“qafqaz evi “ İdeyasi mühaciRƏT ƏDƏBİyyatinda



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə28/114
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18713
1   ...   24   25   26   27   28   29   30   31   ...   114

 
 
84 
etmək; vəzifələri isə: a) Müsavatla əlaqə yaratmaq; b) gəncləri təş-
kilata cəlb etmək; v) Azərbaycanda millətçilik təbliğatı aparmaq 
idi” [166, s.18]. 
    Təşkilatın  hər  bir  üzvünə  yeni  üçlük  yaratmaq  səlahiyyəti 
verilmişdi. “Gənc Azər”i sədr deyil, yaradıcı üçlük – H. Axund-
zadə-(təşkilat məsəlləri üzrə katib), H. Aslanov-(şöbə müdiri), Ə. 
Aslanov-(xəzinadar) idarə edirdi. “Təşkilat 1927-ci ildə dağıdıldı. 
Həbs edilən 37 nəfərdən 19-u Pedtexnikumun tələbəsi, 7-si müəl-
lim, 11 nəfər isə başqa gənclər idi” [140, 3 (7), 1995]. Həbs edilən 
37 nəfərdən 19 nəfəri komsomol uçotunda dayanırdı. 
     “Gənc  Azər”dən  başqa  Azərbaycanın  təhsil  müəssisə-
lərində aşağıdakı gizli təşkilatlar fəaliyyət göstərmişlər: 
     1.  Müsavatın  Bakı  təşkilatının  fəal  üzvlərindən  Məmməd 
Əli Babayevin yaxın dostu Səid Qafarovun rəhbərlik etdiyi gizli 
qrup.  Nərimanov  adına  texnikumda  fəaliyyətdə  olan  və  əsasən 
yuxarı kurs tələbəlri ilə iş aparan bu qrup 1930-cu ildə dağıdılaraq, 
onun üç nəfər fəal üzvü həbs edildi. 
     2.  1926-cı  ildə  yaradılmış  gizli  müsavatçılar  təşkilatı-
“Gənc Türklər Birliyi”. Təşkilatın yaradıcısı BK-nın üzvü Əbdül 
Həsən Rəhimov olub. O, Müsavatın II MK-sı tərəfindən gənclər 
və  ziyalılar  arasında  iş  aparmaq  üçün  təhkim  edilmişdi.  1927-ci 
ildə  Ə.  H.  Rəhimov  həbs  edildisə  də,  təşkilat  dağılmadı.  Ona 
sürgündən  yenicə  qayıtmış  Salman  Rəhimov  rəhbərlik  etməyə 
başladı.  “Gənc  Türklər  Birliyi”  Müsavat  Partiyası  üçün  ehtiyat 
kadrlar  hazırlayan  məktəb  hesab  olunurdu.  Təşkilatın  50  nəfər 
üzvü həbs edildikdən, Salman Rəhimov isə güllələndikdən sonra 
iş zəiflədi. 
     3. Bakı şəhər Ağamalıoğlu adına texnikumda da Mir Qiyas 
Agalarov və Heydər İsmayılovun rəhbərliyi ilə gizli tələbə qrupu 
yaradılmışdı.  1930-cu  ildə  yaradılan  bu  qrupun  16  nəfər  fəalı 
komsomolçu  idi.  Qrup  1931-ci  il  həbsləri  zamanı  aşkarlanıb 
dağıdıldı. 
     4.  Əhməd  İsmayılovun  rəhbərlik  etdiyi  gizli  tələbə  qru-
punun  da  qarşıya  qoyduğu  məqsədləri  Müsavatın  prinsiplərinə 


 
 
85 
uyğun  gəlirdi.  Qrup  özünü  “Zaqafqaziya  Milli  Mərkəzi”  adlan-
dırırdı. Onun üzvləri türk dünyasının federativ birliyinin mümkün-
lüyünü  inkar  etmirdilər.  1932-ci  ildə  dağıdılan  bu  təşkilat  fəal 
müsavatçılardan Mirzə Cabbar Məmmədzadə ilə sıx əlaqədə olub. 
    5.  Bakı  şəhər  5  saylı  məktəbin  müəllimi  Əli  Abbas  Talı-
bovun rəhbərlik etdiyi “Türkçülər” adlı tələbə təşkilatı. Onun üzv-
ləri  əsasən  pedaqoji  institutun  yuxarı  kurs  tələbələri  olub,  orta 
məktəblərdə dərs aparırdılar. Ə. A. Talıbov hələ 1929-cu ildə həbs 
edilmiş fəal müsavatçı Yusif Hüseynzadə ilə sıx əlaqədə idi. Bun-
dan əlavə “Türkçülər” təşkilatında müsavatçı Təhsin Nuriyev və 
Mikayıl Müşfiq də təmsil  olunmuşdular. Onlar Əhməd Cavadın 
inqilabi əhval-ruhiyyəli şerlərinin oxusunu təşkil edir, müstəqillik 
və  türkçülük  ideyalarının  zəiflədilməməsinə  çalışırdılar.  Bu 
sahədə Tibb  İnstitutunun dosenti Balakişiyev Kamil (o, Az.DSİ-
yə  verdiyi  ifadədə  “İzçi”  adlı  başqa  bir  gizli  təşkilatın  da  üzvü 
olduğunu  bildirib),  30-cu  illərdə  yaradıcılığının  çiçəklənmə 
dövrünü  yaşayan  M.  Müşfiq  xüsusilə  fərqlənirdi.  M.  Müşfiq 
Azərbaycanın azadlığı uğrunda canlarından keçən, lakin yenilmə-
yən  müsavatçıların  zaman-zaman  yaşadıqları  faciələrin,  dəhşət-
lərin  içərisində  idi.  Şair  bu  dövrdə  Azərbaycan  milli  hərəkət 
tarixinə həsr olunan “Tozanaq” və  Nuxa üsyanında həlak olmuş 
qəhrəmanların xatirəsi münasibətilə “Üsyan” adlı iki poema yazdı. 
M. Müşfiq BPİ-nin müəllimi, müsavatçı İdris Axundovla sıx əlaqə 
saxlayırdı (onun qardaşı qızına evlənmişdi). 
     Bütün  bu  təşkilatlar  müsavatçı  gənclər  arasında  təbliğat 
işinə xeyli yardım edir, eyni zamanda partiya sıralarının yeni-yeni 
ideyalı gənclərlə böyüməsi üçün təminat yaradırdı [140, N-2 (6), 
1994]. 
     Əsasən 1927-ci ildən sonra Müsavatın, sovet hökumətinin 
“siyasi banda” və  yaxud “bandit dəstələri” adlandırdığı partizan 
birlikləri ilə də sıx əlaqəsi yarandı. Belə əlaqələr Zaqatala, Gəncə, 
başlıcası isə Qarabağ və Lənkəran bölgələrində-İranla həmsərhəd 
ərazilərdə özünü daha qabarıq büruzə verirdi. 


 
 
86 
     “Cəbrayıl  ərazisində  Arazın  o  tayında  və  Şimal  sahilində 
fəaliyyətdə  olan,  İran  mücahidləri  ilə  əlaqəyə  girmiş  Yadulla 
xanın dəstəsi məşhur idi” [81, s.24]. 
      Lənkəranda isə hələ 1927-ci ildən yerli Müsavat təşkilatı 
ilə əlaqə yaradan Can kişi, Xan kişi və Həsən İsa oğlunun partizan 
dəstələri  sovet  hakimiyyətinə  qarşı  silahlı  üsyan  zamanı  mü-
savatçılarla birgə çıxış edəcəklərini bəyan etmişdilər. 1928-ci ildə 
Xan kişi həbs olundu. “Can kişi isə Həsən İsa oğlu ilə birləşərək 
Müsavatın  Xarici  Bürosunun  göstərişləri  ilə  hərəkət  etməyə 
başladı” [140, N-4 (8), 1995]. 
      Bu  barədə  Lənkəran  təşkilatının  1928-ci  il  əməliyyatları 
zamanı Az.DSİ tərəfindən həbs edilən fəallarından Kəlbə Heydar 
istintaqa verdiyi ifadədə bildirirdi: “Təxminən martda Həsən İsa 
oğlu  Can  kişi  ilə  birləşdi.  Bu  zaman  onlara  qarşı  qırmızı  ordu 
hissələri göndərildi. Təşkilatımız çox gərgin günlər yaşayırdı... 
     Can kişi və Həsən İsa oğlunun çıxışları uzun sürmədi. Ona 
görə də təşkilat onlara kömək edə bilmədi” [140, N4 (8), 1995]. 
     Müsavatın  hərbi  təşkilatları  dağıdıldıqdan  sonra  yerli 
partiya komitələri İranla həmsərhəd bölgələrdə fəaliyyət göstərən 
silahlı partizan və qaçaq dəstələri ilə doğrudan da əlaqə yaratmış-
dı. Bu barədə Az.DSİ-nin materiallarında kifayət qədər faktlar var. 
Lakin  bu  əlaqələr  Sovet  hakimiyyətinin  daxildə  qapalı  mühit 
yaratmaq üçün sərhədlərin möhkəmləndirilməsinə qarşı müəyyən 
lokal  müqaviməti  gücləndirmək  xarakteri  daşıyırdı.  Silahlı  dəs-
tələr  Müsavatın  Cənub  təşkilatlarının  İranla  əlaqəsinin  qurul-
masına az kömək etmirdi. 
     1927-ci  ildən sonra  Azərbaycanda  gizli Müsavatın Xarici 
Bürodan aldığı təlimatlar, siyasi-ideoloji ədəbiyyat əsasən Cənub 
qapısından gəlib keçirdi (İrandan Lənkərana, oradan da Bakıya və 
bütün respublikaya yayılırdı). 
     Sərhəd bölgələrində silahlı dəstələrlə əlaqə yaradılmasaydı, 
çox güman ki, bu sahədə ciddi problemlər meydana çıxa bilərdi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə