“qafqaz evi “ İdeyasi mühaciRƏT ƏDƏBİyyatinda



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/114
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18713
1   ...   16   17   18   19   20   21   22   23   ...   114

 
 
60 
70  kəndli  güllələnmişdir.  Amansız  repressiyadan  can  qurtaran 
kəndlilər  dəstə-dəstə  Arazı  keçərək  Cənubi  Azərbaycana  pənah 
aparırdı.  “Bildiriş”  qəzetinin  səhifələri  bu  cür  məlumatlarla 
“zəngin”dir: 
     - “Göyçə və Gəncəbasardan İrana 800 nəfər yeni mühacir 
dəstəsi  keçdi.  Mühacirlər  Soyuq  Bulaq  ətrafında  yerləşdirildi” 
[13a, 18.11.1930]; 
     -  “Eylulun  (sentyabr)  əvvəlində  İrana  200  nəfər  Azər 
köylüsü keçdi” [13a, 23.10.1930]. 
     Qəzetdə Borçalıdan bir neçə dəfə hər biri 150-200 nəfərdən 
ibarət kəndli dəstələrinin Qarsa keçərək Selim qəzasında və Qara 
Köşədə məskunlaşdığı barədə də məlumatlar var. 
     M.  B.  Məmmədzadə  “Azərbaycan  mühacirləri”  məqalə-
sində  [13a,  20.08.1931]  yüzdə  doxsanı  İranda  yerləşən  müha-
cirlərin  dözülməz  vəziyyətdə  olduğunu,  hər  cür  yardımdan 
məhrum  olan  bu  binəvaların  acından  və  xəstəliklərdən  kütləvi 
şəkildə  qırıldığını  yazır.  İran  hökuməti  mühacir  axının  qarşısını 
almaq üçün tez-tez kəskin qərarlar çıxarırdı. 31 dekabr 1930-cü il 
tarixi “Şofaqi Sorh” qəzetinin verdiyi məlumata görə İran vəkillər 
heyətinin  belə  bir  qərarı  olmuşdu:  “İrana  pasportsuz  və  qeyri-
müntəzəm  pasportla  varid  olan  hər  bir  əcnəbi  təbə,  İran  mə-
murlarının ixtiyarı üzərinə “bila tahir və bila illət” İran torpağını 
tərk  etməlidir.  Əks  təqdirdə  cəbrən  gəldikləri  məmləkətə  iadə 
ediləcəklər” [13a, 3.09.1931]. İran hökuməti 1929-cu ildə də belə 
bir qərar qəbul etmişdir. Lakin bu qərarda mühacirlərə müəyyən 
vaxt verilirdi. Son qərar isə yurdunu tərk etməyə məcbur olanları 
yenidən bolşeviklərə təslim etmək demək idi. 
     Mövcud qərarın icrası ilə bağlı bir fakta diqqət yetirək: “30 
Temmuz  (iyul)  İran  Azərbaycanında  olan  mühacirlərin  ümumi 
fəlakət  gündür.  Bu  tarixdə  İran  hökuməti  azərbaycanlı,  gürcü, 
erməni  və  rus  mühacirlərini  çıxarmağa  başlamışdı.  Onların 
ölkədən çıxarılması 24 saat ərzində polis tərəflindən icra edildi-
yindən dəhşətli bir mənzərə alınmışdır. Mühacirləri evdə, küçədə, 
bazarda  ələ  keçirib  maşınlara  dolduraraq  da  naməlum  tərəfə 


 
 
61 
aparırdılar. Təkcə o gün həbsdə olan 65 azəri də qatılmaqla 800 
nəfər  mühacir  tutuldu”  [13a,  3.09.1931].  Şahidlərin  bildirdiyinə 
görə  RSFSR-in  İrandakı  konsulu  Təbriz  stansiyasında  oturub 
prosesə özü nəzarət edirdi. 
     Həbs  olunan  mühacirlərin  böyük  əksəriyyətinin  ailəsi 
qürbətdə  başsız  qaldı.  Bolşeviklərin  əlinə  keçmək  istəməyən-
lərdən  150  nəfər  isə  Arazı  keçib  Qarabağa  qayıdaraq  yenidən 
partizan və qaçaq birliklərinə qoşuldu. 
     “Rəsmi  dairələr  üsyançıların  hamısına  “bandit”,  “silahlı 
qolçomaq dəstələri” və buna bənzər adlar qoysalar da” [111, s.22] 
1929-31-ci illər kəndli üsyanları Sovet hakimiyyətinin özünə əsas 
dayaq  saydığı  Azərbaycanda  ən  böyük  “sinfin”  mövcud  rejimə 
inamsızlığını nümayiş etdirdi. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
1. 4.  Siyasi  partiyaların  gizli  fəaliyyətə keçməsi 
 
      1920-ci il 27 aprel işğalından sonra Azərbaycanda Kom-
munist  Partiyasından  başqa  heç  bir  partiyanın  leqal  fəaliyyətinə 
imkan  qalmadı.  Gəncə,  Qarabağ,  Şəki  və  Zaqatalada  lokal 


 
 
62 
xarakterli hərbi çıxışların, silahlı üsyanların əsas təşkilatçıları kimi 
Müsavat və İttihadı ittiham etmək, siyasi partiyalara qarşı amansız 
mübarizənin başlayacağını xəbər verirdi. Əslində ayrı-ayrı partiya 
üzvlərinin  üsyanların  təşkilində  və  gedişində  iştirakı  istisna 
edilməsə  də,  bütövlükdə  partiyaların  təşkilatçılığını  və  iştirakını 
iddia  etmək  əsassız  idi.  Ə.  V.  Yurdsevər  yazır:  “Böyük  Gəncə 
üsyanı,  Şəki,  Lənkəran  və  digər  bölgələrdəki  ayaqlanmalar 
(ixtişaşlar)  müştərək  bir  plana  və  təşkilata  bağlı  deyildi.  Biz  bu 
kimi hazırlıqsız, plansız hərəkətlərə müxalifik” [32, N-282, 1991]. 
     Gözlənildiyi və vəd edildiyi kimi böyük silahlı çıxışlar ya-
tırıldıqdan sonra gizli fəaliyyətə keçmək məcburiyyətində qalmış 
partiyalara “müharibə elan olundu”. 
     “Əhrar” (nisbətən Şimal bölgəsində nüfuzu olan bu partiya 
yarandığı  gündən  Müsavatı  Türkiyəyə  arxa  çevirməkdə,  əsasən 
şiələri  vəzifəyə  yerləşdirməkdə  ittiham  etməklə  və  sünnilik 
məzhəbini qabartmaqla populyarlaşmaq taktikası seçmişdi) sovet 
hakimiyyətinin  ilk  günlərində  özünü  buraxmaq  haqqında  qərar 
çıxardı və “bir-iki il sonra onun üzvləri rəsmən Müsavat firqəsinə 
girdi” [145, s.148]. 
     Sosialist fraksiyasına daxil olan “xalqçı sosialist firqəsi” də 
bolşevik  platformasını  qəbul  edərək  üzvlərini  məsul  vəzifələrə 
yerləşdirə bildi. Lakin, fəal “xalqçılardan” Aslan Səfikürdski, Rza 
Qaraşarlı,  Cəmo  Hacınski,  Rza  Şabanov,  Kərim  Feyzullayev, 
Xankişi  Şahverdiyev  və  digər  26  nəfər  1922-ci  ilin  sonlarında 
Azərbaycan  SSR  Ali  İnqilabi  Tribunalının  “eser  partiyasının 
Zaqafqaziya  təşkilatının  işi”  adlı  qondarma  ittihamla  mühakimə 
olunub müxtəlif müddətli həbs cəzaları aldılar [77, v.235]. 
     Ittihadçılar  da  digər  partiyalar  kimi  ilk  günlər  özlərini 
buraxaraq  bolşevik  platformasına  keçdiklərini  bəyan  etmişdilər. 
Ə. Qarayev yazırdı: “Bir-birlərinin ardınca, başlarını aşağı salaraq 
menşeviklər, əhrarçılar, bundçular və ittihadçıların MK-larından 
gəlib  petisiya  təqdim  edirlər:  biz  öz  partiyalarımızı  ləğv  etdik, 
xahiş  edirik  bizi  kommunist  partiyasının  sıralarına  daxil  edin” 
[390, s.127]. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə