“qafqaz evi “ İdeyasi mühaciRƏT ƏDƏBİyyatinda



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə29/114
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18713
1   ...   25   26   27   28   29   30   31   32   ...   114

 
 
87 
     Digər  tərəfdən  partiya  təşkilatlarının  silahlı  partizan  və 
qaçaq birlikləri ilə əlaqəsində strateji siyasi məqsədləri də istisna 
etmək olmaz. 
     Azərbaycanda sovet hakimiyyətinə qarşı bütün zümrələr və 
təbəqələrin nümayəndələri, mübarizə aparırdı, bütövlükdə isə bu 
milli müqavimət hərəkatı idi ki, onun önündəki Müsavat gedirdi. 
     Müsavatın Azərbaycanda gizli fəaliyyətinin Ι və ΙΙ mərhə-
ləsində ən güclü və mütəşəkkil təşkilatlar Bakı,  Qarabağ, Gəncə 
təşkilatları idisə, ΙΙΙ mərhələdə yenə ən mütəşəkkil Bakı təşkilatı 
ilə yanaşı Lənkəran təşkilatı olub. 
     Sovet  hakimiyyətinin  iddia  etdiyinə  görə  Müsavat  sosial 
tərkibinə  görə  yekcins,  yəni  burjua ziyalıları  və  qolçomaqlardan 
ibarət idi. Lakin faktlar fərqli nəticə çıxarmağa əsas verir: Qarabağ 
təşkilatı sosial tərkibinə görə 60% ziyalı, 20% tacir, 15% kəndli, 
5% fəhlə; Bakı təşkilatı – 73,6% ziyalı, 15,8% tacir, satıcı, 7,5% 
fəhlə-matros,  0,8%  quyuqazan  usta,  0,8%  hərbçi;  Lənkəran 
təşkilatı – 64% xırda burjuaziya, 18% ziyalı, 10,5% kəndli, 4,4% 
kustar,  1,1  molla,  1,03  batrak,  1,03%  fəhlə  və  b.  zümrələrdən, 
təbəqələrdən ibarət idi [140, N4 (8), 1995]. 
     Gizli  Müsavatın  fəaliyyətində  1932-ci  ildən  ΙΙ  Dünya 
müharibəsinin başlanmasına qədər davam edən dördüncü-sonun-
cu mərhələ Azərbaycanda artıq mütəşəkkil partiya təşkilatlarının 
mövcud  olmaması  ilə  səciyyələnir.  Bu  mərhələdə  müsavatçılar 
1930-31-ci  illərdə  tam  dağıdılmayan  bəzi  təşkilatların  (məsələn, 
“Qənc  Türkçülər  Birliyi”),  dərnəklərin  ətrafında  qruplaşaraq 
Xarici Büro ilə əlaqə saxlayır, tapşırıqlar və tövsiyələr alıb, ona 
uyğun hərəkət edirdilər. 
     Müsavatçılar  çalışırdılar  ki,  Azərbaycanda  müstəqillik, 
türkçülük ideyaları, istiqlaliyyət fikri ölməsin. 
     Bunun  üçün  həmin  ideyaların  əsas  daşıyıcıları  olan 
ədəbiyyat və incəsənət adamları, müəllimlər, bütövlükdə ziyalılar 
uğrunda mübarizə aparmaq lazım gəlirdi. Elə bu səbəbdəndir ki, 
müsavatın  dördüncü  mərhələsində  Azərbaycan  mədəniyyətinin 
zorla  tətbiq  edilən  “sovet  mədəniyyətinə”  qarşı  mübarizəsi  daha 


 
 
88 
qabarıq  görünür.  30-cu  illərdə  sanki  müsavatçılıq  ideologiyası 
mədəni  sferada  mübarizəyə  transformasiya  olunmuşdu.  Bu  mü-
barizənin önündə konkret partiya fəalları ilə yanaşı bitərəf şairlər, 
yazıçılar və b. ziyalarımız gedirdi. Ona görə də Sovet hakimiyyəti 
açıq  bəyan  edirdi  ki,  Azərbaycanda  ədəbiyyat,  incəsənət, 
bütövlükdə  mədəniyyət  sovetləşmədən  müsavatçılığın  məğlu-
biyyətindən danışmağa dəyməz. 30-cu illərdəki total repressiyanın 
mayasında da məhz bu amil dayanırdı. Dördüncü mərhələdə sovet 
hakimiyyətinin Müsavatla apardığı mübarizəni tərkibinə görə üç 
yerə bölmək olar: 
     Birincisi, gizli Müsavatın həqiqi üzvlərinə qarşı repressiya. 
Yəni 1930-31-ci il təqiblərindən yayına bilmiş, eləcə də əvvəllər 
həbs, yaxud da sürgün edilmiş, cəza müddəti qurtardıqdan sonra 
azadlığa  buraxılmış  partiya  üzvlərinin  təkrar  həbs,  sürgün 
edilməsi, güllələnməsi; 
     İkincisi, əvvəllər Müsavat Partiyasının üzvü olub, sonralar 
çıxan,  yaxud  ona  rəğbət  bəsləyən  bitərəf  adamların  müsavatçı 
kimi ittiham edilərək repressiyaya məruz qalması; 
     Üçüncüsü isə, Müsavat partiyası ilə ümumiyyətlə, əlaqəsi 
olmayan adamların saxta  ittihamlarla repressiyası. 
     Bu  baxımdan,  müsavatçı  adı  altında  10  minlərlə  soydaşı-
mızın saxta ittihamlarla məhv edilməsini, həqiqi müsavatçıların və 
yaxud da onlarla əlaqədə olanların repressiyasından ayırmaq lazım 
gəlir. 
     Beləliklə,  ΙΙ  Dünya  müharibəsinin  və  onun  tərkib  hissəsi 
olan  Böyük  Vətən  müharibəsinin  başlanması  ilə  Azərbaycanda 
Müsavatın  gizli  şəraitdə  apardığı  milli  azadlıq  mübarizəsi  təx-
minən yarım əsrlik fasilə verdi. 
     Gizli  siyasi  təşkilatların  apardığı  mübarizənin  əhəmiyyəti 
çox böyükdür. Bu mübarizə ilk növbədə milli azadlıq idealını sön-
məyə  qoymadı,  saysız  qurbanlar  verilsə  də  sovetlərin  repressiya 
maşını istiqlaliyyət məfkurəsini məhv edə bilmədi. 


 
 
89 
     Başda  Müsavat  olmaqla  siyasi  partiyalar  yeni  rejimin 
mahiyyətini açıqlayaraq, ona qarşı bütöv milli müqavimət hərəkatı 
yaratdı. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
IKİNCİ BÖLÜM 
 
MÜHACİRƏTİN 
TƏŞKİLATLANMASI 
                                                                                                                
2.1.
 
Siyasi təşkilatların və  dərnəklərin yaranması.  
 


 
 
90 
      Çevrilişin  səhəri  günü  başlanan  terror  və  həbslər  Azər-
baycan Demokratik Respublikasının liderlərini, görkəmli dövlət, 
siyasət  adamlarını  ölkəni  tərk  etmək  məcburiyyəti  qarşısında 
qoydu. 
     Fətəli  Xan  Xoyski,  Mustafa  Vəkilli,  Şəfi  Rüstəmbəyli, 
Nağı Şeyxzamanlı və digər dövlət xadimləri hələ sovetləşməmiş 
qonşu Gürcüstana keçə bildilər. 
     Aprelin ortalarından Azərbaycan Parlamentinin sabiq sədr 
müavini Həsən bəy Agayevin  rəhbərliyi ilə Tiflisə. Zaqafqaziya 
Respublikalarının  Konfransına  göndərilən  nümayəndə  heyəti  də 
aprel çevrilişdən sonra vətənə dönmədi. 
     İlk dəfə qonşu Gürcüstanda fəaliyyətə başlayan mühacirlər, 
bolşeviklərin  xalqın  iradəsi  və  tarixin  hökmü  ilə  qurulmuş 
Azərbaycan  Demokratik  Respublikasını  hərbi  yolla  devirməsini 
dünya ictimaiyyətinə çatdırmaq üçün kəskin etiraz bəyannaməsi 
ilə çıxış etdilər. Azərbaycanın səlahiyyətli nümayəndəsi H. Ağa-
yevin imzası ilə yayılan bu bəyannamədə deyilirdi: “Aprelin 27-
də gecə ikən rus qızıl ordu hissələri o vaxt Azərbaycan Ordusunun 
demək  olar  ki,  hamısının  Cənubda,  erməni  silahlı  qüvvələrinin 
hücum təhlükəsinə məruz qalmış Qarabağda olmasından istifadə 
edərək, heç bir səbəb olmadan, xəbərsiz surətdə Dağıstan tərəfdən 
Azərbaycan Respublikasına soxulmuşdur. 
     Azərbaycan  hərbi  hissələri  sərhəddə  bu  təcavüzə  silahlı 
müqavimət  göstərmişdi,  hər  iki  tərəfdən  həlak  olanlar  və  yara-
lananlar var. 
     ...Öz  istiqlaliyyəti  naminə  böyük  qurbanlar  verən,  qazan-
dığı azadlığı iki il ərzində bütün qüvvəsilə qoruyan və əziz bilən 
Azərbaycan  xalqı  ona  zorakı  yolla  qəbul  etdirilən  yeni  qayda-
qanun ilə barışa bilməz”  [49, v.30-33]. 
     Baş vermiş hadisəyə Azərbaycandan xaricdə ilk dəfə rəsmi 
münasibəti ifadə edən bu sənəddə daha sonra, XΙ Ordu hissələrinin 
respublika  ərazisində  törətdiyi  vəhşiliklərdən,  baş  alıb  gedən 
soyğunçuluqlardan,  talantlardan,  qanlı  toqquşmalardan  bəhs 
olunur,  “Rus  qızıl  ordusunun  tezliklə  ölkə  hüdudlarından 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə