“qafqaz evi “ İdeyasi mühaciRƏT ƏDƏBİyyatinda



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə109/114
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18713
1   ...   106   107   108   109   110   111   112   113   114

 
 
344 
bir çox hallarda onun neqativ emosiyalarının cilovlanmasına əngəl 
də  ola  bilmir.  Elm  isə  rasionaldır  və  birbaşa  tərbiyə  ilə  məşğul 
olmur, dolayısı ilə prosesə təsir göstərir,  yəni  bilgilərin beyində 
çəkisi  artdıqca,  qəlb,  ürək  də  mütənasib  olaraq  cilalanır.  (Eyni 
zamanda, görkəmli alim Xudu Məmmədovun yazdığı kimi elm və 
sənət  insanın  daxili  dünyasında  vəhdətdə  və  dəngəli  bərqərar 
olanda  qoşa  qanad  timsallıdır  [4].  Ələlxüsus  da  patriotizm 
tərbiyəsinə elmin təsir imkanları böyükdür. Heç şübhəsiz, mühitin 
də tərbiyə prosesinə təsiri az deyil (“İnsanlar valideynlərindən çox 
zəmanələrinə bənzərlər ”, Həzrət Əli). 
XIX əsrin insanlarına nisbətən XX əsrin insanları daha ağıllı 
idi, daha çox kitablar yazılıb oxunmuş, daha çox sənət nümunələri 
yaranmışdı. Bəs nədən dünyanın ən qanlı savaşlarını (1914-18 - 
birinci; 1939-45 - ikinci cahan savaşları) XX əsrin nisbətən ağıllı 
insanları  saldı.  Heç  kim  onu  da  deyə  bilməz  ki,  üçüncü  cahan 
savaşı olmayacaq. Dövlətlərin hərbi hazırlıqları belə deməyə tam 
əsas verir ki, üçüncü cahan savaşı olsa  yer üzü və insan qarışıq 
bütün canlı varlıq daha böyük fəlakətə məruz qalacaq. Elm, sənət, 
mühit  insanları  tərbiyə  edə  bilmir?  Çatışmayan  nədir?  Deyəsən 
bəşəriyyətin  son  zamanlara  qədər  elə  də  önəm  vermədiyi  bir 
məsələ  var,  ünsiyyət,  münasibət:  insanlararası,  millətlərarası, 
dövlətlərarası, sivilizasiyalararası, insan-təbiət və s. Münasibətlər 
o  deməkdir  ki,  fərdlər,  millətlər,  dövlətlər,  sivilizasiyalararası 
dialoq  qurulur,  razılaşmalar,  konsensuslar  əldə  edilir,  deməli 
münaqişələrə  az  yer  qalır,  yaxud  heç  imkan  verilmir.  II  Dünya 
müharibəsindən sonra Avropa dövlətləri Avropa Birləşmiş Ştatları 
halına  gəldi  -  Avropa  Şurası,  Avropa    Birliyi  kimi  qurumlar 
yarandı.  Bu  ilk  növbədə  dialoq,  sonrakı  mərhələdə  isə  razılıq, 
konsensus  mühitinin yaranması demək idi. Avropada tərəqqinin, 
stabilliyin,  istiqrarın,  vahid  valyuta,  gömrük,  iqtisadi,  siyasi, 
təhsil,  elm  məkanının  yaranmasında  və  hələ  ki,  inteqrasiya 
proseslərinin uğurla davam etməsində, heç şübhəsiz,  bu amilin, 
yəni  yeni  fəlsəfəyə  dayanan  münasibətlərin,  konsensusun  yeri 
əvəzsizdir.  


 
 
345 
Ünsiyyət  və  münasibət  məsələsindən  sonra  “tarix  və  onun 
analizi”nə, “metatarixə” bir də nəzər salanda maraqlı bir mənzərə 
açılır: tarix qarışıq bütün elmlər, elmi tədqiqatlar öncə kulturoloji 
hadisədir,  üzü  mədəniyyətə  tərəf  istiqamətlənib,  mədəniyyətin 
bətnində  bərqərar  olub.  İnsanlığın  ali    məqsədi  hər  zaman  daha 
kamil,  daha  mənəviyyatlı,  daha  mədəni  və  tərbiyəli  insan  yetiş-
dirmək olub. Milli yaradıcılıqların, mədəniyyətlərin ali məhsulları 
sayılan dövlətlər də buna görə qurulub, fəlsəfə də, ondan törəyən 
siyasət,  hüquq  və  digər  elmlər  də  daha  mükəmməl  insan,  siyasi 
sistem,  insan  haqq  və  azadlıqları  istiqamətində  axtarışları, 
mübarizəni    buna  görə  aparıb.  Hətta  böyük  müharibələrin  də 
böyük mədəniyyətlərin yayılmasını təmin etməkdən dolayı aparıl-
dığını təsdiq edən faktlar az deyil. Roma İmperiyasının, faşizm və 
kommunizmin yaranmasına və böyüməsinə impuls verən başlıca 
amil  “üstün  və  faydalı  mədəniyyətin”,  ideologiyanın  yayılması 
məsələsi idi.  
Müharibələrdən söz düşmüşkən onu da xatırladaq ki, onlar 
həm  də  elmi,  texnikanı,  texnologiyanı  inkişaf  etdirir.  Təbabət, 
kimya,  riyaziyyat,  fizika,  politologiya,  beynəlxalq  münasibətlər 
(geopolitika elmini də məhz müharibələr yaratdı)  və s. elm sahə-
lərində  XX  əsrdəki  böyük  kəşflərin  təkanvericisinin  iki  dünya 
müharibəsi olduğunu heç kim inkar edə bilməz. Bu müharibələr 
olmasaydı nüvə texnologiyası, atom fizikası bu qədər sürətlə in-
kişaf edə bilməzdi. Müharibə milli özünüdərk prosesinə də ağla-
gəlməz dərəcədə təkan verir. Rusiya filosofu N. Berdyayev “Ru-
siyanın  taleyi”  kitabında  yazırdı  ki,  müharibənin  zorakı  maarif-
ləndirmə  gücü  və  məntiqi  var,  onlar  bir  çox  hallarda  akade-
miyaların 20 ilə görə bilmədiyi işləri bir ilə görürlər [5]. Əlbəttə 
söhbət müharibənin təqdir olunmasından deyil, gerçəklikdən, yəni 
onların  elmin  inkişafına  şiddətli  təsirindən  gedir. Bu baxımdan 
elmdən,  elmşünaslıqdan  bəhs  edərkən  elmlərin  inkişafına  təkan 
verən, bir sıra hallarda yeni elm sahələri yaradan müharibə amilini 
də unutmaq olmaz.  


 
 
346 
İstər bəşər tarixinin keçib gəldiyi yola və insanlar tərəfindən  
yaradılanlara,  istərsə  də  konkret  olaraq  müharibələrə  bir  qədər 
fərqli rakursdan baxanda hökmən insan amili nəzər nöqtəsinə gəlir 
və  fəlsəfə  daxil  bütün  elmlərin,  bütün  zamanlarda  bir  məcraya 
yönəldiyi  görünür.  Bu  daha  ümumi,  hətta  daha  universal 
mədəniyyət məcrasıdır. 
 
Ezoterizm, ekzoterizm 
 
Qədim  Misirdə  elmlər  iki  qismə  bölünüb:  iç,  yəni  görün-
məyən dünya (ezoterizm); dış,  yəni görünən dünya (ekzoterizm) 
haqqında elmlər (bax: Eduard Şure “Böyük ziyalılar” [6]. Görünən 
dünya haqqında olan elmləri bir kənara qoyub, diqqəti ezoterizm 
üzərində cəmləyək. Adından da bəlli olduğu kimi burada söhbətin 
ruh, şüur, duyğu, hiss, fəhm, nəfs, psixika və s kimi məsələlərdən 
getdiyi  aydın  olur.  Elmi  bilgilərin  formalaşması  mexanizmi 
haqqında  elmşünaslıqdakı  populyar  yanaşma  belədir:  canlı 
seyrdən  mücərrəd  təfəkkürə,  oradan  da  praktikaya.  Bilgilər 
praktikada yoxlanıldıqdan sonra gerçək və yaxud ona yaxın olub-
olmamsı  barədə  öz  təsdiqini  tapır.  Lakin  parapsixologiya  və 
ekstrasensor  hadisələr  bu  ənənəvi  yanaşmadan  xeyli  dərəcədə 
fərqlidir.  Elə  bu  səbəbdən  də  elmi  bilgilərin  meydana  gəlməsi, 
elmin  yaranması mexanizmlərindən bəhs olunanda bu məsələlər 
də  müzakirəyə  və  diqqətə  layiq  məsələlər  kimi  nəzərdən 
keçirilməlidir.  Heç  kimə  sirr  deyil  ki,  cinayəti  kriminalist  elmi 
əsaslar və prinsiplərlə təhqiq edir. Bu zaman müxtəlif qurğuların 
və məntiqin köməyi ilə çoxsaylı müşahidələr, analizlər, labarator 
müayinələr aparılır, faktlar toplanılır, nəhayət yekun mülahizələr 
söylənilir,  qərar  verilir.  Lakin  ekstrasens  bunların  heç  birisini 
etmədən  (yaxud  bəzilərini  qismən  etməklə)  baş  vermiş  hadisə 
haqqında daha dəqiq informasiya, bilgi verir (iddia etdikləri kimi 
çox  vaxt  ilkin  qaynaqdan),  heç  məntiqin  köməyinə  də  əl  atmır. 
Canlı  seyr  olmadan  təfəkkürə  ilkin  məlumat  necə  və  nəyin 
vasitəsilə  daxil  olur,  praktik  əməliyyat  aparılmadan  bilginin 
həqiqiliyi  necə  sübuta  yetirilir.  Yaxud  Volf  Messinq  kəşfiyyatçı 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə