“qafqaz evi “ İdeyasi mühaciRƏT ƏDƏBİyyatinda



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/114
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18713
1   ...   7   8   9   10   11   12   13   14   ...   114

 
 
33 
     Sovet  hökuməti  1921-ci  ilin  oktyabr  ayında  bütün 
mühacirləri vətəndaşlıqdan məhrum etdi və beləliklə, milyonlarla 
adam  qanuni  mövcudluq  hüququnu  itirmiş  oldu.  Ciddi  fakt 
qarşısında qalan dünya birliyi yaranmış növbəti çətinlikdən çıxış 
yolları  arayarkən  “Beynəlxalq  Qırmızı  Xaç  Komitəsi  Millətlər 
Liqası  Şurasına  rus  qaçqınları  üzrə  komissar  təyin  etməyi 
məsləhət  gördü.  Bu  ağıllı  təklifi  nəzərə  alan  Şura  məşhur  qütb 
tədqiqatçısı  Fritof  Nanseni  qaçqınlar  üzrə  komissar  təyin  etdi” 
(410, s.99). 
     F.  Nansen  də  öz  növbəsində  apatridlərə  (vətəndaşlığını 
itirib  yenisini  əldə  etməyənlər)  sadəcə  olaraq  şəxsiyyəti  təsdiq 
edən vəsiqə verməklə, son dərəcə çətin bir məsələnin hüquqi həlli 
yolunu  tapdı.  1922-ci  il  iyulun  3-də  Cenevrədə  keçirilən 
konfransda  onun  təklifi  ilə  sonralar  bütün  dünyada  “Nansen 
Pasportu” adı altında tanınan şəxsi vəsiqənin layihəsi qəbul edildi. 
Qanuni  status  əldə  etmiş  qaçqınlar  bundan  sonra  Millətlər 
Cəmiyyətinin  köməyini  tələb  edə  bilərdilər.  Lakin  M.  B.  Məm-
mədzadə  göstərirdi  ki,  bu  hüquq  milli  mühacirlərə,  ələlxüsus 
müsəlman ölkələrindən xaricə üz tutanlara tətbiq edilmirdi. İran-
dakı Azərbaycan mühacirləri isə aclıqdan, yolxucu xəstəliklərdən 
dəstə-dəstə qırılırdı. 
     XX əsrdə ən böyük mühacir axını yaradan hadisələrdən biri 
də  ΙΙ  Dünya  müharibəsi  oldu.  Hitlerin  göstərişi  ilə  1941-ci  ildə 
yaradılan Şərq Nazirliyinin rəhbəri Rozenberqin məlumatına görə 
hələ 1941-ci ildə əsir düşənlərin sayı 3 milyonu keçmişdi. 
     Mühacir Məsələlərini Araşdırma Birliyinin (AWR) 1967-
ci  ildə  İstanbul  konfransında  yaydığı  məlumatda  ΙΙ  Dünya 
müharibəsindən  sonra  dünya  üzrə  50  milyon  adamın  öz  vətən-
lərindən didərgin düşdüyü göstərilirdi ki, bunun 15 milyonu avro-
palı idi. Avropada ən çox didərgin qəbul edən Qərbi Almaniya (13 
milyon),  Asiyada  isə  Pakistan  (12  milyon)  idi.  Bunlardan  əlavə 
Avstriya 650 min, İtaliya 750 min, Finlandiya 450 min, Türkiyə 
348  min,  Hollandiya  300  min,  Fransa  170  min  qaçqın  qəbul 
etmişdi [32, N-184-186, 1967]. 


 
 
34 
     ΙΙ Dünya müharibəsində könüllü almanların tərəfinə keçən 
mayor Ə. F. Düdənginski müharibədə əsir düşən azərbaycanlıların 
sayının  150  minə  çatdığını  göstərir  [169,15-30.05.1992;  12-
30.06.1992]. Bu hərbçilərdən müharibə qurtardıqdan sonra vətənə 
dönməyənlərin sayı barədə də müxtəlif mülahizələr mövcüddur. 
“Xəlil” imzasıyla “Azərbaycan” (Ankara) dərgisində məqalə dərc 
etdirən  mühacirlərimizdən  bir  nəfəri  1920-ci  ildən  keçən  50  il 
ərzində  Türkiyədə  50  mindən  artıq  Azərbaycan  mühacirinin 
məskunlaşdığını göstərir [32, N-208, 1973]. Sabiq DTK əməkdaşı 
Ə. Hüseynbəyli isə “Mühacirlər” əsərində müharibədən sonra 30 
min azərbaycanlının vətənə qayıtmaqdan imtina edərək müxtəlif 
xarici ölkələrdə qaldığını bildirir [380, s.45]. 
     Lakin,  təəssüflər  olsun  ki,  mənbəşünaslıqda  Azərbaycan 
mühacirlərinin  ümumi  sayı  barədə  dəqiq  məlumata  təsadüf  et-
mirik.  Buna  baxmayaraq  bir  sıra  faktların  və  söylənilən  müla-
hizələrin yekunu kimi belə qənaətə gəlmək olar ki, 1920-ci ildən 
sonra ΙΙ Dünya müharibəsi başlayana qədər ölkəni zaman-zaman 
tərk edənlərin sayı orta hesabla 50 mindən az deyildi. 
     Beləliklə,  1920-ci  il  27  aprel  istilası  ilə  başlanan  müha-
cirətin  yeni  mərhələsi  öz  coğrafiyasının  genişliyinə,  istiqamət-
lərinin  çoxşaxəliliyinə,  kəmiyyətinə  görə  özündən  əvvəlkilərdən 
çox böyük və daha kütləvi idi. 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
35 
 
 
 
 
1. 3.  27 aprel  işğalından sonra Azərbaycanda 
ümumi vəziyyət,  üsyanlar və kəndli hərəkatı 
 
1920-ci il aprelin 27-si, saat 12.00-da Azərbaycan parlamenti, 
AKP  (b)  MK-sı  və  RSDFP  Qafqaz  Diyar  Komitəsinin  Bakı 
Bürosundan hakimiyyətin təhvil verilməsi barədə ultimatum aldı. 
“Bolşeviklər  on  iki  saat  ərzində  hakimiyyətin  təslim  edil-
məyəcəyi  təqdirdə  Bakı  proletariatının  amansız  mübarizəyə 
başlayacağını” bildirildilər. Martın axırlarında ermənilərin Qara-
bağda  yenidən  qırğın  törətmələri,  Bakıda  bolşeviklərin  ifrat 
dərəcədə  radikallaşması,  1918-ci  il  hərbi  və  digər  yardımlarla 
osmanlılara hörmətin, sevginin daha da artması zəminində Xəlil 
Paşa  başda  olmaqla  bir  qrup  türk  hərbçisinin  bolşeviklərlə 
yaxınlığı və XΙ Ordunun Bakıya girmədən Ermənistandan keçərək 
Anadoluya  köməyə  getməsi,  lakin  Müsavat  hökumətinin  bu  işə 
əngəl  törətməsi  barədə  yayılan  söz-söhbətlərlə  vəziyyətin  xeyli 
gərginləşdirildiyi  bir  şəraitdə  ultimatum  məsələsinin  ortaya 
çıxması, arxasınca isə XΙ Ordunun sərhədi keçməsi barədə Xaç-
mazdan  teleqram  alınması  hakimiyyət  dairələrində  əməli-başlı 
çaşqınlıq  yaratdı  (Ş.  Rüstəmbəyli  isə  bundan  əvvəl  Yalamadan 
eyni mətnli teleqram alaraq M. Ə. Rəsulzadəni, F. X. Xoyskini, N. 
Yusifbəylini və Gəncə valisini məsələdən xəbərdar etmişdi) [340, 
N-16,1933].  Vəziyyətdən  çıxış  yolu  kimi  Müdafiə  naziri  S. 
Mehmandarova geniş səlahiyyətlər verməklə ölkənin müdafiəsini 
təşkil  etmək  tövsiyə  olundusa  da,  nazir  milli  ordu  hissələrinin 
əsasən  Qarabağda  döyüşdüyünü  və  ümumiyyətlə  yaranmış 
şəraitdə müqavimətin müsbət bir nəticə verəcəyinə inanmadığını 
bildirdi. 
   Axşam  saat  11.00-da  Azərbaycan  parlamenti  özünün  son 
iclasına  toplandı.  M.  Ə.  Rəsulzadə,  Ş.  Rüstəmbəyli  və  başqa 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə