“qafqaz evi “ İdeyasi mühaciRƏT ƏDƏBİyyatinda



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə77/114
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18713
1   ...   73   74   75   76   77   78   79   80   ...   114

 
 
236 
quldurlarını-X. İ.) Bakı limanında yapdığı şanlı qəza nəticəsində 
suya tökdüyünü öymüşdü” [300, N-37, 1954]. 
     M. Əli Rəsulzadə Seyid Əzim Şirvaninin, M. Ə. Rəsulzadə 
və  Ə.  V.  Yurdsevər  isə  M.  F.  Axundovun  bir  mənalı  şəkildə 
“rusofil”  elan  olunmasına  qarşı  çıxaraq,  hər  iki  şəxsiyyətin 
Azərbaycan türkünün millətçi, maarifçi və qərbçi olduğunu qeyd 
edirdilər. 
     Bildiyimiz kimi  kommunistlər M.  Ə. Sabirə  də  siyasi  cə-
hətdən “qohum çıxmışdı”. M. B. Məmmədzadə Əli Nazimin Sa-
biri  beynəlmiləlçi  elan  etməsini  belə  açıqlayırdı:  “Sabirin  bütün 
fəaliyyəti ilə müsavatçılara, millətçilərə düşmən cəbhəsini tutmuş 
bir internasionalist olması fikrinə düşmək... gülüncdür” (270, N23, 
1936). Müəllif, daha sonra şairin “Fəxriyyə”sini nümunə gətirərək 
bu şerin turançılığa, türkçülüyə örnək olduğu qənaətinə gəlir. 
     Ədəbiyyata  sinfilik  prinsipi  ilə  yanaşanda  təbii  ki,  Sabir 
“Beynəlmiləl”, “1905-ci il” şerlərinə görə kosmopolit, beynəlmi-
ləlçi, “Fəhlə, sən də özünü bir insanmı sanırsan?” şerinə görə isə 
“proletar şairi” kimi görünür. 
     Təhriflər sırasında Sabirin “ateist” elan olunması da maraq-
lı  məsələdir.  M.  B.  Məmmədzadə  şairin  dinə  münasibətini  XΙX 
əsrin  sonunda  formalaşan  tendensiya  kontekstində  təhlil  edərək 
yazırdı:  “Mövhumat,  xürufat  və  fanatizmin müxtəlif şəkilləriylə 
amansız savaş yapan Sabir eyni zamanda: 
  
                   Vallah müsəlmanam a şirvanlılar. 
                   Yox yeni bir dinə yaxınım mənim. 
                  Qaili Quranam a şirvanlılar-demişdir” 
                                                              [270, N-23, 1936]. 
     Yaradıcılığının ən məhsuldar çağları bolşevik istilası döv-
rünə təsadüf edən Cəfər Cabbarlı, Ə. Cavad, H. Cavid də əsərləri 
ilə birlikdə repressiyaya məruz qalmışlar. C. Cabbarlı ilə məktəb, 
sonra  isə  əqidə  dostu  olan  M.  B.  Məmmədzadə  ədibin  yaradıcı-
lığına, özünə yaxşı bələd olduğundan təhrifləri, yalan və həqiqət-
ləri ən xırda detallarına qədər araşdıra bilmişdi. O, bolşeviklərin 


 
 
237 
C. Cabbarlı yaradıcılığına verdiyi qiyməti aşağıdakı kimi ümumi-
ləşdirirdi: 
     -  Kütləvi  hərəkat  yerinə,  monarxiya  və  kapitalizmin  atri-
butu olan fərdiyyətçilik var. 
     - İşçi hərəkatı və proletar inqilabının nəfəsi yoxdur. 
     - Bolşevik partiyasının rolundan bəhs olunmur. 
     Əsərlərin sonrakı variantlarını sovet senzurasının məhsul-
ları hesab edən M. B. Məmmədzadə yazır: “İndi repertuarda olan 
“Od gəlini” və “1905-ci ildə” əsərləri də parçalanmış, doğranmış, 
kəsilmiş və artırılmışdır” [39, N-4, 1935]. Qeyd edək ki, bolşev-
iklər  “1905-ci  il”  əsərinin  son  variantının  əvvəlkindən  fərqli 
olaraq  xeyli  dəyişdiyini  –  proletar  inqilabını,  sinfi  mübarizəni, 
çarizmə  qarşı  üsyanı  ehtiva  edən  bir  hala  gətirildiyini  özləri  də 
etiraf edirdilər. 
     Bütün  bunlara  baxmayaraq  C.  Cabbarlı  əsərlərinin  ruhu 
dəyişməz qalmışdı. M.  B. Məmmədzadə  də  göstərirdi  ki,  ədibin 
1921-1923-cü  illərdə  (müsavatçı  olduğu  dövr)  yazdığı  “Oktay”, 
“Aydın”la  1923-cü  ildən  sonra  yazdığı  “Od  qəlini”,  “Sevil”, 
“1905-ci il”, “Almaz” arasında əsas motiv baxımından fərq yox-
dur, hürruyyət, milliyyət, istiqlal bu əsərlərin ruhunu təşkil edir. 
     Əslində  simvolizmə  müraciət  etdikdə  C.  Cabbarlı  yara-
dıcılığının mahiyyəti açılır. Məsələn, “Od gəlini”ndə ərəb istila-
sını  rus  istilası  ilə  əvəzlədikdə  hər  şey  yerinə  düşür,  mücərrəd 
Elxan isə hər bir azadlıqsevər türk ola bilər. 
     Ümumiyyətlə,  1920-ci  ildən  sonra  başlanan  bolşevik 
senzurası,  yasaqları,  kütləvi  repressiyalar  yaradıcılıqda  sətiraltı 
sətiraltı  mənaya,  simvolizmə  meyli  gücləndirdi.  M.  Ə.  Rəsul-
zadənin  də  yaradıcılığına  xas  olan  bu  xüsusiyyət  (Səyavuş  və 
Azərbaycan  faciəsi  arasında,  Qafqazın  mövcud  durumu  ilə  bir 
zamanlar  ona  zəncirlənən  Prometey  arasında  oxşarlığa  müraciət 
olunması) C. Cabbarlı, H. Cavid, Ə. Cavad və b. yaradıcılığında 
aydın  təzahür  edir.  Rus  istilasını,  tarixin  dərin  qatlarından  ana-
logiya  tapmaqla,  simvollaşdırma  ilə  ifşa  etmək  sonrakı  Azər-
baycan ədəbiyyatında da yox deyil. 


 
 
238 
     M.  Ə.  Rəsulzadə  Əhməd  Cavad  simvolizminin  fərqli  cə-
hətə  malik  olmasını  da  göstərir:  “Cavad  simvolizminin  başlıca 
konusu Azərbaycandakı təbiət mənzərəsidir. Məsələn, şair bir gün 
məmləkətin bərəkət  qaynağı  olan Kür nəhrini  təsvir edir. Təsvir 
bu beytlə bitir: 
                       Əyil, Kürüm, əyil keç, 
                      Dövran sənin deyil keç [308, s.16]. 
      Lakin  M.  Ə.  Rəsulzadə  Ə.  Cavadın  “Nədən  yarandın?” 
şerini  28  may  İstiqlal  günü  münasibətilə  yazıldığını  göstərərək,  
xətaya  yol  vermışdı.  Əslində  şer  şairin  1916-cı  dərc  olunan 
“Qoşma” kitabına daxil edilmişdi və 
                     “Mən hər ildə bir mayısa, 
                      Pək çox ümidlər baglaram. 
                     Hər gələcək mayıs üçün 
                   Nisan aglar, mən aglaram” 
beytində nə 28 Mayısa, nə də 27 Nisana işarə edilir. 
     Mühacirlərin  ədəbi-bədii  yaradıcılığında  Azərbaycan 
ədəbiyyatında istiqlal mücadiləsinin araşdırılması da mühüm yer 
tutur ki, bu problemlə bağlı Ə. Cəfəroğlunun apardığı ayrıca təd-
qiqat maraq doğurur (“Azəri ədəbiyyatında istiqlal mücadiləsi”). 
     Müəllif,  Azərbaycan  ədəbiyyatında  ayrıca  bir  cərəyan 
təşkil  edən  istiqlal    mücadiləsi  probleminin  araşdırılmadığını  və 
Firidun Köçərliyə istinadla onun səbəblərini açıqlayır. F. Köçərli 
Azərbaycan  ədəbiyyatı  materiallarında  (Bakı  1925)  Gəncə  xanı 
Cavad xanın rus işğalçılarına qarşı apardığı mübarizəni vəsf edən 
Əbdürrəhman Ağa Dilbaz oğlunun yaradıcılığını “bəzi səbəblərə 
görə” təhlil edə bilmədiyini açıq göstərir. Bu “bəzi səbəblərə” görə 
tədqiq  edilməyən  istiqlal  mücadiləsi  ədəbiyyatını  Ə.  Cəfəroğlu 
beş qismə bölürdü: 
     1.  Cavad  xanın  mücadiləsi  ətrafında  yazılan  dastanlar  və 
şerlər. 
     2. Şimali Qafqaz müdafiəçisi Şeyx Şamil haqqında şerlər. 
     3.  Qaçaq  dastanları  və  aşıq  ədəbiyyatında  rus  istilasına 
qarşı əkislər. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə