227
lisani-ərəbi kimi qəbul etmişlər. Bu sürətlə beş yüz sənədən bəri
şahlıq taxtında bir türk xanı otururdusa da gərək bu xanlar, görərsə
də türk əhalisi iranlaşmış, yəni frslar tərəfindən təmsil olunmuşdur”
[311,s.17,18].
Daha sonra müəllif iranlaşmanın da səbəblərinə toxunaraq
fikrini belə açıqlayır: “Şiəlik İran türklərini o qədər farslaş-
dırmışdır ki, indi onlar kəndlərini türkləşmiş fars, yəni əsasən
iranlı hesab edirlər” [311,s.18].
Əslində məsələ göründüyü qədər də sadə deyil. M. Ə.
Rəsulzadənin də qeyd etdiyi kimi “türklərin farslara mənəvi məğ-
lubiyyətlərinin” kökü [331,s.18] “ 500 illik” türk hakimiyyəti za-
manında qoyulmuşdur. Bu vaxt ərzində İranda siyasi hakimiyyət
türklərin olsa da, mədəni və lisani-ədəbi hakimiyyət farslara
məxsus idi. Və türklər zaman-zaman mənən məğlub olur, farsla-
rının siyasi hakimiyyətə də sahib olmalarına zəmin yaranırdı.
Hazırkı dövrə İran türklərinin dünyada hüquqları tapda-
lanan ən böyük çoxluqlardan biri olması məhz bu cür tarixi prose-
sin, yürüdülən məqsədyönlü siyasətin məntiqi yekunudur.
“İran Türklərin”ndə M. Ə. Rəsulzadə İran və Qafqaz,
bütövlükdə isə bütün türklərin tarix, mədəniyyət və ictimai həyat-
larında mövcud olan oxşar, ümumi xüsusiyyətləri təhlil etməklə
yanaşı, Şimali və Cənubi azərbaycanlıların arasında bir sıra
psixoloji və mədəni fərqlərin olduğunu da unutmamışdı.
Əsər “Türk Yurdu”nda dərc edildikcə geniş oxucu kütlə-
sinin marağına səbəb olurdu. Ə. Y. Akpınar yazır: “M. Ə. Rəsul-
zadənin bu yazıları Türkiyədə İran türklərinə qarşı artmış bu-
lunan ilginin ehtiyac duyduğu bilgini oxuculara ulaşdırır, Iranın
gerçək üzüylə tanımasını sağlıyırdı” [311, s.2].
Türkiyə ictimaiyyətini maraqlandıran məsələlərdən biri də
əsərdə imperializmə qarşı İran və Türkiyə arasında iş birliyinin
zəruriliyi ideyasının irəli sürülməsi idi.
(Azərbaycan mühacirlərindən Məmməd Sadıx Aran da
Cənubi Azərbaycanın ictimai-siyasi vəziyyəti, tarixi, görkəmli
228
şəxsiyyətləri barədə “İran türkləri” adlı maraqlı əsər dərc etdir-
mişdi).
“Çağdaş Azərbaycan tarixi” əsəri məzmun və qarşıya qo-
yulan problem baxımından “Azərbaycan Cümhuriyyəti” həm də
“Qafqasya Türkləri”ndə ən böyük bölmə olan eyni adlı bölmə
(Azərbaycan Cümhuriyyəti) ilə eyniyyət təşkil edir. Hər üç əsərdə
Azərbaycan Demokratik Cümhuriyyətinin meydana gəldiyi
ictimai-siyasi, tarixi şərait, XX əsrin əvvəllərində yaranmış
beynəlxalq şəraitin Azərbaycan daxili proseslərə təsiri, nəhayət
ADR-in yaranması, iki illik fəaliyyəti, məğlubiyyəti və bu
məğlubiyyətin obyektiv-subyektiv səbəbləri araşdırılmışdır.
M. Ə. Rəsulzadənin XIX əsrin sonu, XX əsrin əvvəllərini
əhatə edən Azərbaycan tarixinə bir neçə dəfə qayıdışı hər şeydən
əvvəl, Azərbaycan probleminə beynəlxalq ictimaiyyətin diqqətini
cəlb etmək, yaxın tarixi keçmişdə bölgədə baş verən hadisələr
barədə obyektiv rəy yaratmaq istəyindən irəli gəlirdi.
Lakin əsərlərin yazılmasında məqsəd oxşar olsa da,
hədəflər fərqli idi. Belə ki, 1923-cü ildə nəşr olunan “Azərbaycan
Cümhuryyəti”nin əsas ünvanı Türkiyə ictimaiyyəti idisə, 1951-ci
ildə Avropada çapdan çıxan “Çağdaş Azərbaycan tarixi” Qərb
ictimaiyyətini hədəf götürmüşdü. 1928-ci ildə Yusif Akçuranın
rəhbərlik etdiyi “Türk yurdu”nda hissə-hissə dərc edilən “Qaf-
qasya türkləri” isə Türkiyə ictimaiyyətini ümumi Qafqaz türk-
lərinin tarixi və çağdaş problemləri ilə tanış etmək məqsədi ilə
yanaşı, bu ölkədə məskunlaşan Qafqaz mühacirləri arasında iş
birliyi, Müştərək təşkilatlar yaratmaq üçün həmin mühacirət
kontingentinə də ünvanlanmışdı.
Məqsədlərin nə qədər maraqlı və əhəmiyyətli, hədəflərin
çeşidli olmasına baxmayaraq, tədqiq olunan Azərbaycan tarixi idi
ki, son nəticədə elm daha çox qazanırdı.
Qeyd edək ki, mühacirlərimizin araşdırdığı problemlərin
əksəriyyəti 80-ci illərin sonlarından başlayaraq formalaşmaqda
olan yeni baxışdan aktual və əhəmiyyətli görünür. Nümunə kimi,
son illər albanşünaslıqda türklərin tarixi yeri barədə meydana
229
gələn mülahizələrin (II əsrdən başlayaraq Cənubi Qafqaza axıb
gələn türk tayfalarının Albaniyada məskunlaşaraq ərəb istilasına
qədər hakim etnosa çevrilməsi), M. B. Məmmədzadənin “Azər-
baycan tarixində türk Albanya” əsərində irəli sürdüyü ideyalarla
səsləşməsini göstərmək olar.
Əsərin məntiqindən aydın olur ki, Albaniyada türk etnosu
hakim olmasaydı, qonşu xristian məmləkətləri kimi albanlar da
islamı qəbul etməzdilər. Əslində Azərbaycanın cənubunda islam
qəbul edildiyindən şimaldakı türklər də bu dinin yayılmasına
nəinki müqavimət, əksinə yardım göstərirdilər.
“Ermənilər və İran”da təsvir olunan İran ermənilərinin və-
ziyyəti, fars-erməni münasibətləri isə bu günün özündə də məz-
mun baxımından dəyişmədiyindən, əsrin əvvəllərində aparılan
təhlillər öz aktuallığını saxlayır.
Azərbaycan tarixi ilə bağlı araşdırmalar sırasında başqırd
mühaciri, prof. Ə. Zəki Vəlidinin iki tədqiqatı da xüsusi yer tutur.
Bunlar, uyğun sahələr üzrə Azərbaycan tarixşünaslığında ilk
sistemli araşdırma sayılan, “Azərbaycanın tarixi coğrafiyası” və
“Azərbaycan türk etnoqrafisinə dair” əsərləridir. Müəllif. “Azər-
baycan tarixi coğrafiyası” əsərinin giriş hissəsində qarşısına qoy-
duğu məqsəd barədə yazır: “Azərbaycanın tarixi coğrafiyasına aid
məxəzlərdə mövcud bütün quyudatı (rəsmi qeydləri-X. İ.) bir
araya toplamaq... tarixi əsərlərdə keçən coğrafi isimlərin yerini
mümkün olduğu qədər doğru təyinə çalışmaq” [192, N-1, 1932].
Doğrudan da Ə. Zəki Vəlidi qədim ərəb, fars, yunan, roma
müəlliflərinin, eyni zamanda müasir tədqiqatçıların Azərbaycanla
bağlı araşdırmalarını saf-çürük edərək vətənimizin çayları, karvan
yolları, şəhərləri barədə hərtərəfli və dəqiq məlumat verə bilmişdı .
“Azərbaycanın tarixi coğrafiyası”nda Dərbənd, Bərdə, Abxaz-
Quba, Şabran, Şamaxı, Bərzənk, Bakı, Ərəş, Şəki, Zaqatala və b.
şəhərlərin tarixi haqqında çox qiymətli bilgilər var.
“Azərbaycan Etnoqrafisinə dair” əsərində isə müəllif,
Azərbaycana türk tayfalarının gəlməsinin aşağıdakı xronologi-
yasını verir:
Dostları ilə paylaş: |