Qafar Çaxmaqlı İŞĞal və “MƏskunlaşdirma” FİTNƏkarliğI İşgal olunmuş Azərbaycan ərazilərinə



Yüklə 33,79 Mb.
Pdf görüntüsü
səhifə9/21
tarix08.07.2018
ölçüsü33,79 Mb.
#54457
1   ...   5   6   7   8   9   10   11   12   ...   21

informasiya mənbəyinə  əsasən,  Azərbaycanın Dağlıq  Qarabağ və  digər 

işğal  olunmuş  ərazilərinə,  o  cümlədən  Laçın,  Kəlbəcər,  Zəngilan  və 

Cəbrayıl  rayonlanna  on  minlərlə  sakin  köçürülmüşdür.  Ermənistan 

işğal  olunmuş  ərazilərdə  erməni  əhalisinin  sayım  143  000-dən  300  000 

nəfərədək  artırmaq  niyyətindədir.  Faktlar  sübut  edir  ki,  bütün  bu 

fəaliyyət işğal  olunmuş  ərazilərin  ilhaqı  məqsədilə mütəşəkkil  qaydada 

həyata  keçirilir.  İşğal  olunmuş  ərazilərindəki  bu  fəaliyyətin  uzağı 

hədəfə  alan  nəticələrindən  ehtiyatlanaraq  həyəcan 

təbili  çalan

Azərbaycan  məsələnin  BMT-nin  Baş  Məclisində  onun  müzakirəsini 

xahiş  etdi.  Bu təşəbbüs Ermənistan-Azərbaycan münaqişəsinin  ədalətli, 

tam  və  hərtərəfli  nizamlanmasına yalnız  beynəlxalq  hüququn forma və 

məzmununa  tam  və  birmənalı  hörmət  əsasında  nail  olunmasına  güclü 

inamdan irəli  gəlirdi.  29  oktyabr 2004-cü il  tarixində BMT Baş Məclisi 



“Azərbaycanm  işğal  olunmuş  ərazilərində  vəziyyət”  adlı  bəndi 

özünün  59-cu  sessiyasımn  gündəliyinə  salmağı  qərara  aldı.  11  noyabr 

2004-cü  il  tarixində  Azərbaycanm  işğal  olunmuş  ərazilərinə  əhalinin 

köçürülməsi  barədə  məruzə  (A/59/568)  BMT  Baş  Məclisinə  təqdim 

olundu.  Gündəlikdəki  bu  bəndin  BMT  Baş  Məclisində  müzakirə 

olunması  Azərbaycanm  işğal  olunmuş  ərazilərində 

qeyri-qanuni

məskunlaşma  məsələsinə  diqqətin  cəlb  edilməsi,  eləcə  də  bu  təhlükəli 

təcrübəyə 

son 


qoyulması 

üçün  təcili 

tədbirlərin 

görülməsinə

başlanmasında mühüm rol  oynadı.  ATƏT-in faktaraşdırıcı  missiyasının 

30 yanvar-5  fevral  2005-ci  il  tarixlərində işğal  olunmuş  ərazilərə  səfəri 

Azərbaycanın  BMT  Baş  Məclisinin  59-cu  sessiyasınm  gündəliyinə 

işğal  olunmuş  ərazilərdəki  vəziyyət  barədə  məsələ  daxil  etməsinin 

məntiqi  nəticəsi  idi.  Missiyanın  fəaliyyətinin  əsas  nəticəsi  Azərbaycan 

tərəfınin  təqdim  etdiyi  və  bölgədə  vəziyyətin  araşdırılmasından  əldə 

olunan  ətraflı  faktlara  söykənən  məruzə  oldu.  Missiya  işğal  olunmuş 

ərazilərdə  yeni  yaşayış  məntəqələri  salınması  faktım  təsdiqləyərək, 

Azərbaycanın  narahatlığına  şərik  oldu.  ATƏT-in  Minsk  qrupunun 

həmsədrləri  öz  növbəsində  faktaraşdırıcı  missiyanın  məruzəsinə 

əsaslanaraq,  bölgənin  demoqrafık  tərkibində  dəyişiklik  edilməsinin 

yolverilməzliyini  vurğuladı  və  müvafıq  beynəlxalq  təşkilatları  işğal 

olunmuş  ərazilərdə  yerləşdirilmiş  əhalinin  köçürülməsi  və  öz  yurd- 

yuvalarından 

didərgin 

salınmış 

insanların 

doğma 


yurdlarına

36

qayıtmalan  üçün  lazımi  tədbirləri  görməyə  çağırdı.  Faktaraşdıncı 

missiyanm  məruzəsi  və  ATƏT-in  Minsk  qrupu  həmsədrlərinin  ona 

əsaslanan  tövsiyələri  problemin  sonrakı  müzakirəsi  və  həlli  üçün  əsas 

oldu.  Azərbaycanın  işğal  olunmuş  ərazilərindəki  vəziyyət  BMT  Baş 

Məclisinin  sonrakı  iclaslannda  da  gündəlikdə  olmuşdur.  7  sentyabr 

2006-cı  il  tarixində  BMT  Baş  Məclisi  işğal  olunmuş  ərazilərdə  baş 

vermiş  kütləvi  yanğın  hallan  ilə  əlaqədar  Azərbaycanm  təklif  etdiyi 

“Azərbaycanın 

işğal 


olunmuş 

ərazilərində 

vəziyyət” 

adlı 


(A/RES/60/285)  qətnaməni  qəbul  etdi.  BMT Baş  Məclisinin  qətnaməsi 

ətraf  mühitlə  bağlı  təcili 

əməliyyatlann  həyata  keçirilməsinin 

zəruriliyini  qeyd  edərək,  yanğınlann  bölgənin  ətraf  mühitinə  qısa  və 

uzunmüddətli  təsirinin  qiymətləndirilməsinə  və  aradan  qaldırılmasına 

çağırdı.  Bu  məqsədlə,  qətnamə  tərəflərin  əməkdaşlığa  hazır  olduğunu 

vurğulayaraq,  BMT  sisteminin  təşkilat  və  proqramlannı,  xüsusilə  də 

BMT-nin  Ətraf  Mühit  Proqramını  ATƏT-lə  əməkdaşlıq  etməyə 

çağırdı.  ATƏT-in  4-12  oktyabr 2006-cı  il  tarixlərində  həyata  keçirdiyi 

faktaraşdırıcı  missiyası  yanğınlann  zərər  çəkmiş  ərazilərin  ətraf 

mühitinə  qısa  və  uzunmüddətli  ziyanmı  dəyərləndirdi  və  “yanğınlann 

ətraf  mühit  və  iqtisadiyyata  zərər  verdiyini  və  insan  sağlamlığı  və 

təhlükəsizliyinə  təhlükə  yaratdığını”  təsdiq  etdi.  14  mart  2008-ci  il 

tarixində  BMT  Baş  Məclisi  özünün  62-ci  sessiyasında  Azərbaycanın 

işğal  olunmuş  ərazilərində vəziyyətə  dair A/RES/62/244  saylı  qətnamə 

qəbul  etdi.  Azərbaycan  Respublikasımn  Dağlıq  Qarabağ  bölgəsi  və 

ətrafındakı  silahlı  münaqişənin  beynəlxalq  sülh  və  təhlükəsizliyə 

təhlükə  törətdiyindən  ciddi  narahathq  keçirən  BMT  Baş  Məclisi 

Azərbaycan  Respublikasının  suverenliyini  və  beynəlxalq  səviyyədə 

tanınmış  sərhədlərinin toxunulmazlığına güclü  dəstəyini  bir daha təsdiq 

edərək,  bütün  erməni  qoşunlannın  Azərbaycan  Respublikasının  bütün 

işğal  olunmuş  ərazilərindən  dərhal,  tam  və  qeyd-şərtsiz  çıxanlmasını 

tələb  etdi.  Baş  Məclis,  eyni  zamanda,  işğal  olunmuş  ərazilərdən 

qovulmuş  əhalinin  öz  yurd-yuvalanna  qayıtma  hüququnu  bir  daha 

təsdiq  etdi.  Qətnamə  həmçinin  Azərbaycan  Respublikasının  Dağlıq 

Qarabağ  bölgəsinin  erməni  və  azərbaycanlı  icmalanna  Azərbaycan 

Respublikası  tərkibində  səmərəli  demokratik  özünüidarə  sistemi 

yaratmağa  imkan  verəcək  normal,  təhlükəsiz  və  bərabər  əsaslarda



37


yaşama şəraitinin təmin edilməsinin zəruriliyini  dilə gətirdi.  Baş Məclis 

Azərbaycan  Respublikasınm  ərazilərinin  işğalı  nəticəsində  yaranmış 

vəziyyəti  heç  bir  dövlətin  qanuni  hesab  edə  bilməyəcəyini  və  işğal 

olunmuş  ərazilərə  heç  bir  dövlətin  yardım  göstərə  bilməyəcəyini  də 

qeyd  etdi.  Bütün  bunlara  baxmayaraq,  digər  hərbi  işğal  hallarında 

olduğu  kimi,  Ermənistan  işğal  olunmuş  ərazilərdə  “seçkilər”  və 

“referendumlar”  keçirərək,  işğal  etdiyi  ərazilərdə  baş  verənlərlə  bağlı 

öz rolunu  ört-basdır etməyə  çalışır.  Buna  misal  olaraq  10  dekabr 2006- 

cı  il  tarixli  “Konstitusiya  referendumu”nu  və  19  iyul  2007-ci  il 

tarixli“prezident  seçkiləri”ni  və  sonrakı  illərdə  edilmiş  “qanunsuz 

seçkiləri  göstərmək olar.  Beynəlxalq  ictimaiyyət bu  kimi  qeyri-qanuni 

hallar və  onların  sülh  prosesinə  mənfı  təsiri  ilə  bağlı  özünün birmənalı 

və  prinsipial  mövqeyini  ifadə  etmiş,  eləcə  də  Azərbaycanın  ərazi 

bütövlüyünə hörmətini bir daha təsdiq etmişdir.



38

BMT  Baş Məclisinin “Azərbaycanm  işğal 

olunmuş 

ərazilərində vəziyyət”  adlı  qətnaməsi və gerçək

vəziyyət...

Əslində 


ermənilər 

bu 


ərazilərdə 

məskunlaşdırma 

siysəti 

apardıqlannı  danmırlar. 

Sadəcə  olaraq  bu  işin  müzakirəsinə  imkan 

vermirlər  və  yalançı  arqumentlərlə 

yayınır,  bu  məsələ  ilə  köşəyə 

sıxışdınlmaqdan  qorxurlar.  2004-cü  ildən  etibarən  layihələri  bir  neçə 

dəfə  BMT  Baş  Assambleyasınm  illik  sessiyalannm  gündəliyinə  daxil 

edilib.  Bu  həm  də  Ermənistanm  işğalçı  dövlət  kimi  elan  olunmasım, 

deyilənlərin  təsdiqini  tapması  üçün  gərəkli,  prinsipial  məsələ  olmuşdur 

,2004-cü  ildə  Azərbaycanm  ilk  dəfə  BMT  Baş  Assambleyasında  işğal 

altındakı  ərazilərdəki  qanunsuz  məskunlaşdırma,  qeyri-qanuni  iqtisadi 

fəaliyyət, 

tarix-mədəniyyət 

abidələrinin 

dağıdılması 

və 


digər 

fəaliyyətlər  barədə 

məsələni 

müzakirəyə 

çıxarmasından 

sonra 


münaqişənin  nizamlanmasına  dair  vasitəçilik  missiyasım  üzərinə 

götürən  ATƏT-in  Minsk  Qrupu  bu  məsələləri  araşdırmaq  üçün  xüsusi 

missiya  yaradıb.  Missiyamn  təşkili  BMT  Baş  Assambleyasmın  həmin

il  keçirilən  59-cu  sessiyasımn  gündəliyinin  "Azərbaycanm  işğal 

olunmuş  ərazilərində  vəziyyət"  barədə  163-cü  bəndinin  müzakirəsi 

çərçivəsində həyata keçirilib.

ATƏT-in  Minsk  Qrupunun  Ermənistan  və  Azərbaycan  Xarici  İşlər 

Nazirlərinin 

razılaşması 

əsasında 

yaradılmış 

Faktaraşdırıcı 

Missiyasının  (OSCE  Minsk  Group Fact-Finding Mission  ) tərkibinə 

Minsk  Qrupuna  həmsədrlik  edən  ölkələrin-ABŞ,  Fransa  və  Rusiyanm, 

habelə  Minsk  Qrupuna  daxil  olan  ölkələrdən  Almaniya,  İtaliya, 

Finlandiya  və  İsveçdən  olan  ekspertlər  daxil  edilib.  Missiyada 

həmçinin  ATƏT  sədrinin  fəaliyyətdə  olan  şəxsi  nümayəndəsi  Anjey 

Kasprşik və  ATƏT Katibliyinin  nümayəndələri  də iştirak  edib.  ATƏT- 

in M insk  Qrupunun  Faktaraşdıncı  Missiyası  2005-ci  il  31  yanvardan  6 

fevraladək  Azərbaycanın  Dağlıq  Qarabağ  ətrafındakı  7  işğal  olunmuş 

rayonunda  müşahidələr  aparıb.  Missiya  2005-ci  ilin  martında  işğal 

altındakı  Azərbaycan  ərazilərindəki  vəziyyətə  dair  hazırladığı  hesabatı



39


Yüklə 33,79 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə