“qafqaz evi “ İdeyasi mühaciRƏT ƏDƏBİyyatinda



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/114
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18713
1   ...   22   23   24   25   26   27   28   29   ...   114

 
 
78 
Zavallı  tələbələr  illərlə  birinci  kursda  qalırlar,  çünki  onlar  ana 
dilində təhsil aldıqlarından heç nə başa düşmürlər. Mühazirələr isə 
rusca oxunur... Oyan ey əhli islam!” [140, N-(6), 1993]. 
     1926-cı ilin payızında gizli Müsavat MK-nın ΙΙ tərkibi də 
dağıdıldı, onun üzvləri və digər fəallarından 34 nəfəri həbs edildi 
(Əhməd  Haçınski,  Dadaş  Həsənov  və  b.).  Lakin  çox  keçmədən 
partiyanın  həbsdən  yayına  bilmiş  fəalları  bir  yerə  toplaşaraq 
Məmmədəli  Ataməliyevin  rəhbərliyi  altında  üçüncü  və  sonuncu 
MK-nı  formalaşdırdılar.  Təəsüflər  olsun  ki,  bu  MK  əvvəlkilər 
kimi çox yaşamadı. 1927-ci ilin sonlarına yaxın Az. DSİ apardığı 
geniş  miqyaslı  əməliyyatla  partiyanın  MK-sını  və  əksər  qəza-
lardakı təşkilatlarını ləğv etdi. Başda MK üzvləri M. Ataməliyev, 
Ə. Rəhimov olmaqla 200-dən artıq fəal müsavatçı həbs edildi ki, 
bunlardan “80 nəfər Qarabağ, 42 nəfər Lənkəran, 17 nəfər Göyçay 
təşkilatından idi” [140, N-4(8), 1995]. 
     Müsavatın  Azərbaycanda  gizli  fəaliyyətinin  ΙΙ  mərhələsi 
bir  sıra  məqamlarda  özündən  əvvəlki  mərhələyə  bənzəsə  də, 
(gözləmə taktikası, gizli strukturların bərpası, təbliğata önəm ver-
mə və s.) başlıca xüsusiyyətlərinə görə (Kommunist Partiyasının 
tərkibinə  və  sovet  dövlət  aparatına  öz  adamlarını  yerləşdirmək, 
əlifba  islahatına,  ruslaşdırmaya  qarşı  çıxmaq  və  s.)  ondan  kəs-
kinliklə fərqlənirdi. 
     Bu mərhələ sovet mənbəşünaslığında “avantüra” və “şpio-
naj dövrü” adlanır. 
     Orconikidzenin fikrincə Müsavatda bu mərhələdə iki meyl 
hakim  idi:  biri  gözləmə,  ikincisi  isə  silahlı  üsyana  qalxmaq. 
Orconikidzenin  bu  fikrini  tənqid  edən  mühacirlər  qəti  şəkildə 
bildirırdilər ki, “heç bir mühacir qrupu yoxdur ki, o silahlı üsyan 
tərəfdarı  olsun.  Gözləmə  mövqeyinə  gəldikdə  isə  bu  məqamda 
Orconikidze düzdür, çünki Müsavat avantürist təşkilat deyil” [42, 
N-13, 1925]. 
     Mühacirət  ədəbiyyatında  Azərbaycanda  gizli  Müsavatın 
fəaliyyəti  ilə  bağlı  ΙΙ  Dünya  müharibəsinin  sonuna  qədər  çox 


 
 
79 
mətləblərə toxunulmayıb, yaxud da bir sıra həqiqətlər gizli saxla-
nılıb.  Müsavatın  silahlı  üsyan  hazırlaşması,  hərbi  təşkilatlara 
malik olması da təbii ki, açılası məsələlərdən deyildi. 
     Lakin  50-ci  illərdən  sonra  mühacirlər  artıq  vaxtilə  yazıl-
ması qeyri-mümkün olan məsələləri açıqlamağa başladı. 
     Gizli Müsavatın 1926-cı ilə qədər fəaliyyətdə olan mükəm-
məl  hərbi  təşkilatları  var  idi.  Ə.  V.  Yurdsevərin  yazdığı  kimi 
partiya doğrudan da öz üzvlərini silahlandırırdı. 
      Müsavatın nəzdində hərbi təşkilatlar 1921-ci ildən forma-
laşmağa  başladı.  Əhməd  Hacınski  istintaqa  verdiyi  ifadədə  bil-
dirirdi: “Avqust ayından mən gizli “Müsavat”da fəaliyyətə başla-
dım. Sonra Məmməd Sadıq  Quliyevin  vasitəsi  ilə  Əbdül Vahab 
Məmmədzadə  ilə  tanış  oldum.  O  da  öz  növbəsində  məni  Dadaş 
Həsənovla  tanış  etdi.  Beləliklə,  hərbi  təşkilatın  əsas  üzvlərini 
tanıdım”  [140,  N2(6),  1994].  Ə.  Hacınski  hərbi  təşkilatın  üzvü 
olana  qədər  burada  adı  çəkilən  müsavatçılardan  başqa  N. 
Qulubəyov, İ. Axunzadə və M. İbrahimov da var idi. 
      Hərbi  təşkilatın  1923-cü  ilə  qədərki  quruluşu  aşağıdakı 
kimi olub: MK yanında N. Qulubəyovun rəhbərlik etdiyi üçlük, bu 
üçlüyə  tabe  olan  aşağı  üçlüklər  (qəza  təşkilatlarındakı  hərbi 
üçlüklər  nəzərdə  tutulur),  ayrı-ayrı  təşkilatlarda  (əsasən  hərbi 
hissələrdə)  yaradılan  özəklər.  1923-cü  il  kütləvi  həbslərindən 
sonra  MK  yanında  hərbi  üçlük  genişləndirilərək  hərbi  mərkəz 
şəklini aldı, Bakı Komitəsi yanında beş nəfərdən ibarət hərbi şöbə 
yaradıldı,  rayonlarda  isə  bir  nəfər  vasitəsilə  mərkəzlə  əlaqə 
saxlayan özəklər yaradıldı. 
     MK yanında hərbi mərkəz hərbi kadrların hazırlanmasında 
və  başqa  məsələlərin  icrasında  əsas  rəhbərlik  orqanı  hesab 
olunurdu.  O  bütün  respublika  ərazisindəki  hərbi  təşkilatlara 
nəzarət  edirdi  (müsavatçıların  formalaşdırdığı)  “Hərbi  mərkəzin 
cəmi  üç  iclası  olmuşdu.  İclaslar  Əli  Hüseyn  Dadaşovun  mən-
zilində keçirilmişdi” [140, N-2 (6), 1994]. Az. DSİ-nin məluma-
tına görə iclaslarda: 


 
 
80 
a)
 
M. S. Quliyevin məlumat xarakterli məruzələri, hərbi mər-
kəzin və özəklərin formalaşdırılması problemləri
b)
 
Müsavat  partiyasının  MK-sı  yanında  yaranan  hərbi  beş-
likdə (1923-cü ildən sonra hərbi üçlük, beşliyə çevrildi) vəziyyət
v)  Beşliyin təşkilat quruluşu və vəzifələri barədə təlimat (bu 
sənəd  Ə.  Hacınski  və  Ə.  H.  Dadaşov  tərəfindən  hazırlanmışdı) 
müzakirə edilmişdi. 
     1923-ci  ildən  sonra  Hərbi  Mərkəzin  əsas  rəhbəri  Ə. 
Hacınski idi (MK-nın ΙΙ tərkibinin sədri). 
     BK  yanında  hərbi  şöbə  Bakı  qəzasında  ümumi  rəhbərliyi 
həyata  keçirirdi.  Qəza  rayonlara  bölünmüş,  hər  bir  rayona  rəis 
təyin edilmişdi. Bu rəislər yerli hərbi özəklərə rəhbərlik edirdi. 
     “Hər  bir  təşkilat  aşağıdakı  şöbələrə  malik  olmalı  idi:  təş-
kilat şöbəsi; əməliyyat (operativ) şöbəsi; təchizat şöbəsi; təbliğat 
və təşviqat şöbəsi” [140, N-2 (6), 1994]. 
     Bütün  rayon  sədrləri  öz  rayonunu  tam  öyrənməli  idi: 
qırmızı ordu hissələrinin yerləşdiyi yerlər, onların döyüş qabiliy-
yəti, silah-sursat təchizatının vəziyyəti, dövlət əmlakının, strateji 
obyektlərin  yeri  və  s.  Rayon  təşkilatları  Müsavat  partiyasının 
icazəsi ilə (hərbi mərkəz vasitəsilə) hərəkət edə, hərbi əməliyyata 
başlaya bilərdi. Hərbi əməliyyatların rayon ərazisində müəyyən-
ləşdirilmiş qüvvələrinin iştirakı ilə başlanması nəzərdə tutulmuşdu. 
Belə  ki,  əgər  hərbi  təşkilatın  üzvü  qırmızı  orduda  bölmə,  yaxud 
alay komandiri idisə, onda imkan yaranan kimi o, bütün rəhbərlik 
etdiyi heyətlə çıxışa başlamalıydı. 
     Rayon  rəisləri  müntəzəm  şəkildə  hərbi  Mərkəzlə  əlaqə 
saxlayırdı. Etnik zəmində düşmənçilik hərbi təşkilatlarda yolveril-
məz  hesab  edilirdi.  Az.  DSİ-nin  məlumatına  görə  “belə  hallar 
qəbul edilmiş qərarla ən ağır vəziyyətlərdə yerindəcə güllələnmə 
ilə nəticələnə bilərdi” [140, N-2 (6), 1994]. 
     BK yanındakı hərbi beşliyə həm MK-nın, həm də BK-nın 
nümayəndələri  daxil  idi.  1923-cü  ildə  artıq  bütün  milli  hərbi 
hissələrdə təşkilatın hərbi özəkləri yaradılmışdı. Məsələn: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə