“qafqaz evi “ İdeyasi mühaciRƏT ƏDƏBİyyatinda



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə76/114
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18713
1   ...   72   73   74   75   76   77   78   79   ...   114

 
 
233 
Kültür  Gələnkləri”,  “Çağdaş  Azərbaycan  ədəbiyyatı”  (Ankara, 
1949-1951), Ə. Cəfəroğlunun “Azəri ədəbiyyatında istiqlal müca-
diləsi” (İstanbul, 1932), M. B. Məmmədzadənin “Cəfər Cabbarlı” 
(“Qurtuluş”, 1938, N39), “Babək və Afşin” (“Qurtuluş”, 1936, N-
19) və s. 
     4.  Bədıı  yaradıcılıq:  “Qurtuluş  yollarında”  (Şerlər  məc-
muəsi, İstanbul, 1928), “Ərgənəkon yolları” (İstanbul, 1952, Şer-
lər  məcmüəsi)  “Almaz  Yıldırımının  seçilmiş  şerləri”  (Ankara, 
1953), K. Yayçılı, “Hacı Tağı” (hekayə “Azərbaycan” 1953, N6 
(18),  Həlim  Narlıdərəli,  “Qorxu”  (hekayə,  “Azərbaycan”,  1953, 
N-6 (18), Məmməd Sadıq Aran, “Qara Köynək”, “Gənclərə nəsi-
hət”,  “Millətlərin  haqqı  və  məhkum  türklərin  davası”,  “Qaçaq 
Nəbi”,  “Top  səsləri”  pyesləri,  Ümm  El  Bənin-  “Paris  günləri” 
(roman, Paris 1990). 
     5.  Folklor  axtarışları:  M.  Şakir-  “Aşıq  Qurbaninin  üç 
mənzuməsi” (Azərbaycan Yurt Bilgisi, 1932, N-4-5, s.167-169), 
Sadiq Sənan – “Azərbaycan saz şairləri” (Azərbayca Yurt Bilgisi, 
1932, N-2, s.55-59), Səlim Rafik- “Azəri xalq ədəbiyyatında “Dəli 
Alı dastanı”, “Nigaristanlı aşıq Sadiqin bir Şeri (Azərbaycan Yurt 
Bilgisi,  1933,  N-23,  s.415-419),  Ə.  Cəfəroğlu-“Azəri  Xalq 
ədəbiyyatında “Aşıq Qərib dastanı”, “”Azəri xalq ədəbiyyatında 
sayacı sözləri” (Azərbaycan Yurt Bilgisi, 1934, s.531-532,35-36), 
M.  Fəxrəddin-  “Azəri  aşıqlarından  Sarı  Aşıq  (Azərbaycan  Yurt 
Bilgisi,  1934,  N-29,  s.176-178),  Zahir  Sidqi  –  “Dədə  Qorqud” 
kitabına  dair”  (Azərbaycan  Yurt  Bilgisi,  1934,  N-35-36,s.374-
375) və s. 
     6.  İncəsənətin  tədqiqi:  Zeynal  A.  Saray-“Azərbaycanın 
gözəl sənətləri haqqında” (Azərbaycan Yurt Bilqisi, 1934, N35-
36,  s.388-389),  M.  B.  Məmmədzadə-“Azərbaycan  musiqisinin 
əsasları” (“Qurtuluş”, 1935, say 9), K. Mahmud Raqib-“Azərbay-
canda  son  musiqi  hərəkətləri”,  “Azərbaycan  müsiqisi”  (Azər-
baycan Yurt Bilqisi, 1932, say 3, s.8-9), Babazadə Sadig-“Azər-
baycan sənət həyatı” (Azərbaycan Yurt Bilqisi, 1932,say 5), M. Ə. 
Rəsulzadə-“Azərbaycan  memarı  anıtları”  (Azərbaycan,  Ankara, 


 
 
234 
1954,  say  8(32)),  “Azərbaycan  Kültür  Qələnəkləri”  (Ankara, 
1949) və s. 
     7.  Azərbaycan  dili  ilə  bağlı  araşdırmalar:  Ə.  Cəfəroğlu: 
“Azəri ləhcəsində bəzi moğol ünsürləri”, “Şərqdə və Qərbdə Azəri 
ləhcəsi tədqiqləri”, “Türk Dili” (Azərbaycan Yurt Bilgisi”, 1934, 
say 25, M. B. Məmmədzadə: “Azərbaycan dilinin orfografiyası” 
(“Qurtuluş”,  1937,  say  5),  “Dilimizdə  sovetizm”  (“Qurtuluş”, 
1937, say 27) və s. 
     Təbii  ki,  çoxsaylı  əsərlər  içərisində  adı  çəkilənlər  mü-
hacirlərin ədəbi-bədii yaradıcılığında xüsusi əhəmiyyət kəsb edən-
lərdir.  Bu  əsərləri  istər  yuxarıdakı  qruplaşmalar  üzrə,  istərsə  də 
janr  prinsiplərinə  görə  təhlil  etmək  ayrıca  araşdırma  tələb 
etdiyindən,  biz  ancaq  onların  özəl  xüsusiyyətlərini,  əhatə  etdiyi 
problemlərin ümumi tərəflərini müəyyənləşdirməklə kifayətlənə-
cəyik. 
     Mühacir yaradıcılığında diqqəti cəlb edən başlıca xüsusiy-
yətlərdən  biri,  sovet  təftişçiliyi  və  senzurasının  nəticəsi  kimi 
Azərbaycan  ədəbiyyatında  meydana  gələn  naqislikləri  aradan 
qaldırmaq,  ədəbi-bədii  yaradıcılığın  ictimaiyyətdən  gizlədilmiş 
tərəflərini olduğu şəkildə xalqa çatdırmaq cəhdidir. Bu ruhla apa-
rılan araşdırmalarda sovet təftişçiliyinin izləri, qoyduğu yasaqlar, 
eyni zamanda “zərərçəkmiş” hər bir əsərdə müəllifin əsas məqsədi, 
niyyəti  açılıb  göstərilmişdir.  Nizamidən  Hüseyn  Cavidə  qədər 
(təxminən)  Azərbaycan  ədəbiyyatında  təhrif  olunan,  qəsdən 
dolaşdırılıb  baş-ayaq  salınan  nə  vardısa  hamısının  mühacir 
yaradıcılığında yerbəyer edildiyini görürük. 
     Bu  sahədə  örnək  əsərlərdən  biri,  heç  şübhəsiz  M.  Ə. 
Rəsulzadənin 1941-ci ildə Nizaminin 800 illik yubileyi münasibə-
tilə  yazdığı,  lakin  müharibənin  araya  saldığı  çətinliklər  üzündən 
10 il-1951-ci ilə qədər nəşri ləngiyən “Azərbaycan şairi Nizami” 
monoqrafiyasıdır.  Əsərin  qiyməti  təbii  ki,  Nizami  yaradıcı-
lığındakı  milli  və  bəşəri  dəyərlərin,  ideoloji-siyasi,  fəlsəfi-
bütövlükdə  elmi  mahiyyətin  dərin  təhlilində-“Nizami  ölçüsüz-
lüyünün”  (Y.  Bertels”  və  təkrarsızlığının  ifadəsindədir.  Lakin, 


 
 
235 
əsərdə  Nizaminin  “kasıb  güzəran  sürməsi”,    “Şahları  mədh  et-
məsi”, “utopik cəmiyyət dedikdə az qala sovet hökumətini nəzər-
də tutması” barədə sovetologiya təhriflərinin, şairin fars olduğunu 
iddia  edən  paniranistlərin  irəli  sürdüyü  mülahizələrin  saf-çürük 
edilməsi və tənqidi də az əhəmiyyət kəsb etmir. 
     Fars  dilində  yazdığına  görə  Nizamini  fars  hesab  edənlərə 
qarşı  çıxan  M.  Ə.  Rəsulzadə,  dilin  forma  əlaməti  olduğundan, 
onun  milli  mənsubiyyəti  müəyyənləşdirən  amil  rolunu  oynaya 
bilməməsini  qeyd  edir:  “Ədəbi  bir  əsəri...milliləşdirən  amil 
formadan  çox  məzmun,  başqa  sözlə  desək,  dildən  çox  məna  və 
məzmundur”  [303,  s.28].  “Azərbaycan  Kültür  Gələnəkləri”  əsə-
rində də o, Nizaminin “Firdovsi tipində bir fars milliyyətçiliyinə 
yabançı,...konuları  və  təfəkkürü  etibarilə  bir  türk”  olduğunu 
göstərir [307, s.19]. 
     Maraqlı  məqamlardan  biri  də  şairin  idealizə  etdiyi  İsgən-
dəri “yaxın Doğunu rus kötülüyündən” təmizləməyə çağırmasıdır. 
M. Ə. Rəsulzadə Nizaminin “yaxın Doğunu qorxudan şimallılara 
münasibətini aşağıdakı nümunə ilə ifadə edir: 
 
              “Bunlar demiş şəhər yıxar, yaxarlar, 
                Dünyanın tortusu alçaqlar, hamlar; 
              ... Adamlıq bəkləməz bir kimsə rusdan 
             Ki bənzər insana yalnız baxışdan” [303, s.210]. 
 
     Rusların “qurd”, simalarının isə “çirkin” (zeşt) olduğu qə-
naətinə  gələn  şair,  ideal  cəmiyyəti  şimalda  deyil,  Türküstanda 
axtarmağı tövsiyə edir. 
     “Şirvanlı  Xaqani”  əsərində  də  M.  Ə.  Rəsulzadə  sovet 
ədəbiyyatşünaslığında “rus məsələsi” ilə bağlı xüsusi yasaqlar tət-
biq  olunmasından,  təhriflərə  yol  verildiyindən  söhbət  açır: 
“Xaqanının  Ahistandan  şikayət  edən  misraları  gerçəkdən  yox 
deyildir.  Fəqət  bununla  bərabər  şairin  “Əbül-müzəffər”(Zəfərli 
baba) deyə Ahistanı öydüyü qəsidəsi qəsdən unudulur. Çünki bu 
qəsidəsində vətənsevər şair, yurdunu basan rus korsanlarını (dəniz 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə