“qafqaz evi “ İdeyasi mühaciRƏT ƏDƏBİyyatinda



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə93/114
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18713
1   ...   89   90   91   92   93   94   95   96   ...   114

 
 
291 
Qafqaz mühacirləri dağıdıcı Rusiya və Ermənistan mühacirlərinin 
təmsil olunmadığı “Dörd heyətin nümayəndələrindən ibarət daimi 
bir  Qafqasya  Konseyi  vücuda  gətirdilər”  [5].  Şimali  Qafqaz, 
Azərbaycan,  Gürcüstan  nümayəndə  heyətləri  arasında  müştərək 
müraciətin  imzalanması  ilə  əsası  qoyulan  mühacirətdəki  bu  ilk 
Qafqaz  birliyi,  sonrakı  mərhələdə  daha  mükəmməl  təşkilatların 
meydana  gəlməsinə  rəvac  verdi.  1927-ci  ildə  Azərbaycan, 
Gürcüstan və Şimali Qafqazı birləşdirən Qafqaz İstiqlal Komitəsi 
meydana  gəldi.  Təşkilat  3+1  prinsipi  əsasında  qurulmuşdu:  üç 
Qafqaz  respublikası  üstəgəl  Polşa  dövləti.  Polşa  bu  Qafqaz 
respublikalarını təmsil edən təşkilatların fəaliyyətini əlaqələndirir, 
onlara maliyyə və başqa yardımlar göstərirdi. Azərbaycanı  QİK-
də M. Ə. Rəsulzadə,  M. Y. Mehdiyev, Gürcüstanı  N. Jordaniya,  
A. Çxenkeli, A. Asatiani, S. Mdivani,  Dağlıları isə  M. Sunşev  və 
İ. Çumşov  təmsil edirdi.  Təşkilatda hərbi bölmə,  mətbuat şöbəsi,  
o cümlədən  N. Mehdiyev,  M. Sunşev  və İ. Salamodadan  ibarət 
əməliyyat  işlərini həyata keçirən üçlük  mövcud  idi [6]. 
  Qafqazlılar 1920-ci  illərdə get-gedə populyarlaşan  “Avropa 
Birliyi”  ideyalarını  örnək  tutaraq  Ermənistanı  da  komitəyə cəlb 
etməyə  çalışır,  ermənilər  isə  rus  mühacirləri    ilə  iş  birliyinə 
üstünlük  verərək    onların  mətbuatından  Azərbaycan  və  Gürcüs-
tana  qarşı torpaq iddialarından  əl çəkmirdilər.  “Azəri türk” dər-
gisi  erməni müəlliflərinin Praqada  çıxan  “Sosialistiçeski  vestnik”  
məcmuəsindən bəzi  parçaları (“Qafqaz problemi”  məqaləsi) dərc 
edərək,  qonşularımızın  Bakı  neftindən  pay  istədiyini,  Qafqaz 
ailəsinin birlik məfkurəsinə get-gedə daha çox  bağlandığı halda, 
onların hələ də xülyalarla yaşadığını  göstərirdi  [7]. 
   14  iyul  1934-cü  ildə QİK-in  təşəbbüsü ilə  Azərbaycan,  
Gürcüstan, Şimali Qafqaz  mühacirləri  Brüsseldə  toplaşaraq Qaf-
qaz  Konfederasiyası Misaqı  (andlaşma)  adlanan  bu sənəddə: 
   “  –  Bir  millətin    tam  inkişafının    ancaq    tam  bir    istiqlal  
şərtilə mümkün ola biləcəyini


 
 
292 
    - Təkmil  Qafqaz  qüvvələrinin  tək və müştərək  bir hüdud  
daxilində  birləşmədən    bu  məqsədə    nail  olmanın    son  dərəcə  
müşkül  olacağını; 
     -  Qafqaz  millətlərinin    xarici  siyasət  və  milli    müha-
cirətlərinin  müştərək bir tərzdə  ifadə edilməsinin  zəruriliyini
     -  Qafqaz  Cümhuriyyətləri    Konfederasiyası    məmləkətin 
siyasi  və    iqtisadi    vəhdətindən    irəli  gələn  siyasi    bir  şəkil  ol-
duğunu“  [8]  ifadə edərək, üç Qafqaz dövlətinin    mühacirləri  
Qafqaz  Konfederasiyasının   aşağıdakı əsaslarını  elan etdilər: 
1.  Qafqaz konfederasiyası xaricdə  tərkibinə aldığı  cümhu-
riyyətlər adına hərəkət edəcək  və müştərək siyasi  gömrük hüdu-
duna malik olacaq. 
2.  Konfederasiyaya  daxil  olan cümhuriyyətlərin  xarici  si-
yasəti  qurumun səlahiyyətli  nümayəndələri tərəfindən idarə edi-
ləcək. 
3. Konfederasiyanın  hüdudları cümhuriyyətlərin ordularından 
təşkil olunan  və vahid komandanlıq  altına alınan  Konfederasiya 
Ordusu  tərəfindən  müdafiə olunacaq. 
4.  Konfederasiya daxili mübahisəli  məsələlər  Yüksək  Kon-
federasiya  Məhkəməsinə veriləcək. 
    Paktı  Azərbaycan adından M. Ə. Rəsulzadə,  Ə. M. Topçu-
başi,  Şimal Qafqaz adından  M. Girey-Sunc,  İbrahim  Çulik, Tau-
sultan    Şakman,  Gürcüstan  adından    N.  Jordaniya,  A.  Çxenkeli  
imzaladı. 
   14  iyul    Paktının    məqsədləri  ilə  bağlı    Qafqaz    İstiqlal  
Komitəsi  yaydığı  bəyannamədə  “yaxında bir konfrans  çağırıla-
cağını  və QİK-in istefasını  qəbul edəcək bu  konfransın müştərək  
bir Qafqaz orqanı   yaradacağını”  [9] bildirirdi. 
    Nəhayət,    1935-ci  il  fevralın  14-də  (23-  nə  qədər  davam 
etmişdi )  nəzərdə tutulan  həmin  konfrans çağırıldı.  Konfrans,  
Qafqaz Konfederasiyası  ideyasının  gerçəkləşməsi  və  öz millət-
lərinin  hürriyyəti uğrunda   son nəfəsinə qədər  mübarizə aparan  
Ə.  M.  Topçubaşi,  N.  Ramişvili    (1934-  cü    ildə   Parisdə    sui  – 
qəsdin  qurbanı oldu )  və  Əhməd  bəy  Solikattinin  xatirəsini yad  


 
 
293 
etdikdən sonra, 8 illik   mübarizənin  yekunun  kimi  Qafqaz Kon-
federasiyası  Şurasının  (QŞK)  yaradıldığını  elan etdi.  On bəndlik  
“Qafqaz məsələsi  və  Rusiya”  adlanan sənəddə   İvan Qroznıdan  
üzü  bəri    Rüsiya-Qafqaz    münasibətlərinə    tezislər  şəklində  
qiymət   verən  fevral   konfransı,   bolşevik   istilası   altında olan 
Qafqazın  gələcək taleyi  ilə  bağlı   Şuranın  qarşısında aşağıdakı  
vəzifələrin  dayandığını   bəyan edirdi. 
   1.  Qafqaz   rus  istila hökumətinin    likvidə    ( ləğv-X.  İ.)  
edilməsi  üçün    Qafqaziya  Cümhuriyyətlərinin      bərqərar  olması    
və    bu  cümhuriyyətlərin    Konfederasiya  halında    birləşməsi  yo-
lunda  Qafqaziya millətlərinin   hazırlanmasına  çalışmaq. 
   2.   Bu  məqsədlə  Sovetlər  Birliyindəki  başqa  əsir  millət-
lərin  təşkilatları ilə  siyasi və  təşkilat  əlaqəsinə  girmək. 
   3.    Müstəqillik  yolunda  Şuranın  öz  qüvvələrinə  güvən-
mək  [10]. 
    QKŞ    Azərbaycan,    Gürcüstan    və    Şimali    Qafqaz    milli  
təşkilatlarının   nümayəndələrindən  ibarət olub,  paritet   əsaslarla  
qurulmuşdu.  O,  nizamnaməyə  uyğun olaraq   mütəmadi  toplaşır,  
Qafqaza aid  bütün  siyasi  məsələlərlə  məşğul  olur   və  rəyasət 
Divanının    tətbiq    edəcəyi      siyasətin    əsas  xətlərini    müəyyən-
ləşdirirdi. Azərbaycanı Şurada Milli  Mərkəzin  (AMM)  sədri  M. 
Ə. Rəsulzadə  təmsil  edirdi. 
     Qafqaz  Konfederasiyası  Şurası  Ermənistan  mühacir  təş-
kilatları üçün  açıq elan olunsa  da, uzun müddət  onlar  Şuraya  
girməkdən  çəkindilər.   Yalnız  1940-ci  ildə,  M. Ə. Rəsulzadənin  
yazdığı kimi  “İkinci Dünya  müharibəsi  ərəfəsində  ...   erməni  
mühacirətinin nümayəndələri  də  sözükeçən misaqa  qoşuldular”  
[11]. 
    Ermənilərin    Qafqaz  Birliyinə    qoşulması,  ilk    növbədə  
yaranmış  beynəlxalq vəziyyətlə  bağlı  idi.  Belə ki,  İkinci  Dünya  
müharibəsinin   başlanması  ilə  SSRİ-nin   gələcək  taleyi   sual  
altına  düşmüşdü  və  ermənilər  Rusiyada  yeni  qaydalar  bərqərar 
olana  qədər  gözləmə    mövqeyi    tutmaq,    qafqazlılara    sığınmaq 
taktikası seçmişdilər. Deyilənlər bir daha onunla  təsdiqlənə   bilər  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə