“qafqaz evi “ İdeyasi mühaciRƏT ƏDƏBİyyatinda



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə78/114
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18713
1   ...   74   75   76   77   78   79   80   81   ...   114

 
 
239 
     4. Azərbaycan vətənpərvər şer məktəbi və milli cərəyan. 
     5.  Son  mühacirət  dövrü  istiqlal  şerləri  [206,  s.5].  “Azər-
baycan ədəbiyyatında İstiqlal Mücadiləsi” əsərində müəllif, hələ 
də bizə bəlli və ya yaxşı bəlli olmayan Əbdürrəhman Ağa Dilbaz 
oğlu,  Şeyx  Şamili  vəsf  edən  “Biçarə”  təxəllüslü  Şəkili  Osman, 
rusların “əmanət” deyərək Azərbaycandan sürdükləri Ağa Məsih 
Şirvani, Nəşat Şirvani, Nəva, Zabih, “Aşiq” təxəllüslü Məhmməd 
bəy Cavanşir, “Arif” təxəllüslü Kazım ağa və b. şairlərimizin hə-
yat və  yaradıcılığı haqqında  yığcam məlumat verir, onların poe-
ziyasının mübarizə üzərində kökləndiyini göstərir. Eyni zamanda 
əsərdə Qasım bəy Zakir yaradıcılığının rus istilasına münasibətilə 
bağlı görünməyən tərəflərinə işıq salınır. “Qaçaq Nəbi” dastanın-
dan  isə  aşağıda  təqdim  olunan  nümunə  ilə  Ə.  Cəfəroğlu  şifahi 
ədəbiyyatımızın  da  təhrifdən  can  qurtara  bilməməsinin  aydın 
mənzərəsini yaratmışdı: 
                  “Qazamat istidi yata bilmirəm
                    Ayaxda qandalaq qaça bilmirəm
                    Açar urusdadır aça bilmirəm
                   Mənim bu günümdə gələsən Nəbi...” [206, s.32]. 
     Əsərin  “Son  mühacirət  dövrünün  istiqlal  şerləri”  böl-
məsində  “Gültəkin”  (Əmin  Abid),  “Azəri”,  “Sənan”  və  b.  adlar 
altında yazan şairlərin, eləcə də digər mühacirlərin yaradıcılığında 
əsas  qayə  belə  ümumiləşdirilir:  “Müstəqil  Azərbaycan  Cüm-
huriyyətinin  bolşeviklər  tərəfindən  istilası  daxildəki  milli 
ədəbiyyat məktəbini terror  ilə susdurmağa müvəffəq oldusa da, 
Xaricdəki  mühacir Azərilər arasında biləks böyük bir  əksülaməl 
vucuda  gətirdi. Xətti  zatında daxildəki  milli  şer məktəbinin bər-
davamı olan bu ədəbiyyatın məqsədi bolşevik rus istilasına qarşı 
mücadilədən  ibarətdir.  Yalnız  şəklən  və  lisanən  əski  məktəbə 
nisbətən daha fazla saf və daha zəifdir” [206, s.43]. 
     Azərbaycanla  əlaqələrin zəifliyi  üzündən bir sıra tədqiqat 
çətinlikləri  meydana  çıxsa  da,  müxtəlif  ölkələrə  səpələnən  mü-
hacirlər, yaşadığı dövlətin arxivlərini araşdıraraq Azərbaycan ədə-
biyyatı,  tarixi  və  başqa  sahələrlə  bağlı  yeni  fikirlər,  materiallar, 


 
 
240 
sənədlər eyni zamanda ədəbiyyatşünaslığa bəlli olmayan, ən yaxşı 
halda  sadəcə  adı  çəkilən  şairlərimizin  yeni  şerlərini,  bütövlükdə 
isə  divanın  tapıb  üzə  çıxara  bilmişlər.  Azərbaycan  ədəbiyyatını 
zənginləşdirən belə tapıntılardan bir neçə nümunə veririk: 
     1. “Divani Məlik bəy Avcı”. XVΙΙ əsrdə yaşayıb yaratmış 
bu  şairin  divanı  Berlin  hökumət  kitabxanasından  tapılmışdır. 
Professor Fuad Köprülüzadə əvvəlcə divanın Şah İsmayıl Xətaiyə 
məxsus olduğu qənaətinə gəlsə də sonralar Ə. Cəfəroğlu araşdırma 
apararaq 377 beytlik qəzəllər müəllifinin “Avcı” təxəllüslü Məlik 
bəy  olduğunu müəyyənləşdirdi.  Divan küll halında 1954-cü ildə 
Ə. Cəfəroğlu tərəfindən nəşr edilmişdi. 
     2.  “XΙX  əsr  Azəri  şairi  Siraci”.  Qarabağ  şairi  Seyyid 
Həmzə Nigarinin oğlu olan Siracinin Zəngəzur mahalının Cicimli 
kəndində  doğulduğu  göstərilir.  Bir  sıra  tədqiqatçılar  onun  19, 
bəziləri isə 22 yaşında öldüyünü bildirirlər. Şair, rus istilasından 
sonra Türkiyəyə mühacirət etdiyindən Ərzurumlu Siracəddin kimi 
də tanınıb. 
     Siracinin Ə. Cəfəroğlu tərəfindən 19 qəzəli, 2 müxəmməsi 
bir yerə toplanaraq dərc edilib. 
     3.  Avropa  tədqiqatçılarından  prof.  Karles  Reunun  nəşr 
etdirdiyi kataloqda Britiş Muzeyində Azərbaycan ədəbiyyatından 
üç nümunənin mühafizə olunduğu göstərilmişdi. Mühacirlərimiz 
tərəfindən araşdırılıb, 1934-cü ildə “Azərbaycan Yurt Bilgisi”ndə 
dərc olunan bu üç nümunəndən biri Şah İsmayıl Xətaiyə, ikincisi 
XVΙΙΙ əsr Azərbaycan şairi Qövsiyə, üçüncüsü isə Məsihiyə aiddir. 
Məsihiyə aid olan şairin, Nizaminin “Leyli və Məcnun” vəznində 
yazdığı romantik məsnəvisi “Vərqa və Qülşa”dır. 
     30-cu  illərdə  mühacirlərimiz  tərəfindən  Füzuli  əsərlərinin 
bir sıra yeni variantları aşkar edildi. Bunlardan Samsun Qazi kü-
tübxanəsində “Rindü Zahid”, “Bəngü Badə”, “Saqinamə” və məş-
hur  “Su”  məsnəvisinin  cəm  halında  nüsxəsini  və  Konyadakı 
Mövlanə kütübhanəsində Ordubadi xəttiylə yazılmış yeni iki rü-
baini, bir məsnəvini göstərmək olar. Tədqiqatçılarımızın fikrincə 


 
 
241 
yeni nümunələrdən Füzulinin Batiniliyə meyli və sufiliyi barədə 
maraqlı qənaətlər hasil olur. 
     Aşıq şairlərimizdən Abbas Tufarqanlı, Sarı Aşıq, Qurbani, 
dastanlarımızdan-“Dədə Qorqud”, “Dəli Alı”, “Aşıq Qərib” və b. 
ilə bağlı, eyni zamanda Azərbaycan dili, müsiqisi, memarlığı üzrə 
də  tədqiqatçılarımız  üçün  gərəkli  ola  biləcək  kifayət  qədər 
qiymətli materiallar mövcuddur. 
     Mühacirət  irsində  memuar  janrına  aid  əsərlər  də  az  deyil 
(“Stalinlə ixtilal xatirələri” - M. Ə. Rəsulzadə;  “Azərbaycan  fa-
ciəsi”- Ə. Əsgərov; “Azərbaycan istiqlal savaşından səhnələr”- Ə. 
V.  Yurdsevər;  “Azərbaycan  istiqlal  mücadiləsinin  xatirələri”  -
Nağı Keykurun və s.). 
     Bununla  yanaşı,  mühacirlərimizin  həm  ayrı-ayrı  örnək 
şəxsiyyətlərə, həm də bütövlükdə mühacirət həyatına həsr olunan 
çoxsaylı mətbuat məqalələri də mövcuddur ki,  aşağıda onlardan 
bəzilərinin  sadəcə  adlarını  çəkmək  və  müəlliflərini  göstərməklə 
kifayətlənəcəyik:  Əhməd  Qaraca-“Azərbaycan  Milli  Qurtuluş 
Hərəkatının  mühacirət  həyatındakı  doruk  nöqtələri”;  Feyzi 
Ağüzüm-“M.  Ə.  Rəsulzadə  və  çeşidli  cəbhələriylə  Azərbaycan 
İstiqlal  Davası”;    M.  Kəngərli-“Müsavatın  çöhrəsi”;  K.  Odər- 
“Örnək lider Rəsulzadə”; S. Təkinər”-M. Ə. Rəsulzadəsiz keçən 
30 il”; Səlcuq Alkın-“Azərbaycan mühacirət mətbuatının 60 illiyi 
və M. Bala” və s. 
     Beləliklə,  ancaq  ümumiləşdirmələr  əsasında  və  ayrı-ayrı 
problemlər üzrə təhlil etdiyimiz zəngin, həm də çoxşaxəli müha-
cirət  irsinin  Azərbaycan  xalqının  mənəvi  sərvətinə  çevrilməsi 
üçün sistemli araşdırmalar tələb olunur. Azərbaycan tarixinə, ədə-
biyyatına,  bütövlükdə  isə  mədəniyyətinə  bu  irsin  işığında  bax-
madan çox mətləblərə aydınlıq gətirmək mümkün deyil. Sosializm 
dövründə  Azərbaycanda,  paralel  vaxtda  mühacirətdə  eyni 
hadisəyə,  eyni  məsələyə  formalaşan  fərqli,  bir  çox  hallarda  zid-
diyyətli baxış bu gün həqiqətin tam meydana çıxması üçün bir ara-
ya  gətirilməlidir.  Əslində  mühacirət  irsi  Azərbaycan  elminin  və 
mədəniyyətinin  tərkib  hissəsidir.  Məhz  buna  görə  nə  qədər  ki, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə