162
Bu dövrdə M. Ə. Rəsulzadənin rəhbərliyi altında fəaliyyət
göstərən Milli Azərbaycan Komitəsi “Nazi Alman məqamlarına
məram anlatamadı. Hitler “heine Komite ”(heç bir komitə
istəmirəm) demiş, təşkil olunan milli legionlarla Ordu Qərargahı
arasında rabitə vəzifəsini görən məhdud və müəyyən işlərə kgrəvli
“Rabitə Heyətləri” (Verhindunqstav) qurulmasını əmr etmişdi ”
[32, N-9, 1954].
Vəziyyət bu şəkil aldıqda “Adlona” yığışan milli təm-
silçilər Berlində qalmağa və Alman rəsmi dairələri ilə danışıqların
davam etdirilməsinə lüzum görmədi. Lakin M. Ə. Rəsulzadə
Almaniyada yaşayan və dövlət nümayəndələri ilə yaxşı əlaqələri
olan Hilal Münşinin təkidi ilə hələ ki, Berlini tərk etmirdi. Eyni
zamanda “Fon Mende də Rəsulzadəni güclüklə Berlində qalmağa
ikna edə (razı sala-X. İ.) bilmişdi ” [284, s.109].
7 oktyabr 1942-ci ildə M. Ə. Rəsulzadə Krım tatar mühaciri
Krımalla birgə Alman Ordusu rəhbərliyi, Xarici İşlər Nazirliyi,
Şərq Nazirliyi ilə yenə uzun-uzadı danışıqlara başladı. Bu
danışıqlarda dəyişməyən şərt Almaniya tərəfindən Azərbaycan
müstəqilliyinin tanınması idi. Lakin bir müsbət nəticə hasil
olmadığını görən M. Ə. Rəsulzadə 1942-ci ilin sonlarında Alma-
niyanı tərk etdi. (P. Mühlen səhv olaraq M. Ə. Rəsulzadənin
Türkiyəyə getdiyini göstərir. Lakin o Buxarestə qetmişdi). “İki il
sonra SD Mərkəz Dairəsi onu xatırladı və 1942-də ən tanınmış
Azərbaycanlının getməsinə müsaidə edənləri sərt bir şəkildə
tənqid etdi” [284, s.109]. Almanlar onu Drezdendəki ilahiyyat
məktəbinə dosent
dəvət etdilərsə, məqsədlərinə çata bilmədilər.
Beləliklə, Rozenberqin istəyinə rəğmən milli legionlarla iş
aparmaq üçün “İrtibat Heyətləri” formalaşıb fəaliyyətə başladı.
Bəzi “İrtibat Heyətləri” kimi Azərbaycan heyəti də öz tərkibinə
görə yeni idi, yəni əski mühacirlərin yaratdığı təşkilat deyildi. Üç
nəfərdən təşkil olunan Azərbaycan “İrtibat Heyəti”nə-Leninqrad
Hərbi Akademiyasının əski məzunu, mayor Ə. Fətəlibəyli-Düdən-
ginski, (Naxçıvanın Düdəngə kəndində doğulmuşdu), “Pro-
metey”ə müxalif “Qafqaz” qrupunun fəallarından Fuad Əmircan