“qafqaz evi “ İdeyasi mühaciRƏT ƏDƏBİyyatinda



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə108/114
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18713
1   ...   104   105   106   107   108   109   110   111   ...   114

 
 
341 
başqaları tərəfindən tutulmuş olanlardan ibarətdir” [1]. Öncə onu 
deyək  ki,  heç  nə  bütövlükdə  sıradan  çıxmır.  Fəlsəfədəki  kimi 
tarixdə də dialektikanın qanunları işləyir, var olanların böyük bir 
qismi bu gün də, sabah da var olur, əsasən forma və məzmununu, 
kəmiyyət  və  keyfiyyətini,  məkan  və  zamanını  dəyişərək.  Ağa 
Məhəmməd Şah Qacar yoxdur, amma qacarlar var. Bu məsələyə 
başqa aspektdən bir qədər aşağıda yenə qayıdacağıq. 
 İlk  baxışdan  da  belə  görünür  ki,  “tarix  artıq  baş  vermiş 
hadisələri “öyrənir”, daha doğrusu təsvir edir. Başqa sözlə, tarix 
hadisələrin gerçək gedişatının surəti, təsviridir. Əlbəttə tarixçi baş 
vermiş hadisələrin sadəcə şəklini çəkmir, çəkə də bilməz. Çünki 
tarix indi yaşadığımız həyatın deyil, nə vaxtsa keçmişdə yaşanmış 
bir həyatın restavrasiya cəhdidir” [2].  
Fəqət...  Tarixin  məqsədi  təkcə  baş  vermiş  hadisə  ilə  bağlı 
gerçəkliyi  üzə  çıxarmaq  olsaydı,  o  doğrudan  da  hadisələri  (tək-
cələri)  və  onlar  arasında  münasibətləri  öyrənməklə  sınırlanardı. 
Doğrudur  tarix  zamana  bağlıdır,  zaman  birvariantlı  olduğundan 
tarix  də  birvariantlı  yaranır.  Bir  tarixi  hadisənin  eyni  zamanda, 
eyni  məkanda  müxtəlif  variantlarda  yaranması  mümkün  deyil 
(yazılması  mümkündür).  Lakin  tarix  təkcə  bu  keyfiyyəti  ilə 
kifayətlənmir. Dünyada  müasir tarixçilər nəslinin  bir qismi  (özü 
də nəzərəçarpacaq sanballı qismi) tarixə təkcə keçmişdə baş verən 
hadisə kimi baxmır. Tarix təkcə yaddaş deyil, o həm də gələcəyi 
düzgün  planlamağı,  ümumiləşdirmələr  apararaq  insana  bütün 
fəaliyyət  sferalarında  doğru  qərar  qəbul  etməyi  öyrədən  elmdir. 
Bu  baxımdan  o,  əsaslı  şəkildə  fəlsəfənin  köməyinə  arxalanaraq 
sistemli və dərin təhlilə üz tutur. Əgər tarix  təkcə faktların təsbiti 
kimi  araşdırılsaydı,  yazılsaydı  statistika,  xronologiya,  yaxud 
stenoqrafiya  çərçivəsində  qalardı  (təxminən  sovet  tarixşünaslığı 
kimi)  və  bəşəriyyətin  inkişafına,  insanların,  hətta  xalqların  və 
dövlətlərin həlledici anlarda düzgün qərar qəbul  etməsinə (yenə 
bütün  fəaliyyət  sferalarında)  əsaslı  töhfə  verə  bilməzdi.  Müasir 
tarix  “tarix  və  onun  analizi”  yanaşmasının  köməyi  ilə  eyni 
zamanda keçmişdən gələcəyə körpü atır və beləliklə də təkcələrlə  


 
 
342 
ümumilər  arasında  münasibətləri  öyrənir.  Müasir  tarixə  “Tarix 
dəyişiklikləri, elm dəyişmənin qanunauyğunluqlarını, fəlsəfə sabit 
qalanları əks etdirir”, yaxud “Tarix olanı, elm ola biləni, fəlsəfə 
olmalı  olanı  öyrənir”  [3]  zehniyyəti  ilə  yanaşmaq,  tarixlə  elm 
arasına sınır çəkmək olmaz. İndiki gerçəklik budur ki, tarix olanla 
yanaşı, sistemli və dərin təhlilin köməyilə ola bilənlər haqqında da 
bilgilər  verməlidir  və  verir.  Məsələn,  Azərbaycanda  1918-ci  il 
mart soyqırımları yaxşı öyrənilsəydi, təhlil edilsəydi, 1992-ci ildə 
Xocalının  taleyi  ilə  bağlı  optimal  qərarlar  qəbul  edilərdi  və 
faciədən  qaçmaq,  ən  azı  onun  miqyasını  maksimum  azaltmaq 
mümkün olardı. Bu epizoda yaxın tarixdə baş verənlər unudulmuş, 
gələcəyə körpü qırılmış və aradan təxminən 70 il keçəndən sonra 
oxşar  faciə  təkrar  edilmişdi.  Yaxud  XX  əsrin  dünya  böhranları 
bütün  detalları  ilə  öyrənilsəydi  və  öyrənilənlər  yeni  addımlar 
atılan zaman nəzərə alınsaydı sonuncu dünya böhranının qarşısı 
alınardı, ən azı onun vurduğu zərbələrin təsirini azaltmaq mümkün 
olardı.  Görünür  iqtisadçılar  yaxın  keçmişdə  baş  verən  dünya 
böhranlarının hansısa vacib detallarını unudub, ya da ki, nələrəsə 
önəm verməyiblər.  
Tarixi  öyrənən  zaman  alternativləri  də  nəzərdən  keçirmək 
lazım gəlir. Əgər, “baş verən hadisə baş verməsəydi nələr olardı?” 
(Məsələn,  1920-ci  ildə  bolşevik  işğalı  ilə  Azərbaycanın  milli 
müstəqilliyi devrilməsəydi nələr olardı? Tarix keçmişlə bağlı bu 
suala  çoxvariantlı  cavab  axtaranda  gələcəklə  bağlı  ortaya  çıxan 
suallara,  variantlara  daha  tez  cavab  tapılır)  sualına  cavab 
axtarılmırsa, tarix sadəcə quru,  qaranlıq yaddaşdan başqa bir şey 
olmur  və  onu  öyrənməyin  gələcək  üçün  ciddi  bir  əhəmiyyəti, 
faydası  da  qalmır.    Məhz  buna  görə  də  təkrar  edirik,  dünyanın 
mütərəqqi xalqları tarixi “tarix və onun analizi” kimi öyrənir və 
öyrədirlər.  Gələcəkdə baş verəcək hadisəyə (o mütləq baş verir), 
bizi  gözləyənlərə  hazır  olmaq  üçün  keçmişdə  baş  verənlər 
öyrənilməlidir, həm də müxtəlif versiyalarda, variantlarda.  
Digər  tərəfdən,  tarix  təkcə  hadisələrin  tarixi  olmayıb  bə-
şəriyyətin keçib gəldiyi yolun bütöv şəkildə tarixidir; hər şeyin-


 
 
343 
iqtisadiyyatın,  siyasətin,  hərbin,  mədəniyyətin,  elmin  inkişaf 
mənzərəsini  yaratmağa,  təsvirini  verməyə,  mahiyyətini  təqdim 
etməyə can atır və deməli gələcək inkişaf (daha az qüsurlu, artıq 
təcrübəyə  dayanan  və  daha  mükəmməl)  üçün  təməl  hazırlayır. 
Belə  olmasaydı  elmlərin  özü  də,  o  cümlədən  fəlsəfə  də,  elm-
şünaslıq  da  öz  tarixini  öyrənməyə  maraq  göstərməzdi.    Heç  bir 
elmi  kəşf  keçmişə  ilişib  qalmır,  iddia  olunduğu  kimi  sıradan 
çıxmır, o eyni zamanda gələcəkdəki yeni elmi kəşflərin təməlini 
qoyur. Araba təkəri icad olunanda heç kəs onun nə vaxtsa təyyarə 
təkərinə  qədər  təkmilləşəcəyini  düşünmürdü.  Əgər  biz  araba 
təkərini  icad  edib  sonra  onu  unutsaydıq  (yəni,  təkərin  tarixi 
olmasaydı), təyyarə təkərinin düzəldilməsinə çatmaq üçün yenə də 
nə  vaxtsa  araba  təkəri  icad  etməliydik.  Deməli  tarix  həm 
keçmişdir, olandır (statistika, xronologiya və stenoqrafiya), həm 
də ola biləndir, gələcək üçündür (metatarix), elə bu səbəbdən də 
sintetik və ümumidir.  
Onu  da  qeyd  edək  ki,  Azərbaycanda  tarixə  daha  çox 
stenoqrafiya,  xronologiya,  statistika  hadisəsi  kimi  baxıldığından 
(bu  səbəbdən  də  orta  ümumtəhsil  məktəblərinin  tarix  dərslikləri 
rəqəmlərlə  o  qədər  yüklənir  ki,  nəticədə  məktəblilər  öz  vətən-
lərinin  tarixini  öyrənməkdən,  ən  yumşaq  ifadə  etsək,  sadəcə  üz 
döndərirlər), yeni münasibətə hələ diqqət yetirilmədiyindən, önəm 
verilmədiyindən tarixçi olmayanlar (hətta tarixçilərin əksəriyyəti 
də)  tarix  haqqında  yazanda  dünya  tarixçilərinin  mülahizələri  ilə 
tanış olmasalar araşdırılan məsələyə birtərəfli yanaşırlar.  
Tarixə ümumi elmi fəaliyyət sferası kimi başqa bir səmtdən 
–  didaktik  səmtdən    yanaşaq.  Dünya  tarixi  ardıcıl  mütaliə  edil-
dikdə  tərəqqi,  elmin,  texnikanın  davamlı  inkişafı aydın  görünür. 
Lakin hər şey inkişaf etsə də, yenə insanın kamilliyi məsələsində 
nə  isə  ciddi  bir  şey  çatışmır,  boşluq  görünür  və  haqlı  olaraq  bir 
sual  ortaya  çıxır:  insanı  daha  çox  nə  tərbiyə  edir?  Elm,  Sənət, 
Mühit? Heç şübhəsiz, tərbiyə etmə gücünə malik olan birinci və 
əsas sahə sənətdir (bütövlükdə ədəbiyyat da bura daxildir). Amma 
sənət emosional sferaya daxildir və insanı tərbiyə etməklə yanaşı, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə