“qafqaz evi “ İdeyasi mühaciRƏT ƏDƏBİyyatinda



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə73/114
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18713
1   ...   69   70   71   72   73   74   75   76   ...   114

 
 
224 
etnoqrafiyası”  [1933,  N-12,13,14,15,18]  adlı  iki  çox  qiymətli 
tətqiqat əsəri də hissə-hissə dərc edilmişdi. Dövrü mətbuatda isə 
mühacirlərimiz, əsasən 28 May Milli İstiqlaliyyat günü, 27 Aprel 
faciəsi, eyni zamanda sovet hakimiyyətinə qarşı baş verən silahlı 
üsyanlar, kütləvi çıxışlarla bağlı müxtəlif həcmli məqalələrlə çıxış 
etmişlər. 
     Tarixi  araşdırmaların  əsas  qayəsini  C.  Zeynaloğlunun 
“Müxtəsər  Azərbaycan  tarixi”  kitabına  giriş  hissəsində  yazdığı 
kimi:  “Özümüzü  tanımalı,  başqalarına  da  tanıtdırmalıyıq”  [138, 
s.5] prinsipi təşkil edirdi. 
     V. Nuhoğlu imzasiyla çıxış edən mühacirlərimizdən biri isə 
“Tariximiz  yazılarkən”  məqaləsində  məsələni  belə  qoyurdu: 
“Azərbaycan tarixi yazılmalidır. Buna şübhə yoxdur. Fəqət, belə 
bir  milli  tarixi  kim  yazacaqdır?...  Bolşeviklər,  hüsnü  niyyətlə 
hərəkət etsələr belə, yaza bilərlərmi? Xeyr, əsla!”[39, N-9, 1935]. 
Daha sonra müəllif , “millət” və “milli dövlət” anlayışlarını qəbul 
etməyən  bolşeviklərin,  milli  tarixi  yazarkən  sinfilikdən,  kos-
mopolitizmdən  yaxa  qurtara  bilməyəcəkləri  qənaətinə  gələrək 
yazırdı: “Öz milli tariximizi, bolşeviklər, ruslar deyil, biz özümüz 
yazacağız”  [39,  N-8,  1935].  Əslində  bu  fikri  tədqiqatçı  müha-
cirlərimizin yardıcılıq devizi kimi qəbul etmək olar. 
     Sovet  tarixşünaslığından  fərqli  olaraq  mühacirət  irsində 
başlıca tədqiqat prinsipləri müstəqillik, türkçülük və islamçılıqdır. 
Fikrimizi əsaslandırmaq üçün tarixə aid əsərlərin dövrləşməsindən 
və başlıqlara verilən adlardan bir neçə nümunəyə müraciət edək: 
     1.  C.  Zeynaloğlunun  “Müxtəsər  Azərbaycan  tarixi” 
əsərindəki  başlıqlar-“İstiqlalın  elan  olunmasından  əvvəlki 
zaman”,  “Mütəqil  Ağqoyunlu,  Qaraqoyunlu  dövləti”,  “Müstəqil 
xanlıqlar dövrü”, “Müstəqil cümhuriyyət dövrü” və s.; 
     2.    M.  Ə.  Rəsulzadənin  “Qafkaziya  türkləri”  əsərindəki 
başlıqlar-“Türk  ünsürünün  Qafkaziyada  yerləşməsi”,  “Azər-
baycan və Türk Qafkaziyanın siyasi müqqəddəratı”, “Qafkaziyada 
Türk və İslam cumhuriyyətləri”, “Dağıstanda türk qövmləri” və s. 


 
 
225 
     “İran Türkləri”, “Azərbaycan tarixində türk Albaniya” kimi 
əsərlərdə  isə  məsələ  yenə  adından  bəllı  olur  .Göründüyü  kimi, 
mühacirlərimiz  dövrləşmədə  A.  Bakıxanovun  “Gülüstani-İrəm” 
əsərindəki  müstəqillik  həm  də  millilik  prinsipi  ilə  bölgünü  əsas 
götürərək,  B.  Sısoyevin  istila  və  əsarətə  görə  bölgü  prinsipinə 
(Azərbaycan  sasani,  ərəb,  səlcuq,  monqol  və  b.-ların  əsarəti 
dövründə) istinad etməmişlər. 
     İstila və əsarətə görə bölgü imperialist məfkurənin təzahürü 
idi ki, M. Ə. Rəsulzadənin “Çağdaş Azərbaycan tarixi” əsərində 
qeyd  etdiyi  kimi  bu  prinsip  təkcə  tarixə  deyil,  ədəbiyyata, 
bütövlükdə  isə  mədəniyyətə  də  tətbiq  olunmuşdur.  Sovet 
tarixşünaslığında ayrı-ayrı tarixi şəxsiyyətlərə münasibət də belə 
ölçülərlə  müəyyənləşdirilirdi.  Belə  ki,  A.  Nevski,  D.  Donskoy, 
Minin  və  Pojarski,  Suvorov,  Kutuzov  və  b.  yüksək  qiymət-
ləndirildiyi halda, Şeyx Şamil, Cavad xan kimi milli qəhrəmanlar, 
istilaya  qarşı  müqavimət  hərəkatının  başçıları  unutdurulur  və 
yaxud  Babəkin  azadlıq  mübarizəsinə  antixəlifət  deyil,  antiislam 
məzmunu  verərək,  ateizmin  Azərbaycanda  tarixi  köklərə  malik 
olduğu əsaslandırılırdı. 
     Mühacirətdə Azərbaycan tarixi bütöv türk tarixinin tərkib 
hissəsi kimi tədqiq edilir ki, bu xüsusiyyət özünü M. Ə. Rəsulza-
dənin  yaradıcılığında  daha  aydın  büruzə  verir.  Onun  “Çağdaş 
Azərbaycan  tarixi”,  “Qafqasya  Türkləri”,  “İran  Türkləri”  əsər-
lərini  Qafqaz  və  İranda  yaşayan  türklərin  tarixinə  həsr  olunan 
trilogiya kimi qəbul etmək olar. 
     “Qafqasya  Türkləri”ndə  müəllif,  Şimali  Qafqazda  (Qazı 
Qumıq,  Noqay,  Türkmən,  Balkar,  Qaraçay  və  s.)  Borçalıda, 
Ahsıxa  və  Axırkələkdə,  Gümrü  və  Zəngəzur  bölgələrində  məs-
kunlaşan türklərin həm də qeyri- türk müsəlmanların tarixi, tarixi 
coğrafiyası, etnoqrafiyası, mədəniyyəti, məişəti, mövcud ictimai-
siyasi  durumu  barədə  ətraflı  məlumat  verir,    Qafqazda  ümumi 
türklərin  bölgə  əhalisini  34%-ni,  müsəlman  qeyri-türklərin  isə 
26%-ni təşkil etdiyini bildirir. 


 
 
226 
     Gürcüstan  türklərinin  ümumi  saylarını  200 000-dən  artıq 
olduğunu  göstərən M. Ə. Rəsulzadə, Ermənistanda bu miqdarın 
iki  dəfə  artıq  olduğunu  yazır:  “Bunların  miqdarı  450 000  bul-
maqdadır ki, Ermənistan Cümhuriyyətinin 28%_ni təşkil edirlər” 
[312, s.94]. Bu bilgilər Qafqaz türklərinin deportasiyalara qədərki 
etnodemoqrafik  vəziyyətlərinin  öyrənilməsi  baxımından  da  çox 
qiymətlidir. 
     Əsərin  “Rus  istilasında  yüz  sənə”  adlı  bölməsində  əksə-
riyyəti  (60%-i)  türk  və  müsəlman  qeyri-türklərdən  ibarət  olan 
Qafqaz  əhalisinin  bir  əsrlik  əsarətdən  sonra  yenidən  hürriyyətə 
qovuşmaq istəyi və bu istəyin gerçəkləşməsinin əsas şərti sayılan 
türkçülük və islamçılığın bölgədə hakim rolu açıqlanır. 
     “Qafqasya  Türkləri”  ümumqafqaz  türkləri  və  müsəlman 
qeyri  -  türklərinin  tarixi,   mədəniyyəti barədə  Azərbaycan tarix-
şünaslığında ilk tədqiqat əsəridir. 
     M.  Ə.  Rəsulzadənin  maraq  doğuran  əsərlərindən  biri  də 
Cənubi Azərbaycan mədəniyyətinə, tarixinə, mövcud durumuna, 
eyni zamanda bütöv Azərbaycan məsələsinin bir sıra məqamlarına 
aydınlıq  gətirən  “İran  Türkləri”dir.  1908-1911-ci  illərdə  İranda 
aparılan  müşahidələrin  və  araşdırmaların  yekunu  kimi  ərsəyə 
gələn bu əsər, 1912-ci ildə “Türk Yurdu” dərgisində, 1993-ci ildə 
isə Əli Yavuz Akpınar tərəfindən dərc edilmişdi. İran dövlətinin 
gəlişməsində türklərin tarixi rolundan bəhs edən M. Ə. Rəsulzadə, 
həm  də  XIX  əsrin  II  yarısından  başlayaraq  ortaya  çıxan 
problemləri  araşdıraraq  belə  qənaətə  gəlir:  “İranda  Türklər  nə 
Rusiyada  olduğu  kimi  məhkum,  nə  də  Türkiyədə  olduğu  kimi 
hakim bir millət deyildilər. İran Türklərini əsl iranlı olan farslarla 
hüquqda müsavi vətəndaş halında bulunurdular: eyni haqlara, eyni 
imtiyazlara  sahibdilər”  [331,  s.  17,18].  Lakin  əsrin  əvvəllərində 
mövcud  olan  bu  “müsavilik”  (bərabərlik),  fars-türk  tarazlığı 
tədricən  farsların  xeyrinə  dəyişməyə  başladı.  Bu  dəyişmənin 
səbəbləri  və  prosesin  dinamikası  M.  Ə.  Rəsulzadənin  aşağıdakı 
mülahizəsindən  aydın  görünür:  “Farslar  türk  hökmdarlarını  İran 
padşahları kimi, türklər də fars mədəniyyətini və lisanını milli bir 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə