“qafqaz evi “ İdeyasi mühaciRƏT ƏDƏBİyyatinda



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə100/114
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18713
1   ...   96   97   98   99   100   101   102   103   ...   114

 
 
314 
getməyən  bu  təmsilçilərdən  fərqli  olaraq,  hərbi  əsirlərin  içə-
risindən  seçilən  və  yaxud  da  almanlarla  işləməyə  razı  olanlarla 
əməkdaşlıq  etmək  daha  məqsədəuyğun  idi.  Elə  bu  mülahizələri 
üstün  tutan  Hitler  «milli  legionlarla  Ordu  Qərargahı  arasında 
rabitə vəzifəsini icra edən, məhdud və müəyyənləşdirilmiş işlərə 
görəvli  «Rabitə  Heyətləri»  (Verbindunqstav)  qurulmasını  əmr 
etmişdi» [9]. Formalaşan «Rabitə Heyətləri» - nin əksəriyyəti öz 
tərkibinə  görə  yeni  idi,  yəni  əski  mühacirlərin  yaratdıqları 
təşkilatlar deyildi. Üç nəfərdən təşkil olunan Azərbaycan «Rabitə 
Heyətinə»  Leninqrad  Hərbi  Akademiyasının  məzunu,  mayor  Ə. 
Fətəlibəyli-Düdənginski, Fuad Əmircan  (Daryal) və 1920-ci ildə 
Azərbaycan  Parlamenti    tərəfindən  Paris  Sülh  Konfransına  gön-
dərilən (nisbətən gec) Abbas bəy Ataməlibəyov daxil edilmişlər. 
Üçlükdə Ə. Fətəlibəyli - Düdənginski Alman Ordusundakı legion-
çuları,  A.  Ataməlibəyov  SD  birliklərindəki  legionçuları,  F. 
Əmircan  isə  Şərq  Nazirliyindəki  Azərbaycan  idarələrində 
çalışanları (radio, nəşriyyat, təbliğat və s.) təmsil edirdi.   
  Hitlerin milli legionların yaradılmasında əsas niyyətlərindən 
biri  də  kommunizmə  qarşı  savaşa  beynəlmiləl  rəng  vermək  idi. 
Azərbaycan  legionçularından  biri  Süleyman  Təkinər  bu  barədə 
yazırdı: «Rus məhkumu millətlərin Almanlar səfindəki bu müca-
diləsinə millətlərarası bir mahiyyət verərək dünyanın diqqətini bu 
işə cəlb etmək zərurəti vardı» [10]. Aparılan araşdırmalar da təs-
diq edir ki,  «azadlıq» deyildikdə faşist ideoloqları  «bəşəriyyətin 
kommunizm  bəlasından  azad  olunmasını»  ön  plana  çəkir, 
ələlxüsus  da  bu  sözü  legionçulardan  eşitməyə  həvəs  göstər-
mirdilər. 
  M. Ə. Rəsulzadə Berlini tərk etməmişdən öncə Ə. Fətəlibəyli 
-  Düdənginski  ilə  görüşüb,  onun  milli  legionların  formalaş-
dırılması  sahəsindəki    fəaliyyətini  bəyəndiyini  bildirmiş,  eyni 
zamanda  Azərbaycanın  müstəqilliyi  məsələsində    hər  hansı  bir 
güzəştin söhbət mövzusu ola bilməyəcəyini vurğulamışdı. 
  İlk legionlar işğal altında olan Polşada yaradıldı. Onlar qis-
mən alman silahları, qismən də hərbi əməliyyatlar zamanı qənimət 


 
 
315 
götürülən silahlarla təchiz edilirdi. Hər bir legiona rəhbərlik edən 
hərbi heyətin təxminən 20-25% - ini alman zabitləri təşkil edirdi. 
  Əski  legionçulardan  Məhəmməd  Kəngərli  və  Kərrar  Ələs-
gərlinin  verdiyi  bilgilərə  görə  «Boz  Qurd»,  «Cavad  xan», 
«Aslan»,  «Berqman»  və  s.  adları  daşıyan  taburlarda  cəmləşən 
Azərbaycan legionçularının ümumi sayı, təxminən 70 min nəfərə 
yaxın idi. 
  Ə.  Fətəlibəyli-Düdənginski  isə  «almanlara  əsir  düşən  və 
yaxud könüllü təslim olan azərbaycanlıların ümumi sayının 150 
min,  qafqazlıların  isə  bir  milyon  olduğunu»  [11]  göstərirdi. 
«Rabitə Heyətinin» rəhbərliyində çalışan Ənvər Qazıyev nisbətən 
fərqli  rəqəmlər  göstərir.  Onun  müharibədən  sonra  sovet  istintaq 
idarələrinə  verdiyi  ifadələrdən  məlum  olur  ki,  azərbaycanlı 
legionçuların ümumi sayı 30-40 min nəfər idi və on bir taqımda 
cəmləşmişdilər. Ümumiyyətlə, azərbaycanlı legionçuların sayları 
barədə  mənbəşünaslıqda  dəqiq,  mübahisəsiz  rəqəm  yoxdur. 
Lakin,  çoxluğun qənaətinə görə   bu rəqəm  təxminən 50-70 min 
civarındadır.  
  Azərbaycanlı  legionçuların  cəmləşdiyi  taqımlar  aşağıda-
kılardır: 
-  «Aslan»  (804-cü),  1942-ci  ilin  mayında  Yedlinoda  forma-
laşdırılıb.  Taqım  komandiri  alman  Kloger,  onun  müavini  Ə. 
Fətəlibəyli-Düdənginski  olmuşdu.  «Aslan»  1942-ci  ilin  avqus-
tunda Qafqaz cəbhəsinə göndərilir. Döyüşlərdə Kloger həlak olur 
və Ə. Fətəlibəyli-Düdənginski komandir təyin edilir. 
-  «İgid»  taqımı,  1942-ci  ilin  yayında  Yedlinoda  forma-
laşdırılıb.  Taqım  ilk  hərbi  əməliyyatlara  Feodosiyada  başlayıb. 
1943-cü  ildə  Feodosiyadan  Sevastopola,  sonra  isə  Rumıniyanın 
Konstans şəhərinə təxliyə edilib. Taqım 1945-ci ildə Fransadakı 
döyüşlərdən sonra, ingilis-amerikan hərbi qüvvələrinə əsir düşüb. 
 - «Dönməz» taqımı 1942-ci ilin payızında Ukraynanın Priluki 
şəhərində  formalaşdırılıb.  Taqım  Qafqaz  cəbhəsində  (Qızlara 
qədər gəlib), Ukraynada, Rumıniyada, Avstriyada döyüşüb, Polşa 
üsyanını yatırmaq üçün Varşavaya göndərilib. 


 
 
316 
 -  817,  818,  819-cu  taqımlar  da  1942-ci  ildə  Yedlinoda 
formalaşdırılıb və şərq cəbhəsində gərgin döyüşlərdə iştirak edib. 
  Azərbaycanlı hərbi əsirlər SS hərbi hissələrində də  cəmləş-
dirilmişdi. Hətta, 1943-cü ilin martında Zendberk şəhərində ayrıca 
SS taqımı da formalaşdırılır. Taqımın şəxsi heyətinə gürcülər və 
ermənilər  də  daxil  edilmişdi.  SS  taqımı  Taqanroqda  döyüşlər 
aparan  zaman  erməni  və  gürcülər  sovetlərin  tərəfinə  keçir, 
azərbaycanlılar və şimali qafqazlılar isə dağıdılır. 
  Ümumiyyətlə,  Qırmızı  Ordunun  hücumları  artdıqca  müha-
ribənin xarakteri dəyişir, paralel vaxtda milli legionlarda fərarilik 
artırdı.  Stalinqrad  məğlubiyyətindən  sonra  erməni  və  gürcülər 
kütləvi  şəkildə  legionlardan  qaçaraq,  Ukrayna  və  Belarusiya 
partizanlarına  qoşulurdu.  1943-cü  ildən  sonra  Hitler,  legionçu-
lardan  «sadəcə  olaraq  müsəlmanlara  güvənə  biləcəyini  söylə-
mişdi» [12]. 
  Avropa  ölkələrində  də  analoji  proseslər  gedirdi.  Qərb  cəb-
həsindəki  legionçular  da  dəstə-dəstə  Amerikan-İngilis  hərbi 
birləşmələrinin  tərəfinə  keçir,  İtaliyada,  Yuqoslaviyada  güclən-
məkdə olan partizan hərəkatına qoşulurdular. 
 1944-cü ildə Türkiyə Almaniya ilə diplomatik münasibətləri 
kəsdikdən sonra Azərbaycan legionçuları arasında da əks cəbhəyə 
keçmək  halları  müşahidə  olunmağa  başladı.  Lakin  müharibənin 
sonuna  qədər  bu  fərarilik  kütləviləşmədi.  Alman  ordusundakı 
legionçuların get-gedə artan fərariliyinə  rəğmən Vermaxtın 1943-
cü  ilin  payızında  legionları  dağıtmaq  fikri  ortaya  çıxanda  SS 
generalı  Berger    Himlerdən  450-ci  türk  taburunu  Vaffen  SS-in 
tabeliyinə keçirməyə icazə istədi və buna nail oldu. Az sonra bu 
taburun  bazası  əsasında  «Doğu  Türk  Silahlı  Gücü»  adlı  hərbi 
birlik formalaşdırıldı. 1945-ci il fevralın 22-sində isə Türkiyənin  
Almaniyaya müharibə elan etməsi ilə «Doğu Türk Silahlı Gücü», 
az sonra isə qafqazlıların hərbi birlikləri dağıldı. 
  Müttəfiq qoşunlar Berlini hər tərəfdən mühasirəyə aldığı bir 
vaxtda-martın  17-də  Almaniya  bolşevik  istilası  ilə  müstəqillik-
lərini itirən Rusiya millətlərinin müstəqilliklərini tanıdığını bəyan 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə