“qafqaz evi “ İdeyasi mühaciRƏT ƏDƏBİyyatinda



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə97/114
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18713
1   ...   93   94   95   96   97   98   99   100   ...   114

 
 
304 
situasiyanın doğurduğu bu məsələyə mühacirlərimizin münasibəti 
necədir?  “Qurtuluş”un  12-ci  (1935-ci  il)  sayında  “Müsavatçı” 
imzasıyla çıxış edən müəllifin məqaləsində deyilir: “Parlamentonu 
dağıdıb  müvəqqəti  diktatorluq  elanı,  əvət,  tətbiq  olunmadı,  nə 
üçün?” [4]. Müəllif M. Ə. Rəsulzadənin bu məsələdəki mövqeyinə 
aydınlıq gətirməyə və onun müvəqqəti diktatura qurulması fikrinin 
məqsədə  müvafiqliyinə  bəraət  qazandırmağa  çalışır.  Məqalə 
müəllifi iddia edir ki, M. H. Hacınskini istefaya məcbur edən məhz 
M. Ə. Rəsulzadə olmuşdu və bunu Rusiya xəttinin qırılması, eyni 
zamanda  parlamentin  müstəqilliyin  müdafiəsinə  üstünlük 
verməyə  yönəldilməsi  cəhdi  kimi  başa  düşmək  olar.  Mətləbdən 
uzaqlaşmamış  onu  da  qeyd  edək  ki,  sözügedən  mövzu 
tarixşünaslığımızın çeşidli yönlərdən açıqlanmasına ehtiyacı olan 
problemlərindəndir  və  ona  aydınlıq  gətirmək  üçün  mühacirət 
irsinin öyrənilməsi diqqətdən kənarda qalmamalıdır. 
  “Qurtuluş” dərgisində bütün çalarları ilə təhlil edilən məsə-
lələrin  biri  də  bolşeviklərin  ruslaşdırma  siyasətidir.  Sözügedən 
sahəni ehtiva edən yazılarda ən  yeni tarixin necə yaradılması və 
yazılması prosesinin aydın mənzərəsi təsvir olunur. Mühacirlərin 
diqqətindən ruslaşdırma dalğası nəticəsində şəhərlərin, kəndlərin 
öz tarixi adları ilə vidalaşması məsələsi də yayınmır. 
  Üçüncü istiqamət – sovetlərin iqtisadi və maliyyə cəhətdən 
böhranlar  girdabında  çapalamasını  əks  etdirən  yazılardı.  Bu 
yazılarda SSRİ-nin iqtisadi və maliyyə siyasəti təhlil olunur, illik 
dövlət büdcəsi barədə statistikanın göstərilməsi və əvvəlki illərlə 
müqayisəsi  üsulu  ilə  gerçək  nəticələrin  təsviri  verilir.  Neft 
istehsalı  ilə  bağlı  “Qurtuluş”un  səhifələrində,  sovet  tarixşünas-
lığındakı statistikaya uyğun gəlməyən rəqəmlər az deyil. 
  Bütün  bunlar bir daha təsdiq  edir ki,  XX  yüzil Azərbaycan 
tarixinin  dəqiq  və  obyektiv  öyrənilməsi  üçün  mühacirət  irsinin 
ətraflı araşdırılmasına ciddi ehtiyac var. 
  Dördüncü istiqamət – beynəlxalq aləmdə gedən proseslərin 
təhlilidir. 1930-cu illər dünyada böyük dövlətlər arasında gərgin-
liyin  artdığı, münasibətlərdə ziddiyyətlərin dərinləşdiyi dövrdür. 


 
 
305 
Almaniyada  nasional-sosialistlər  hakimiyyətə  gəlmiş  və  sovet-
lərin  kommunist  ideyalarının  Avropada  sürətlə  yaymaq  istəyi 
ciddi  əngəllərlə  üzləşmişdi.  Almaniya  ilə  SSRİ  arasında  müna-
sibətlərin  get-gedə  gərginləşdiyi  acıq-aydın  görünür  və  bu  amil 
milli  mühacirlərin  Almaniyada  cəmləşməsini  stimullaşdırırdı. 
Təsadüfü deyil ki, 30-cu illərin ən qatı antisovet mühacir qəzetləri 
və dərgiləri məhz Almaniyada dərc edilirdi. Maraqlı məqamlardan 
biri də odur ki, mühacir mətbuatında Almaniyada gedən proseslər 
əsasən təqdir olunurdu. Hətta nasist rejimə, SSRİ-ni dağıdacaq və 
məhbus  xalqları  azad  edəcək  xilaskar  güc  kimi  bir  baxışın 
olmadığını  iddia  etmək  də  çətindir.  Bu  baxış  müəyyən 
dəyişmələrlə 1943-cü ilə qədər davam etmişdi. 
  30-cu illərdə baş verən maraqlı hadisələrdən biri də SSRİ-nin 
Millətlər  Cəmiyyətinə  daxil  olmasıdır.  Bu  hadisə  mühacirlər 
arasında böyük narazılıq dalğası doğurdu. Rusiya məhkumu mil-
lətlər  adından  Millətlər  Cəmiyyətinə  göndərilən  etiraz  notasında 
oxuyuruq: “Millətlər Cəmiyyətinin 16-cı ictimai rəisi M. Eduard 
Bene  Cənablarına!  Rəis  Cənabları,  1934-cü  il  18  sentyabrda 
Sovetlər  İttifaqının  Millətlər  Cəmiyyətinə  üzvlüyə  qəbul  edil-
məsinə  etiraz  olaraq  Kafkasya,  Türküstan,  Ukrayna  xalqlarının 
təmsilçiləri protesto məktubu göndərir: 
  Məmləkətimizi  işğal  edən  və  əsgəri  işğal  altında  saxlayıb, 
terrorla  idarə  edən,  öz  vətəndaşlarını  kölə  halına  salan  Moskva 
hökumətinə heç bir şərt qoyulmadan Sovetlər İttifaqının Millətlər 
Cəmiyyətinə  qəbulundan  mütəəssir  və  narazıyıq"  [5].  Etiraz 
məktubunda  daha  sonra  SSRİ  -  nin  Millətlər  Cəmiyyətinə 
qəbulundan keçən bir il ərzində ölkə daxilində durumun daha da 
pisləşməsi  göstərilir,  konkret  faktlar,  dəlillər  sadalanırdı.  Bu 
qiymətli  tarixi  sənədi  Azərbaycan  adından  M.  Y.    Mehdiyev, 
Gürcüstan  adından  A.  Çxenkeli,  Şimali  Qafqaz  adından  T. 
Şakman,  Türküstan  adından  M.  Çokay,  Ukrayna  adından  A. 
Şulqin imzalamışlar. 
  Beşinci  istiqamət  -  Qafqaz  birliyi  məsələsidir.  1930-cu 
illərdə Qafqaz mühacirləri iki yerə bölünmüşdülər. Bir tərəfdə M. 


 
 
306 
Ə. Rəsulzadə, N. Jordaniya, T. Şakmanın rəhbərlik etdiyi müha-
cirlər, digər tərəfdə isə Şimali Qafqazın nüfuzlu liderlərindən olan 
H. Bammatın rəhbərlik etdiyi mühacirlər cəmləşmişdilər. 
  H.  Bammatın  ətrafında  Azərbaycandan  M.  Ə.  Rəsulzadəyə 
müxalif olan X. Xasməmmədov, F. Əmircan və b., Gürcüstandan 
isə N. Jordaniyaya müxalif olanlar daha aktiv görünürdülər. Qeyd 
edək  ki,  tərəflər  bir-birlərinə  müxalif  olsalar  da  Qafqaz  Birliyi 
məsələsində  təxminən  üst-üstə  düşən  mövqedən  çıxış  edir, 
Konfederasiya  fikrini  dəstəkləyirdilər.  Qarşılıqlı  ittihamlar  daha 
çox əski fəaliyyətin, keçilən yolların, buraxılan səhvlərin təhlilinə, 
tənqidinə  yönəlmişdi.  Qafqazlılar  bir-birlərini  Konfederasiya 
məsələsinə,  Qafqaz  Birliyi  fikrinə  səmimi  olmamaqda 
suçlayırdılar.  Bu  dövrdə  “Qurtuluş”  H.  Bammatın nəşr  etdirdryi 
“Kavkaz” dərgisinə qarşı cəbhə açmışdı.  Digər tərəfdən,  Qafqaz 
Birliyinə qoşulmayan, bir sıra hallarda isə ona qarşı dayanan er-
məni  mühacirlərinə  sərt  təpki  göstərilirdi.  İkinci  Dünya  mü-
haribəsi başlayana qədər erməni mühacirləri ağ rus mühacirlərinin 
lideri  Kerenskinin  ətrafında  cəmləşmişdilər  və  Qafqaz 
mühacirlərinin yaratdıqları birliklərə qoşulmurdular. 
  Günümüzdə də çox  aktual olan “Qafqaz Birliyi” fikrinin 30-
cu  illərdə  təkmilləşib  mükəmməl  bir  şəklə  düşməsi  prosesi 
“Qurtuluş”un  səhifələrində  aydın  hiss  olunur.  Qarşı  tərəfin 
ittihamlarına  baxmayaraq,  dərginin  bu  yöndəki  xidmətləri 
təqdirəlayiqdir. 
  “Qurtuluş”  təkcə  Qafqaz  mühacirlərinin  deyil,  SSRİ-dən 
olan  bütün  milli  mühacirlərin  birliyinə  çalışır,  bu  istiqamətdə 
“Prometey”lə sıx əməkdaşlıq edirdi.  
  Altıncı  istiqamət  -  Azərbaycan  mövzusudur.  Vətənin  istiq-
laliyyəti məsələsi “Qurtuluş”un baş mövzusu sayılır. Dərginin hər 
sayında  “Azərbaycanda  nələr  olur”  rubrikası  ilə  ölkə  içində  baş 
verən  hadisələrin  xronikası  verilir,  eyni  zamanda  milli  bayram 
günləri  xatırlanırdı.  Mühacirlər  Azərbaycan  -  Almaniya,  Azər-
baycan  -  Polşa  tarixi  əlaqələri  barədə  də  maraqlı  araşdırmalar 
aparmışdır.  Örnək  yazılar  sırasında  Avropa  mütəxəssislərinin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə