“qafqaz evi “ İdeyasi mühaciRƏT ƏDƏBİyyatinda



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə111/114
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18713
1   ...   106   107   108   109   110   111   112   113   114

 
 
350 
dolduruldu. Buna rağmen yenileşme ümit ve imkanları mevcuttur” 
[8]. Son illər Türkiyədən bizim türkcəyə nə qədər söz daxil oldu 
(bizdən də onlara)? Onların hamısı indi rahatlıqla kütləvi şəkildə 
işlədilir. Dil hər zaman yeni sözlər alır, istər qohum dildən, istərsə 
də  uzaq  dildən  və  qısa  zaman  kəsiyində  insanlar  onu  işlətməyə 
vərdiş  edir.  Belə  olan  təqdirdə,  “ən  yaxşı  təzə  unudulmuş 
köhnədir” məsəlini də xatırlayaraq, nədən az qala bütün planetə 
yayılan sözlərimizi toplayıb dövriyyəyə buraxmayaq. Bu zaman 
istər elmi, istərsə də bədii fikri ifadə etmək asanlaşacaq,  yazı və 
dialoq  prosesində  əcnəbi  sözlərdən  istifadəyə  daha  az  ehtiyac 
qalacaq. O da doğrudur ki, özündə olmayanda başqa dildən gələn 
sözə də toxunmaq olmaz. Onsuz da bütün dillər başqa dildən söz 
alır. 
 
Elm və təhsil 
 
Monoqrafiyada  Azərbaycan  elmi  və  təhsili  haqqında  da 
dəyərli mülahizələr, tövsiyə və təkliflər az deyil.  
Hazırda  Azərbaycanda  36  dövlət,  14  özəl  olmaqla  50  ali 
təhsil müəssisəsi fəaliyyət göstərir. Bu ali məktəblərdə təxminən 
140000  tələbə  təhsil  alır.  Əhalinin  sayına  nisbət  götürdükdə 
Azərbaycanda  universitet  sayı  da,  tələbə  sayı  da  pis  görünmür. 
Lakin dünyada təhsilin əlyetən olması üçün ciddi tədbirlər görülür 
və  bunun  hesabına  hər  il  ali  təhsil  almaq  istəyənlərin  sayı  xeyli 
artır.  Məsələn,  dinamik  inkişaf  edən  ölkələrdə  -  Argentina, 
Braziliya,  Misir,  Hindistan,  Zimbabve,  İndoneziya,  İordaniya, 
Çin,  Türkiyə,  Malayziya,  Paraqvay,  Peru,  Rusiya  Federasiyası, 
Tailand, Tunis, Uruqvay, Filippin, Çili, Şri-Lanka və Yamaykada  
YUNESCO-nun  2010-cu  il  təhlillərinə  əsasən  son  10  ildə 
tələbələrin  sayı  77%  artıb.  Bu  ciddi  artımdır.  Azərbaycanda  da 
belə  artıma  ehtiyac  var.  Lakin  ölkədəki  mövcud  alim  potensialı 
buna imkan verirmi?  Müqayisə üçün bir neçə ölkədəki vəziyyətə 
nəzər salaq: hazırda ABŞ-da  - 3100000 (hər 96 nəfərə 1 nəfər), 
Yaponiyada  –  700000  (hər  157  nəfərə  bir  nəfər),  Fransada  - 


 
 
351 
200000 (hər 350 nəfərə bir nəfər) alim yaşayıb yaradır [9]. Azər-
baycanda isə 9 minə yaxın elmlər namizədi, 1700 elmlər doktoru 
var, hər min nəfərə 1 elmlər namizədi, təxminən hər 5300 nəfərə 
1 elmlər doktoru düşür. Bu nəinki Rusiya Federasiyası, hətta digər 
MDB dövlətlərinin əksəriyyəti ilə müqayisədə aşağı göstəricidir. 
Onu  da  nəzərə  alaq  ki,  bu  alimlərin  bir  qismi  ölkədə  deyil,  bir 
qismi  isə,  ümumiyyətlə,  tədrisdən  uzaqdır,  ya  akademiya 
sistemində,  yaxud  da  müxtəlif  dövlət  və  qeyri-hökumət 
qurumlarında çalışır. 
Başqa bir paradoks da var: son zamanlar dövlət məmurları, 
millət vəkilləri elmi dərəcə almağa, müxtəlif ali məktəblərin elmi 
şuralarında təmsil olunmağa, ali məktəblərdə dərs keçməyə daha 
çox  can  atırlar.  Bu  pozitiv  tendensiya  kimi  görünsə  də  elm 
adamlarına münasibət dəyişmir. Əgər alim olmaq pisdirsə, onda 
məmurların    elmə  bu  meyli  nədir?  Yox  əgər  yaxşıdırsa,  onda 
məmurların  həmkarlarına  münasibəti  niyə  dəyişmir,  yəni  ancaq 
alimliyindən para qazananların  aldıqları cüzi  məvacib,  ümumiy-
yətlə elm adamına, alim həyatına mövcud ictimai münasibət onları 
nədən  rahatsız  etmir?    Məmur-alim  alim  həmkarına  ən  yaxşı 
halda,  sadəcə,  “alim  səbri”  (termin  son  vaxtlar  xeyli  popul-
yarlaşıb) arzulayır. 
İndi  isə  bir  neçə  dövlətin  elmlə  bağlı  maliyyə  siyasətinə 
diqqət  yetirək:  Rusiyada  elmə  ayırmalar  ÜDM-in  1%-i,  Qərb 
ölkələrində 2,3%-i, ABŞ-da təxminən 3%-i civarındadır. ABŞ-da 
mövcud elmə ayırmalar bütövlükdə Rusiya  Federasiyasının büd-
cəsindən  çoxdur  [10].  Son  zamanlar  Rusiya  ziyalıları  yaranmış 
acınacaqlı vəziyyətdən,  elmin  taleyindən dolayı  ciddi narahatlıq 
keçirir,  məsələ  ilə  bağlı  müxtəlif  elmi  araşdırmalar  aparır, 
məqalələr dərc etdirir, hökumət və dövlət strukturlarına müraciət-
lər edirlər. Professor S. Xəlilov  da monoqrafiyada məsələ ilə bağlı 
müqayisələr və paralellər apararaq Azərbaycanda vəziyyətin daha 
acınacaqlı olduğunu göstərir. O, irəli getmək, mövcud acınacaqlı 
vəziyyəti dəyişdirmək üçün alimlərin iştirakı ilə, elm sahələrinin 
spesifikası  nəzərə  alınmaqla  dövlət  siyasətinin  hazırlanmasını 


 
 
352 
tövsiyə edir: “... Mütəxəssislər dövlət üçün layihə hazırlamalı və 
öz  mövqelərini  əsaslandırmalıdırlar.  Burada  bir  tərəfdən,  elm 
təşkilatçılarının  fərasəti,  digər  tərəfdən  də  yüksək  rütbəli  dövlət 
məmurlarının, 
millət  vəkillərinin  dünyagörüşü,  ümumi 
intellektual səviyyəsi müəyyən rol oynayır” [11].  
Azərbaycanda dəyişməli olan mühüm məsələlərdən biri də 
elmə  və  bu  sahənin  insanlarına  münasibətdir.  İndiki  münasibət, 
ictimai rəy elmin inkişafı üçün əlverişsiz ab-hava yaradır. Əlbəttə, 
belə  münasibətin  formalaşmasına  ali  məktəblərdə  müəllimlə 
tələbə arasında uzun illərdən bəri yaranmış əyri (daha doğrusu çox 
eybəcər)  münasibətlər  əsaslı  təsir  göstərib.  Lakin,  obyektivlik 
naminə deyək ki, bu əyri münasibətlər bütün müəllimləri-alimləri 
ehtiva etmir. (Digər tərəfdən akademiya sistemində, ümumiyyətlə, 
tədris  fəaliyyəti  ilə  məşğul  olmayan,  yəni  tələbə  ilə  təmas 
tanımayan elm adamları da var). Tədris fəaliyyəti ilə məşğul olub, 
küncdə-bucaqda  ləyaqətinə  bürünüb  “salamat”  qalanlar  da  yox 
deyil.  Mətləbdən  uzaqlaşmamış  dərhal  onu  da  yada  salaq  ki, 
sözügedən  əyri  münasibətlərdən  əziyyət  çəkənlər  də  məhz 
onlardır.  Sanki  kimlərsə  onları  çirkaba  bulaşmadıqlarına  görə 
gizli-gizli cəzalandırıblar. Amma vəziyyət belə davam edə bilməz. 
Yəni  müəllimlər-elm  adamları  əvvəlki  qayda  ilə  çalışmamalı, 
cəmiyyətin isə onlara neqativ münasibəti dəyişməlidir. Professor 
S. Xəlilov həm də buna görə  bir çox məsələləri əhatə edən dövlət 
siyasətinin  hazırlanmasından  söhbət  açır  ki,  həmin  siyasətin 
tərkibində  cəmiyyətin  müəllimlərə,  elmə,  elm  adamlarına 
münasibətinin dəyişdirilməsi istiqamətində maarifləndirmə işinin 
aparılması da var.  
Cəmiyyət  münasibətinin  dəyişməsinin  tərkibində  iki  züm-
rənin  də  xüsusi çəkisini  qeyd etmək  gərəkdir.  Birinci  zümrə, ali 
məktəbi bitirən məzunlardır. Dünyanın inkişaf etmiş ölkələrində 
həyatda  uğurlar  qazanan  məzunlar  bitirdikləri  ali  məktəblərə 
davamlı yardım göstərir, onların inkişaf layihələrində fəal iştirak 
edirlər

Bill Qeyts daxil minlərlə bu cür məzunların bitirdikləri ali 
məktəblə xeyirxah əlaqələrini örnək göstərmək olar. İkinci zümrə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə