“qafqaz evi “ İdeyasi mühaciRƏT ƏDƏBİyyatinda



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə113/114
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18713
1   ...   106   107   108   109   110   111   112   113   114

 
 
356 
5.
 
Бердяев Н. Судьба Росии, Москва, 1918 
6.
 
Шюре Э. Великие Посвященные. Калуга: Типография 
Губернской Земской Управы, 1914 
7.
 
Гегель Г.В.Ф. Эстетика: в 4-т. Т.2. М., 1970 
8.
 
Rasonyi L. Tarihte türklük. Ankara 1993, s. 19-20 
9.   
http://www.zerkalo.az/2011-05-11/partnerstvo/19335p1-read 
10.  Xəlilov  S.  Elm  haqqında  elm,  Bakı,  Azərbaycan 
Universiteti, 2011, s. 221 
11.
 
Xəlilov  S. Elm  haqqında elm, Bakı,  Azərbaycan  Univer-
siteti, 2011, s. 224 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Cənub Qafqazda inteqrasiyaya müqavimətin qaynaqları 


 
 
357 
 
Giriş əvəzi 
 
Nə  üçün  yüz  ildir  ki,  Cənub  Qafqazda  milli  dövlətlərin 
formalaşması  prosesi  stabil  bir  məcraya  düşə  bilmir?  Nəyə 
görə Ermənistan öz qonşularına ərazi iddialarından əl çəkmir 
və bölgənin təhlükəsizliyini, stabilliyini daim təhdid edir, kənar 
güclərin  asan  müdaxiləsinə  imkanlar  yaradır?  Erməni  milli 
maraqlarında  separatizmə  rəvac  verən,  bölgənin  Qərbə 
inteqrasiyasına əngəl olan  ideyalar, prinsiplər hansılardır?   
 
Ermənistan dövlətinin yaranması prosesi 
Ermənistan dövlətinin yaranması ideyası ilk dəfə 1878-ci ildə 
kiçik  Asiyada  yaşayan  ermənilər  tərəfindən  ortaya  atıldı  [1].  Bu 
ideyanın  müəllifi  Vandakı  məktəblərdən  birinin  direktoru 
Partuqalyan  sayılır.  Mövcud  ideyanı  gerçəkləşdirmək  üçün  o, 
“Armenistov”  adlı  partiya  yaratmaq  istəyirdi.  Lakin  Partuqalyan 
Vanda öz məqsədinə nail ola bilmədiyindən Marselə köçdü və üç-
dörd il sonra “Armenistov” təşkilatı, bu təşkilatın eyni adlı qəzeti 
yaradıldı. 
1896-cı  ildə  təşkilatın  başçısı  Avetisyan  Terlimizyan  öz 
planını bütün ermənilərin Katalikosuna təqdim etdi. 
Hələ  1893-cü  ildə  Tiflisdə  başqa  bir  gizli  erməni  təşkilatı 
fəaliyyət  göstərirdi.  “Qnçak”  adlanan  bu  təşkilat  öz  proqramında 
bildirirdi ki, Osmanlı ermənilərinin durumu çox ağırdır, ona görə 
nicat  azadlıq  hərəkatına  başlamaq,  sosial  cəmiyyət  qurmaqdadır. 
“Qnçak” fəaliyyət istiqamətlərində üç hədəfi əsas götürmüşdü: 
1.
 
Osmanlı ermənilərinin müstəqilliyinə nail olmaq 
2.
 
Daha sonra rus, fars ermənilərinin müstəqilliyinə çalışmaq 
3.
 
Yekun  olaraq  müstəqil  erməni  ittifaqını  qurmaq,  sosial 
ədalətə dayanan respublika yaratmaq [2]. 


 
 
358 
Lakin  cəmiyyət  Tiflisdə  uzun  müddət  fəaliyyət  göstərə 
bilmədi və 1893-cü ilin sonlarında Londona köçdü. 1895-ci ildə isə 
artıq  “Qnçak”ın  Yelizavetpolda,  Şuşada,  Aleksandropolda, 
Qarsda,  Batumda,  Axalsıxda,  Bakıda,  Borjomda,  Vladiqafqazda 
gizli  komitələri  fəaliyyət  göstərirdi.  1890-cı  illərin  əvvəllərində 
daha  iki  erməni  təşkilatı  yaradılmışdı.  Bunlar,  mərkəzləri 
Avropada yerləşən, lakin Osmanlıda və Qafqazda yerli komitələri 
qurulan “Krıv” və “Droşak” idi. 
1896-cı ilin oktyabrında London, 1897-ci il 13 yanvar, 1898-
ci  il  7  yanvar  Tiflis  qurultaylarında  “Armenistov”,  “Qnçak”, 
“Krıv”, “Droşak” təşkilatları birləşərək Erməni İnqilab Komitəsini 
(Daşnaksütun) yaratdılar. 
Gizli erməni təşkilatlarının hamısı: 
-
 
Dünya  erməniləri  arasında  dostluq,  həmrəylik 
təbliğatı aparır; 
-
 
Ermənilər  yaşayan  bütün  ərazilərdə  dərnəklər 
yaradır; 
-
 
Silahlı üsyanlar hazırlayırdı. 
Ermənilər bütün dünyada yaşayan imkanlı ermənilərdən pul 
toplayıb qəzetlər çıxarır, silahlar alır, hərbi dəstələr düzəldirdilər. 
Təkcə “Armenistov” təşkilatının nəzdində fəaliyyət göstərən hərbi 
dəstənin mindən artıq üzvü var idi. 
1896-cı  ildə  Vanda  ermənilər  qanlı  qırğın  törətdilər  –  yerli 
əhaliyə,  yəni türklərə, kürdlərə divan tutmağa başladılar. Türklər 
və  kürdlər  də  öz  növbəsində  erməniləri  əzişdirməyə  girişdilər, 
nəticədə  Vandakı  aktiv  ermənilərin  böyük  əksəriyyəti  qaçıb 
Qafqaza  dağılışdı.  Bu  olayları  törətməkdə  ermənilərin  əsas 
məqsədi  Avropanın  diqqətini  erməni  probleminə  yönəltmək, 
Osmanlının çökməsinə çalışan Qərb dövlətlərindən dəstək almaq 
idi.  1896-cı  il  hadisələri  “Armenistov”  üçün  də  ciddi  əhəmiyyət 
kəsb  edirdi.  Çünki  Osmanlıdan  Rusiyaya  qaçan  ermənilər 
“Armenistov”un  ətrafında  cəmləşərək  daha  da  radikallaşdılar  və 


 
 
359 
partiyanın  yeni  proqramını  hazırladılar.  Bu  proqramda  “linç 
qanunu”na da icazə verilir və yeni daha amansız silahlı üsyanlar 
qaldırmaq nəzərdə tutulurdu. 
Osmanlıdan  sıxışdırılan  ermənilər  əvvəlcə,  get-gedə 
zəifləməkdə  olan  Rusiyanın  hakim  dairələrində  narahatlıq 
doğururdu. Polkovnik Debil (Tiflis Quberniyası Jandarm idarəsi) 
Qafqazdakı  Mülki  hissənin  baş  rəisliyinə  göndərdiyi  arayışda 
yazırdı  ki,  ermənilər  silahlı  üsyanlara  və  inqilablara  hazırlaşır. 
Onların  proqramlarına  görə  istəkləri  yerinə  yetirilməyəcəyi 
təqdirdə  nə  Osmanlıda,  nə  İranda,  nə  də  Rusiyada  (yəni 
Qafqazlarda  –  X.İ)  sakitləşməyəcəklər.  Bu  millətin  istəkləri, 
hərisliyi  cilovlanmalıdır  [3].  11  may,  1905-ci  ildə  isə  ermənilər 
böyük hay-küyə səbəb olan terror aksiyası törtdilər. Bakı general-
qubernatoru  Nakaşidze  Parapet  bağının  yanında  ekipaja  atılan 
bomba  partlayışından  həlak  oldu.  Bakı  jandarm  idarəsinin  rəisi 
Quroviç  Peterburqa  verdiyi  yazılı  məlumatda  göstərirdi  ki,  bu 
terror  aksiyası  Daşnaksütunun  Bakı  MK-sı  tərəfindən  törədilib, 
məqsəd  isə  şəhərdə  qarışıqlıq  salmaqdır  [4].  Az  sonra  ermənilər 
terror  aksiyasına  görə  məsuliyyəti  boyunlarına  götürdülər  və 
bəyannamə  yaydılar.  Sənəddə  deyilirdi:  Biz  bu  “məhkəməni”, 
“ədaləti” çoxdan gözləyirdik. Artıq 10 gündür ki, Bakı qubernatoru 
yoxdur,  amma  əbədi  ədalət  var.  O,  bu  dəfə  də  erməni 
inqilabçılarının əliylə təzahür etdi (Erməni İnqilab Federasiyası). 
XX  yüzilin  əvvəlində  ermənilərin  tez-tez  silahlı  üsyanlar, 
basqınlar,  qırğınlar  və  talanlar,  qanlı  terrorlar  törətdiyini  və  bu 
sahədə  get-gedə  fəallaşdığını,  mütəşəkkil  hala  gəldiyini  görən 
Rusiya,  Osmanlıdan  fərqli  olaraq  onlardan  alət  kimi  istifadə 
etməyə  üstünlük  verirdi  (əslində  ermənilər  məqsədli  şəkildə  bu 
yöndə fəaliyyət göstərməklə Rusiyaya özlərinin timsalında etibarlı 
alət təklif edirdilər). Demək olmaz ki, ruslar ermənilərdən əvvəllər 
alət  kimi  istifadə  etmirdilər.  Sadəcə,  XIX  əsrin  sonlarına  qədər 
Qafqazlarda  nisbi  sabitlik  yaranmışdı  və  ermənilər  o  qədər  də 
qabarıq  nəzərə  çarpmayan  şəkildə  himayə  olunurdu.  XIX  əsrin 
sonlarında  isə  siyasi  təlatümlər  canlandı,  Qafqazlardan  verilən 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə