“qafqaz evi “ İdeyasi mühaciRƏT ƏDƏBİyyatinda



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/114
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18713
1   2   3   4   5   6   7   8   9   10   ...   114

 
 
20 
- Azərbaycan mühacirətinə Polşa hökumətinin  maliyyə    yar-
dımları, müsavatçıların Polşa  Baş Qərargahının II Şöbəsi ilə əla-
qələri, M. Ə. Rəsulzadənin  bu  şöbənin  rəhbərləri ilə məktublaş-
maları; 
-  Azərbaycan    Milli  Ordusu    zabitlərinin    Polşa  Ordusunda  
xidmət etməsi; 
-  1936-cı  ildə  Polşada    keçirilən  Müsavat    Partiyasının 
Konfransının    təşkilində    II  Şöbənin  yaxından  iştirakı,  bu  kon-
fransda  M. Ə. Rəsulzadənin hesabat  məruzəsinin  mətni
- Siyasi  mühacirlərin xaricdə  nəşr etdikləri qəzet və  dərgilər; 
-  Musavat  Partiyasının  İstanbul,  Ankara,  Qars,  İqdır,  Tra-
pezund,  Tehran,  Təbriz,  Rəşt,  Ənzəli  komitələri,  Polşa,  Fransa, 
Almaniya,  Amerika  və  b.  ölkələrdə  yaratdıqları  özəklər  və  b. 
məsələlərlə bağlı dəyərli məlumatlar var. 
   Xüsusi  arxivin  materiallarına  görə  1930-cu  illərdə  Azər-
baycan  mühacirəti  parçalanmışdı  və  bunun  əsas  səbəbi  müha-
cirlərin  Ş.  Rustəmbəylidən  şübhələnmələri  idi.  Belə  ki,  Ş.  Rus-
təmbəylinin Azərbaycanda yaşayan qardaşına mühacirət haqqında 
məlumatlar göndərdiyini ehtimal edən cəbhədaşları onu etibardan 
salmışdılar. 
   1358-ci fondda isə 1927-31-ci illərdə Fransa kəşfiyyatının, 
antisovet  təşkilatlar  olan  “Qafqaz  Komitəsi”  və  “Prometey”lə 
bağlı  maraqlı məlumatlarını əks etdirən sənədlər, eyni zamanda 
M. Ə. Rəsulzadənin, M. B. Məmmədzadənin, M. Ə. Mehdiyevin, 
Hilal  Münşinin  və  b.  Musavat  liderlərinin  şəxsi  işləri  mühafizə 
olunur [99]. 
      Bunlardan  başqa  Polşa  və  Almaniya  arxivlərində,  Fran-
sada  Ə.  M.  Topçubaşovun  və  C.  Hacıbəylinin  şəxsi  arxivində 
maraqlı sənədlərin mövcudluğundan xəbərdar olsaq da, onların az 
bir hissəsindən faydalana bildik. 
   Mühacirət  probleminin  daha  dərindən  və  hərtərəfli  araş-
dırılması üçün bu arxivlərdə mövcud olan sənədlərin də tədqiqata 
çəkilməsi tələb olunur. 


 
 
21 
   Tədqiqat işində Azərbaycan tarixşünaslığında ilk dəfə bütöv 
Azərbaycan  mühacirətinin  bir  sıra  məsələləri,  kompleks  şəkildə 
mühacirət tarixi tədqiq olunmuşdur. 
   Əsərdə,  Azərbaycan  mühacirəti  yaranma  səbəblərinə  və 
xarakterik xüsusiyyətlərinə görə ayrı-ayrı mərhələlərə bölünmüş, 
araşdırılması  əsas  vəzifə  olan  yeni  mərhələnin  mahiyyəti,  fərqli 
cəhətləri təhlil edilmişdi. 
   Əsərdə  Azərbaycan  mühacirətinin  milli  təşkilatlar,  eyni 
zamanda  “Prometey”,  “Qafqaz  Konfederasiyası  Şurası”,  “Paris 
Bloku”  kimi  beynəlxalq  birliklərin  yaradılmasında  göstərdikləri 
fəaliyyətin təhlili də yenidir. 
      Azərbaycan tarixşünaslığında ΙΙ Dünya müharibəsində əsir 
düşən yüz mindən artıq soydaşımıza münasibət uzun illər birtərəfli 
olmuş, son vaxtlar isə dolaşıq və ziddiyyətlidir. Tədqiqat işində, 
Azərbaycan  legionlarının  Qızıl  Orduya  qarşı  vuruşmasının 
mahiyyətini,  səbəblərini  açıqlamaq  üçün,  dəyərli  mənbələrdən 
istifadə  olunmaqla  problemə  müəyyən  aydınlıq  gətirilməsinə 
təşəbbüs göstərilmişdi. 
   Tədqiqat işində mühacirət irsinin elmi genezisi, əsas qayəsi, 
mahiyyəti,  özəl  xüsusiyyəti,  nəhayət  strateji  hədəfləri  tədqiq 
olunmuşdur. 
   Əsərdə  mühacirət  probleminin  öyrənilməsinin  Azərbaycan 
tarixində yeri və rolu müəyyənləşdirilmişdir. 
   Azərbaycan  tarixi  və  kulturoloji  konsepsiyalarının  hazır-
lanması  baxımından  da  əsər  az  əhəmiyyət  kəsb  etmir.  Tədqiqat 
işinin materialları istər yeni dərsliklərin yaranması, istərsə də təd-
ris proqramlarının tərtibi üçün gərəklidir. Ondan təhsil, vətənpər-
vərlik tərbiyəsi və təbliğat işində də faydalanmaq mümkündür. 
   Hazırkı  çoxpartiyalılıq  şəraitində  Müsavat  Partiyasının 
mühacirətdə apardığı 70 illik mübarizənin, qazanılan təcrübənin 
ideoloji-siyasi, praktiki qiyməti də böyükdür. 
 
 
 


 
 
22 
 
 
 
 
BİRİNCİ  BÖLÜM 
 
AZƏRBAYCAN MÜHACİRƏTİNİN YARANMASI, 
ONUN YENİ MƏRHƏLƏSİNİ DOĞURAN 
ŞƏRAİT VƏ SƏBƏBLƏR 
 
1.1. Azərbaycan mühacirətinin tarixi kökləri  
 
      1920-ci  il  27  aprel  işğalı  ilə  Azərbaycandan  kənara  mü-
hacir  axınının  yeni  mərhələsi  başlandı.  Bu  mərhələ  səbəblərinə, 
istiqamətlərinin  çox şaxəliliyinə,  coğrafiyasının genişliyinə, mü-
təşəkkilliyinə və bir sıra özəl xüsusiyyətlərinə görə əvvəlkilərdən 
kəskinliklə  fərqlənirdi.  Bütün  zamanlarda  mövcud  olan  müha-
cirətin  bu  mərhələsinin  fərqli  cəhətlərini  tarixi  paralellər  və 
müqayisələr aparmadan müəyyənləşdirmək çətindir. 
     1804-13-cü  illər  birinci  Rusiya-İran  müharibəsinin  yarat-
dığı mühacir axınları müxtəlif motivlərlə (səbəb isə eyni idi) bağlı 
olduğundan, demək olar ki, toplumun əksər zümrələri əhatə edirdi. 
     Gülüstan sülhü ilə öz müstəqilliklərini itirmiş Şimali Azər-
baycan  xanlıqlarındakı  hakim  şəcərənin  nümayəndələri  1826-cı 
ildə  başlanan  ikinci  Rus-İran  müharibəsi  və  yerli  üsyanlar 
sayəsində  rus  istilasına  son  qoymağa  çalışırdı.  M.  B.  Məm-
mədzadə  yazır:  “O  zaman  Azərbaycan  xanlarının  bəziləri  Rusi-
yaya satılsa da, içərilərində Bakı xanı Hüseynqulu xan, Gəncə xanı 
Ziyad xanın oğlu Uğurlu xan kimi xanlar yenidən məmləkətlərinə 
qayıtmış, milləti ruslara qarşı üsyana qaldırmışlar” [145, s.171]. 
1809,  1826-cı  illərdə,  eyni  zamanda  Türkmənçay  sülh 
müqaviləsindən sonra 1837-ci ildə baş verən bu üsyanların təbii 
ki,  qurbanları,  həbsləri,  sürgünləri  ilə  yanaşı  mühacirləri  də 
olmuşdu. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə