“qafqaz evi “ İdeyasi mühaciRƏT ƏDƏBİyyatinda



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə80/114
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18713
1   ...   76   77   78   79   80   81   82   83   ...   114

 
 
246 
mızda çalışmadığını düşünərsək, əlbəttə, yanılırız. Böylə bir yan-
lışlığa meydan verməmək üçün daim diqqətli davranalım və hər 
zaman  düşmən  intriqasiylə  G.P.U.  fitnəsinə  hədəf  olduğumuzu 
gözdən irak tutmayalım. Düşmənin bizi daima demorolizə və de-
zorqanizə  etmək  üzrə  olduğunu  bir  an  üçün  olsun  unutmayalın” 
[310, s.75]. 
     Azərbaycan  siyasi  mühacirətinin  ağsaqqalı  Ə.  M.  Top-
çubaşov  da  soydaşlarına  gürcü  və  erməni  mühacirlərini  daima 
nümunə  gətirərək  onları  hər  cür  fitnə  fəsaddan  qorunmağa  ça-
ğırırdı. 
     Lakin təəssüflər olsun ki, 20-ci illərin sonları, 30-cu illərin 
əvvəllərində Azərbaycan siyasi mühacirətində də münaqişələr baş 
verdi.  
     30-cu  illərdə  Müsavatın  daxilində  gedən  proseslər  sovet 
mənbəşünaslığında göstərildiyi kimi “parçalanma” deyildi, sadəcə 
olaraq partiyadan beş nəfərin çıxarılması barədə qərar çıxarılmışdı 
ki, onlardan ikisi (S. Ağasıbəyli, N. Şeyxzamanlı) sonralar yenə 
də mənsub olduqları doğma partiyanın sıralarına qayıtdılar. 
     ΙΙ  Dünya  müharibəsindən  sonra  da  Ə.  F.  Düdənginskinin 
ətrafında  yaranan qruplaşma  əski  mühacirlərlə o  qədər də xoşa-
gələn münasibətdə deyildi. Ancaq belə vəziyyətin yaranmasında 
əsas amil bu dəfə sovetlərin apardığı təbliğatla dünyagörüşlərində 
müəyyən  dəyişmələr  müşahidə  olunan  yeni  mühacirətin  27 
apreldən sonra vətəni tərk edənlərlə çətin dil tapması idi. 
     Mühacirəti sarsıtmaq üçün sovet dövlətinin seçdiyi metod-
lardan biri  də terror idi.  Ə. V. Yurdsevər  yazırdı:  “İkinci Cahan 
hərbindən öncə Parisdən bəyaz rus generalları Kutepov (o, general 
Vrangel öldükdən sonra, ağqvardiyaçılar tərəfindən mühacirətdə 
yaradılmış  çox  məşhur  olan  “Rusiya  Ümum  Hərbi  İttifaqı”nın 
(ROVS)  sədri  idi.  1930-cu  ildə  Parisdə  yoxa  çıxmışdı-X.  İ.)  və 
Millerin qaçırılmaları, 1941-ci il işğalı ərəfəsində Kərbəlayi Vəli 
Mikayılzadə, Kamal Yılmaz, Möhsun Səlimzadə, Aytək Kunduk 
və  digər  bir  çox  tanınmış  Qafqasya  və  azərbaycanlıların 
güpəgündüz İrandan çalınıb götürülmələri və Yusif Əli, İskəndər 


 
 
247 
Şeyxzaman (Keykurun) və təyyarəçi Cəlal kimi digər bəzilərinin 
də eyni G.P.U. ajanları tərəfindən sokak ( kücə-X. İ.) içində və ya 
evlərində vurulub öldürülmələri və qəza bu son aylarda Berlində 
bir-birini təqib edən insan hırsızlıqları (oğurluqları-X. İ.) və bunun 
kimi sair yüzlərcə hadisə bolşevik teorisinin (nəzəriyyəsinin-X. İ.) 
təbliğata uymadığını göstərməkdədir” [32, N-6-7, 1954]. 
     1954-cü ildə isə Ə. F. Düdənginski Almaniyada qətlə  ye-
tirildi. Bu terror aktını həyata keçirən adamın sovet hərbi kəşfiy-
yatının casus olduğu faktını təsdiqləyən Ə. Hüseynbəyli yazır ki, 
“Azərbaycan  legionunun  sabiq  komandiri  Ə.  F.  Düdənginskini 
fiziki məhv etmək tapşırığı alan...agent, onun etibarını qazanaraq 
əvvəlcə cangüdən olmuş, sonra isə öldürüb sifətini tanınmaz hala 
salaraq  öz  paltarını  ona  geydirmişdi.  Polis  yoxa  çıxmış  Ə. 
Fətəlibəylini axtarana qədər agent İtaliyaya qaçaraq orada yaşayan 
arvadını götürüb Sovet İttifaqına keçə bilmişdi” [380, s.57]. 
     Mövcud  bütün  çətinliklərə,  məhrumiyyətlərə,  terror  və 
təzyiqlərə baxmayaraq, Azərbaycan mühacirəti milli istiqlal mə-
sələsinə axıradək sadiq qaldı. Hətta ΙΙ Dünya müharibəsi illərində 
də  mühacirlərimiz  alman  rəsmi  dairələrinin  Azərbaycanın 
müstəqilliyini tanımasına çalışırdılar. 
     Düzdür, almanlar 1942-ci ildə M. Ə. Rəsulzadəyə müxali-
fət  mövqeyində  dayanan  X.  Xasməmmədov,  az  sonra  isə  Ə.  F. 
Düdənginski  ilə  əməkdaşlığa  üstünlük  versələr  də,  (almanlar 
fikirləşirdilər ki, Azərbaycan istiqlalı məsələsində heç bir güzəştə 
getməyən M. Ə. Rəsulzadəyə nisbətən, ona müxalif olanlarla daha 
asan  dil  tapmaq  olar)  onlar  da  Azərbaycanın  müstəqilliyi 
məsələsində  bir  addım  olsun  belə  dala  çəkilmədilər.  Almanların 
Azərbaycan  müstəqilliyini  tanımadığını  görən  M.  Ə.  Rəsulzadə 
1943-cü  il  5  avqustda  bu  məsələyə  öz  münasibətini  verdiyi  bə-
yanatla  bildirib  Buxarest  çəkilsə  də,  ΙΙ  Dünya  müharibəsi  döv-
ründə Türkiyənin Rumıniyada səfiri vəzifəsində çalışan əski dostu 
Həmdüllah Sübhi Tanrıövər, Almaniyada yaşayan Hilal Münşi və 
başqa 
siyasi 
mühacirlərin 
köməyi 
ilə 
Azərbaycanın 
istiqlaliyyətinin tanınması istiqamətində işi dayandırmamışdı. 


 
 
248 
     Gec də olsa Almaniyanın Azərbaycan müstəqilliyini tanı-
masına  (1945,17  mart)  aparılan  danışıqlar,  çoxşaxəli  diplomatik 
təzyiqlər az təsir etmədi. 
     Azərbaycanın müstəqilliyi uğrunda 70 il mübarizə aparan 
mühacirətin yaratdığı zəngin miras da, hansı sahəni əhatə etmə-
sindən asılı olmayaraq “Azərbaycan üçün, Azərbaycan uğrunda!” 
devizi altında döyüşən bir miras idi. 
     Tək  praktiki  fəaliyyətdə  deyil,  nəzəri  yaradıcılıqda  da 
Azərbaycan mühacirəti öncüllərdən olmuşdu. Öz məzmun və key-
fiyyətinə, ümumi həcminə görə Azərbaycan mühacirətinin yarat-
dığı irs Rusiya və Ukrayna mühacirətinin irsi ilə müqayisə oluna 
bilər. 
     Çoxsaylı milli mühacir təşkilatları arasında ideoloji-siyasi 
cəhətdən dolğunlaşan, kamilləşən və daha təkmil bir ideologiya ilə 
vətənə qayıdan partiyalardan biri məhz Müsavat olmuşdu.  
     Mühacirət  mühacirlərin  özünün  də  kamilləşməsində,  hər-
tərəfli  inkişafında  az  rol  oynamadı.  M.  B.  Məmmədzadə,  Ə.  V. 
Yurdsevər, K. Odər, M. Əmircan, F. Əmircan, Ə. Azərtəkin kimi 
ideoloqlar, Ə. Cəfəroğlu, C. Zeynaloğlu, M. Şakir kimi alimlər, 
Gültəkin,  Almaz  Yıldırım,  K.Yaycılı  kimi  şairlər  mühacirətdə 
parladı. 
     M.  Ə.  Rəsulzadə  “Münəvvər  mühacirin  borcu”  məqalə-
sində  yazırdı:  “Azərbaycan  istiqlal  qayəsini  mənimsəmiş,  və-
tənin...istiqlalına  iman  etmiş  və  kəndi  xüsusi  həyat  və  səadətini 
millət və məmləkətin həyat və səadəti şərtiylə təsəvvür edə bilmək 
idealizminə ermiş (dini inanclara görə özündə mənəvi güc tapan 
adam,  övliya-X.  İ.)  bir  gənc  azərbaycanlı  sadə  mühəndis,  sadə 
hüquqçu,  sadə  memar,  sadə  iqtisadçı,  tarixçi  və  sairə  olmaqla 
iqtifa edəməz. O, eyni zamanda vətənçi bir mühəndis, milliyətçi 
bir hüquqçu, istiqlalçı bir iqtisadçı, tarixçi və s. olmaq vəzifəsi ilə 
mükəlləfdir” [310, s.82]. 
     Azərbaycan mühacirləri çox gözəl bilirdilər ki, xaricdə nə 
iş görülsə də, Azərbaycan problemi Azərbaycanın özündə başla-
mış,  özündə  də  sona  çatacaqdır.  Lakin  mühacirlərin  təmənnasız 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə