“qafqaz evi “ İdeyasi mühaciRƏT ƏDƏBİyyatinda



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə95/114
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18713
1   ...   91   92   93   94   95   96   97   98   ...   114

 
 
297 
büruzə  verirdi.  Mühacirət  tarixində  maraq  doğuran  məsələ-
lərdən    biri  də    Qafqaz    Birliyinin    pozulması    istiqamətində  
ermənilərin    bir    sıra    radikal    millətçi    gürcü    mühacirləri    ilə  
apardıqları  işdir. 
    1936-cı il mayın  24-də  “Erməni-gürcü   İttifaqı  ”nın   ya-
ranması  ilə  bağlı  erməni  və  gürcü   millətlərinə   ünvanlanmış  
bir  bəyannamə  yayıldı.  Parisdəki   erməni  kilsəsində  oxunan  
bu  sənədin müəllifləri  gürcü   prinsi  Vaçnadze  və  sabiq   Er-
mənistan  Xarici  İşlər  Naziri  Arşak  Camalyan idi. Bəyannamədə  
deyilirdi: “Əskidən  bəri  müştərək  kültür  və  siyasi  müqəddəratla  
bir-birlərinə  bağlı  olan  erməni  və  gürcülərin  milli  varlıqlarını  
əlbirliyi  ilə  müdafiə  etdiyi  tarixidə  qeyd  edilmişdir...   
   Əski,  nəcib  və  hürriyyətpərvər   Qafqaz  millətləri  bundan  
sonra  əcnəbi  imperialistlərin  ehtiraslarına  qurban  olmayacaq”  
[18].  Əcnəbi    imperialistlər    deyildikdə,    Rusiyanın,    əsasən  də  
“geniş  erməni  və  gürcü  torpaqlarını  ələ  keçirən  Türkiyənin ”  
adı  çəkilirdi. 
   Qafqaz  millətlərinin   birliyi  yolunda  “Erməni-gürcü  itti-
faqı”nı  separatçılıq  kimi  qarşılayan  Qafqaz  mühacirləri, ələl-
xüsus  da Bammat  qrupu bu  ittifaqa  qarşı  sərt çıxışlar  etdi. Ş. 
Amiracibi    erməni-gürcü    ittifaqçılarına    aşağıdakı    sualla    mü-
raciət  edirdi:  “Azərbaycan  və  Şimali  Qafqazın  iştirak  etmədiyi  
bir  ittifaqın yeni  Türkiyədə  şübhələr  oyandırması,  hətta  Tür-
kiyəni  İrqdaş və  dindaşlarını  himayə  niyyəti ilə müdaxiləyə belə  
sövq edə bilər. Belə  ehtimallara  qarşı  erməni-gürcü  bloku  nə 
yapa  bilər? ”  [19]. 
     Fuad  Əmircan  (Daryal)  da “Erməni-gürcü İttifaqı”ın mə-
ramını  açıqlayaraq üç  qayənin  hədəf  tutulduğunu  göstərirdi:  
birincisi,  Azərbaycan  və  Şimali  Qafqazdan  ayrı  bir  erməni-
gürcü  birliyi  yaratmaq;  ikincisi,  Türkiyəni  erməni  və  gürcü  
millətləri üçün  Rusiyadan da  böyük  bir  təhlükə  olaraq  təqdim 
etmək;    üçüncüsü    isə,    “geniş    erməni  -  gürcü    hüdudları  ”  
məsələsini  təzələmək  [20]. 


 
 
298 
    Birliyə  Ş. Karumidzenin  münasibəti  də  maraq  doğurur.  
O, “Erməni-gürcü  Birliyi” nin  Qafqazı  iki  dinə,  Qütbə  par-
çalanmasından,  nəticədə  azlıqda  qalan  xristianlarla  yeddi  mil-
yonluq   müsəlman  əhalisi arasındakı  (əhalinin  siyahıya  alın-
masına  görə  bu dövrədə  Qafqazın 3/2-si  müsəlman  idi )  möv-
cud    mehribançılığa    şimal    soyuqluğunun    girə    biləcəyindən  
ehtiyatlanırdı  [21]. 
    İttifaqı  yaradanlarla  yanaşı,  bammatçılar  onun  ilhamçısı  
hesab    etdikləri    Qafqaz    Konfederasiyası    Şurasını    da  ittiham 
edirdilər.  Bu  ittihamlara  cavab  olaraq  QKŞ  özünün  16  iyun 
toplantısında  (1936-cı  il)  bəyanat  verərək,  yaradıcılarını  belə 
tanımadığı “Erməni-gürcü Birliyi”ni pislədi. Bəyanatda deyilirdi:  
“1.  Nə  QKŞ-nın,  nə  də  ona  daxil  olan  Milli mərkəzlərin  bu 
bəyannamədən  məlumatları  yoxdur.  Onu  yaradanlar  hələ  bizə 
məchuldur.  2.  QKŞ  Qafqaz  millətlərinin  tək  bir  təşkilatda 
birləşməsini  lüzum  bilir  ki,  QKŞ-nın  şəxsində  belə  bir  təşkilat 
mövcuddur. 3. Qafqaz millətlərinin ayrı-ayrı təşkilatlar yaratması 
Qafqaz Birliyini dağıda... düşmənçiliyə səbəb ola bilər. 4. Hüdud 
davaları  Qafqazın  hürriyyətindən  sonra...  arbitraj  yolu  ilə  həll 
olunmalıdır” [22]. 
   Qafqazlıların mühacirətdə yaratdıqları son təşkilat, 1952-ci 
il  dekabrın  11-16-da  Azərbaycan,  Gürcüstan,  Şimali  Qafqaz 
nümayəndələrinin  Münxendə-Ümumqafqaz  Konfransında  təsis 
etdikləri Qafqaz İstiqlal Komitəsi oldu. Konfrans QİK adı altında 
“Ümumqafqaz  Mərkəzi”  yaradaraq  ona  aşağıdakı  vəzifələri 
həvalə  etdi:  a)  Qafqaz  millətlərinin  milli  qurtuluş  mücadiləsini 
xaricdə  təmsil  və  idarə  etmək:  b)  ABŞ  və  batı  dövlətləri  başda 
olmaq  üzrə  bolşevizmə  qarşı  savaşda  məhkum  millətlərin  yar-
dımlarına ümid bağladıqları dövlətlərlə, millətlərarası təşkilatlara 
QİK-in fəaliyyətini uzlaşdırmaq; v) Doğu Avropa, Türküstan və 
başqa millətlərin apardıqları mübarizə ilə iş birliyi yaratmaq” [23]. 
Sonuncu  bənddə  isə  Qafqaz  millətlərinin  ruslara  qarşı  nifrət 
bəsləmədikləri  və  bolşevizmin  çökməsi  ilə  rusların  da  xilas 
olacağı bildirilirdi. 


 
 
299 
   Konfransda  qəbul  edilən  bəyannaməni  Azərbaycan  Milli 
Mərkəzinin sədri M. Ə. Rəsulzadə, Gürcüstan Milli Siyasi Mər-
kəzinin  sədri  N.  Jordaniya  və  Şimali  Qafqaz  Milli  Komitəsinin 
sədri prof. Ə. N. Maqoma imzaladı. 
   Kommunistlər  Sovet  İttifaqının  içinə  qatıb  bütöv  Qafqazı 
Zaqafqaziya  və  Predqafqaziya  kimi  iki  yerə  parçalayanda,  mü-
hacirətdə  Qafqaz  xalqları  vahid  ailədə  (şimallı-cənublu)  təmsil 
olunmuşdur. QKŞ  yarımçıq Zaqfederasiyaya nisbətən bütöv  Qaf-
qazın, gerçək Qafqaz birliyinin nümunəsi idi. 
 
 Qafqaz Birliyi fikri çağdaş “Qafqaz evi” ideyasının əsasında 
dayanır.  8  mart  1996-cı  Tbilisi  deklarasiyası  Azərbaycan-
Gürcüstan strateji  əməkdaşlığı  ilə günümüzdə Qafqaz Birliyinin 
praktiki  gərçəkliyə  çevrilməsi  yolunda  çox    əhəmiyyətli  addım 
oldu. O qədərincə dəyərləndirilməlidir.  
 
BDU-nun xəbərləri, 1998, səh., 56-62 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə