“qafqaz evi “ İdeyasi mühaciRƏT ƏDƏBİyyatinda



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə89/114
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18713
1   ...   85   86   87   88   89   90   91   92   ...   114

 
 
278 
göstərə, bir sıra hallarda isə müəyyən təkziblərə nail ola bilirlər. 
“Ey-Bi-Si” televiziyası ilə bağlı bir olay maraqlı nümunədir. “Bu 
televiziyanın  şərhçisi  Piter  Cenniqs  Dağlıq  Qarabağ  hadisələ-
rindən danışarkən, bölgəyə ermənilərin XIX əsrin axırlarında XX 
əsrin  əvvəllərində  gəldiyini  söyləmişdi.  Dərhal  “Qaynar  xətlə  ” 
hər  yerdən  telefonlar  açılmağa  başlayır  və  nəticədə  P.  Cenniqs 
faktsız  və  dəlilsiz  danışdığına,  guya  “səhv”  etdiyinə  görə  üzr 
istəməyə məcbur olur” [14].  
 ABŞ-dakı Erməni Xeyriyyə İttifaqı, Erməni Yardım Cəmiy-
yəti,  Amerika  Erməni  Kilsəsi  Yeparxiyası  kimi  üç  böyük  və 
nüfuzlu  erməni  ictimai  təşkilatı qeyri-hökumət  təşkilatları statu-
suna malik olsalar da, BMT-nin ictimai informasiya departamenti 
ilə  assosiativ  əlaqələr  yaratmışdır.  Bundan  əlavə  ermənilərin 
BMT-də  akkreditə olan  mediaları  və  informasiya agentlikləri də 
mövcuddur. Maraqlı faktlardan biri də odur ki, BMT katibliyində, 
məsul vəzifələrdə erməni mənşəli xeyli işçi çalışır.  
 Erməni  diasporunun  üstün  cəhətlərindən  biri  də  odur  ki, 
dünyanın  böyük  dövlətlərində  erməni  dilli  məktəblər,  kolleclər 
fəaliyyət göstərir, çoxsaylı qəzetlər, jurnallar, kitablar nəşr olunur, 
televiziya  verilişləri  yayımlanır.  Bir  sözlə  dünyanın  harasında 
yaşamasından asılı olmayaraq istənilən erməni Ermənistan üçün 
çalışır, onun üçün nə isə edir.  
 Heç  şübhəsiz,  Azərbaycan  diasporu  erməni  diasporu  kimi 
mütəşəkkil  deyil.  Bunun  bir  sıra  səbəbləri  var.  Azərbaycan 
diasporunun  nisbi  zəifliyi  ilk  növbədə  zamanla  bağlıdır,  yəni  o, 
çoxəsrlik tarixi olan yəhudi, yunan, erməni diasporlarına nisbətən 
cavandır. Digər bir məsələ güneydən və quzeydən olan Azərbay-
can  mühacirətinin  uzun  illər  bir-birindən  ayrı  fəaliyyət  göstər-
məsidir.  Əksəriyyətini  güneylilərin  təşkil  etdiyi  Azərbaycan 
mühacirlərində  milli  şüurla  ilgili  ciddi  problemlər  olub,  indinin 
özündə də bu sahədə durum ürəkaçan deyil. 1980-ci illərin sonu, 
1990-cı illərin əvvəllərində güney və quzey mühacirləri arasında 
ilk  təmaslar  qurulanda  sanki  iki  fərqli  dünya  qarşılaşırdı. 
Azərbaycanın  müstəqilliyi  faktı  milli  şüurda  əsaslı  keyfiyyət 


 
 
279 
dəyişməsi etsə də, Güney Azərbaycanın taleyi ilə bağlı məsələdə 
fərqli və ziddiyyətli baxışlar, fikir ayrılıqları hələ də qalır. Bütün 
bu  deyilənlər  ortaq  maraqlar,  ümummilli  mənafelər  ətrafında 
mütəşəkkil  Azərbaycan  diasporunun  formalaşması  prosesini 
ləngidir.  
 Azərbaycan  diasporunun  coğrafiyası  yaxşı  öyrənilməyib, 
kəmiyyəti  isə  dəqiqləşdirilməyib.  İlkin  araşdırmalar  göstərir  ki, 
azərbaycanlılar ən çox ABŞ-da və Qərb ölkələrindən Almaniyada, 
İsveçdə,  Belçikada,  Avstriyada,  Hollandiyada  məskunlaşmış  və 
öz təşkilatlarını qurmuşlar. Son illər bu təşkilatların sayı  nəzərə 
çarpacaq  dərəcədə  artmışdır.  (Onu  da  qeyd  edək  ki,  hazırda 
müxtəlif  ölkələrdə  yaşayan  azərbaycanlıların  say  dəqiqləşdiril-
məsi prosesi gedir).  
  Zəruri  şərtlərdən  biri  bu  təşkilatların  ümummilli  maraqlar 
ətrafında  bir  araya  gəlmələri,  sonra  isə  Vətən  Azərbaycan  üçün 
çalışmağı hədəf seçən dünyanın digər təşkilatları ilə bağlar yarat-
malarıdır. Bu baxımdan, Almaniyadakı Azərbaycan Cəmiyyətləri 
Federasiyasının  qurulması  və  fəaliyyəti  örnək  sayıla  bilər.  Bu 
federasiya  Almaniyadakı  azərbaycanlıların  qurduğu  təşkilatların 
fəaliyyətini  əlaqələndirir və  onlar başqa ölkələrdəki  azərbaycan-
lılara nisbətən mütəşəkkil diaspor kimi vahid mövqedən çıxış edə 
bilirlər [15].  
 Hər  hansı  bir  ölkədə  yaşayan  azərbaycanlıların,  təhsil, 
mədəniyyət, media ilə iş sahəsində, Azərbaycanın problemlərinin 
həllinə yönəlik fəaliyyətdə, təbliğat məsələlərində uğurları, vahid 
məram ətrafında bir araya gəlmələrindən çox asılıdır. Dünya Azər-
baycanlılarının  Konqresində  təmsilçilik  də  daha  çox  mərkəz-
ləşdirilmiş qaydada olmalıdır ki, bu məsələnin həlli də özlüyündə 
diasporun  mövcud  olduğu  bütün  ölkələrdə  cəmiyyətlərin 
fəaliyyətini  koordinasiya  edən  federasiyaların  yaradılmasına 
bağlıdır.  
 Çatışmayan  cəhətlərdən  biri  də  dünya  azərbaycanlılarının 
maliyyə imkanlarının səfərbər edilməməsidir. Get-gedə aydın hiss 
olunur  ki,  Dünya  Azərbaycanlıları  Konqresinin  nəzdində 


 
 
280 
Xeyriyyə Fondunun yaradılmasına ciddi ehtiyac var. Belə bir fon-
dun  yaradılmayacağı  təqdirdə,  diasporun  mütəşəkkil  və  effektli 
fəaliyyətindən danışmaq da çətindir.  
 Aparılan müşahidələr göstərir ki, xaricdə doğulan və yaşayan 
Azərbaycan  gənclərinin  bir  qismi  artıq  öz  ana  dillərində  yazıb 
oxuya bilmirlər. Bu adamları Vətən üçün itirilmiş adamlar saymaq 
olar. Belə “itgilərin” qarşısını almaq üçün, ilk növbədə ana dilində 
məktəblər 
açılmalı,  qəzetlər,  dərgilər,  TV  proqramları 
yayımlanmalıdır. Lakin bu da yetərli deyil. Kənarda yaşayan azər-
baycanlılar,  başlıcası  isə  uşaqlar  və  gənclər  ildə  ən  azı  bir  dəfə 
Vətən  Azərbaycana  gəlib,  onun  problemləri,  təbiəti,  həyatı  ilə 
tanış olmalı, öz soydaşları ilə bağlar yaratmalıdırlar. Azərbaycanı 
tanımayan,  görməyən,  onun  problemlərini  bilməyənlər  milli 
maraqların,  dövlət  mənafelərinin  müdafiəçiləri,  nəhayət  patriot 
ola bilməzlər.  
 Qanunvericilik sahəsində də ciddi çatışmazlıqlar mövcuddur. 
“Azərbaycan  Milli  Məclisində  diaspor  haqqında  qanunun  qəbul 
edilməsi” [16] əhəmiyyətli bir addım olardı.  
Diasporun mütəşəkkilliyi yaxud pərakəndəliyi, güclü və zəif 
olması  lobbiçilik  fəaliyyətində  də  özünü  aydın  büruzə  verir. 
Lobbiçilik, (ingiliscə lobbi – dəhliz, kuluar deməkdir) leqal qay-
dada, qanun çərçivəsində müəyyən dövlət, hökumət qərarlarının 
qəbul  olunmasına  təsir  göstərmək  məqsədilə  aparılan  məqsəd-
yönlü fəaliyyətdir. Lobbiçiliyin dünyada ən geniş yayıldığı ABŞ-
da  bu  fəaliyyət  sahəsi  “pablik  releyşenz”,  yəni  “ictimaiyyətlə 
əlaqələr” adlanır. ABŞ-da lobbiçiliklə məşğul olan xüsusi şirkətlər 
mövcuddur  və  orada  çalışanların  böyük  əksəriyyəti  yüksək 
ixtisaslı  hüquqşünaslardır.  Bu  ölkədə  “minlərlə  hüquq  şirkətləri 
“pablik releyşenz” müqavilələri bağlayır” [17]. Lobbiçi şirkətlər 
həm  xarici  dövlətlərin,  həm  də  öz  ölkələrinin  vətəndaşlarının 
mənafelərinin  müdafiəsi  ilə  məşğul  ola  bilərlər.  “Pablik  Reley-
şenz” xətti ilə bağlanan  bütün  müqavilələr ABŞ  Ədliyyə Nazir-
liyində qeydiyyatdan keçməlidir. Xarici hökumətlərin maraqlarını 
müdafiə  edən  ABŞ  lobbiçi  şirkətlərinin  işini  tənzimləyən  əsas 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə