“qafqaz evi “ İdeyasi mühaciRƏT ƏDƏBİyyatinda



Yüklə 2,8 Kb.

səhifə114/114
tarix30.12.2017
ölçüsü2,8 Kb.
1   ...   106   107   108   109   110   111   112   113   114

 
 
360 
rəsmi danosların təsdiqlədiyi kimi ermənilərin fəallaşması Rusiya 
hakim  dairələrində  birmənalı  qarşılanmadı.  Ölkənin  içərisində 
inqilabi ab-hava güclənəndə isə ermənilər yenidən sistemli şəkildə 
yönəldilməyə,  təhrik  edilməyə  başlandı.  Nəticədə,  1905-ci  ildə 
Bakıda erməni-türk qırınları törədildi. Demək olar ki, bu zamandan 
etibarən 
ermənilərdə, 
Qafqazda 
Ermənistan 
dövlətinin 
yaradılmasına  əminlik  artdı.  (1914-15-ci  illərdə  “genosid” 
adlandırılan  növbəti  erməni  olaylarından  sonra  Ermənistan 
dövlətinin birmənalı olaraq, məhz Qafqazlarda yaradılmasına qərar 
verildi). 
Təbii  ki,  belə  təcavüzkar  maraq  Azərbaycan  türklərini  və 
gürcüləri  narahat  etməyə  bilməzdi.  Ruslara  da  gərək  olan  elə 
Qafqazlarda xalqlararası düşmənçiliyin kəskinləşməsi idi. Erməni 
liderləri  ilə  Rusiya  rəsmiləri  arasındakı  gizli  sövdələşmələrdən 
sonra tam aydın oldu ki, ermənilərin Qafqazlarda dövlət qurmaq 
istəkləri  Rusiyanın  imperiya  maraqlarına  qətiyyən  zidd  deyil, 
əksinə  Qafqaz  xalqlarına  və  Anadoluya  qarşı  effektli  alətdir. 
Sonrakı  proseslər  rusların  yanılmadığını  göstərdi.  Belə  ki, 
ermənilər  nəinki  çökən  Osmanlıya  qarşı  dağıdıcı  alət  rolunu 
oynadı,  paralel  şəkildə  Qafqaz  xalqlarının  azadlıq  mübarizəsinə, 
Rusiyadan  uzaqlaşma  istəklərinə  ciddi  əngələ,  buxova  çevrildi. 
Aydın məsələ idi ki, ermənilər Osmanlıdakına nisbətən Rusiyada 
öz  istəklərinə  daha  asan  nail  ola  bilərdi.  Osmanlının  çökməsi 
ərəfəsində və çökməsindən sonra Qafqaz türkləri (həm də gürcülər) 
arxasında böyük imperiyanın dayandığı ermənilərlə üz-üzə qaldı. 
İndi ruslar erməniləri başqa dövlət ərazisində deyil, öz hüdudları 
çərçivəsində asanca yönəlməyə başladılar. 
Qafqazlarda türkləri  yaşadığı  tarixi  torpaqlardan  qovmaqla, 
etnik zəmində qırğınlar törətməklə dövlət qurmaq üçün ermənilərə 
əlverişli tarixi şanslar yarandı. (Cədvələd xronoloji ardıcıllıqla bu 
proses əks olunub) 
Ermənistanda tarixən məskun olan türklərin 
azaldılması prosesi 
 


 
 
361 
İllər 
Türklər 
Ermənilər 
Cəm 
1897 
313. 178 
500. 000 
829. 550 
1926 
575. 000 
795. 000 
1.510.000 
1960 
107. 700 
1.301.000 
1.501.600 
1990 
155. 000 
2.101.752 
2.300.000 
2001 
    5. 568 
2.963.000 
2.969.555 
 
1918-ci  ilə  qədər  ermənilər  Qafqazın  cənubunda  o  qədər 
qırğınlar  törətdilər  ki,  gürcü  və  azərbaycanlı  siyasi  liderlər  milli 
müstəqillik,  sabitlik  naminə,  mərkəzi  İrəvan  olan  Ermənistan 
dövlətinin  yaradılması  məsələsini  müzakirə  etmək  və  bu  istəyin 
gerçəkləşməsi faktı ilə razılaşmaq zorunda qaldılar.  
 
Erməni milli maraqları 
  Ermənistan  Qafqaz  dövlətlərinin  və  xalqlarının  maraqları 
ilə uzlaşmayan, əksər hallarda isə ona ontoqonist olan mövqedən 
çıxış  edir.  1917-21-ci  illərdə  bölgədə  formalaşan  4  dövlətin 
qısamüddətli  müstəqillik  həyatında  həmin  ontoqonizm  çox  açıq 
şəkildə ortaya çıxdı: Ermənistan, Gürcüstan və Azərbaycana qarşı 
savaş  açdı,  bölgə  dövlətləri  beynəlxalq  münasibətlərdə  mövcud 
olan  normalarla,  “Qafqaz  qanunları”  ilə  deyil,  tamamilə  fərqli 
“fəlsəfə”  ilə  üz-üzə  gəldilər.  Nədir  bu  “fəlsəfə”nin  mahiyyəti? 
Ermənistan  nə  istəyir?  Erməni  milli  maraqlarının  təməlində  nə 
dayanır?  
Erməni  millətçiliyi  din  millətçiliyidir.  Dünyada  bu  cür 
millətçiliyə  analogiya  tapmaq  çox  çətindir.  Bəzi  mütəxəssislər 
farsların  yürütdüyü  islam  millətçiliyi  ilə  erməni  din  millətçiliyi 
arasında yaxınlığın, oxşarlığın olduğunu iddia edirlər. lakin ciddi 
fərqlər də var. Belə ki, islam fars şovinizmi üçün daha çox siyasi 
pərdədir.  İslam  millətçilik  pərdəsi  altında  farslar  İrandakı  özü 
boyda  türk  etnosunu  assimilyasiya  etməyi  hədəf  götürüb.  Rəsmi 
Tehranın  təbirincə  ifadə  olunsa,  vahid  “İran  milləti” 
formalaşdırmaq  siyasəti  yürüdülür,  “etnik,  dini,  kulturoloji 
inteqrasiya prosesi gedir”. Erməni din millətçiliyində isə mənzərə 


 
 
362 
fərqlidir:  özünü  Qafqaz  xalqlarından,  bütövlükdə  qonşulardan 
ayırma, əksər hallarda onlara qarşı dayanma, bir sözlə, təcridçilik. 
Ona görə də ermənilər özləri dünyanın hər yerində yaşasalar da, öz 
dövlətlərində heç kimin yaşamasını istəmirlər, hətta qonşu xristian 
gürcülər də Ermənistanda yaşaya bilmir. Bu zehniyyət qonşulara 
kəsilməyən iddialardan qaynaqlanır. Erməniləri hər zaman narahat 
edən  qonşu  xalqların  da  onlara  eyni  iddialarla  çıxış  etməsi  ola 
bilərdi.  Məhz  bu  səbədən  heç  kimə  belə  şans  vermək  istəmirlər, 
yəni Ermənistanda başqa millətin nümayəndəsi yoxdursa iddia da 
yoxdur.  Ermənilərdə  kimisə  assimilyasiya  istəyi  də  yoxdur,  eyni 
zamanda özlərini asan assimilyasiya olunan göstərsələr də, başqa 
xalqlar  içərisində  əriyib  itmirlər.  Dəyişmə,  başqa  qəlibə  düşmə 
ancaq formada, zahirdə qalır, mahiyyət dəyişmir.  
Erməni  milli  marağının,  Ermənistanın  dövlət  siyasətinin 
formalaşmasına  təsir  göstərən  3  amil  mövcuddur:  1.  Dünya 
erməniləri-diaspora, 2. Ermənistan erməniləri, 3. Dağlıq Qarabağ 
erməniləri. Hər üç amil XIX əsrin sonlarında artıq bir seçim kimi 
ortaya çıxan erməni milli ideologiyasının formalaşmasında iştirak 
etmiş  və  onun  ətrafında  bağlar  yaratmışlar.  Erməni  milli 
ideologiyası  Daşnaksütun  (erməni  inqilabi  federasiyası) 
partiyasının dayandığı “erməni məsələsi”, yəni “Haydat”dır. 
“Haydat”a  görə  erməni  milli  maraqlarının  konsepsiyası  3 
təməl üzərində qurulub: 
1.
 
İtirilmiş torpaqların qaytarılması, birləşmiş Ermənistan 
milli dövlətinin qurulması. (”Böyük Ermənistan”) 
2.
 
Yer  üzərində  səpələnmiş  ermənilərin  milli  dövlətə 
qaytarılması. 
3.
 
Sosial dövlət quruculuğu.   
Bu məqsədləri həyata keçirmək üçün ermənilər nə düşünür, 
mövcud ideyaların gerçəkləşməsi hansı metod və vasitələrin tətbiqi 
ilə mümkün sayılır? 


 
 
363 
Daşnaksütun  ideoloqlarının  fikrinə  görə,  erməni  milli 
maraqlarının  təmin  olunması,  həyata  keçməsi  inqilablara,  silahlı 
mübarizəyə  bağlıdır.  Qrant  Markaryan  yazır:  “Neçə  ki,  dünyada 
qanun yox, güc həlledicidir, Daşnaksütun siyasi və ideoloji hərəkat 
kimi qanuni və həm də inqilabi güc kimi qalmağa borcludur”
 
[5]. 
Bu mülahizədə inqilabi mübarizənin qanunsuzluğu göstərilməklə 
yanaşı,  haqq  və  ədalətin  bərpası  naminə  qanunsuz  fəaliyyət 
məqbul,  həm  də  mümkün  variant  sayılır.  Digər  Düşnaksütun 
ideoloqu Eduard Ohanesyanın mülahizələrində də mövcud məntiq 
özünü açıqca biruzə verir: “Ədalət” ruhani  dəyər kimi  qanundan 
yuxarıda  dayanır.  Bu  yüksək  dəyərlərin  bərqərar  olması  üçün 
qanunlardan yan keçmək, hətta onu zorla dəf etmək olar [6]. 
Məsələ  aydındır.  Maraq  doğuran  odur  ki,  Daşnaksütun 
ideoloqları “ədalətsizlik” deyəndə nəyi nəzərdə tuturlar? 
Heç şübhəsiz, ilk növbədə “Haydat” konsepsiyasında aparıcı 
xətt 
olan  “itirilmiş  torpaqlar”dan  söhbət  gedir.  Əgər 
Daşnaksütunun əsas məraml itirilmiş torpaqların qaytarılmasıdırsa, 
deməli,  ədalətsizlik  edənlər  “tarixi  erməni  torpaqlarını  ələ 
keçirənlərdir”. Bu torpaqların geri qaytarılmasının ən optimal yolu 
isə inqilablar və silahlı mübarizədir. Lakin beynəlxalq normalarda, 
qanunlarda,  sərhədlərin  zorla  dəyişdirilməsi,  ərazi  işğalları 
yolverilməz  hesab  edilir,  silahlı  inqilablar  rəğbətlə  qarşılanmır. 
Belə  olan  təqdirdə  erməni  marağı  beynəlxalq  münasibətlər 
sistemindəki  normalarla,  qayda-qanunlarla  baş-başa  gəlir  və 
mövcud  beynəlxalq  qaydaların  pozulması  zərurəti  yaranır. 
“Ədalətsizliyə qarşı qanunlardan yan keçməyin və onu pozmağın 
mümkünlüyü,  zəruriliyi”  prinsipi  elə  bu  məntiqdən  qaynaqlanır. 
Deməli,  ermənilərin  ədalətsiz  hesab  etdikləri,  həm  də  “itirilmiş 
torpaqlar”ın qaytarılmasına əl yeri qoymayan beynəlxalq normalar, 
qayda və qanunlardır [7].   
Tarixdən  çoxsaylı  nümunələr  gətirmək  olar  ki,  ermənilər 
ancaq  beynəlxalq  miqyasda  ciddi  dəyişmələr,  müharibələr  baş 
verəndə  “itirilmiş  torpaqlar”  ını  qaytarmağa  başlayıb,  qonşu 
dövlətlərin 
ərazilərində 
inqilablar, 
çaxnaşmalar, 
silahlı 


 
 
364 
toqquşmalar,  üsyanlar  qaldırıb,  qırğın  və  fəlakətlər  törədib, 
torpaqlar  işğal  ediblər.  1905-1907-ci  illər  Bakı  qırğınları,  1914-
1915-ci  illər  Anadoluda  Van  həndəvərindəki  silahlı  üsyanlar, 
1917-1920-ci  illər  Qarabağ  qırğınları,  1918-ci  il  mart-aprel 
Şamaxı,  Bakı,  Gəncə,  Quba  qırğınları,  1919-cu  il  Gürcüstanın 
Broçalı-Axırkələk bölgəsindəki  müharibə və qırğınlar, 1920-ci  il 
may  ayında  Gəncə  üsyanı  zamanı  XI  qırmızı  ordu  əsgərləri  ilə 
birlikdə  şəhər  əhalisinə  divan  tutulması,  nəhayət,  1989-cu  ildən 
başlayaraq Dağlıq Qarabağda, Naxçıvanda, Abxaziyada, Cavaxda 
törədilən soyqırımları, ərazi işğalları və ya gələcək ərazi iddialarına 
hazırlıq deyilən fikrə bariz nümunələrdir. 
Birinci  dünya  müharibəsi,  1917-1921-ci  illər  Qafqaz 
dövlətlərinin  müstəqillik  dönəmləri,  1919-1921-ci  illər  Qafqaz 
xalqlarının yenidən Rusiyanın /sovet/ əsgəri işğal altına alındığı və 
yerli  əhaliyə  divan  tutulduğu  dövr,  nəhayət,  SSRİ-nin  çökməyə 
başladığı,  bununla  da  böyük  Avrasiya  məkanında  nəhəng 
dəyişmələrin,  lokal  toqquşmaların,  münaqişələrin  ortaya  çıxdığı 
tarixi  mərhələ  beynəlxalq  münasibətlərin  ortaya  çıxdığı  tarixi 
mərhələ  beynəlxalq  münasibətlər  sistemində  ciddi  dəyişmələr, 
dərin  böhranlarla  müşayiət  olunurdu.  Erməni  milli  marağının 
gerçəkləşməsi üçün məhz beynəlxalq münasibətlərin bu cür kəskin 
böhranlarla üzləşməsi ən optiaml şərait hesab olunur. 
“İtirilmiş  torpaqlar”  məsələsi  ermənini  ətraf  dünyaya,  öz 
qonşularına qarşı qəzəb notlarında kökləyir. Ermənistan Milli və 
Strateji  Araşdırmalar  Mərkəzinin  direktoru  M.  Sarkisyan  yazır: 
“Erməni  etnik  şüurunda  son  yüz  ildə  “haqqın  qoruyucusu” 
obrazında qəribə bir stereotip yaranıb ki, bu xalqın həmişə xarici 
güclərin qurbanı olması ilə bağlıdır” [8].  Fikrin məntiqindən belə 
məlum  olur  ki,  erməni  ancaq  o  vaxt  haqq,  ədalətin  bərqərar 
olmasından danışa bilər ki, baqa qonşu xalqların haqqı tapdansın. 
Yəni ermənilər öz “itirilmiş torpaqlar”ını geri qaytarmaq istədikdə 
buna  mane  olmaq  haqsızlıq,  ədalətsizlikdir.  Belə  maneçiliklə 
üzləşmə isə “kənar güclərin qurbanına çevrilməyə”gətirib çıxarır. 


 
 
365 
Ən  qorxulu  hal  odur  ki,  son  yüz  ildə  ermənilər  bu  ruhda 
tərbiyə  olunublar,  yəni  “itirilmiş  torpaqlar”,  “kənar  təcavüzün 
qurbanı  olmaq”  məsələsinə  özlərini  inandırıb,  deyilənlərin 
gerçəklik  olduğunu  yeni  nəsillərə  təlqin  ediblər.  “İtirilmiş 
torpaqlar”  isə  Türkiyənin  Van  əyaləti,  Azərbaycanın  Naxçıvan, 
Dağlıq Qarabağ və Kürə qədər olan ərazisi, Gürcüstanın Borçalı və 
Cavax bölgələridir. 
Erməni  faciələrinin  əsasında bu iddialar dayanır.  Ermənilər 
bütün qonşularına, o cümlədən beynəlxalq münasibətlər sisteminə, 
dünya  təşkilatlarının  dayandığı  normalara  iddialıdır.  (Ermənistan 
Türkiyəyə  torpaq  və  genosid;  Azərbaycana  ərazi,  mədəniyyət; 
Gürcüstana ərazi və mədəniyyət iddiasındadır. Bu iddialarla bağlı 
minlərlə  kitablar  yazılıb.  Bunlardan  başqa  ermənilər  Türkiyə  və 
Qafqaz  xalqlarının  mətbəxlərindən  tutmuş,  musiqilərinə  qədər 
yaxşı  nə  varsa,  hamısını  özününkü  sayır.  Hətta  qonşu  xristian  
Gürcüstanın  cənub  və  qərb  nahiyyələrindəki  dini  abidələrin, 
qəbirüstü  daşların  böyük  əksəriyyəti  erməni  abidələri  kimi 
kataloqlaşdırılıb, dünyaya yayılır). 
Bütövlükdə,  Qafqazda  narahatlıq  doğuran,  qonşulara  baş 
ağrıları  gətirən  və  və  erməni  şüurunda  gerçəklik,  həm  də  haqq-
ədalət obrazında inikasını tapan bu iddialar “Böyük Ermənistan” 
ideyasından  və  təbii  ki,  həmin  ideyanın  kartoqrafik  əksindən 
qaynaqlanır. Kommunist Rusiyası üçün Lenin mavzoleyi nədirsə, 
ermənilər  üçün  “Böyük  Ermənistan”  xəritəsi  odur.  Bu  xəritə 
erməni yuxusunu ərşə çəkir, onu qonşularına ilıq baxmağa, etibar 
etməyə qoymur. 
Qafqaz  xalqları  öz  milli  azadlıqları  uğrunda  mübarizə 
aparanda,  erməniləri  “milli  ərazilərin  qaytarılması”  düşündürüb, 
“ərazilərin  azad  olunması”  (qonşu  dövlətlərin  torpaqları  nəzərdə 
tutulur)  problemi  narahat  edib.  Ona  görə  də  erməni  şüurunda 
“itirilmiş torpaqlar”ın qaytarılmasını istisna edən milli azadlığa yer 
yoxdur. Ermənistan üçün silaha heç vaxt onun azadlığını əlindən 
alan  Rusiya  /sovet/  imperiyasına  qarşı  vasitə  kimi  baxılmayıb. 
Əslində  Yerevan  üçün  Kremldə  ağların,  qırmızıların,  yaxud  da 


 
 
366 
demokratların  oturmasının  heç  bir  fərqi  yoxdur.  Hakimiyyətə 
gəlib-gedənlərin 
məzmun 
və 
xarakterindən, 
siyasi 
tipologiyasından,  dəyişən  rənglərdən  asılı  olmayaraq  Moskva  ilə 
Yerevanın bir-birlərinə baxışı heç vaxt dəyişməyib. Bu məntiq onu 
da deyir ki, Ermənistan üçün Rusiya imperiyasından qopmaq çox 
zəif  şəkildə  milli  azadlıq  məsələsi  kimi  qavranılır.  Yerevanda,  9 
aprel  Tbilisi,  20  yanvar  Bakı,  21  yanvar  Riqa  hadisələrinin 
analojisini düşünmək özü də sadəlövhlük olardı.  
 
İdeoloji-siyasi və geosiyasi mülahizələr 
Son zamanlar ermənilərin daha çox populyarlaşdırmaq 
istədikləri “erməni genosidi” ideologiyası nə üçün düşünülüb
nəyə xidmət edir? 
1.
 
Dünyaya  səpələnmiş  ermənilərin  vahid  şəbəkəsini 
yaratmaq, onları bir ideya ətrafında birləşdirmək.  
2.
 
Türklərin timsalında düşmən obrazı yaratmaqla erməniləri 
daim ayaqda saxlamaq. 
3.
 
Antitürk ovqatından və maraqlardan istifadə etməklə böyük 
dövlətləri Türkiyəyə qarşı fəaliyyətlərə təhrik etmək. 
4.
 
Uydurma  genosidin  arxasında  gizlənib  gerçək  genosid 
həyata keçirmək (məsələn, Xocalı qətliamı) 
5.
 
Türkiyəni  təzyiq  altında  saxlamaqla,  onu  Qafqazlardan 
uzaq salmaq və Azərbaycanı təkləmək. 
6.
 
“Genosid”  çətiri  altında  toplanan  maliyyə  vəsaitindən 
ümumerməni diasporunun və ayrı - ayrı fərdlərin biznesini 
qurmaq. 
Ermənistan çox əhəmiyyətsiz geostrateji və siyasi mövqeyə 
malik qapalı dövlətdir. Bunu nəzərə alan erməni strateqləri Dağlıq 
Qarabağ  məsələsinə  ancaq  Rusiya-Ermənistan  münasibətləri 
çərçivəsində baxmağı qeyri-məqbul variant hesab edərək, əsasında 
iddialar,  təcridolunma  və  xarici  güclərin  tormozlanması, 
balanslaşdırılması prinsipləri dayanan doktrinaya üstünlük verirlər. 
Bu 
doktrinanın 
əsas 
istiqamətlərini 
aşağıdakı 
kimi 
ümumiləşdirmək olar: 


 
 
367 
-  Ermənistan  öz  zəif  geosiyasi  mövqeyini,  mövqeyi  güclü 
olan qonşulara (açıq sulara birbaşa çıxışı olan Gürcüstana, zəngin 
karbohidrogen  ehtiyatını  əsasən  Gürcüstan  ərazisindən  dünya 
bazarına  çıxaran  Azərbaycana)  iddialar  irəli  sürməklə 
kompensasiya  edir,  bu  sahədə  mövcud  olan  təbii  boşluğu 
doldurmağa çalışır;  
-  Ermənistan  paralel  şəkildə  özünütəcrid  və  inteqrasiya 
siyasəti yürüdür. Bu məntiqə görə inteqrasiya şərtləri erməni milli 
maraqları  baxımından  müəyyənləşdirilir,  qloballaşma  prosesinin 
hansısa  parametri  Yerevanın  özünütəcrid  kursuna  uyğun 
gəlmədikdə  o  qəbul  olunmur.  Məsələn,  Dağlıq  Qarabağ 
məsələsənin  həlli  ilə  Avroatlantik  məkana  inteqrasiya  arasında 
paralel  aparılır.  Yəni  bu  məsələ  Ermənistanın  xeyrinə  həll 
olunmursa  Qərbə  inteqrasiyaya  da  məqbul  variant  kimi  baxılmır 
(erməni  şüurundakı  “xarici  təcavüz”  stereotipi  də  inteqrasiya 
məsələsinə ifrat qısqanclıq yaradıb).  
-  Ermənistan  Rusiya  və  Türkiyənin,  bütövlükdə  Qərbin 
Qafqazdakı  maraqlarını  balanslaşdırdığını  düşünür  və  “iqtisadi, 
siyasi ekspansiyaları” tormozlayır. Erməni analitiklərinin fikrincə, 
Qafqazda  yeganə  dövlət  Ermənistandır  ki,  bölgənin  birmənalı 
orientasiyasının ziyanlı olduğunu dəyərləndirir və ona qarşı çıxır. 
Bu mülahizəyə görə Gürcüstan və Azərbaycanın Qərbə birmənalı 
inteqrasiya  kursunun  bəlalar  gətirəcəyindən  ehtiyat  edən 
Ermənistan başqa dövlətlərin də Qafqaza cəlb olunmasına çalışır. 
Məqsəd  super  güclərin  bölgədə  bir-birini  tormozlamasına  nail 
olmaqdır.  Erməni  strateqləri  Ermənistanın  missiyasını  məhz  bu 
tormozlama strategiyasında görürlər. 
Erməni  analitiklərinin  mülahizlərinə  görə  Dağlıq  Qarabağ 
məsələsi  Gürcüstanın  da  mənafeyi  baxımından  diqqəti  cəlb  edir. 
Belə ki, Ermənistan-Azərbaycan münaqişəsi Gürcüstanın bölgədə 
mövqeyini  gücləndirir, onun neytral, həm  də bəzi  hallarda arbitr 
siyasəti yürütməsinə imkanlar açır. Bu məntiqlə Gürcüstan bölgədə 


 
 
368 
güclənmək  üçün  Dağlıq  Qarabağ  məsələsində  erməni  milli 
maraqlarına qarşı dayanmamalıdır. 
Analoji  baxış  Ermənistan-İran  münasibətlərində  də  aparıcı 
xətt təşkil edir. İran bütövlükdə Qərbin inteqrasiya prosesinə qarşı 
dayanacaq güc kimi deyil, Rusiya və Çinə təkan verəcək geosiyasi 
oyunçu  kimi,  eyni  zamanda  Türkiyənin  Qafqazda  iqtisadi  və 
kulturoloji ekspansiyalarına sipər ola biləcək rəqib kimi nəzərdən 
keçirilir. 
Yekun mülahizələr 
Ermənilərin 
dəyişən 
dünyanın  şərtlərinə  uyğunlaşa 
biləcəkləri, qonşulara arası kəsilməyən iddialardan əl götürəcəkləri 
şübhə  doğurur.  Bu  dövlətin  dünyadakı  mövcud  normalara  əməl 
etməsi üçün dünya birliyindən ciddi və real təzyiqlər gözləmək də 
əbəsdir.  Çünki  Ermənistan  Türkiyənin  qonşuluğunda  yerləşir  və 
ona  hər  zaman  Türkiyəyə  təzyiq  vasitəsi  kimi  baxılır.  Əslində 
Ermənistanın  “dəyəri”  Türkiyənin  qonşuluğunda  yerləşməsinə 
bağlıdır.  Bunu  ermənilər  yaxşı  başa  düşür  və  “iddialarından”  əl 
götürmür.  Türkiyə  ilə  mehriban  qonşuluq  Ermənistanın  Qərb 
dövlətlərinin  nəzərində  etibardan  və  qiymətdən  düşməsi,  eyni 
zamanda  diasporu  saxlayan  əsas  bağın  qırılması  deməkdir. 
Ermənistanın  aqressiv  planlarının  və  xəyallarının  reallaşmasının 
qarşısının  alınması  beynəlxalq  hüququn,  beynəlxalq  təşkilatların 
fəaliyyətlərindən  deyil,  Azərbaycan  və  Türkiyənin  hər  zaman 
güclü olmasından asılıdir. 
 
http://atxem.az/news/a-15168.html
 
 
Ədəbiyyat 
 
1.
 
Azərbaycan  Respublikası  Prezidentinin  İşlər  İdarəsi  yanında 
Siyasi Partiyalar və İçtimayi Hərəkətlər Dövlət Arxivi (ARPİİ 
SPİHDA), fond 276, op. 8, iş 33, vərəq 5 
2.
 
ARPİİ SPİHDA, fond 276, op. 8, iş 33, vərəq 2 


 
 
369 
3.
 
ARPİİ SPİHDA, fond 276, op. 8, iş 110, vərəq 11 
4.
 
ARPİİ SPİHDA, fond 276, op. 8, iş 110, vərəq 6 
5.
 
Sarkisyan  M.  Politiçeskie  Problemı  Kavkaza  i  Armeniya. 
Politika Armenii v reqione. Yerevan, 1995 
6.
 
Yenə orada 
7.
 
İbrahimli H. Deyişen Avrasiyada Kafkasiya. Ankara: ASAM, 
2001, 96 s 
8.
 
Sarkisyan  M.  Politiçeskie  Problemı  Kavkaza  i  Armeniya. 
Politika Armenii v reqione. Yerevan, 1995 
9.
 
Aslanlı Araz. Karabakh problem. Baku, 2009, p.,128 
10.
 
Cafersoy  Nazim.  Elçibey  dönemi  Azerbaycan  dış  politikası 
(Haziran-1992, Haziran-1993). Ankara: ASAM, 2001, 41 s. 
 
 
 
 



Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   114


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə