

məskənləri 

üstünlük 

təşkil 

edir. 


Şahverdyanm  sözlərinə görə,  artıq  sənədləşdirilmiş  abidələr  yerli 

hökumət  tərəfındən  qorunur.  Ümumilikdə isə onun  məlumatına  görə, 

Dağlıq  Qarabağ ərazisində 4  mindən  artıq  tarixi  abidə qeydiyyata 

alınıb.


Qarabağ  erməniləri  isə iddia  edirlər  ki,  aşkar  olunmuş  abidələr  bu 

torpaqlarda  tarixən  erməni  yaşayış  məskənlərinin  mövcud  olduğunu 

sübut edir.

57



İş  o  yerə  çatıb  ki,  Laçın  və  Kəlbəcər  rayonlanna  erməni  ailələrinin 

köçürülməsi  layihəsinin  reallaşması  üçün  lotereya  oynanılır”. 

Bu 

barədə  separatçı  Dağlıq  Qarabağ rejimin  "baş  naziri”  Ara Harutyunyan 



bildirib. 

Onun  sözlərinə  görə  Laçın  və  Kəlbəcər  rayonlarına  erməni 

ailələrinin  köçürülməsi  perspektiv  planda  nəzərdə  tutulub.  Lakin

qondarma  qurumun  "hökumət 

başçısı”  layihənin  reallaşması 

üçün  külli  miqdarda  vəsait 

lazım  olduğunu  da  etiraf  edib. 

A.Harutyunyan  proyektin  30 

milyon  drama  (təxminən  12 

milyon  dollar)  reallaşacağını 

söyləyib.  "Pulu  yığmaq  üçün 

bizim 


tərəfımizdən 

lotereya 

oynanılır.Biz  erməni  ailələrinin 

məskunlaşma 

prosesini

sürətləndirməliyik.  Hazırda  Kaşatağ  rayonunda  (Laçında)  10  min  ailə 

yaşayır”. 

A. 


Harutyunyan 

Dağlıq 


Qarabağa 

bitişik  bəzi 

rayonlara  kütləvi  şəkildə  əhalinin  yerləşdirilməsi  ilə  bağlı  prosesin 

davam  etdirildiyini  bəyan  edib. 

Qeyd  edək  ki,  Azərbaycanın  işğal 

altında 


olan 

bölgələrində 

qanunsuz 

olaraq 


erməni 

ailələri


58

məskunlaşdınlır.  Suriyada  vətəndaş  müharibəsi  başlayandan  sonra  isə 

bu  ölkədə yaşayan  ermənilərin  Dağlıq  Qarabağ və  ona bitişik rayonlara 

məskunlaşdınlması  intensiv  hal  alıb.  Son  məlumatlara  görə  3  ildə  3 

mindən  çox  Suriyadan  gələn  erməni  Qarabağda  yerləşdirilib.  Bu  həm 

də  erməni  lobbisi  həm  də  "Tufenkyan”  və  "Kaşataq”  xeyriyyə 

fondlannm maliyyə dəstəyi  ilə reallaşır ("Modem.az)

Ermənilər  Laçın  və  Kəlbəcər  rayonlannın  ərazicə  Ermənistanla 

bütövləşdirilməsinə  çalışırlar.  Bəllidir  ki,  “Ermənilərin  Laçın  və 

Kəlbəcərlə  bağlı  xüsusi  planlan  var.  Və  onlar  bu  bölgələri  sülh 

danışıqlan  ilə  də  Azərbaycana  vermək  fıkirləri  yoxdur.  Laçın  və 

Kəlbəcər Dağlıq  Qarabağ və Ermənistanla ərazi  cəhətdən bütövləşdirir. 

Belə  bir  fıkir  olmasaydı  "ac  Ermənistan"  Vardenisdən  Kəlbəcərə 

milyonlar töküb yol  çəkməzdi” .



GEĞARKUNİK(GÖYÇƏ)  -  KƏLBƏCƏR 

MAGİSTRAL YOLU NƏYƏ XİDM ƏT  EDƏCƏK

“Hayastan”  ümumerməni  fondu  1992-ci  ildə  təsis  edilib.  Fondun 

əsas  vəzifəsi  Ermənistanda  və  Dağlıq  Qarabağda  “ümummilli 

layihələrin”  həyata keçirilməsi  və infrastrukturun  inkişaf etdirilməsidir. 

Ermənistan 

prezidentinin 

sədrlik 

etdiyi 


“Hayastan” 

fondunun


59


qəyyumlar  şurasına  dünya  erməni  diasporunun  nüfuzlu  nümayəndələn 

daxildir.

Fondun  iyirmiillik  fəaliyyəti  sayəsində  ümumi  uzunluğu  476 

kilometr yollar,  517 kilometr su kəmərləri,  144  kilometr qaz kəməri,  70 

kilometr elektrik xətlər salımb.

Bundan  başqa,  334  məktəb  və  uşaq  bağçası,  424  yaşayış  binası,  70 

tibb  müəssisələri,  53  idman  və  mədəniyyət  mərkəzləri  yenidən  tikilib 

və abadlaşdınldığı  bildirilir.

Ötən  il  telemarafon  nəticəsində  toplanan  təxminən  21,4  milyon 

dollar  Dağlıq  Qarabağın  kənd  rayonlannda  icma  mərkəzləri  tikilib  və 

suriyalı  ermənilərə yardım göstərilmişdir.

“Hayastan”  fondunun  20-illik  fəaliyyəti  ərzində  təxminən  236 

milyon  dollar məbləğində proqramlar həyata keçirilib.  Onlardan biri  də 

30  milyonluq  Vardenis  -  Kəlbəcər  -  Xankəndi  magistral  yoludur.  0  

2015-də istifadəyə veriləcək.

“Azadlıq” 

radiosunun 

ernwni 

xidm əti 

( “Azatutyun”) 

Vardenisdən 

Kəlbəcərə y o l  layihəsi  ilə  bağlı  videosüjet  hazırlayıb, 

Süjetdə  yolun  ermənilər  və  Dağlıq 

Qarabağ  üçün  strateji 

əhəmiyyətindən  bəhs  edilərək  göstərilir  ki,  indiyə  qədər  bu 

ərazilərdən  Ermənistanın  ən yaxın  rayonuna getmək  üçün  azı  6 saat 

vaxt  tələb  olunurdu.  Yeni yolun  çəkilməsindən  sonra  isə  bu  müddət 

cənti yarım saat təşkil edəcək.

Kəlbəcəri 

Ermənistamn 

indiki 


Geqarkunik 

rayonu, 


qədim 

Azərbaycan torpaqlan  olan  Göyçə mahalı  ilə birləşdirmək üçün  çəkilən 

yola  vəsaitlər  erməni  iş  adamlan  tərəfındən  aynldığı  bildirilir.  Qeyd 

olunur  ki,  gələcəkdə  bu  layihəyə  “dövlət  vəsaitləri”  də  cəlb  ediləcək. 

Bu yol  Xankəndi-Şuşa-Laçın-Gorus yolundan  150  kilometr qısa olacaq 

,  Qeyd  edək  ki,  Dağlıq  Qarabağın  Ermənistanla  əlaqəsi  hazırda  ancaq 

uzunluğu  400  kilometrdən  çox  olan  Xankəndi-Şuşa-Laçın-Gorus  yolu 

vasitəsilə  təmin  edilir.  Qarabağın  işğalından  sonra  ermənilər  bu  yolu 

diasporun  pullan  hesabına  xeyli  yüksək  səviyyədə  yenidən  qurdular. 

Lakin  elə ermənilər özləri  də etiraf edirlər ki,  qış  aylannda bu yolda  da 

hərəkət çətinləşir.  Bəzi  hallarda  qar uçqunlan  nəticəsində yolun yüksək 

dağlıq  ərazilərdən  keçən  hissəsi  günlərlə bağlı  qalır,  tez-tez  qatı  duman



60

yolda  hərəkəti  çətinləşdirir.  Dağlıq  Qarabağın  separatçı  erməni 

rəhbərliyi  bildirir  ki,  Kəlbəcər  ərazisindən  keçən  yeni  yol  bölgənin 

Ermənistanla  quru  əlaqəsini  dəfələrlə  qısaldacaq.  Dağlıq  Qarabağdakı 

separatçı  rejimin  “baş  naziri”  Ara  Harutyunyan  yolun  əhəmiyyəti 

haqda  bunlan  deyir:  “Biz  Kəlbəcər  rayonunun  inkişafı  planı 

baxımından  bu  yolun  tikintisinə  böyük  əhəmiyyət  veririk.  Yol  işə 

düşəndən 

sonra 

biz  təkcə 



Gorus-Stepanakert 

yolundan 

asılı 

olmayacağıq.  İqtisadi  planda  bu  yol  rayonun  inkişafı  üçün  mühüm 



stimul  olacaq.  Həmçinin  yol  bizim  dağ-mədən  sənayemizin  inkişafı 

planlarmın  sürətləndirilməsi  baxımından  da  əhəmiyyət  daşıyacaq” . 

Sərvətləri  talayaıb  daşımaq  asanlaşacaq. 

Kəlbəcər  Azərbaycanın 

füsunkar  təbiətə  malik  bölgələrindən  biri  olmaqla  yanaşı,  həm  də 

zəngin  yeraltı  ehtiyatlara,  o  cümlədən  bir  neçə  növ  qiymətli  metal 

ehtiyatlanna  malikdir.  İşğaldan  sonra  Kəlbəcər  rayonu  ərazisində 

sənaye  əhəmiyyətli  ehtiyatları  112.5  ton  və  istismar  olunan  Söyüdlü 

(Zod)  qızıl  yatağı,  qiymətləndirilmiş  ehtiyatları  13  tondan  çox  olan 

Ağdüzdağ  və  Tutxun  qızıl  yataqları,  sənaye  əhəmiyyətli  ümumi 

ehtiyatlan  850 ton olan 3  (Ağyataq, Levçay və  Şorbulaq) civə yatağı  və 

qiymətləndirilmiş  ehtiyatlan  200  tondan  çox  olan  Qamışlı  və  Ağqaya 

civə  yataqları,  qiymətləndirilmiş  ehtiyatları  10941  min  m3  olan  və 

mişar daşt  istehsahna yararlı  Kilsəli tuf yatağı,  ehtiyatları  4473  min  m3 

olan  və  yüngül  beton  doldurucusu  kimi  istifadə  edilən  Keçəldağ  perlit 

yatağı,  ümumi  ehtiyatlan  2.2  mln.  m3  olan  2  üzlük  daş  yatağı, 

ehtiyatları  2540  min  m3  olan  Çəpli  qum-çınqıl  qarışığı  yatağı,  gözəl 

dekorativliyə malik 4  mərmər on  ikisi  (ehtiyatları  1756 ton),  2  nefritoid 

(ehtiyatlan  801  ton) yatağı,  ehtiyatlan  2337  ton  olan  1  obsidian  yatağı, 

ehtiyatlan  1067  min  m3  olan  1  listvenit  yatağı  qalıb.  Ermənilər  neçə 

ildir  Ermənistan  istiqamətindən  Kəlbəcərin  qızıl  yataqlannı  qazaraq 

sərvətlərimizin  bir  qismini  talamağa  nail  olublar.  Lakin  əsas  yataqlara 

çıxış  əldə  etmək  üçün  infrastruktur  yox  idi  və  Kəlbəcəri  Ermənistanla 

birləşdirən yolun çəkilməsi bu  infrastrukturu yaradacaq.

Bu  sadəcə  yol  deyil,  işğal  altında  olan  Kəlbəcər  rayonunun 

birdəfəlik  əldən  getməsi  təhlükəsini  yaradır  və  rəsmi  Bakı,  ölkə 

ictimaiyyəti  ermənilərin  bu  fəaliyyətinə  qarşı  geniş  beynəlxalq 

kampaniya  başlatmalı  idi.  Məsələ  ondadır  ki,  yolun  tikintisi  bir  neçə



61


Yüklə 33,79 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə