“qafqaz evi “ İdeyasi mühaciRƏT ƏDƏBİyyatinda



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə98/114
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18713
1   ...   94   95   96   97   98   99   100   101   ...   114

 
 
307 
Azərbaycan  haqqında  fikir  və  mülahizələri  də  diqqət  çəkir.  Bu 
baxımdan alman professoru Q. Yeşkenin Azərbaycan tarixinə dair 
araşdırmaları  tarixşünaslığımız  üçün  qiymətli  qaynaqlar  sayıla 
bilər.  Onun  1918-20-ci  illər  Azərbaycan  Xalq  Cümhuriyyətinin 
tarixi  barədə  hazırladığı  “28  Mayısdan  27  Nisana  qədər  Milli 
Azərbaycan təqvimi” [6] xüsusi maraq doğurur. 
  “Qurtuluş”un saylarından biri də Ə. M. Topçubaşinin həyat 
və  yaradıcılığına  həsr  olunub.  Azərbaycan  mühacirlərinin 
ağsaqqalı  sayılan  Əli  Mərdan  Bəyin  ölümü  münasibəti  ilə 
hazırlanan  bu  xüsusi  sayda  onun  həyat  və  yaradıcılığı  geniş  və 
ətraflı şəkildə şərh edilir. Ə. M. Topçubaşi tədqiqatçıları üçün bu 
materiallar əvəzsiz mənbəşünaslıq bazasıdır [7]. 
 “Qurtuluş”da  təkcə  Azərbaycan  həqiqətlərinin,  tarixinin 
deyil,  bütövlükdə  milli  mədəniyyətin  təhrif  olunan,  saxtalaşdır-
malara məruz qalan dönəmlərinə, məsələlərinə aydınlıq gətirmək 
niyyəti ilə dərc edilən məqalələr çoxdur. Bütün bunlar Azərbaycan 
sovet  tarixşünaslığı  və  ədəbiyyatşünaslığı  ilə  paralellər, 
müqayisəli  təhlillər  aparmaq  üsulu  ilə  öyrənilməlidir.  Əks 
təqdirdə XX əsr tariximiz və mədəniyyətimizdəki natamamlıqlar 
aradan götürülməyəcək. 
  Mühacirət  irsi  patriotik  irsdir.  Bu  irsin  təlim-tərbiyə  pro-
sesində  effektli  istifadəsinin  fayda  verəcəyi  də  şübhə  doğurmur. 
Azərbaycan  insanında  vətənpərvərlik  duyğusu  yaratmaq  üçün 
mühacirət irsinin bəlkə də analogiyasını tapmaq çətindir. “Qurtu-
luş”u oxunaqlı edən   cəhətlərdən biri də Azərbaycan poeziyasına 
vaxtaşırı yer ayrılmasıdır. Burada Almaz Yıldırımın şerlərinə tez-
tez  təsadüf  olunur.  Heç  şübhəsiz,  Azərbaycan  ədəbiyyatının, 
konkret  olaraq  A.  Yıldırım  irsinin  araşdırıcıları  üçün  dərginin 
saylarında  qiymətli  materiallar  mövcuddur.  Vətənin  ən  patriot 
şairlərindən olan A. Yıldırımın ancaq “Qurtuluş”da dərc olunan, 
geniş oxucu kütləsinə çatmayan şerləri az deyil. 
  “Qurtuluş” dərgisi 1939-cu ildə Hitlerin göstərişi ilə qapandı 
[8]. Ümumiyyətlə, 1938-39-cu illərdə Almaniyada və onun işğal 
etdiyi ölkələrdə mühacirlərin dərc etdirdikləri qəzet və dərgilərə 


 
 
308 
yasaqlar  qoyuldu.  Hətta  mühacirlərin  digər  Avropa  ölkələrinə 
(hələ  işğal  edilməyən)  sıxışdırılması  prosesi  başlandı.  Bu 
hadisələrin  əsasında,  ilk  növbədə,  Stalin-Hitler  paktında 
sözügedən məsələləri ehtiva edən müddəalar dayanırdı.  
  Ən yeni tariximizin öyrənilməsində “Qurtuluş”un xüsusi yeri 
var.  Çox  yaxşı  olardı  ki,  Azərbaycan  mühacirət  mətbuatının  bu 
dəyərli  nümunəsi  toplu  şəklində  dərc  edilib,  araşdırmaçıların  və
 
geniş oxucu auditoriyasının istifadəsinə verilsin. 
 
  Azerbaycan dergisi (Ankara) Say: 339, 2001 
Ədəbiyyat 
 
1.     Patrik von zür Mühlen.Camalihac ile kızılyıldız arasinda. 
Ankara-1984, səh.21 
2.       Məmmədzadə  Mirzə  Bala.  Milli  Azərbaycan  Hərakatı. 
Baki-1992, səh.l95 
3.
 
Patrik von zür Mühlen.Camalihac ile kızılyıldız arasinda. 
Ankara-1984, səh.l03 
4.
 
Yaqublu Nəsiman. Musavat partiyasimn tarixi. Baki-1997, 
səh. 199 
5.
 
Kurtuluş (Berlin). 1935, N -12 
6.
 
Yenə orada, 1935, N -12 
7.
 
Yenə orada, 1936, N -19-21 
8.
 
İbrahimli Xaləddin. Azərbaycan Siyasi Mühacirəti. Bakı -
1996, səh. 120. 
 
 
 
 
 
 
 
 
 


 
 
309 
 
 
 
 
 
 
 
 
 
 
 
İki od arasında 
 
        İkinci  Cahan  müharibəsinin  ən  ziddiyyətli  məsələlərindən 
biri də milli legionlar məsələsidir. Sovet tarixşünaslığında legion-
çulara, bütövlükdə isə hərbi əsirlərə münasibət birmənalı şəkildə 
neqativ  olub.  Nəhəng  tarixi  hadisələrin  burulğanına  düşən  bu 
adamlar «satqın», «vətən xaini», «düşmən» adlandırılıb. 
         Son  illər  milli  legionlar  mövzusunun  çeşidli  yönlərdən 
araşdırılmasına  baxmayaraq,  tarixşünaslıqda  «qaynar  nöqtəyə» 
çevrilən bu problemin hələ də açıq, zəif yerləri qalmaqdadır. Bun-
ların  öyrənilməsi  təkcə    ən  yeni  Azərbaycan  tarixinin  deyil, 
bütövlükdə ikinci Cahan savaşı tarixinin öyrənilməsi baxımından 
diqqəti çəkir. 
        Milli  legionlar  niyə    və  hansı  tarixi  şəraitdə  yaradıldı?  On-
ların  formalaşdırılmasında  faşist  rejiminin  maraqları  nə  idi, 
legionçular özləri nə istəyirdilər? 
        Hələ  müharibənin  ilk  aylarında  Şərq  cəbhəsində  almanlar 
xeyli  əsir  götürmüşdülər.  Almaniyalı  tədqiqatçı  Patrik  von  zür 
Mühlen yazır: «1941-ci ilin 1 Noyabrına qədər əsir düşərgələrində 
iki milyondan artıq sabiq Qırmızı Ordu mənsubları toplanmışdı. 
Hətta  Rozenberq  (Şərq  məntəqələri  naziri)  onların  3,6  milyon 
olduğunu göstərirdi» [1]. Bu əsirlərin xeyli hissəsi götürüləndən 
az  sonra  güllələnmişdi.  Başqa  bir  almaniyalı  tədqiqatçı  Kristian 


 
 
310 
Ştraytın  verdiyi  məlumata  görə,  «güllələnənlərin  sayı  hərbi 
əsirlərin  ümumi  kəmiyyətinin  20%-ni  təşkil  edirdi»  [2].  Əsir 
düşərgələrində cəmləşdirilənlərin kütləvi surətdə işğal altında olan 
Avropa  ölkələrinə  piyada  yürüşlərlə  köçürülmələri  də  vəziyyəti 
xeyli  ağırlaşdırırdı.  Onlar  bəzən  üç-dörd  həftə  piyada  getməyə 
məcbur  edilirdi.  Ac-susuz  piyada  yürüyən  bu  insan  karvanları 
keçən  yollar  meyitlərlə  dolu  olurdu.  Digər  tərəfdən,  əsir 
düşərgələrində  vəziyyətin  həddən  artıq  dözülməzliyi  kütləvi 
epidemiyaların  tüğyan  etməsinə  yol  açırdı.  Təkcə  «Çentstoxav 
kampındakı 30.000 əsirdən, bir tif epidemiyasından sonra, 2000 
nəfəri sağ qalmışdı» [3]. 
 İkinci  Cahan  savaşının  təzadlarından  biri  də  Sovetlər 
Birliyindəki  türklərin  irqçi  faşist  ideologiyasına  görə  «aşağı 
dəyərli  asiyalı»  hesab  edilməsi,  onların  həqarətlə  «monqol» 
adlandırılması  idi.  İrqçilərin  sıralamasında  Sovetlər  Birliyindəki 
türklər slavyanlardan aşağıda göstərilirdi. 
 Hitler 1941-ci ilin noyabrında bir nəfər bolqar qonağına rus-
ların birinci Cahan savaşında öz məmləkətlərinə hakim olduqları 
halda,  indi  tanınmaz  şəklə  düşdüyünü  belə  ifadə  etmişdi: 
«Bolşevik rejimi şeytani bir metodla bu rusları  yox etmiş və ya 
Sibirə  sürmüş,  rus xalqını  irqən  məhv  edib  asiyalaşdırmaq  üçün 
planlı olaraq monqolları Avropa Rusiyasına yerləşdirmişdi» [4]. 
Hələ 1930-cu illərdə isə «Fürer» SSRİ-ni slavyan-tatar gövdəli və 
yəhudi başlı buqələmun adlandırırdı. 
 Bu cür ideologiya ilə başları dumanlanan alman hərbçilərinin 
SSRİ  türklərinə,  əsasən  də  «şişman  gözlü  monqol-tatarlara» 
(özbək,  qazax,  qırğız  və  b.  nəzərdə  tutulurdu)  münasibəti 
ağlasığmaz  dərəcədə  dözülməz  idi.  Əsir  müsəlmanlar  «sünnət» 
məsələsi ilə bağlı da yəhudilərlə qarışıq salınıb güllələnirdilər. İş 
o  yerə  çatmışdı  ki,  «sünnət»  adətinə  görə  müsəlmanların  güllə-
lənməsi Alman Silahlı Qüvvələrinin  Baş Komandanlığı (OKW),  
Mülki  Kəşfiyyat  (SD)  təmsilçilərinin  qatıldığı  bir  toplantıda 
müzakirə  edilmiş  və  SD  təmsilçiləri  kəskin  tənqid  olunmuşlar. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə