“qafqaz evi “ İdeyasi mühaciRƏT ƏDƏBİyyatinda



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə107/114
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18713
1   ...   103   104   105   106   107   108   109   110   ...   114

 
 
338 
2.  Konfederasiyaya  daxil  olan  cümhuriyyətlərin  xarici 
siyasəti  qurumun  səlahiyyətli  nümayındələri  tərəfindən  idarə 
ediləcək. 
3. QKŞ-nin hüdudları cümhuriyyətlərin ordularından təşkil 
olunan və vahid komandanlıq altına alınan Konfederasiya ordusu 
tərəfindən qorunacaq. 
4.  QKŞ  daxili  mübahisəli  məsələlər  Konfederasiya  məh-
kəməsinə veriləcək. 
14  iyun  paktının  məqsədləri  ilə  bağlı  bir  bəyannamə  də 
imzalanmışdır ki, burada yaxın vaxtlarda yeni konfrans çağırılacağı 
göstərilirdi.  Doğrudan  da,  1935-ci  il  fevralın  17-27-də  yeni 
konfrans çağırıldı və bu tarixi konfransda Qafqaz Konfederasiyası 
Şurası yaradıldı. 
Lakin  Ə.  M.  Topçubaşi  Qafqaz  Konfederasiyası  ilə  bağlı 
sonuncu arzusunun gerçəkləşməsini görmədən 1934-cü il noyabrın 
5-də Parisdə vəfat etdi. 
1935-ci  ildə  yaranan  QKŞ-yə  1940-cı  ildə  Ermənistan  da 
qoşulmağa məcbur oldu. 
 
Böyük diplomat və görkəmli siyasi xadim. 
 Elmi-nəzəri konfrans materialları. Bakı, 1998 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
339 
 
 
Elmşünaslıq haqqında 
Ümumi mülahizələr 
 
Professor  S.  Xəlilovun  mütaliə  və  polemikaya  sövq  edən 
“Elm haqqında elm” kitabı dünya elmşünaslığına böyük bir töh-
fədir. Bəri başdan onu qeyd edim ki, Azərbaycanda elmşünaslıq 
haqqında hələ bu miqyasda, bu qədər mükəmməl və sistemli, eyni 
zamanda faydalı bir əsər ortada yoxdur. Monoqrafiya sintetik və 
polifonik  təfəkkürün  məhsuludur.  Demək  olar  ki,  əksər  elm 
sahələri, müxtəlif elm xadimlərinin, mütəfəkkirlərin əsərləri, elm 
və  texnikanın,  elmlə  təbiətin  qarşılıqlı  əlaqələri,  elm  və  təhsillə 
bağlı  dünyada  və  Azərbaycandakı  mövcud  şərait,  potensial 
vəzifələr  təhlil  edilir,  aparılan  bütün  təhlillər  bir  məcraya-
elmşünaslığın  sistemləşdirilməsinə,  yeni  ideyalarla  zənginləş-
dirilərək daha mükəmməl hala gətirilməsinə  yönəldilir. Müxtəlif 
elm  sahələrinin  formalaşma  mexanizmini,  bir-birindən  ayrılma-
ları,  yenilərin  meydana  gəlməsini,  ayrı-ayrı  sahələrin  inteq-
rasiyasını, hansı xəttəsə qovuşmasını saf çürük edərək bir araya 
gətirmək-elmşünaslıq  çətirinin  altında  sistemləşdirərək  ipə-sapa 
düzmək çox çətin məsələdir. Bu baxımdan əsərin oxunması, qav-
ranılması, nəhayət onun haqqında fikir və mülahizə yürüdülməsi 
müəyyən bir elmi baza, polifonik elmi-nəzəri hazırlıq tələb edir. 
Tam əminliklə demək olar ki, dünyada elmşünaslığın inkişafında, 
sistem şəklinə düşməsində azərbaycanlı alim özünə layiqli, həm 
də  möhkəm  yer tuta biləcək.   Heç şübhəsiz, zaman keçdikcə  bu 
kitab  daha  böyük  maraq  hədəfinə  çevriləcək  və  onun  haqqında, 
onun mütaliəsi əsasında xeyli kitablar, elmi məqalələr yazılacaq.  
Biz  hər  zaman  Qərb  sivilizasiyasının  Şərq  sivilizasiyası 
üzərində qurulması barədə fikirlər eşitmiş, oxumuşuq. Lakin etiraf 
edək ki, konkret olaraq Şərqdəki hansı ideyadan Qərbdəki hansı 
ideyanın  törədiyi,  Şərqdəki  hansı  fikrin,  kəşfin  Qərb  adamının 
fikri,  kəşfi  kimi  təqdim  olunması  barədə  əsaslı  və  obyektiv 


 
 
340 
araşdırma  azdır.  Monoqrafiyanın,  demək  olar  ki,  hər  fəslində 
formasını dəyişərək Şərqdən Qərbə keçən ideyaların izlərini, bəzi 
hallarda  neçə  illər,  əsrlərdir  ki,  itirilmiş  müəlliflik  hüququnun 
bərpasını  görürük.  Eyni  fikri  Qərbə  qarşı  Şərqdəki  elmi 
ədəbiyyatda mövcud olan ədalətsizliyə də aid etmək mümkündür. 
Şərqin  də  Qərbdəki  bir  çox  ideyaları,  kəşfləri  tanımamaq, 
aidiyyatı  oldu-olmadı  əksər  elmi  müddəaları  öz  adına  çıxmaq 
cəhdləri,  istəkləri  az  olmayıb  və  monoqrafiyada  belə  əsassız 
mövqelərə  də  tənqidi  baxış  var.  Eyni  zamanda  ayrı-ayrılıqda 
Şərqin  və  Qərbin  ideallaşdırılmasının  da  əleyhinə  haqlı  mövqe 
ortaya qoyulur. Azərbaycan elmşünaslığında ilk dəfədir ki, Şərqlə 
Qərb elmi, bütövlükdə mədəniyyəti,  ümumilikdə isə az qala bütün 
dünya  elmləri,  elmi  fikirləri  arasında  müqayisələr,  paralellər 
aparılır  və  sanki  hər  şey  yerbəyer  edilir,  nizama  salınır; 
emosiyasız, ritorikadan uzaq şəkildə.  
Elm  və  dinin  qarşılıqlı  təsiri,  xristianlıqla  islamın  elmə 
münasibətdə  fərqli  cəhətləri,  belə  fərqliliklərin  zaman-zaman 
yaratdığı  pozitiv  və  neqativlər  haqqında  fikir  və  mülahizələr 
orijinal,  həm  də  yenidir.  Hətta  bu  orijinallıq  və  yenilik  dünya 
alimlərinin  marağını  çəkəcək  qədərdir.  Azərbaycanda  deyə 
bilmərəm, monoqrafiya əcnəbi dillərə  yaxşı tərcümə edilsə ciddi 
polemika  yaradacaq  və  beynəlxalq  miqyasda  Azərbaycan  elmi 
haqqında  qürur  doğuracaq  pozitiv  rəyin,  hətta  münasibətin 
yaranmasına əsaslı təsir göstərəcək. 
 
Fəlsəfədən tarixə və tarixdən tarixə baxış 
 
Monoqrafiyada  tarix  haqqında  mülahizələr,  ona  bir  elmi 
fəaliyyət  sahəsi kimi baxışlar sırf fəlsəfidir. Yəni daha çox Platon 
və Aristotel kimi qədim filosoflardan və nisbətən müasir Hegeldən 
iqtibaslar gətirilir. Daha qədim Platon və Aristotelin tarix barədə 
fikirlərinə  toxunmadan  Hegeldən  gətirilən  iqtibaslara  diqqət 
yetirək:  “Fəlsəfə  dəyişməz,  əbədi  olanı,  özlüyündə  mövcudatı 
dərk etmək istəyir; onun məqsədi – həqiqətdir. Tarix isə nə vaxtsa 
mövcud  olmuş,  başqa  bir  vaxtda  isə  sıradan  çıxmış  və  yeri 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə