“qafqaz evi “ İdeyasi mühaciRƏT ƏDƏBİyyatinda



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə90/114
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18713
1   ...   86   87   88   89   90   91   92   93   ...   114

 
 
281 
qanunvericilik aktı 1938-ci ildə qüvvəyə minmiş və 1942-ci ildə 
“Əcnəbi  agentlərin  qeydiyyatı  haqqında  akt”  kimi  yenidən 
nəzərdən keçirilib, xeyli təkmilləşdirilmişdir. Bu “qanun o zaman 
ölkədə faşist və kommunist təbliğatının qarşısını almaq məqsədilə 
qəbul  edilsə  də”  [18]  sonrakı  dövrlərdə  lobbiçilik  fəaliyyətinin 
hüquqi  cəhətdən  tənzimlənməsində  əsas  sənədə  çevrilmişdir. 
Mövcud  aktların  qəbul  edilməsində  başlıca  məqsəd  ABŞ  milli 
maraqlarının  müdafiəsi  və  xarici  dövlətlərin  ölkə  ərazisindəki 
fəaliyyətinin aşkarlanması idi. ABŞ qanunlarının lobbiçi şirkətlər 
qarşısında  qoyduğu  əsas  tələblərdən  biri  –  onların  fəaliyyətinin 
Amerikanın dövlət maraqları ilə ziddiyyət təşkil etməməsidir.  
 ABŞ-la  münasibətləri  yaxşılaşdırmaq  istəyən  dövlətlər  bir 
qayda  olaraq  çalışırlar  ki,  öz  maraq  və  mənafelərinin  müdafiəsi 
üçün lobbiçi şirkətlərlə əməkdaşlıq etsin. Hazırda ABŞ-da onlarla 
lobbiçi  şirkətlər  əski  Sovetlər  Birliyindən  olan  dövlətlərin 
maraqlarının müdafiəsi ilə məşğuldur. Azərbaycanın lobbiçi şir-
kəti  uzun  illər  Türkiyənin  mənafelərini  müdafiə  edən  "Kapi-
talayn"dır.  "Ermənistanın  maraqlarını  isə  güclü  və  nüfuzlu 
“Amerika Erməni Milli Komitəsi”, “Devid Kin  ənd Assoşieyts” 
şirkəti təmsil edir” [19].  
 Birinci şirkət, adından da məlum olduğu kimi ermənilərin öz 
şirkətidir və həm diaspor, həm də lobbiçilik fəaliyyətini özündə 
cəmləşdirir.  İkinci  şirkətlə  isə  Ermənistan  hələ  sovetlər  dönə-
mindən müqavilə bağlamışdır.  
 Ayrı-ayrı ölkələr və böyük kompaniyalarla yanaşı, şəhərlər də 
ABŞ-dakı lobbiçi şirkətlərlə müqavilə bağlaya bilərlər.  
 Lobbiçilik sistemində medianın xüsusi yeri var. Media təkcə 
ölkə  ictimai  rəyinə,  beynəlxalq  rəyə  deyil,  BMT  kimi  böyük 
təşkilatların fəaliyyətinə də təsir göstərir.  
 ABŞ qanunvericiliyinə görə media rəsmən xarici dövlətlərin 
mənafeyini  müdafiə  edə  bilməz.  Eyni  zamanda  qanun,  ABŞ 
informasiya vasitələrində hər hansı bir dövlətin mənafeyini təmsil 
etmək  üçün  lobbiçi  firmalarla  müqavilə  bağlamağı  da  qadağan 
etmir.  “Nyu-York  Tayms”,  “Vaşinqton  Post”,  “Krisçen  Sayens 


 
 
282 
Monitor”  kimi  qəzetlərə,  “Vaşinqton  Tayms”,  “Taym”,  “Nyus 
Uik” kimi jurnallara ölkənin siyasi elitasının etibar etdiyini nəzərə 
aldıqda, media ilə işin əhəmiyyəti daha qabarıq nəzərə çarpır. Bu 
nəşrlərdə çap olunan materiallar hökumət mövqeyini ifadə etməsə 
də ABŞ-ın daxili, xarici siyasətinin formalaşmasına təsir göstərən 
siyasi,  iqtisadi  dairələrin  baxışlarını  əks  etdirir.  Hətta,  ABŞ-ın 
xarici siyasətində baş verəcək dəyişmələrin müəyyən konturlarını 
“Uoll-Strit Cournal”da çap olunan analizlərdən bilmək olur.  
 Azərbaycana  qarşı  erməni  diasporunun  apardığı  iş,  ilk 
növbədə özünü mətbuatda büruzə verir. ABŞ-ın bir sıra nüfuzlu 
KIV-lərində erməni əsilli xeyli jurnalist çalışır. Lakin onu da qeyd 
edək  ki,  Azərbaycan  diasporunun  da  media  ilə  işləməsinə 
maneələr yoxdur.  
 Son  illər  Qərbdə  Azərbaycanın  maraqlarını  müdafiə  edən 
nəşrlərin sayının artması, yeni-yeni internet səhifələrinin yaradıl-
ması perspektivdə durumun daha da yaxşılaşacağı barədə optimist 
ovqat yaradır.  
 Azərbaycan diasporunun mütəşəkkil hala gəlməsində Türkiyə 
təcrübəsinin  öyrənilməsi  də  örnəkdir.  1956-cı  ildə  ABŞ-da 
fəaliyyət  göstərən  Türkiyə  icmalarını  birləşdirən  Amerika  Türk 
Assosiasiyaları Federasiyası yaradıldı. Bu qurumun təşkilat işini 
federasiya fondlarından sabit maaş alan üç daimi əməkdaş aparır. 
1992-ci  ildə  isə  mənzil  qərargahı  Nyu-Yorkda  yerləşən 
“Ümumdünya Türk Konqresi” yaradıldı.  
 “Dünya  Azərbaycanlılarının  Konqresi”  ideyasının  ortaya 
çıxmasına  və  bu  qurumun  yaradılmasına,  “Ümumdünya  Türk 
Konqresi”nin  təsiri  az  deyil.  Lakin  hər  iki  konqresin  qarşılıqlı 
əlaqələrinin  yüksək  səviyyədə  olduğundan  danışmaq  da  hələ 
tezdir. Orası da sirr deyil ki, Azərbaycan və Türkiyə icmalarından 
kəmiyyət etibarilə dəfələrlə kiçik olan erməni icması daha mobil 
görünür.  Erməni  diasporu  iri  dünya  dövlətlərində  beynəlxalq 
ictimaiyyətdə,  Azərbaycanın  əhalisi,  iqtisadiyyatı,  Xəzərin 
karbohidrogen ehtiyatları haqında neqativ rəy yaratmağa can atır. 
Amerika  politoloqu  Corci  Enn  Geyer  yazır  ki,  “Amerikanın 


 
 
283 
Erməni  Assambleyası  –  Xəzər  dənizindəki  zəngin  yataqlarda 
neftçıxarma səylərini ləngitmək üçün konqresdə uğurla lobbiçilik 
edir”  [20].  ABŞ  analitiklərinin  fikrincə  erməni  diasporunun 
fəaliyyəti  bəzi  məqamlarda  Vaşinqtonun  siyasi  maraqları  ilə 
ziddiyyət  təşkil  edir.  Belə  ki,  ABŞ-ın  mənafelərinə  daha  çox 
Qafqazda balanslaşdırılmış siyasət yürütmək uyğun gəldiyi halda
bir  sıra  konqresmenlər  ermənilərin  lobbiçiliyi  ilə  Azərbaycanın 
əleyhinə  qərarlar  qəbul  etməyə  nail  olur  və  nəticədə  ABŞ-ın 
timsalında  bölgədə  Ermənistanın  himayəçisi  təəssüratı  yaranır. 
Xəzərin karbohidrogen ehtiyatlarının Bakı – Tbilisi – Ceyhan boru 
kəməri ilə nəqlinə qarşı çıxan ermənilər “axına qarşı” üzməkdən, 
yəni  ABŞ-ın  dövlət  maraqlarının  əksinə  getməkdən  belə 
çəkinmirlər [21]. Neçə illərdir ki, erməni diasporu, 1915-ci ildə-
Osmanlı zamanında “erməni soyqırımı” törədildiyini iddia edib, 
dünya dövlətlərinin bu uydurma olayı tanımasına çalışır. Məsələ 
bəzən o qədər qəlizləşir ki, yüksək rəsmi məqamlar işə qarışaraq 
öz  dövlət  maraqlarını  müdafiə  etməyə,  erməni  diasporunun 
niyyətlərini cilovlamağa məcbur olurlar. 
  
Yekun mülahizələr 
 Çağdaş  dünyada  mütəşəkkil  diasporlar  yaşadığı  ölkənin 
qanunlarını  öyrənərək  lobbiçilik  işlərini  yaxşı  qurmaqla  siyasi 
proseslərə,  beynəlxalq  rəyə  təsir  göstərmək  imkanındadır.  Iri 
dövlətlərin parlamentlərinə, Cümhurbaşqanlığına seçkilərdə cəm 
şəkildə və fəal iştirak etməklə, ayrı-ayrı aktiv siyasətçilərə maliy-
yə  və  digər  dəstəklər  verməklə  diasporlar  ciddi  uğurlar  qazana 
bilir.  
 ABŞ-da,  eləcə  də  bir  sıra  Qərb  dövlətlərində  Türkiyəyə  ne-
qativ  münasibət  zəminində  erməni  diasporu,  yunan  diasporu  ilə 
əlbir fəaliyyət göstərir. Bunun müqabilində Azərbaycan diasporu, 
güclü  yəhudi  diasporu  ilə  isti  münasibətlərdə  olan  Türkiyə 
diasporuna daha möhkəm bağlanmalıdır.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə