Qafar Çaxmaqlı İŞĞal və “MƏskunlaşdirma” FİTNƏkarliğI İşgal olunmuş Azərbaycan ərazilərinə



Yüklə 33,79 Mb.
Pdf görüntüsü
səhifə2/21
tarix08.07.2018
ölçüsü33,79 Mb.
#54457
1   2   3   4   5   6   7   8   9   ...   21

ərazilərin  sahibi  var  və  onlar  başqa  bir  ərazidə  müvəqqəti 

məskunlaşıblar.  Bu  ərazilərin  nə  vaxtsa  boşaldılmasım  gözləyirlər. 

Demək ermənilərin  adıkeçən ərazilərdə məskunlaşması  siyasi xarakter 

daşıyır.  Məskunlaşdınlan  erməni  əhali  isə  qurbandır.  Siyasi  qurban. 

Tarix  boyunca  öz  məkrli  məqsədləri  üçün  belə  qurbanlar  verən 

ermənilər  Böyük  Güclərin  yardımı  ilə  özlərinə  başqa  bir xalqın  halal- 

hümmət  torpağında  dövlət  qurublar.  Bu  dövlətin  də  əbədi  yaşayacağı 

hələ sual  altındadır.



Məskunlaşma  əhalinin  ölkə,  yaxud  region  ərazisində  tarixən 

yayılma  prosesidir.  Bu  da  olmamışdır.  Ermənilər  məskunlaşmanı  süni, 

özü də adda- budda həyata keçirirlər.  Əsasən Kəlbəcər,  Laçın,  Cəbrayıl 

və Zəngilan  ərazilərində.  Bu  ərazilər həm  də  strateji  əhəmiyyət daşıyır. 

Demək  ermənilərin  məskunlaşdırma  fəaliyyəti  strateji  xarakter 

daşıyır.


Məskunlaşma  sistemi  bütövlükdə  məskünlaşma  formalanm  və 

məskən tiplərini  müəyyənləşdirən coğrafı  mövqeyi,  təsərrüfatı,  ərazinin 

əhalisini  yaradır.  Məskunlaşma  sosial-iqtisadi,  coğrafı  və  demoqrafık 

amillərlə  (istehsal  münasibətlərinin  xarakteri,  məhsuldar  qüwələrin 

səviyyəsi  və  yerləşdirilməsi,  iqlim,  relyef,  yer  təkinin  ehtiyatları, 

əhalinin  təkrar  istehsal  rejimi  və  s.)  şərtlənir.  Ermənilər  bu  məsələ  də 

uğur  qazana 

bilməzlər.  Çünki  hər  şey  ekonomik  gəlişmələrin 

doğracağı  müsbət  iqtisadi  əlaqələrin  yaranması  ilə  nəticələnməlidir. 

Belə  nəticə  isə  heç  vaxt  əldə  etmək  mümkün  deyil.  Həm  də  bu 

təsərrüfat  əlaqələrini  qurmaq  üçün  bazar  yoxdur.  Bu  bazar  əw əllər 

mövcud  idi.  Aran  Qarabağı  ilə  Dağlıq  Qarabağ  bir  vahid  təşkil 

edirdilər. 

Hətta  biz  onu  vaxtilə  bir  kitabımızda  “siam  əkizləri” 

adlandırmışdıq. 

Dediyimiz  həmin  sistem  erməni  separatçılığı 

nəticəsində  dağıldı.  İndi  belə  əlaqələr  qurulması  üçün  Aran  Qarabağla 

Dağlıq  Qarabağ  birləşməlidir.  Bu  olmayacaqsa  (olmayacağım  onlar 

yaxşı  bilirlər)  ermənilərin  bu  ərazilərdə  əhali  yerləşdirmə  ideyaları 

fıaskoya uğrayacaq.  Belə plan qurmaq  isə “Böyük Ermənistan”  qurmaq 

kimi  xülyanın  bir  tərkib  hissəsi  kimi  həmin  xalqın  özünə  bir  təhdid 

oluşduracaq.Və  bu  ərazilər  heç  zaman  ayrı  olmamışdır.  XDC  əsrin



6

əwəllərindən  başlayaraq  ermənilərin  Qarabağa  köçürtilməsindən 

başlayaraq  günümüzə  qədər  bu  çoğrafıyada  baş  verən  hadisələr  çox 

mürəkkəb  olmuşdur.  Ermənilərin  Dağhq  Qarabağa  olan  iddialannm 

əsassızlığı  tarixi  sənəd  və  dəlillərlə  dünya  ictimaiyyətinin  diqqətinə 

çatdınlsa  da  Dağlıq  Qarabağda  erməni  separatçılığı  bu  əlaqələrə  çox 

zərər  vurmuşdur.Azərbaycanın  tərkibində  olduğu  bütün  dövrlərdə 

DQMV  -də  həyat  tərzi,  sosial-iqtisadi  inkişaf  Azərbaycanın  digər 

regionlanndan üstün  olmuşdur.  Nəyin hesabına  .  Əlbəttə,  Qarabağın və 

Azərbaycanm  digər  regionlarının  hesabına. 

Dağlıq  Qarabağın 

işğalaqədərki  və  işğaldan  sonrakı  dövrlərdə  sosial  -iqtisadi  və  mədəni 

inkişafına  fıkir versək  görərik  ki,  özünütəcrid  və  iqtisadi  gerilik  səbəbi 

separatçılıq  fəaliyyətidir.  Ermənistanın  özünün  də bu  gün  düşdüyü  ağır 

durun  mun  səbəblərini  burad  axtarmaq  lazımdır.  Ermənilərin  DQMV- 

ın  1923-1991- ci  illərdə geri  qalması  barədə fıtnəkar fəaliyyətlərini  ifşa 

etmək  üçün  kifayət  qədər  fakt  və  dəlillərimiz  vardır.  Bu  gün  Dağlıq 

Qarabağın  acınacaqlı  durumu  göz  qabağındadır,  separatçı  rejimin  bu 

torpaqlann  yeraltı  və  yerüstü  sərvətlərini  talan  etməsi  bu  torpaqlarda 

onlann müvəqqəti  olduqlarınm sübutudur.

Bir  zamanlar  İrəvan  ,  Zəngəzur,  Göyçə,  Vedibasar,  Zəngibasar, 

Dərələyəz,  Ağbaba...kimi  minlərcə Türk yurdu  əbədi  itirilib.  Ermənilər 

indi  Qarabağa  da,  işğal  altında  saxladıqlan  digər  Azərbaycan 

bölgələrinə  də  eyni  taleyi  yaşatmaq  istəyirlər.  Bunun  üçün  məkrli 

planlar  qurur,  işğal  etdikləri  ərazilərə  buraya  yad  olan  insanlan 

yerləşdirir,  bu  yerin  adlarına  da  soyqırımı  edir,  onlan  dəyişdirərək 

erməniləşdirməyə  cəhd  edirlər.  İşğal  altında  olan  rayonların  adlanmn 

dəyişdirilməsi  isə  göstərir  ki,  Ermənistan  işğal  etdiyi  əraziləri  geri 

qaytarmaq  fıkrində  deyil.  Budur  ,  Azərbaycan  rayon  mərkəzlərinin 

dəyişdirilmiş adlan:



Ağdam- Aqna  (şəhər)  Uxtasar(rayon)

Füzuli- Maranda

Laçın- Berdzor(şəhər), Kaşatağ(rayon)

Kelbecer- Karvacar(şəhər) Şaumyan  (rayon)

Zəngilan-Kovşaqan 

Qubadlı- Sanasar 

Cebrayıl-Craqan

7


Xocalı- İvanyan 

Şuşa- Şuşi

Xankəndi-  Stepanakert 

Xocavənd- Martuni 

Ağdərə- Mardakert

Yalnız  rayon  adlan  deyil,  işğal  altındakı  qəsəbə  və  kəndlərimizin 

adlan  da  dəyişdirilərək  “erməniləşdirilir”.  Məsələn,  Ağdamın  məşhur 

Abdal  Gülablı  kəndinin  adı  dəyişdirilərək 

Vazgenaşen  (Vazgen 

Sarkisyanın  şərəfınə)  qoyulmuşdur.  Bölgənin  ermənilərə  aidliyini 

“sübut”  etmək  üçün  arxeoloji  qazıntılar  aparılır,  ermənilərin  burada 

yaşaması  ilə  bağlı  tapınaqlar  axtanrlar.  “Qarabağ  Tiqranakerti”  ilə 

bağlı  saxta  arxe-bilgilərin  dövrəyə  buraxılması  da  bu  qəbildəndir.  Bu 

bölgələri  əldə saxlamaq  üçün  bu ərazilərə  əhali  yerləşdirilməsi  həm

Ermənistanın,  həm Qarabağdakı 

qondarma  qurumun  əsas  hədəfıdir.

Bu  planları  ifşa  edərək  məsələnin  qanunsuzluğunu,  beynəlxalq

normalara  zidd 

olduğunu

dünya 


ictimaiyyətinin

diqqətinə  çatdırmaq  kitabın 

əsas 

məqsədidir.



Azərbaycanın 

beynəlxaq

qurumlar 

tərəfındən 

tanınan  bu  ərazilərə  erməni



əhali  yerləşdirmə  fıtnəkarlığı 

da  bir  erməni  oyunudur  və 

biz 

bu 


çalışmada 

bu

məsələlərdən bəhs edəcəyik.



Bu 

qadın 

bir 

azarbaycanlı 

anadır.

.... Qaçqındır. 



Köçkündür.

............. Çiyninə  daşıya  bilnıəyəcəyi  böyük  bir  dərd yüklənib.  Doğnıa



yurdu  hələ  də  işğal  ahındadır.  Bu  ana yurd  həsrəti  ilə  alışıb yanır, 

lakin  oraya  gedə  bilnıir.  Onun  Vətəninə  isə yadellilər yerləşdirilir... 

Bır zamanlar da  belə olmuşdu.  Adına  Ermənistan  deyilən  ölkə yurd- 

yurd,  oba- oba əldən  çıxandan sonra  indiyü z minlərcə,  nıilyonlarca 

insan  doğnıayurduna heç uzaqdan  da baxa bilmir...

8

“Karvacar(  Kəlbəcər)  Bəyannaməsi”

və  Azərbaycana  yeni  ərazi  iddiaları

2013-cu  ildə  Karvacara  (Kəlbəcər-Azərbaycanın  işgal  altında 

olan  bir  bölgəsi)  Ermənistanın  müstəqilliyini 

qeyd  etməyə  gəlmiş 

Ermənistan 

QHT-lərinin  bir  qrup  təmsilciləri  bir  bəyannamə 

yayınlamışlar. 

Bu 


“Karvacar  Deklarasiyası” 

adlandınlmışdır.Bu 

bəyannamədə  Azərbaycanın  əsasən  Dağlıq  Qarabağın  ətrafında  olan 

torpaqlann  qanla  alındığı  və  qətiyyən  verilməyəcəyi  fıkirləri  yer 

almışdır.  Bu  toplantıya  vaxtilə  Qarabağda  terrorçuluq  fəaliyyəti 

göstərən  adamlar da  qatılmışlar.  “heç vəchlə “azad  olunmuş”  torpaqlar 

geri  verilməyəcək.  Əgər belə bir qərarı  Ermənistan  qəbul  etsə,  Qarabağ 

savaşına qatılmış insanlar bununla razılaşmayacaq.

Bəyannamədə  əlavə  olaraq  Azərbaycanın 

Dağlıq  Qarabağ 

Vilayətinin yanı  sıra  Naxçıvanın  da  “geri  alınması”  fıkri  yer almışdır. 

Deklarasiyada  Araratın  (Ağn  dağı)  işgaldan  xilas  edilməsi  üçün  də 

tespitler  vardır.  21-ci  əsrdə 

bunun  gerçekləşməsi  üçün 

nələrin 

ediləcəyi  də  “sənəddə”  yer almışdır.

Deyək  ki,  yeni  ərazi  iddiaları  da  Ermənistan  cəmiyyətində  həmişə 

gündəmdədir.  Keçmiş  Şaumyan  rayonu  (indi  Goranboy),  yaşayış 

məntəqələri  də  (Göygöl  rayonunun  Çaykənd  kəndi)  aid  edilərək 

Azərbaycana yeni  ərazi  iddiaları  irəli  sürülür.  Təbii  ki,  onlar bu iddialar 

içərisində Naxçıvan  Muxtar Respublikasım  da unutmurlar.  Ermənilərin 

məskunlaşma  anlayışına  baxışı  sırf  insanlara  yardım  etmək  ,  onların 

düşdüyü  durumu  yaxşılaşdırmaqdan  uzaqdır.  O  siyasi  xarakter  daşıyır. 

İşğal  etdikləri  əraziləri  əllərində  saxlamaq  üçün  bu  üsuldan  istifadə 

etməyə  çalışırlar.  Bu  da  qonşu  ölkənin  işğalçı  xarakterini  açıb  ortaya 

qoyur.


9


Yüklə 33,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə