24
1828-ci ilin yazında Borçalıdan Mehdi xanın başçılığı ilə 800
Qarapapaq ailəsi Təbriz vilayətinə pənah apardı və Azərbaycan
(Təbriz) valisi Abbas Mirzəyə ildə 12 min tümən vergi, 400 atlı
əsgər vermək şərtiylə Sulduz bölgəsində məskunlaşdılar.
Mühacir axınlarının bir istiqaməti də Türkiyə idi. Türkiyə
tədqiqatçısı Ə. B. Ərculasunun bildirdiyinə görə Güney Qaf-
qazdan Türkiyəyə gələnlər, əsasən Qars əyalətində məskunlaşırdı.
Onların indi Qarsda 92 kəndləri var. Bu kənd adlarının əksəriyyəti
Borçalıdakı kənd adlarının eynidir. M. F. Kırzıoglu mühacir
axınları barədə yazır: “Gürcüstandan 45
min türk Qars elinə gəlib
yerləşdi. Bunlar Ağbaba, Borçalı-Loru və Qarayazıdan gələn
Qarapapaqlar idi” [246 b].
Əsrin sonlarına yaxın yaranan nisbi stabilliyi 1905-07-ci
illərdə Bakıda da güclü əks-səda doğuran Birinci Rus inqilabı
pozdu. Bu inqilabın yatırılması ilə başlanan təqiblər, siyasi
fəaliyyətin maksimum məhdudlaşdırılması, bir sıra qəzetlərin
bağlanması Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məmməd
Əmin Rəsulzadə kimi fikir adamlarını və başqalarını ölkəni tərk
etmək məcburiyyəti qarşısında qoydu.
Bir qayda olaraq inqilabçıların və millətçilərin təqib
edildiyi Stolıpin irticasından yayınıb mühacirətə üz tutduğunu Ə.
Ağaoğlu belə xatırlayırdı: “Şiddətli təqib edilənlər arasında idim.
Iş elə bir dərəcəyə çatmışdı ki, artıq daha özümün deyil, ailəmin
də sakitlik və salamatlığı təhlükə altına düşmüşdü. 1908-ci ildə
Türkiyədə inqilab olmuşdu. Tanıdığım bəzi şəxslər iş başına
gəlmişdilər. Digər tərəfdən Qafqaz canişini vəzifəsinə təyin olu-
nan Vorontsov-Daşkov məni
necə olursa-olsun, həbsə aldırıb sür-
gün etməyə qərar vermişdi. Bunu eşidən kimi mən də dərhal 1908-
ci ilin sonlarına doğru İstanbula qaçdım” [109, 13.04. 1991].
Ümumiyyətlə, 1908-ci ildə Türkiyədə baş verən “Gənc
türklər” inqilabı nəticəsində Sultan Əbdülhəmidin hakimiyyətinə
son qoyulması ilə Rusiyadakı irticadan yayınan türklər İstanbula
axışmağa başladılar. İ. Gaspıralı, Y. Akçura və b. tanınmış türk-