“qafqaz evi “ İdeyasi mühaciRƏT ƏDƏBİyyatinda



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə101/114
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18713
1   ...   97   98   99   100   101   102   103   104   ...   114

 
 
317 
etdi.  Bu  gecikmiş  aksiyanın  heç  bir  mənası,  təsir  gücü  yox  idi. 
Hətta  milli  müstəqilliklərin  tanınma  mərasimi  hava  bombard-
manları üzündən komik bir şəkil almışdı. 
  Almanlar  məğlubiyyət  aktını  imzaladıqdan  sonra  milli 
legionların qalan taburları tərksilah edilərək ayrı-ayrı ölkələrdəki 
əsir  düşərgələrinə  yerləşdirildi.  Legionçular  Sovet  hökumətinə 
təslim  edilmək  üçün  milliyyətlərinə  görə  qruplaşdırılırdı.  Lakin 
onlar vətənə dönmək istəmirdilər. Stalinin ölkə daxilində yaratdığı 
sərt  rejim,  Krım  tatarlarının,  Ahsıka  tərklərinin,  çeçenlərin, 
inquşların,  balkarların  dəhşətli  deportasiyaları,  kütləvi  insan 
qırğınları hərbi əsirlərdə təşviş və qorxu yaratmaya bilməzdi. Elə 
buna görə də əsirlər imkan düşən kimi hərbi düşərgələrdən, bir sıra 
hallarda  isə  vətənə  yola  salınarkən  qatarlardan  atılıb  qaçırdılar. 
162 saylı türk taburu  Sovetlərə təhvil veriləndə təkcə bir qatardan 
80  nəfər  əsir  düşüb  qaçmış,  iki  nəfər  molla  isə  özünü  yerə  atıb 
öldürmüşdü.  Fon  Mende  göstərir  ki,  Almaniyadan  Qırmızı 
Orduya təhvil verilən qafqazlıların sayı yüz mindən çox idi. 
  Müharibənin qurtardığı ərəfədə Münxendə gizli yaşayan M. 
Ə.  Rəsulzadənin  rəhbərliyi  ilə  yeni  təşkilat  –  «Azərbaycan 
Demokrat Birliyi» yaradıldı. M. Kəngərlinin məlumatına görə «bu 
birlik  3  mindən  artıq  azərbaycanlının  əsirlikdən  xilas  olub 
Türkiyədə  məskunlaşmasına  kömək  etdi.  500  nəfər  isə  Misir 
Kralının himayəsinə göndərildi» [13]. 
  Müharibənin  ən  ziddiyyətli  məsələlərindən  biri  də  hərbi 
əsirlərin taleyi, onların  sərt seçim qarşısında qalmalarıdır. 1920-
ci ilin aprelində bolşevik istilasına məruz qalan və II Cahan savaşı 
başlayana    qədər  total  repressiya  ilə  üzləşən  bir  məmləkətin 
vətəndaşlarının  istənilən  silahlı  qüvvə  ilə  əməkdaşlıq  edərək 
daxildəki  mənfur  rejimi  devirmək  istəkləri  başa  düşüləndir. 
Sovetlərin  müharibəyə  səfərbər  etdiyi  elə  bir      adam  yox  idi  ki, 
repressiyalarda öz yaxınını, ailə üzvlərindən (ən yaxşı halda) birini 
itirməmiş olsun. Digər tərəfdən legionçular gerçəkdən almanların 
tərkibində  vuruşmaqla  ölkələrinin  azad  ediləcəyinə  inanırdılar. 


 
 
318 
Çoxsaylı legion mətbuatında dərc edilən məqalələrin təhlili   belə 
qənaətə gəlməyə əsas verir. 
 1941-ci  ildə  Ə.  Fətəlibəyli  –  Düdənginski  yazırdı:  «Bizim 
xatirimizə  Qərb  dövlətləri  Kremllə  ittifaqdan  imtina  etmədikləri 
kimi,  biz  də  onların  xatirinə  atalarımızın  ənənələrini  tapdalayıb 
xalqımızı  kölə  halına  salmış  «Böyük  Rusiya»  və  Sovet  İttifaqı 
uğrunda vuruşa bilməzdik» [14]. 
  Əski  legionçulardan  biri    Kərrar  Ələsgərli  isə  xatirələrində 
Qafqaza  yürüşlərini  belə  xatırlayır:  «Gün  kimi  yadımdadır  - 
Şimali Qafqazda ağsaqqal çeçenlər və qaraçaylılar bizi ata-baba 
qaydaları  ilə  qarşılamağa  çıxmışdılar.  Mümkün  qədər  tez  Azər-
baycana çatmaq və vətəni bolşeviklərdən azad etməyə çalışırdıq. 
Bizlərdən  çoxuna  bolşevizmi  məhv  etmək,  nifrət  doğuran  sovet 
sistemindən, repressiya illərində öldürülən qohum qardaşlarımıza 
görə Stalindən intiqam almaq hissi hakim kəsilmişdi» [15]. 
  Əslində taleyi öz əllərində olmadıqlarından ayrı-ayrı cəbhə-
lərdə (alman və sovet) bir-birlərinə güllə atmaq məcburiyyətində 
qalan  hər  iki  tərəfin  vəziyyətini  başa  düşmək  çətin  deyil.  Millət 
müstəqil olmayanda, öz taleyinə özü sahiblik etmək səlahiyyətini 
itirəndə, təbii ki, başqalarının əlində alət olur. 
  II  Cahan    savaşında  yaradılan  milli  legionlar  bolşevizmlə 
faşizm,  obrazlı  ifadə  olunsa  -  od  ilə  su  arasında  qalmışdılar. 
Tarixdə elə dönəmlər olur ki, böyük hadisələrin iştirakçısı olan  on 
minlərlə,  bəzən  milyonlarla  insanın  fəaliyyətinə  qiymət  vermək 
fövqəladə çətin olur. 
 
Journal of Azerbaijani studies,  
Khazar University, 1998, p. 14 – 21 
 
 
 
 
 
 


 
 
319 
 
 
 
 
 
 
 
Ədəbiyyat 
 
   1.  Mühlen  Patrik  von  zür.  Camalihaç  ilə  Qızılyıldız 
arasında.Ankara, 1984, səh. 52 
   2.  Cəfərli Məmməd. Bolşevizm və faşizm arasında. «Azadlıq» 
qəzeti (Bakı), 29 Mart   2000. 
   3. Mühlen Patrik von zür,  səh. 57. 
   4. Mühlen Patrik von zür, səh. 40. 
   5. Mühlen Patrik von zür, səh. 42. 
   6. Cəfərli Məmməd. Yenə həmin mənbə 
    7.  İbrahimli  Xaləddin.  Azərbaycan  siyasi  mühacirəti.  Bakı 
1996, səh.183. 
   8. Mühlen Patrik von zür, səh. 70. 
   9. «Azərbaycan» dərgisi (Ankara).1954, N -9. 
   10. «Kafkasya» dərgisi (Münhen). 1952, N-9. 
   11. «Sabah» qəzeti (Bakı). 12-30 iyun 1992. 
   12. Mühlen Patrik von zür, səh. 61. 
   13. «Azadlıq» qəzeti (Bakı). 9 may, 1996. 
   14. «Sabah» qəzeti (Bakı). 12-30 iyun, 1996.  
   15.  «Ayna» qəzeti (Bakı). 22 iyun, 1996. 
 
 
 
 
 
 
 


 
 
320 
 
 
 
 
 
 
 
 
 
Azərbaycan  mühacirəti Polşada və  
«Qafqaz  Birliyi» ideyası 
 
Qafqaz  xalqlarının  birliyi  ideyası  Rusiya  imperiyasının 
bölgədə  çar  I  Aleksandrın  zamanından  ardıcıl  şəkildə  başlayan 
işğalları  ilə  bağlıdır.  XIX  əsrin  əvvəllərindən  70-ci  illərə  qədər 
uzanıb  gedən  permanent  Rusiya-Qafqaz  savaşları  göstərdi  ki, 
güclü  təcavüzkara  qarşı  ancaq  birgə  müqavimət  göstərmək 
mümkündür. Hələ XIX əsrin otuzuncu illərində çərkəzlər öz milli 
qurultaylarını çağıraraq «Qara və Xəzər dənizləri arasındakı bütün 
dörd  milyonluq  dağlıların  istiqlalını  dünyaya  elan  etmiş, 
Çeçenistanda,  Dağıstanda  qanlı  döyüşlərin  getdiyi  bir  vaxtda 
Qafqaz xalqlarının birliyi ideyasını ortaya atmışlar» [1]. 
Bu  sonrakı  dönəmlərdə  «Qafqaz  Birliyi»  ideyasının  ya-
ranmasının ilkin mərhələsi idi.  
XX  əsrin  əvvəllərində  bu  ideya  çar  Rusiyasının  təqibləri 
üzündən  Avropaya mühacir etmiş qafqazlılar tərəfindən yenidən 
gündəmə gəldi. 1915-ci ildə Marşal Fuad Paşanın (Şimal Qafqaz) 
sədrliyi  ilə  «Qafqaz  Komitəsi»  yaradıldı.  Komitənin  rəyasət 
heyətinə Knyaz Maçabeli, Kamil bəy Toqiridze (Gürcüstan), İsa 
Paşa,  Əziz  Məkər  (Şimali  Qafqaz),  Səlim  bəy  Behbudzadə 
(Azərbaycan) daxil idi. 
Qafqaz birliyi məsələsinə bölgə xalqlarının 1918-20-ci illər-
də yaşadıqları müstəqillik dönəmlərində də ciddi diqqət yetirilib. 
Bölgə  dövlətlərinin  birliyi  məsələsi  1918-ci  il  Trabzon 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə