“qafqaz evi “ İdeyasi mühaciRƏT ƏDƏBİyyatinda



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə65/114
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18713
1   ...   61   62   63   64   65   66   67   68   ...   114

 
 
199 
hərəkatı  pisləmək,  erməni  siyasətinin  mahiyyətini  dünya 
ictimaiyyətinə açıqlamaq məqsədilə iki mətbuat konfransı verdi. 
Bu  konfranslarda  Qarabağ  məsələsinin  tarixi  köklərini,  rusların 
Qafqazda ermənilərə arxa durmalarının səbəblərini şərh edən M. 
A. Aran, M. Kəngərli, Ə. Qaraça, eyni zamanda erməni-rus infor-
masiya  vasitələrinin  dünya  ictimaiyyətini  aldatdığını,  Azərbay-
canın isə informasiya blokadasına alındığını göstərdilər. 
     Bu mövzuda Milli Mərkəz Ölkələrarası Mətbuat və İnfor-
masiya  İnstitutuna  da  aşağıdakı  məzmunda  müraciətnamə  gön-
dərmişdi:  “Ermənilərin  səbəb  olduqları  son  olaylarda  doğru  və 
obyektiv xəbərçilikdən uzaqlaşaraq, ermənilərin tərəfini tutan bir 
yol  izləndiyini  görməkdəyiz.  Olayların  gəlişmə  seyri  içində 
gerçəkləri əks etdirməyən, obyektivlikdən uzaq yüzə yaxın xəbər 
və xəbər içində yozum təsbit etmişik” [32, N-282, 1991]. 
     Bunlardan əlavə Milli Mərkəz, İslam Ölkələri Xarici İşlər 
Nazirləri  Konfransına,  Avropanın  müxtəlif  ölkələrində  fəaliy-
yətdə olan dərnək və cəmiyyətlər isə dünya təşkilatlarına, dövlət-
lərə, eləcə də ayrı-ayrı ölkə rəhbərlərinə, siyasi xadimlərə çoxsaylı 
müraciətlər  göndərmiş,  ermənilərin  Qarabağda  və  Ermənistanda 
törətdikləri  cinayətlərlə  bağlı  kəskin  etiraz  bəyanatları  ilə  çıxış 
etmişdir.  Mühacirlər  müsavatçılığın  Azərbaycan  Milli  Azadlıq 
Hərəkatı  ilə  sıx  qovuşması  üçün,  bütün  imkanlardan  istifadə 
edərək Azərbaycanla əlaqələri gücləndirməyə can atırdılar. Milli 
Mərkəz və  Müsavat  Partiyası  bu qənaətdə  idi ki,  “Xalq  Cəbhəsi 
yönəticilərinin Müsavat Partiyasından və onun təcrübəli orqanları 
olan  Milli  Mərkəz  və  Kültür  Dərnəyindən  görüş  almadan, 
təcrübələrdən  istifadə  etmədən  bir  hərəkətə  girişmələri,  Milli 
Mücadiləmizi  sarsımamıza,  düşmənin  ağır  təzyiqinin  üstümüzə 
çökməsinə  yol  aça  bilər.  Tarixi  gerçəklikləri  çox  yaxşı 
dəyərləndirmək lazımdır” [32, N-270, 1989]. 
     1991-ci ildə “Azərbaycan mühacirət ədəbiyyatı-(XX əsr)” 
beynəlxalq  elmi  simpoziumuna  gələn  Kültür  Dərnəyinin  genel 
Sekretarı  Əhməd  Qaraca  AXC  rəhbərliyi  ilə  danışıqlar  apararaq 
Müsavatın Azərbaycana qayıtmasının vaxtı çatdığını bildirmişdi. 


 
 
200 
Bu  danışıqların  yekunu  kimi  Müsavat  Partiyası  Divanının  10 
oktyabr  1991-ci  il  tarixli  iclasında  71  illik  fasiləsiz  mühacirət 
mübarizəsindən sonra, yaranmasının 80-ci ildönümündə Müsava-
tın  vətən  Azərbaycanda  yenidən  siyasi  fəaliyyətə  başlamasına 
qərar verildi [97]. Mövcud qərar əsasında 1992-ci ildə Bakıda Mü-
savatın  32  nəfərdən  ibarət  Bərpa  Mərkəzi  yaradıldı  və  Müsavat 
partiyası rəsmən bərpa edilib leqal fəaliyyətə başladı. 
     Azərbaycan  Milli  Mərkəzi  və  Kültür  Dərnəyi  isə  hələ  də 
Türkiyədə fəaliyyətdədir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
3. 4. Mühacirətin ideoloji-siyasi və ədəbi-tarixi irsi 
 


 
 
201 
     Azərbaycan  mühacirlərinin  zəngin  mirası  istər  geniş, 
istərsə də, konkret mənada ayrı-ayrı sahələr üzrə (ideoloji-siyasi, 
tarix, ədəbiyyat, incəsənət, mətbuat və s.) hərtərəfli tədqiqat tələb 
etdiyindən,  biz  ancaq  onun  ümumi  xarakterini  və  əsas  qayəsini 
müəyyənləşdirməklə  kifayətlənəcəyik.  Bunun  üçün  irsin  forma-
laşmasında dominantlıq edən əsas maraq və həvəsi, elmi, siyasi, 
mənəvi-psixoloji  motivləri,  nəhayət  ictimai-siyasi  şəraiti  və 
tələbatı öyrənmək lazım gəlir. 
     Qeyd  edək  ki,  mühacirlərimizin  yaradıcılığında  ideoloji-
siyasi  ruhla,  kulturaloji,  tarixi  məzmun  qovuşduğundan  irsin 
“ideoloji-siyasi  və  “ədəbi-tarixi”  sahələr  üzrə  qruplaşdırılması 
şərti  xarakter  daşıyır  və  tədqiqatımızın  xarakterinə  uyğun  təhlil 
aparmaq üçün bir metod kimi seçilmişdir. 
     Bununla  yanaşı  belə  qruplaşma  ideoloji-siyasi  yaradıcılıq 
prosesinin daha çox müxtəlif təşkilatlar, dərnəklər, mətbuat orqan-
larının yaranması, beynəlxalq aləmdə Azərbaycanın müstəqilliyi 
uğrunda  aparılan  mübarizə-bir  sözlə  praktiki  fəaliyyətlə 
çulğaşması kimi özəl xüsusiyyətlə; ədəbi-tarixi sahənin isə daha 
çox vəhdətdə, ümumi kulturoloji planda, həm də konkret istiqa-
mətlər  üzrə  (tarix,  ədəbiyyat,  musiqi,  arxitektura  və  s.)  araş-
dırılması ilə bağlıdır. 
     Mühacirətin  ədəbi-tarixi  yaradıcılığı  spesifik  tədqiqat 
məzmunundan, eyni zamanda əhəmiyyətindən başqa, təbliğat sa-
həsi kimi ideoloji-siyasi prosesə təkanverici rolunu da oynayırdı: 
ədəbiyyatımızın,  tariximizin,  mədəniyyətimizin  öyrənilməsi  və 
öyrədilməsi həm də Azərbaycanın müstəqil bir dövlət, millətimi-
zin isə müstəqil bir millət olmağa layiqliyini sübuta yönəlmişdi. 
     Ümumiyyətlə,  Azərbaycanın  milli  ideologiyası,  tarixi, 
ədəbiyyatı, mədəniyyəti, mövcud durumu ilə bağlı ayrı-ayrı mü-
hacirlərimizin  yazdığı  əsərlər,  apardığı  təhlillər  bütövlükdə  bir-
birini  tamamlayan,  boşluğa  yer  qoymayan,  nəticədə  vətənimiz 
haqqında dolğun təəssürat yaratmağa qadir olan mükəmməl sistem 
kimi  görünür.  Mühacirət  irsinə  xas  olan  xüsusiyyətlər,  onun 


 
 
202 
ardıcıllığı,  sistemliliyi  və  sanki  yaradıcılıq  prosesinin  bir  mər-
kəzdən idarəsi, tənzimləməsidir. Çeşidli yaradıcılıqdan doğan belə 
ahəng, ilk növbədə mühacirlərin taleyində, fəaliyyətində, strateji 
maraqlarında ümumi, ortaq və oxşar cəhətlərin çoxluğu ilə bağlı 
idi. 
     Əslində  başqa  cür  düşünmək  çətindir,  çünki  musiqi  təd-
qiqatçısından tutmuş tarixçiyə qədər bütün mühacirlərimizin yara-
dıcılığında  bel  sütunu  Azərbaycanın  istiqlaliyyatı  məsələsidir; 
müstəqil  olmağa  layiq  milli  ədəbiyyat,  milli  sənət,  tarix  və  s., 
nəhayət onların yaradıcısı və sahibi millət. 
     Mühacirlər ədəbiyyat və siyasət münasibətləri məsələsində 
öhdəsinə  düşən  vəzifələrin  nədən  ibarət  olmasını  da  çox  gözəl 
dərk  edir,  elmin,  mədəniyyətin  sovetlərdə  olduğu  kimi  siyasətə 
tabe  edilməsi  əleyhinə  çıxırdılar.  Sovetlərdə  mədəniyyəti,  elmi 
inhisarına  alan  siyasətin  “Elm  və  siyasət”  məqaləsinə  tənqidini 
verən  M.  Ə.  Rəsulzadə  yazırdı:  “Mədəniyyətin  qayəsi  siyasəti 
elmə tabe etdirməkdir” [168, s. 97]. 
     Bu  baxımdan  mühacir  ədəbiyyatı  siyasətə  tabe  etdirilmiş 
ədəbiyyat  deyil,  konkret  ideologiya  (Azərbaycanın  müstəqilliyi) 
uğrunda döyüşən ədəbiyyatdır. 
     Problemə  belə baxış  mühacir  yaradıcılığında  başlıca stra-
teji  hədəfləri  və  məqsədləri  müəyyənləşdirməyə  imkan  verir  ki, 
onları aşağıdakı şəkildə ümumiləşdirmək mümkündür: 
     -  müstəqilliyini  itirmiş  millətin  öz  elmini,  mədəniyyətini, 
ideologiyasını  hərtərəfli  inkişaf  etdirmək  imkanından  məhrum 
olmasını  nəzərə  alaraq,  bu  sahədə  zaman  boşluğunun,  fasilənin 
yaranmaması üçün sistemli araşdırmalar aparmaq; 
     - Azərbaycan (eləcə də SSRİ millətlərinin) elmini qüsurlu 
tədqiq, təbliğ və tədris edən, ümumiyyətlə daxildə mədəniyyətləri, 
elmin milli sahələrini istər məzmun, istərsə də şəkilcə eybəcər hala 
salan  bolşevik  siyasətinin  iç  üzünü  açaraq,  əvəzində 
konyukturadan uzaq, kommunist ideologiyasının nəfəsi dəyməmiş 
tədqiqat əsərləri ortaya qoymaq


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə