“qafqaz evi “ İdeyasi mühaciRƏT ƏDƏBİyyatinda



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə69/114
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18713
1   ...   65   66   67   68   69   70   71   72   ...   114

 
 
212 
edən, konkret vəzifələrin icrasına ünvanlanan mübarizə proqramı 
idi. 
     Azərbaycan  mühacirlərinin  yaradıcılığında  Qafqaz  bölgə-
sinin  və  təbii  ki,  konkret  olaraq  Azərbaycanın  ümumi  ictimai-
siyasi  və  geosiyasi  durumunun  təhlili  də  xüsusi  yer  tutur.  Prob-
lemlə bağlı yazılan əsərlərdə: 
     - Qafqazda rus müstəmləkəçilik siyasətinin mahiyyəti
     - Şimali Qafqaz Cümhuriyyətinin elan olunması və süqutu: 
obyektiv və subyektiv amillər
     -  Qafqaz  Birliyi  ideyası,  onun  reallaşması  sahəsində 
buraxılan səhvlər (1918-20); 
     - Azərbaycanın ümumi Qafqaz evində  yeri və rolu. Azər-
baycanın mövcud durumu, əsas problemi
     - nəhayət, mühacirətdə Qafqazın siyasi birliyi məsələsi əsas 
tədqiqat obyektinə çevrilmişdi. 
     Bundan başqa yuxarıda sadalanan məsələlərə fərqli baxışı 
ifadə  edən  bir  sıra  araşdırmalar  da  yox  deyil.  Ümumqafqaz  mə-
sələləri  M.  Ə.  Rəsulzadənin  “Panturanizm  və  Qafqaz  problemi” 
(“Panturanizm haqqında”, Varşava. 1930, rusca), M. Mehdizadə-
nin-“Qafqaz məsələləri” (Paris, 1933, fransızca), C. Hacıbəylinin 
“Şimali Qafqaz və Azərbaycan”. “Mənəvi pakt” (“Qafqaz” alma-
naxı-İstanbul, 1936) əsərlərində, konkret olaraq Azərbaycan prob-
lemi  isə  M.  Ə.  Rəsulzadənin  “Azərbaycan  Cümhuriyyəti: 
keyfiyyəti təşəkkülü və indiki vəziyyəti” (İstanbul 1923, əski əlif-
ba  ilə,  Bakı-1990),  “Əsrimizin  Səyavuşu”  (İstanbul,  1923,  əski 
əlifba ilə, Ankara 1989, latın əlifbası), “Azərbaycan respublikası 
haqqında  bəzi  qeydlər”  (Berlin  1933,  almanca),  “Azərbaycan 
problemi”  (Berlin-1939,  almanca,  Ankara  1996-cı  il  türkcə), 
“Azərbaycan hürriyyət  savaşı” (Varşava, 1939, polyakca), Hilal 
Münşinin  “Azərbaycan  Cumhuriyyəti”  (Berlin,  1930,  almanca) 
əsərlərində  və  b.  müəlliflərin  dövri  mətbuatda  dərc  olunan 
məqalələrində hərtərəfli təhlil edilmişdir. 
     Tanışlıq və təbliğat məqsədi ilə adı çəkilən əsərlərin əksə-
riyyətində  vətənimizin  coğrafiyası,  tarixi,  mədəniyyəti  haqqında 


 
 
213 
ilkin, həm də zəruri bilgilər verilsə də, əsas məqsəd Azərbaycanın 
istiqlaliyyatı probleminə beynəlxalq  ictimaiyyətin diqqətini  cəlb 
etmək idi. 
     Qafqaz probleminə mühacirlərin münasibəti mürəkkəb və 
ziddiyyətli olub. Azərbaycan, Gürcüstan, Şimali Qafqaz mühacir-
ləri  öz  aralarında  iki  qrupa  bölünsələr  də,  eyni  məqsəd-Qafqaz 
birliyi uğrunda mübarizə aparır, erməni və ruslar isə əsasən vahid 
düşərgədə birləşərək Qafqaz birliyinin tərafdarlarını “separatçılar” 
adlandırıb,  onlara  qarşı  müxalifət  mövqeyində  dayanırdılar.  Öz 
qonşularından  ayrı  düşüb  ruslarla  birləşən  ermənilər  Qafqaz 
birliyinə  “panturanizmin gizli niyyətləri” kimi  baxır, beynəlxalq 
aləmdə Türkiyənin bu bölgə ilə bağlı ekspansiv məqsədləri barədə 
əsassız fikir formalaşdırmağa çalışır, hay-küy salırdılar. 
     Gürcüstan, Azərbaycan, Şimali Qafqaz mühacirləri isə bir-
birlərini  ən  çox  1918-20-ci  illərdə  bölgə  cümhuriyyətlərinin 
bolşeviklərə  qarşı  vahid  cəbhə  yaratmamaqda  suçlayırdılar.  C. 
Hacıbəyli yazırdı: “Şimali Qafqaziyalılar Rusiyaya qarşı mücadilə 
və  vətənlərini  kəndi  həyatları  bahasıyla  müdafiə  edərkən, 
Azərbaycan və digər Qafqaz millətləri onlara dost bir yardım əli 
uzatmadılar”  [228,  s.11-13].  Daha  sonra  müəllif,  Azərbaycanın 
müstəqilliyinin rus imperializminin yolunu kəsən Şimali Qafqaz 
xalqlarından çox asılı olduğunu, “Qafqaz Hürriyyətinin müdafiəsi 
üçün  sağlam  və  yıxılmaz  bir  cəbhənin  yaradılması”  zəruriliyini 
göstərirdi. 
     Ümumiyyətlə,  Qafqaz  birliyinin  zəruriliyi  ilə  bağlı  Azər-
baycan mühacirləri arasında fikir ayrılığı olmasa da, başqa müəl-
liflərdən fərqli olaraq M. Ə. Rəsulzadə Cümhuriyyət dövründə bir 
sıra  real  addımların  atıldığı  qənaətində  idi:  Müsavatın  ΙΙ  qurul-
tayının  “Qafqaz  respublikalarının  Qafqaz  Konfederasiyasının 
azad  ittifaqında  birləşməsi”  qərarı,  “1920-ci  ildə  Gürcüstan  və 
Azərbaycan arasında bağlanan hərbi müdafiə ittifaqı” [165, N-6, 
1991]. M. Ə. Rəsulzadə göstərirdi ki, yalnız hakim Müsavat parti-
yasının  nümayəndələri  deyil,  “Azərbaycan  siyasi  fikrindəki 
cərəyanların və Azərbaycanın siyasi xadimlərinin demək olar ki, 


 
 
214 
hamısı  Azərbaycan  respublikasının  yarandığı  ilk  gündən  bütün 
Qafqaz  xalqlarının  bir  konfederativ  dövlətdə  birləşməsinin 
tərəfdarı idilər”. 
     Mühacirlik həyatının ilk illərində qarşıda dayanan vəzifə-
lərdən  biri  də  Azərbaycan  barədə  Türkiyə  ictimaiyyətində  yara-
dılmış  aldadıcı  təəssüratın  dağıdılması,  əvəzində  gerçəkliyi  əks 
etdirən  obyektiv  rəy  formalaşdırılması  idi.  1923-cü  ildə  Kitab 
bayramında Atatürk mükafatına layiq görülən “Azərbaycan cüm-
huriyyəti: keyfiyyəti təşəkkülü və indiki vəziyyəti” əsərinin giriş 
hissəsində  M.  Ə.  Rəsulzadə  yazırdı:  “Türkiyədə...  milli  Azər-
baycanla indiki Azərbaycan arasında fərqi bir çoxları idrak etmir-
dilər.  Azərbaycanın  müstəqil  ikən  get-gedə  bütün  hüququnun 
Rusiyaya nədən tərk etdiyini soranlara rast gəldik. Bolşeviklərin 
Azərbaycana millət  tərəfindən çağırıldığına inananlar var” [161, 
s.10]. Aradan on ildən artıq bir vaxt keçməsinə baxmayaraq M. Ə. 
Rəsulzadə  1937-ci  ildə  “Qurtuluş”  dərgisində  dərc  etdirdiyi 
“Mühittin  Birgənə  görə  Azərbaycan-Türkiyə  münasibətləri” 
məqaləsində  də  bir  sıra  tarixi  və  çağdaş  anlaşılmazlıqların 
qaldığını yazırdı. O, Türkiyənin qulağının “Azərbaycanın ingilisçi 
Müsavat  partiyasının  hakimiyyəti  barədə  yalanlarla  dol-
durulduğunun” [39, N-36, 1937] bu iki qardaş ölkə arasında mü-
nasibətlərin soyulmasına təsir etdiyini göstərirdi. (Bu fikri Azər-
baycanda  kommunistlər  də  müntəzəm  olaraq  dövrü  mətbuatda 
dərc edərək ara vururdular). 
     Azərbaycan-Türkiyə münasibətlərində mübahisəli məqam-
lardan  biri  də,  Əli  Əmiri  kimi  türkiyəli  siyasətçilərin  yaydığı 
“Azərbaycanın  Türkiyəyə  bağlı  deyil,  müstəqil  qaldığı  üçün 
yıxılması”  fikri idi. Bunun müqabilində “Azərbaycan Türkiyəyə 
deyil,  Qafqaz  cümhuriyyətlərinə  bağlı  olmadığından  yıxıldı” 
tezisini ortaya atan Azərbaycan mühacirləri Əli Əmiri kimi azlıq-
da  olan  siyasətçiləri  düşmən  dəyirmanına  su  tökməkdə  ittiham 
edirdilər. Belə ki, rus və erməni mühacirləri, Azərbaycanın Qafqaz 
Konfederasiyası  uğrunda  apardığı  mübarizəni  gözdən  salmaq 
üçün  bu  fikrin  arxasında,  sonra  Azərbaycanın  bütün  Qafqazı 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə