“qafqaz evi “ İdeyasi mühaciRƏT ƏDƏBİyyatinda



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə72/114
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18713
1   ...   68   69   70   71   72   73   74   75   ...   114

 
 
221 
haqqında nəzəriyyədir. Milli Təsanüd-Milli Birlik, Millət, Vətən, 
İstiqlal, Hürriyyət kimi ideallar ətrafında yaranır. 
     Milli  Təsanüd  Millət,  Vətən  məfhumlarına  yad  olan  kos-
mopolit nəzəriyyələrə yaddır. 
     Müsavatın  birinci  proqramında  Milli  Təsanüd  yox  idi  və 
burada  “Millət  siniflərdən  ibarətdir”  deyilirdisə  [41,  N-2(6), 
1994],  ikinci  proqramda  Müsavat  bütün  millətin  partiyası  elan 
olundu: “Müsavatçılıq Milli Birlik və Milli Təsanüdü əsas olaraq 
alır, hər cür sinif və zümrə hakimiyyətini rədd edir” [32, N-282, 
1991]. 
     Mövcud  mülahizələri,  təhlilləri  ümumiləşdirərək  belə  bir 
qənaətə  gəlmək  olar  ki,  mühacirətdə  təkmilləşdirilib  dolğun  bir 
hala  gətirilən  Müsavatçılıq-böyük  türk  kültürünə  bağlı,  milli-
mədəni və bəşəri dəyərləri mənimsəyən, milli təsanüdü əsas tutan 
istiqlalçılıq,  millətçilik,  dövlətçilik,  hürriyyətçilik,  türkçülük  və 
Azərbaycan vətənsevərliyi deməkdir [25, 24-27.06, 1996]. 
     Müsavatın  xaricdəki  fəaliyyətinin  daha  effektli  və  mütə-
şəkkil hala gətirilməsi ilə yanaşı, onun keçdiyi yol, ümumiyyətlə, 
Azərbaycanda  siyasi  fikir  hərəkatının  və  cərəyanların  meydana 
gəlməsi,  təşəkkülü  haqqında da qiymətli  araşdırmalar aparılmış-
dır.  (M.  B.  Məmmədzadə  “Milli  Azərbaycan  hərəkatı”.  Berlin, 
1938,  Bakı-1992,  H.  Baykara  “Azərbaycan  istiqlal  mübarizəsi 
tarixi”, Bakı 1992, M. Ə. Rəsulzadə “Milli Azərbaycan Hərəka-
tının  xarakteri”  Azərbaycan  Yurt  Bilgisi,  1934,  İstanbul,  N-29, 
s.163-166). 
     M. Ə. Rəsulzadə Milli Azərbaycan hərəkatını belə xarak-
terizə edir: “İdeoloji mənşəyi etibarilə Milli Azərbaycan Hərəkatı, 
Şərqdəki  milli  qurtuluş  ideyaları  ilə  Qərbdəki  kültür  və 
demokratiya  cərəyanlarını  kəndi  növündə  birləşdirmiş  bir  hərə-
katdır” [229, N-29, 1934]. 
     Azərbaycanda  siyasi  fikir  hərəkatı  1905-ci  ildə  iki 
partiyanın  meydana  gəlməsi  ilə  (Difai,  İttifaqı  Müsəlman)  daha 
mütəşəkkil şəkil aldı. Hər iki partiyanın, o cümlədən 1911-ci ildə 


 
 
222 
yaranan Müsavatın əsas qayəsi Rusiya müsəlmanlarının birliyi və 
imperiya daxilində milli muxtariyyətə nail olmaq idi. 
     Şəkilcə ümmətçilik kimi görünən hərəkat mahiyyəti etiba-
rilə millətçiliyə daha çox bənzəyirdi. Hələ 1905-ci ildə Əhməd bəy 
Ağayev  Kaspi  qəzetində  yazırdı:  “Müsəlman  birliyi  daxilində 
əslində,  türk  birliyi  düşünülür.  Bütün  bu  toplum  yalnız  dini  bir 
toplum  olmayıb,  eyni  zamanda  etnik  bir  varlıqdır.  Çünki  bütün 
Rusiya müsəlmanları pək az bir istisna ilə böyük türk-tatar irqinə 
mənsubdurlar, “eyni dildə danışır, eyni dinə sitayiş edirlər” [190, 
N-271, 1991]. Mövcud fikrin analoji variantına 1917-ci ilə qədər 
ümmətçi  kimi  tanınan  M.  Ə.  Rəsulzadənin  1915-ci  ildə  yazdığı 
“Tutduğumuz yol” adlı məqaləsində də təsadüf olunur: “Dilcə bir 
türkük, türklük milliyətimizdir” [190, N-271, 1991]. Əgər milliy-
yətimiz  türk  kimi  qəbul  olunurdusa,  1905-ci  ildə  Rusiyanın  ya-
ponlara məğlubiyyəti ilə ölkə daxilində başlanan milli hərəkatlar 
ümmətçilikdən daha çox türkçülük mahiyyəti kəsb edirdi. 
     Fikrimizə  daha  da  aydınlıq  gətirmək  üçün  M.  Ə.  Rəsul-
zadənin  1917-ci  il  Moskvada  keçirilən  ümumrusiya  müsəlman-
ların qurultayındakı çıxışına müraciət edək: “Bir xristian milləti 
olmadığı kimi, bir müsəlman milləti də yoxdur. Böyük müsəlman 
evində  türklər,  ərəblər,  iranlılar  üçün  ayrı  bölmələr  olmalıdır” 
[359, s.51-52]. 
     Deyilənlərdən  belə  qənaətdə  gəlmək  olar  ki,  1917-çi  ildə 
ilk  dəfə  rəsmən  Müsavatın  proqramına  gətirilən  türkçülük,  daha 
çox şəklən ümmətçilik olan əvvəlki mərhələdə də milli hərəkatın 
aparıcı tərəfi kimi çıxış edirdi. 
     Tətqiqatçı  N.  Cəfərov  da  M.  Ə.  Rəsulzadənin  türkçülüyü 
ümmətçilikdən öndə tutması qənaətinə gələrək yazır: “O, dini bir 
növ  milliliyə  uyğunlaşdırmağa  çalışırdı.  Dini  hər  şeydən  əvvəl 
milliliyə  xidmət  etməli,  milliliyi  uca  tutmalı  idi.  Milli  inkişafın 
qabağına sədd çəkən, milli dili və milli adət-ənənələri boğan islah 
olunmalı və vahid milli amala uyğunlaşdırılmalı idi” [178, s.60]. 


 
 
223 
     Mühacirlərimizin  ideoloji-siyasi  sahədəki  zəngin  yara-
dıcılığında Avropada mövcud olan klassik və çağdaş siyasi cərə-
yanların,  dövlət  quruculuğunun  mütərəqqi  modeli  probleminin, 
“millət”, “milliyyətçilik” kimi anlayışların da təhlilləri verilmiş-
dir. 
     Beləliklə,  ancaq  ümumi  istiqamətlərinə  toxunduğumuz 
ideoloji-siyasi sahədəki yaradıcılıq barədə mülahizələri yekunlaş-
dıraraq,  öncədən  qeyd  edək  ki,  ədəbi-tarixi  sahənin  təhlilinə  də 
problem baxımından yanaşmaq qənaətindəyik. 
     Mühacirlərimizin  tarix  üzrə  apardığı  araşdırmaları  xarak-
terinə görə iki yerə bölmək olar: birincisi, yuxarıda qeyd etdiyimiz 
kimi,  Azərbaycanın  çağdaş  (yəni  XX  əsrin  birinci  yarısı)  siyasi 
problemlərinə  həsr  olunan  əsərlərdə  (məsələn  “Azərbaycan 
problemi”, “Azərbaycan cümhuriyyəti” və s.) tariximizlə utilitar 
tanışlıq  xarakterli  qısa  xülasə;  ikincisi,  ayrı-ayrı  dövrlərə  və 
problemlərə  həsr  olunmuş  konkret  tədqiqat  əsərləri.  Bunlar 
aşağıdakılardır: “Çağdaş Azərbaycan tarixi”, Ankara 1951, “İran 
Türkləri”, İstanbul, 1993 (M. Ə. Rəsulzadə), “Müxtəsər Azərbay-
can  tarixi”,  İstanbul,  1924  (Cahangir  Zeynaloğlu),  “Azərbaycan 
tarixində  türk  Albaniya”,  Ankara,  1951,  “Ermənilər  və  İran”, 
İstanbul,  1926  (M.  B.  Məmmədzadə),  “İran  turkləri”,  “Türkün 
altun kitabı”,  İstanbul, 1942 (Məmməd Sadrıq  Aran)  “Azərbay-
canın  yaxın  tarixinə  qısa  bir  baxış”,  Ankara,  1982  (Əhməd  Qa-
raca), “Türk və islam aləmində Azərbaycanın yeri”, Ankara 1987 
(Cəmil  Ünal),  “Azərbaycan  Yurt  Bilgisi”ndə  dərc  olunan  mə-
qalələr – “Azərbaycan tarixinə ümumi bir baxış” (1932, N-1, s.5-
16), “Avropa səyyahlarına görə XVII əsr Azərbaycanı” (Əhməd 
Cəfəroğlu,  1933,  N-18,  səh.254-263),  “Övliyya  Cələbiyə  görə 
Azərbaycan şəhərləri” (Məhəmməd Xalid, 1933, N-17, səh.206-
211), “Dövlətlərarası münasibətlərə dair vəsiqələrdə Azərbaycan” 
(M. Məhəmmədzadə,1934, N29, səh.191-196 və b.). 
     Bunlardan  əlavə,  məşhur  başqırd  mühaciri,  prof.  Əhməd 
Zəki Vəlidinin “Azərbaycan Yurt  Bilgisi” dərgisində “Azərbay-
canın tarixi coğrafiyası” [1932, N-1,2,3,4,5] və “Azərbaycan türk 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə