“qafqaz evi “ İdeyasi mühaciRƏT ƏDƏBİyyatinda



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/114
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18713
1   ...   4   5   6   7   8   9   10   11   ...   114

 
 
23 
     Rusların  yaratdığı  müstəmləkəçilik  rejimi  ciddi  iqtisadi, 
sosial məhrumiyyətlər doğurduğundan mühacirlərin çoxu həm də 
iş axtarmaq üçün Şimaldan Cənuba, bir sıra hallarda isə Türkiyəyə 
axışırdı.  Belə  siyasi  və  iqtisadi  motivlərlə  ölkəni  tərk  etməyə 
məcbur  olanlardan  başqa,  xristian  metropoliyasının  köləsi 
olmaqla barışa bilməyən ziyalılar və din adamları da dini və şəxsi-
psixoloji motivlərlə mühacirətə gedirdi. 
     Azərbaycanı  parçaladıqdan  sonra  ruslar,  “üsyankar”  və 
sərhədyanı bölgələrdən yerli əhalini köçürərək, yadellilərin hesa-
bına etnodemoqrafik vəziyyəti dəyişməyə başladı. 1980-ci illərin 
sonlarından  başlayaraq  fəaliyyət  göstərən  “Vətən”  cəmiyyətinin 
sədri Elçinin yazdığına görə: “XΙX əsrin birinci rübündə Rusiya-
İran müharibəsi  zamanı  Qarabağ xanlığından 2628 azərbaycanlı 
ailə  qaçqın  düşmüş,  2217  ailə  isə  əsir  alınmış  və  xaricə  sürgün 
edilmişdi. 
     Türkmənçay müqaviləsindən sonra 200 mindən çox erməni 
İran  və  Türkiyədən  gətirilib  yerli  əhalinin  hesabına  İrəvan, 
Naxçıvan  və  Qarabağ  xanlıqlarında  yerləşdirilmişdi”  [119,10. 
11.1991]. 
     Birinci  və  İkinci  Rusiya-İran  müharibələrinin  doğurduğu 
mühacir köçləri əsasən Cənubi Azərbaycana üz tutmuşdu. M. B. 
Məmmədzadə  İranda  olarkən  (1924-1927)  şimallı  mühacirlərin 
üçüncü,  dördüncü  nəslinin  nümayəndələri  ilə  görüşdüyünü 
xatırlayır: “Onlar, 1813-cü il Gülüstan sülhündən sonra, Ərdəbil 
ətrafında Talış müharibəsindən indiyə qədər mühacir hüququ ilə 
yaşamaqdadırlar” [42, N-4,1926]. 
     1853-56-çı illər Krım, 1877-1878-ci illər Rus-Türk müha-
ribələri  də  Azərbaycandan  kənara  mühacir  axınının  sürətlən-
məsinə  az  təsir  etməmişdi.  Ələlxüsus  da  Krım  müharibəsindəki 
məğlubiyyətdən sonra rusların Azərbaycandakı davranışının daha 
da sərtləşməsi prosesə təkan verirdi. 
   Cənub  Qafqaz  Rusiyanın  tərkibinə  qatıldıqdan  sonra  Bor-
çalıdan da xarici  ölkələrə mühacir axınları başladı  və bu proses 
Gürcüstan  sovetləşənə,  sərhədlər  bağlanana  qədər  davam  etdi. 


 
 
24 
1828-ci  ilin  yazında  Borçalıdan  Mehdi  xanın  başçılığı  ilə  800 
Qarapapaq  ailəsi  Təbriz  vilayətinə  pənah  apardı  və  Azərbaycan 
(Təbriz) valisi Abbas Mirzəyə ildə 12 min tümən vergi, 400 atlı 
əsgər vermək şərtiylə Sulduz bölgəsində məskunlaşdılar.  
     Mühacir axınlarının bir istiqaməti də Türkiyə idi. Türkiyə 
tədqiqatçısı  Ə.  B.  Ərculasunun  bildirdiyinə  görə  Güney  Qaf-
qazdan Türkiyəyə gələnlər, əsasən Qars əyalətində məskunlaşırdı. 
Onların indi Qarsda 92 kəndləri var. Bu kənd adlarının əksəriyyəti 
Borçalıdakı  kənd  adlarının  eynidir.  M.  F.  Kırzıoglu  mühacir 
axınları barədə yazır: “Gürcüstandan 45 min türk Qars elinə gəlib 
yerləşdi.  Bunlar  Ağbaba,  Borçalı-Loru  və  Qarayazıdan  gələn 
Qarapapaqlar idi” [246 b].
 
     Əsrin  sonlarına  yaxın  yaranan  nisbi  stabilliyi  1905-07-ci 
illərdə  Bakıda  da  güclü  əks-səda  doğuran  Birinci  Rus  inqilabı 
pozdu.  Bu  inqilabın  yatırılması  ilə  başlanan  təqiblər,  siyasi 
fəaliyyətin  maksimum  məhdudlaşdırılması,  bir  sıra  qəzetlərin 
bağlanması Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məmməd 
Əmin Rəsulzadə kimi fikir adamlarını və başqalarını ölkəni tərk 
etmək məcburiyyəti qarşısında qoydu. 
     Bir  qayda  olaraq  inqilabçıların  və  millətçilərin  təqib 
edildiyi Stolıpin irticasından yayınıb mühacirətə üz tutduğunu Ə. 
Ağaoğlu belə xatırlayırdı: “Şiddətli təqib edilənlər arasında idim. 
Iş elə bir dərəcəyə çatmışdı ki, artıq daha özümün deyil, ailəmin 
də  sakitlik  və  salamatlığı  təhlükə  altına  düşmüşdü.  1908-ci  ildə 
Türkiyədə  inqilab  olmuşdu.  Tanıdığım  bəzi  şəxslər  iş  başına 
gəlmişdilər. Digər tərəfdən Qafqaz canişini vəzifəsinə təyin olu-
nan Vorontsov-Daşkov məni necə olursa-olsun, həbsə aldırıb sür-
gün etməyə qərar vermişdi. Bunu eşidən kimi mən də dərhal 1908-
ci ilin sonlarına doğru İstanbula qaçdım” [109, 13.04. 1991]. 
     Ümumiyyətlə,  1908-ci  ildə  Türkiyədə  baş  verən  “Gənc 
türklər” inqilabı nəticəsində Sultan Əbdülhəmidin hakimiyyətinə 
son qoyulması ilə Rusiyadakı irticadan yayınan türklər İstanbula 
axışmağa başladılar. İ. Gaspıralı, Y. Akçura və b. tanınmış türk-


 
 
25 
çülər  məhz  bu  dövrdə  mühacirət  edənlərdir.  Azərbaycan  müha-
cirətinin  başında  isə  M.  Ə.  Rəsulzadənin  də  göstərdiyi  kimi 
“Əhməd  bəy  Ağaoğlu  və  Əli  bəy  Huseynzadə  kimi  böyük 
şəxsiyyətlər dururdu” [160,s.14]. 
      Rusiyadan mühacirət edən türklərin İstanbulda qurduqları 
ilk təşkilat, məramı dünyanın müxtəlif guşələrində yaşayan türklər 
haqqında  məlumat  vermək,  bütün  türklərin  istifadə  edə  biləcəyi 
ortaq dil məsələsinin həlli  istiqamətində axtarışlar aparmaq olan 
“Türk Dərnəyi” idi. “Əli bəy Huseynzadə. Nəsib bəy Yusifbəyli, 
Əhməd bəy Ağaoğlu, Yusif Akçura, İsmayıl bəy Qaspıralı, Fuad 
bəy  Köprülüzadə  və  b.  onlarla  ziyalının  qurduğu  bu  cəmiyyət 
türkçülük  və  türk  millətinin  yüksəlişi  yolunda  çox  böyük 
xidmətlər vermişdi” [195a, s.163]. 
     Cəmiyyət aylıq “Türk Dərnəyi” məcmuəsini də dərc edirdi. 
     Türkçülüklə  yanaşı  Turançılıq  məfkurəsinin  də  təşəkkü-
lündə əhəmiyyətli işlər görən “Türk dərnəyi”, qurucularının ölkə-
nin  müxtəlif  yerlərinə  səpələnməsi  ilə  fəaliyyətini  dayandırmalı 
oldu. 
     1911-ci  ildə  Azərbaycan  mühacirlərindən  Ə.  Ağaoğlu  və 
Ə.  Huseynzadənin  rəhbərliyi  ilə  yeni  cəmiyyətin  əsası  qoyuldu. 
Bu  əsasən  xeyriyyəçilik  fəaliyyəti  ilə  məşğul  olan  və  eyni  adlı 
məcmuə dərc edən “Türk Yurdu” idi. 
     “Türk  Yurdu”nun  Nizamnaməsinin  4-cü  maddəsində 
deyilirdi:  “Türk  çocuklarına  məxsus  bir  pansion  açacaq  və 
türklərin zəka, irfan (kültür) səviyyələrinin yüksəlməsinə, varidat 
və  təşəbbüs  sahibi  olmalarına  hizmət  etmək  üzərə  bir  qəzetə 
çıxaracaqdır” [229a, s.5]. 
     1912-ci  ildə  isə  Türkçülük  və  Turançılıq  ideyalarının  ən 
böyük  təbligatçısı  sayılan,  müxtəlif  fasilələrlə  bu  günə  qədər 
fəaliyyətdə olan məşhur “Türk Ocağı” dərnəyi quruldu. Dərnəyin 
Qurucular  Heyətinə  daxil  olan  dörd  nəfərdən  biri  Əhməd  bəy 
Ağaoğlu  idi  (qalan  üç  nəfər:  dərnəyin  rəhbəri  Məmməd  Əmin 
Yurdaqul, Əhməd Fərid və Fuad Sabit olmuşdu). 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə