“qafqaz evi “ İdeyasi mühaciRƏT ƏDƏBİyyatinda



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/114
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18713
1   ...   6   7   8   9   10   11   12   13   ...   114

 
 
29 
gəmisiylə  gizlicə  Qafqaz  sahillərinə  gedərək  oradan  da 
Azərbaycana  keçirdi.  “Qafqaz  Komitəsi”nin  fəaliyyəti  dövründə 
idi  ki,  Türkiyə  ordusuna  bilxassə  Azərbaycandan  gizli  olaraq 
könüllülər axmağa başladı” [39, N-28,1937]. 
     “Qafqaz Komitəsi”nin Türkiyə, Almaniya, Avstriya-Maca-
rıstan  və  İsveçrədə  fəaliyyət  göstərdiyi  dövrdə  İstanbulda  Y. 
Akçura tərəfindən “Rusiya məhkumu müsəlman Türk-Tatarların 
haqqını Müdafiə Komitəsi” adlı böyük bir siyasi təşkilat yaradıldı. 
Ə.  Huseynzadənin  də  fəal  üzvü  olduğu  bu  təşkilata  çox  vaxt 
“Akçura-Huseynzadə” komitəsi deyirdilər. 
     1915-ci  ildə  komitənin  “Pester  Lloyd”  qəzetində  dərc 
etdirdiyi  muhtıra  Rusiya  türkləri  üçün  istiqlaliyyət  məsələsini 
gündəliyə  gətirən  ilk  sənədlərdən  sayıla  bilər.  Avropa  ictimai 
fikrini cəlb edən bu sənəddə deyilirdi: “Rusiya öz təbəsi olan türk 
və digər müsəlman xalqlarının ən təbii, məşru və müqəddəs haq-
larını cəbrən əllərindən almışdır, onlara öz irqdaşları ilə hər türlü 
təmas yasaq edilmişdir. 
     ...Rusiyadakı  müsəlmanlar  ən  müqəddəs  dini  vəzifələrini 
belə icradan məhrum buraxılarlar, hər türlü hırsı və milli tərbiyə 
imkanı onların əllərindən alınmışdır... 
     Əllərimizi göylərə qaldıraraq istirham edirik (yalvarırıq  – 
X. İ.): bizi rus zəncirindən xilas ediniz” [170, s.66]. 
     Bu  iki  komitənin  üzvləri  bir-birləriylə  sıx  əlaqə  saxlayır, 
müəyyən hallarda isə birgə çıxış edirdilər. 
     1916-cı  il  27-də  Lozannada  Millətlər  Cəmiyyətinin  ΙΙΙ 
Millətlər  Konqresi  öz  işinə  başladı.  MC  rəisi  Paul  Otlet  Rusiya 
xalqlarının vəziyyəti ilə bağlı sərt çıxış edərək göstərdi ki, “Rusi-
yada beş müxtəlif millət muxtariyyət tələb edir: Lehistan (Polşa), 
Litva, Latviya, Finlandiya və Ukrayna. Rusiya ilə bağladığı ittifaq 
Fransanı  sükuta  məcbur  etdiyinə  rəğmən,  Fransa  ən  yüksək 
ideallarımızın  simvolu  olaraq  qalmaqdadır...  Lakin  bir  həqiqəti 
açıqca söyləməliyiz: Rusiya millətlər məhbəsidir! La Russie est lu 
prison des Nationalites” [39, N-28, 1937]. 


 
 
30 
     P.  Otlet  fikrini  əsaslandırmaq  üçün  Rusiya  Dövlət  Du-
masının  2-15  avqust  1915-ci  il  tarixli  yığıncağında  Azərbay-
candan olan Duma üzvü Məmməd Yusif Cəfərovun (ADR-də N. 
Yusifbəylinin təşkil etdiyi hökumətdə Xarici İşlər naziri olmuşdu) 
çıxışına istinad edirdi. 
     Məlum  çıxışında  M.  Y.  Cəfərov  Qafqazda  rus  məmurları 
tərəfindən  türklərin  təqib  və  terrora  məruz  qaldığına,  onların 
kütləvi  şəkildə  Sibirə  sürüldüklərinə,  Qars  və  Ərdəhan  sərhəddi 
boyu  məskunlaşan  türklərin  isə  qılıncdan  keçirildiyinə  kəskin 
etiraz edərək, rusların milli siyasətini pisləmişdi. 
     Ι  Dünya  müharibəsində  Rusiya  türkləri  Türkiyənin  qalib 
gələcəyini  səbirsizliklə  gözləyir,  imkan  daxilində  ona  yardım 
etməkdən çəkinmirdi. Elə buna görə də ruslar daxildə sərt rejim 
yaratmışdı: Türkiyə sərhəddi boyu yaşayan türklər kütləvi şəkildə 
qırılır,  sürgün  edilir,  Orta  Asiyada  baş  qaldıran  üsyançılara 
amansızcasına divan tutulur, ölkə daxilində şübhəli gözə dəyənlər 
dərhal həbsxanalara atılırdı. 
     Belə  bir  vaxtda  “Qafqaz  Komitəsi”  və  “Akçura-Huseyn-
zadə”  komitəsi  nümayəndələri  mühüm  fürsətdən  faydalanaraq 
Lozanna konfransında Rusiya məhkumu millətlərin istiqlaliyyəti 
məsələsi  ilə  bağlı  uğurlu  çıxışlar  etdilər:  “Bu  çıxışlar  Rusiya 
məhkumu  türklərin  beynəlmiləl  ölçüdə  və  həm  də  geniş  bir 
Avropa mühafili önündə ilk qüvvətli istiqlal həmlələri idi” [39, N-
28, 1937]. 
     Qısa tarixi xülasədən sonra, XΙX əsrin əvvəllərində Azər-
baycanın  parçalanması  və  Şimalın  Rusiya  tərəfindən  istilası  ilə 
başlanan  mühacirətin  yaranma  səbəblərinə  mahiyyət  və  xarak-
terinə görə bir-birindən kəskinliklə fərqlənən üç mərhələsi aydın 
görünür: 
     Birinci  mərhələdə  Gülüstan  sülhünün  şərtləri  ilə  barış-
mayan xanlar Şimalı yadellilərdən təmizləməyə və Azərbaycanın 
bütövlüyünün  bərpasına  çalışırdı  (vahid  Azərbaycan  ideyasının 
meydana  gəlmə  tarixi  və  təkamülü  baxımından  da  bu  problem 
maraq doğurur). 


 
 
31 
     İkinci  mərhələdə  Azərbaycan  mühacirləri  türkçülük,  mil-
lətçilik ideyalarının yaranması və təşəkkülündə mühüm rol oyna-
mış,  Rusiya  məhkumu  xalqların  milli  müstəqilliyi,  Qafqaz 
Konfederasiyası  məsələlərinin  ideoloji-siyasi  nəzəri  əsaslarını 
hazırlayaraq onu ilk dəfə beynəlxalq ictimaiyyətin nəzərinə çat-
dıra bilmişdi. 
     Bu  mərhələnin  yekunu  kimi  Azərbaycanın  müstəqilliyi 
ideyası 1918-ci ildə gerçəkləşdi. 
     Üçüncü mərhələdə  isə mühacirlərimiz 1920-ci  il 27 aprel 
bolşevik istilası ilə devrilmiş milli müstəqilliyin bərpası uğrunda 
fasiləsiz olaraq Sovetlər Birliyi çökənə qədər mübarizə apardı. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
32 
 
 
 
 
1.2. Mühacirətin yeni mərhələsi 
 
     1920-ci  il  27  aprel  işğalı  ilə  on  minlərlə  adam  müxtəlif 
illərdə,  müxtəlif  motivlərlə  Azərbaycanı  tərk  edərək  qürbətə  üz 
tutdu. Əslində bu, 1917-ci il oktyabr inqilabından sonra başlanan 
böyük  “ağ  mühacirət”in,  1919-1921-ci  illərdə  milli  respub-
likaların  qırmızı  ordu  tərəfindən  işğal  olunması  ilə  yaranan 
nisbətən  kiçik  ikinci  dalğası  idi.  Polşa  tarixçisi  S.  Mikuliçin 
yazdığı kimi, “Vətəndaş müharibəsi xaricə təkcə ağ rusları deyil, 
ağ  gürcü,  ukraynalı,  azərbaycanlı,  türkmən  və  b.  xalqların 
nümayəndələrini də çıxarmışdı” [410, s.157]. 
     1917-21-ci  illərdə  əski  Rusiya  imperiyası  ərazisindən 
xaricə  qaçanların  sayı  barədə  bir-birindən  kəskin  fərqlənən 
rəqəmlər  göstərilir.  “Dünyada  mühacirətlərin  rolu”  (Cenevrə, 
1958) kitabında polyak A. Adam vətəndən ayrı düşənlərin sayının 
2 milyon, alman fon Rimşe 2 milyon 953 min olduğunu yazır, V. 
Aqdank Kosovski isə bu rəqəmin 8-10 milyon olduğunu iddia edir 
[17, 10.01.1191]. 
     Ağ  ordunun  hər  bir  yeni  məğlubiyyəti  ilə  Kolçakın,  De-
nikinin,  Vranqelin, Petlyuranın  əsgərləri mülki  qaçqınlara qoşu-
lur, milli dövlətlər bir-bir devrildikcə mühacirlərin sayı  daha da 
artaraq qonşu dövlətləri, ələlxüsus da Qərbi ciddi narahat edirdi. 
     L. K. Şkarinkovun yazdığına görə təkcə 1920-ci il noyabrın 
5 günü ərzində Krımdan İstanbula 150 min mühacir gəlmişdi ki, 
bunlardan 70 mini Vranqelin məğlub edilmiş əsgərləri idi. 
     1922-ci  ildə  Almaniyada  600  min,  Fransada  400  mindən 
artıq, Polşada 200 min, Çində 100 min, Skandinaviya, Pribaltika 
ölkələrində 100 min mühacir məskunlaşmışdı [410,s.190]. Ən az 
mühacir qəbul edən İngiltərə idi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə