“qafqaz evi “ İdeyasi mühaciRƏT ƏDƏBİyyatinda



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə66/114
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18713
1   ...   62   63   64   65   66   67   68   69   ...   114

 
 
203 
     -  şərəfli  tarixi  keçmişi,  dövlətçilik  ənənəsi,  zəngin  mədə-
niyyəti, özünüidarəyə əsas verən iqtisadiyyatı olan Azərbaycanın 
müstəqil yaşamağa hazır və layiq olduğunu beynəlxalq ictimaiy-
yətin  diqqətinə  çatdırmaq  üçün  aparılan  araşdırmaların  effektli 
təbligatını qurmaq; 
     -  Azərbaycanın  müstəqilliyi  ideyası  ilə  bağlı  meydana 
gələn bir sıra praktik və ideoloji-siyasi əngəlləri dəf etmək, ADR-
in  süqutu,  Azərbaycanın  işğalında  beynəlxalq  ictimaiyyət  üçün 
qaranlıq olan mətləblərə aydınlıq gətirmək; 
     - Nəhayət, Azərbaycanın müstəqilliyi ideyasını şüurlardan 
silməyə çalışan bolşevik niyyətinə qarşı dayana biləcək milli əzm 
və iradə, başlıcası isə yeni nəsil tərbiyə etmək. Bu xüsusda M. Ə. 
Rəsulzadə yazırdı: “Bir millətin yeni nəsli, əskisinə nəzərən daha 
az  kültürlü  və  daha  az  təcrübəli  olursa,  o  millətin  varlığı  və 
istiqbalı təhlükəyə məruz qala bilir” [310]. 
     Bununla  yanaşı,  öz  genotipinə  görə  ümumi  mühacirət 
yaradıcılığı  kontekstindən  kənara  çıxan  bir  sıra  əsərlər  də  möv-
cuddur:  “Azərbaycan  və  inqilabı”  (Məmməd  Şərif  Əfəndizadə-
İstanbul,  1921),  “Azərbaycan  politikaçılarının  yanlışları”  (Şəra-
fəddin  Erəl-İstanbul,  1968),  “Azərbaycan  faciəsi”  (Ə.  Əskərov), 
eyni zamanda əvvəlki fəsillərdə şərhi verilən “Biz və onlar” (Nağı 
Şeyxzamanlı)” “Yıxılan bütlər”,  “M. Ə. Rəsulzadənin fəci süqutu” 
(Şəfi Rüstəmbəyli),  “Şəfibəyçilik” (M. Ə. Rəsulzadə) və bir sıra 
dövrü mətbuat məqalələri. 
     Beləliklə,  bütövlükdə  problem  baxımından  araşdırılacaq 
mühacirət irsinin ədəbi-tarixi sahəsini nisbətən sonraya saxlayıb, 
praktiki fəaliyyəti gücləndirən, həm də ondan bəhrələnən ideoloji-
siyasi  sahənin  təhlilinə  keçək.  Qeyd  edək  ki,  bu  sahədəki  fikir 
axtarışlarını  da  öz  növbəsində  xarakterinə  və  konkret  isti-
qamətlərinə görə bir neçə yerə bölmək olar: 
     1.  Beynəlxalq  siyasətin  əsas  məsələlərinin  təhlili  (Azər-
baycanın müstəqilliyi problemi baxımından). 
     2.  SSRİ  daxili  ümumi  vəziyyətin  və  bolşeviklərin  daxili 
siyasətinin təhlili. 


 
 
204 
     3.  Ümumi  Qafqaz  bölgəsinin  və  konkret  olaraq  Azərbay-
canın  mövcud  siyasi,  geosiyasi  durumunun  araşdırılması,  müs-
təqillik problemi-“istiqlal məfkurəsi”. 
     4. “Pantürkizm” və “Panturanizm”ə modern baxış. 
     5. Müsavatçılığın fikir cərəyanı və ideologiya kimi daha da 
təkmilləşdirilməsi. 
     6. Azərbaycanda fikir hərəkatlarının formalaşması və siyasi 
şüurun təşəkkülünə aid aparılan tədqiqatlar. 
     7.  Mühacirətin  ideoloji-siyasi  irsinə  mühacirlərin  öz 
münasibəti. 
     Azərbaycanın  müstəqilliyi  de  fakto  itirilsə  də  mühacir-
lərimiz diplomatiya və beynəlxalq hüququn mövcud prinsiplərinə 
dayanaraq milli müstəqilliyin de yure mühafizəsinə çalışır, dünya 
dövlətlərinin yeni bolşevik rejimini tanımaması uğrunda mübarizə 
aparırdılar.  Lakin  1920-1930-cu  illərdə  Avropa  dövlətləri  öz 
aralarındakı  iqtisadi rəqabət  üzündən SSRİ-yə  yönəlik siyasətdə 
bir  sıra  nöqsanlara  yol  verirdi.  Belə  nöqsanlardan  biri  də 
Azərbaycanın istilası ilə tam mənada sovetlərin inhisarına keçən 
Bakı nefti uğrunda İngiltərə, Fransa və ABŞ-ın apardığı xəlvəti və 
açıq  mübarizə  idi.  Bolşeviklər  də  öz  növbəsində  tamahkar  im-
perialist dairələrini şirnikləndirərək tədricən Avropanın içərilərinə 
nüfuz etməyə çalışırdı. 
     Bütün bu məsələlər Miryaqub Mehdizadənin “Beynəlmiləl 
siyasətdə  petrol”  əsərində  ətraflı  təhlil  edilmişdir.  (Əsər  1928-ci 
ildə  İstanbulda  nəşr  edikdən  sonra  Fransızcaya,  1931-ci  ildə  isə 
“N.  Mahundao  tərəfindən  çin  dilinə  tərcümə  edildi”)  [13a, 
29.11.1931]. 
     Müləllifin də qeyd etdiyi kimi əsərdə təsvir olunan Cenevrə 
konfransının  (1922-ci  il  10  aprel)  əslində  pərdə  arxası  məqsədi 
“son  dərəcə  gizli  tutulan  Bakı  nefti  imtiyazı  idi”  [146].  Rəsmi 
məqsədi  isə  “Dünya  müharibəsindən  çıxmış  Avropa  iqtisa-
diyyatının  islah  və  tənzimi”  olan  Cenevrə  konfransında  Azər-
baycanı həm sovetlər, (N. Nərimanov), həm də ADR-in 1919-cu 
ildə Parisə göndərdiyi səlahiyyətli heyətin 1920-ci ilin aprelindən 


 
 
205 
sonra  vətənə  dönməyən  nümayəndələri  təmsil  edirdi  (əsərin 
müəllifi  M.  Mehdizadə,  Məmməd  Məhərrəmov).  Sovet  nüma-
yəndə  heyətinin  başçısı  Çiçerin  Bakı  neftindən  gələcək  gəlirin 
hesabına ac Rusiyanın bir sıra problemlərini həll etmək niyyətini 
gizlətmirdi.  Dünya  şöhrətli  neft  kompaniyaları  olan  “Standard-
Oyl” (ABŞ) və “Royal-Doyç” da (İngiltərə-Hollandiya) öz növ-
bəsində Sovet hökuməti ilə danışıqlara meylli idi. Lakin konfrans-
da  mühacirətdəki  Azərbaycan  nümayəndələrinin  kəskin  etiraz 
notaları  (Azərbaycan  neftini  heç  kimin  hərraca  qoymağa 
səlahiyyətli olmadığı məzmununda)  ilə çıxış etmələri danışıqların 
pozulmasına az təsir etmədi. 
     Az  sonra  Cenevrə  konfransının  iştirakçıları  növbəti  Lahi 
konfransına (1922, 15 iyun) toplaşdılar. Bu dəfə SSRİ Xarici İşlər 
Komissarı M. Litvinov məsələni daha kəskin qoyaraq Rusiyanın 
pula ehtiyacı olduğunu bildirib, “borc surətilə müəyyən bir məbləğ 
təyin edilməyincə sovetlərin heç bir müzakirəyə girişməyəcəyini, 
hətta  köhnə  sahiblərlə  heç  bir  təzminat  haqqında  danışıq  belə 
aparmayacağını elan etdi [146,s.35]. 
     Düzdür Lahi konfransında da aparılan danışıqlar bir nəticə 
vermədi,  lakin  “1924-25-ci  illərdə  İngiltərə,  Fransa,  İtaliya  artıq 
bolşeviklərin müştəriləri olmuşdu. Bu illərdə Fransa 812, İngiltərə 
34, İtaliya isə onlardan 14 milyon pud neft aldı” [146, s.52]. 1927-
ci ildə isə “Standart-Oyl of Nyu York” Sovet höküməti ilə beş il 
müddətinə  bir  müqavilə  imzaladı  ki,  onun  şərtlərinə  görə 
“bolşeviklər  hər  sənə  İstanbul,  Port-Səid  və  Kolumbiya  liman-
larında “Standart-Oyl”a yüz min ton neft verməyi təəhhüd edir-
dilər” [146, s.53]. 
     “Standart-Oyl”la  bağlanan  bu  müqavilə  təbii  ki,  onun  ən 
böyük  rəqibi  “Royal  Doyç”  kompaniyasını  da  danışıqlara  sövq 
edir, sovetlər isə öz növbəsində yaranmış belə əlverişli beynəlxalq 
rəqabət  şəraitindən  faydalanırdı. 
     M.  Mehdizadə  “Beynəlmiləl  siyasətdə  petrol”  əsərində 
Bakı nefti uğrunda gedən mübarizənin böyük dövlətlərin siyasə-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə