“qafqaz evi “ İdeyasi mühaciRƏT ƏDƏBİyyatinda



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə88/114
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18713
1   ...   84   85   86   87   88   89   90   91   ...   114

 
 
275 
1999-cu  ilin  2-3  oktyabrında  üçüncü  (Köln),  2000-ci  ilin  21-22 
oktyabrında isə dördüncü (Strasburq) qurultaylarını keçirdi [10].  
  Dünya azərbaycanlılarının haqlarının müdafiəsini, Azərbay-
can  Respublikasının  ərazi  bütövlüyünün  təmin  edilməsini  və 
ölkədə  demokratiyanın  inkişafını,  Güney  Azərbaycanda  milli 
haqların  tanınmasını,  xaricdə  yaşayan  azərbaycanlıların  mütə-
şəkkil diaspor halına gətirilməsini və onun gücünün Azərbaycan 
Respublikasının  problemlərinin  həllinə  yönəldilməsini  əsas 
məqsəd və vəzifə hesab edən DAK-ın beşinci qurultayı isə 2001-
ci il avqustda Isveçin Malmö şəhərində keçirildi. Bu qurultayda da 
əvvəlki  qurultaylarda  olduğu  kimi  dünyanın  müxtəlif  ölkələrin-
dəki Azərbaycan icmalarını və Azərbaycanın güneyi ilə quzeyini 
təmsil edən yeni tərkibli idarə heyətinin formalaşması,  diaspor və 
lobbiçilik  fəaliyyətinin  gücləndirilməsi  məsələləri  müzakirə 
olundu, yeni əsasnamə qəbul edildi [11].  
    Azərbaycan  diasporunun  inkişafına  təsir  edən  mühüm  amil 
aidiyyatı  təşkilatların  işinin  vahid  bir  mərkəzdən  -  Xarici  Ölkə-
lərdə  Yaşayan  Azərbaycanlılarla  İş  üzrə  Dövlət  Komitəsi  tərə-
findən  əlaqələndirilməsi  olub.  Azərbaycan  Prezidenti  Heydər 
Əliyevin  5  iyul  2002-ci  il  tarixli  fərmanı  ilə  Xarici  Ölkələrdə 
Yaşayan  Azərbaycanlalarla  İş  üzrə  Dövlət  Komitəsinin  yaradıl-
ması ilə dövlət-diaspor əlaqələrinin daha da möhkəmlənməsi üçün 
ideya-nəzəri və təşkilati şəraitin hazırlanması işi başa çatdı.  
İlham Əliyev prezident seçiləndən sonra Azərbaycan və Türkiyə 
diasporlarının  birgə  fəaliyyət  göstərməsi  üçün  daha  mükəmməl 
tədbirlər  gerçəkləşdirildi.  2007-ci  ildə  Antalyada  Azərbaycan 
Prezidenti Ilham Əliyev Türkiyə və Azərbaycan diasporlarını öz 
güclərini birləşdirməyə çağırdı. Mahiyyət etibariylə bu diasporun 
təkmilləşməsi prosesində yeni, həm də əhəmiyyətli bir addım idi. 
Bundan  sonra  Bakıda  Azərbaycan  və  türk  diaspor  təşkilatları 
rəhbərlərinin  I  Forumu  keçirildi,  dünyanın  bütün  ölkələrindəki 
Azərbaycan  və  türk  diasporlarının  aparıcı  simaları  müstəqil 
Azərbaycanın  paytaxtına  toplaşdı.  Bu  tədbirlər  milyonlarla 


 
 
276 
soydaşımızı  “Vahid  Azərbaycan  dövləti  və  Azərbaycançılıq” 
ideologiyası ətrafında sıx birləşdirməkdədir. 
 
Diaspor və lobbiçilik fəaliyyəti 
 Diaspor (yunanca diaspora – yayılma deməkdir) xalqın və ya 
etnik  qrupun  öz  tarixi  vətənindən  kənarda  yaşayan  müəyyən 
hissəsidir. Diaspor zorla köçürülmə, soyqırım təhlükələri, siyasi, 
dini,  ideoloji,  iqtisadi,  bəzən  də  coğrafi  və  təbii  amillərin  təsiri 
nəticəsində  yaranır  [12].  Lakin  vətəndən  kənarda  yaşamağa 
məcbur olan istənilən toplumu diaspor hesab etmək düzgün deyil. 
Diasporlar uzun illər ərzində formalaşma tələb edən prosesdir və 
bu  anlayış  daha  çox,  icmaların,  konkret  məram  və  məqsəd 
ətrafında  birləşərək,  mütəşəkkil  fəaliyyət  göstərmələrini  ehtiva 
edir. Məsələ nisbətən sistemli ifadə olunarsa: 
-  Diasporlar  etnik  və  milli  əlamətlərə  görə  özlərini  mənsub 
olduqları etnosun üzvləri hesab edirlər-hətta ana dillərini itirsələr 
belə.  
-  Diasporlar  konkret  milli,  ideyalar  maraq  və  mənafelər 
əsasında formalaşır.  
- Diasporlar məskun olduğu ölkələrdə, bir qayda olaraq cəm 
şəkildə  yaşayırlar  və  hansısa  formada  muxtariyyətə  malik 
olmurlar.  
-  Mühacirətlərdən  fərqli  olaraq  diasporlar  daha  stabil, 
uzunömürlü,  bəzən  bir  neçə  yüz  il,  hətta  min  ildən  artıq  tarixə 
malik olurlar.  
-  Diasporlar  təhlükəsizlik,  şəbəkələr,  bağlar  qurulmasının 
asanlaşdırılması mülahizələrini əsas götürərək, adətən, şəhərlərdə 
məskunlaşırlar.  Həm  də  şəhərlər  daha  tolerant  və  liberaldır.  Bir 
sıra  mütəxəssislərin  fikrinə  görə,  ayrı-ayrı  ölkələrdə  torpaq 
haqqında  qanunların  mürəkkəb  və  spesifik  xüsusiyyətlərə  malik 
olması da gəlmələri kəndlərdən uzaq salır.  
  Söylənilən  mülahizələrin  fonunda  Azərbaycandan  kənarda 
yaşayan azərbaycanlılar diaspor hesab oluna bilərmi? 


 
 
277 
 Suala bir qədər də aydınlıq gətirmək üçün erməni diasporunun 
durumu ilə bağlı müqayisəli təhlil aparmaq yerinə düşərdi.  
 Erməni  diasporu  dövlətə  xas  strukturları  olan  sistemli  bir 
təşkilat  kimi  fəaliyyət  göstərir.  Daşnaksütun  və  Ramkavar  kimi 
yaşı yüz ili keçən siyasi partiyalara üzvlük, yaşadığı ölkədən asılı 
olmayaraq  bütün  ermənilər  üçün  mümkündür.  Bu  partiyaların 
dünyanın  çoxsaylı  ölkələrində  şöbələri  fəaliyyət  göstərir.  Ermə-
nilərin ictimai qurum kimi qeydiyyatdan keçirdikləri təşkilatlar da 
əslində  siyasi-ideoloji  işlə  məşğul  olurlar.  Bu  baxımdan  Ameri-
kanın  Erməni  Assambleyası,  Erməni  Ümummilli  Xeyriyyə  İtti-
faqı,  Erməni-Amerika  İqtisadi  Şurası,  Erməni  Milli  Komitəsi 
xüsusilə fərqlənir.  
Diasporun  siyasi  fəaliyyətinin  maliyyə  təminatı  ilə  Erməni 
Ümummilli Xeyriyyə İttifaqı məşğul olur. “1906-cı ildə yaradıl-
mış İttifaqın hazırda 22 min üzvü var ki, onların da böyük əksə-
riyyəti  "donor”lardır.  Yalnız  iki  il  ərzində,  1990-1991-ci  illərdə 
İttifaqın xəzinəsinə təxminən 14 milyon dollar ianə daxil olmuş-
dur” [13].  
 Erməni diasporunun ictimai münasibətlər sahəsindəki fəaliy-
yətini  Amerikanın  Erməni  Assambleyası  və  Erməni-Amerika 
İqtisadi Şurası əlaqələndirir.  
 ABŞ  kütləvi  informasiya  vasitələri  ilə  iş  aparan  təşkilat  isə 
Erməni Milli Komitəsidir. Komitənin nəzdində dünya miqyasında 
əlaqələr quran xüsusi şöbə fəaliyyət göstərir. Komitənin 1991-ci 
ildən etibarən sutkada 24 saat, həftədə yeddi gün çalışan “qaynar 
telefon xətti” işləyir. Bu xətlə Amerikada yaşayan bütün ermənilər 
və  onlarla  həmrəy  olan  istənilən  şəxs  telefon  açıb  verilişlər 
yayımlanan  zaman  Şimali  Amerikanın  televiziyalarına  bağlana, 
hər  hansı  məsələyə  öz  münasibətini  bildirə  bilir,  erməni 
maraqlarına  uyğun  gəlməyən  mülahizələrlə  bağlı  mübahisələr 
edir,  təkziblər  verirlər.  “Qaynar  telefon  xətti”  pulsuzdur.  Komi-
tənin  media  ilə  işləyən  əməkdaşları  özlərinə  lazım  olan  mate-
rialların audio, video yazılarını, eləcə də qəzet, jurnal səhifələrin-
dəki  materialları  toplayaraq  istənilən  media  nümunəsinə  təzyiq 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə