Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 3,24 Mb.
Pdf görüntüsü
səhifə1/148
tarix15.07.2018
ölçüsü3,24 Mb.
#55801
  1   2   3   4   5   6   7   8   9   ...   148


QAFQAZ MÜSƏLMANLARI İDARƏSİ 
 
BAKI İSLAM UNİVERSİTETİ 
 
 
 
 
 
 
İBRAHİM ZÖHRAB OĞLU QULİYEV 
 
FƏLSƏFƏ ÜZRƏ FƏLSƏFƏ DOKTORU 
 
 
 
 
 
HƏDİSİ-ŞƏRİFLƏRDƏ 
 
MÜQƏDDƏS ŞƏHƏRLƏRİN 
 
TARİXİ 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
BAKI 
 

 


Ön sözün mü
əllifi:  
Hacı Sabir Həsənli 
ilahiyyat üzr
ə fəlsəfə doktoru 
Qafqaz Müs
əlmanları İdarəsi sədrinin müavini, 
Bakı İslam Universitetinin rektoru 
 
Elmi redaktoru:  
Fuad İzzət oğlu Nurullayev 
f
əlsəfə üzrə fəlsəfə doktoru 
Qafqaz Müs
əlmanları İdarəsi sədrinin müavini, 
Bakı İslam Universitetinin Dinşünaslıq fakültəsinin dekanı 
 
Elmi m
əsləhətçi: 
Möhsün Zellabdin oğlu Nağısoylu 
AMEA-
nın müxbir üzvü, filologiya elmləri doktoru, professor 
AMEA M. Füzuli 
adına Əlyazmalar İnstitutunun Farsdilli Əlyazmaların Tədqiqi 
Şöbəsinin müdiri 
 
R
əyçilər:  
Şahlar Şahbaz oğlu Şərifov 
ilahiyyat üzr
ə fəlsəfə doktoru, 
AMEA  A.  A.  Bakıxanov  adına  Tarix  İnstitutunun  “Azərbaycanın  orta  əsrlər 
tarixi” 
şöbəsinin böyük elmi işçisi 
 
Dilav
ər Mirzəkişi oğlu Əzimli 
tarix üzr
ə fəlsəfə doktoru, 
AMEA-
nın A. A. Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər 
tarixi” şöbəsinin böyük elmi işçisi 
 
Annotasiya 
Oxuculara t
əqdim edilən bu kitabda müəllifin əsasən uzun illərdən bəri tədqiqat 
apadığı  və  ziyarətində  olduğu  müqəddəs  şəhərlərin tarixi və  onların  fəzilətləri 
haqqında  deyilmiş  hədislərə  üstünlük  verilmişdir.  Bununla  yanaşı,  adı  çəkilən 
şəhərlərin İslam tarixində oynadığı rol, onların salındığı dövrdən bu günə kimi olan 
t
ərəqqi-tənəzzül dövrləri qədim və  müasir qaynaqlar əsasında  araşdırılmışdır. 
H
əmçinin, kitabda müqəddəs şəhərlər müsəlmanlar tərəfindən daim ziyarət olunduğu 
üçün 
İslamda ziyarət mədəniyyəti, ziyarətin səbəbləri və  qaydaları  haqqında  da 
m
əlumatlara yer verilmişdir.  
Az
ərbaycan  xalqının  həmişə  müqəddəs  şəhərlərə  ziyarətə  getmələri,  onların 
müq
əddəs şəhərlərlə və oradakı ziyarətgahlarla əlaqəli bəzi məsələləri bilmələri vacib 
olduğundan kitabda şəri məsələlərə də qısaca aydınlıq gətirilmişdir.  
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub. 
 
 

 


ÖN SÖZ 
Respublikamız  müstəqillik  əldə  etdikdən sonra ilahiyyat elmlərinin 
dirç
əldilməsi,  cəmiyyətin  İslam  mədəniyyətinə  daha  sıx  qovuşması,  onun  yüz  illər 
boyu keçdiyi t
əbii inkişaf yolunun bərpa olunması üçün müstəsna əhəmiyyət daşıyır. 
Ona gör
ə də Azərbaycan xalqının müqəddəs saydığı dini-mədəni irsin müasir tələblər 
s
əviyyəsində  öyrənilməsi və  təbliği  mühim  məsələdir.  Bu  baxımdan  İslamın 
müq
əddəs  şəhərlərini və  insanlarını  tanımaq,  görkəmli  İslam  alimlərinin  həyat və 
yaradıcılığını,  onların  müxtəlif  əsərlərini tədqiq etmək aktual əhəmiyyət kəsb edir. 
İbrahim Zöhrab oğlu Quliyevin “H
ədisi-şəriflərdə müqəddəs şəhərlərin tarixi” adlı 
kitabı məhz bu elmi marağın nəticəsində meydana gəlmişdir. 
İ.  Z.  Quliyev  kitabı  müqəddəs  şəhərlərin tarixinə,  orada  baş  vermiş  ictimai-
siyasi mühit
ə, həmin şəhərlərdəki müqəddəs ziyarətgahlara, o ziyarətgahlarda uyuyan 
şəxslərin həyat və fəaliyətlərinə həsr etmişdir ki, bu da eyni zamanda düzgün elmi 
n
əticə  əldə  etməyə  kömək edən  əsas amillərdən biridir. Kitabda  İslamda ziyarət 
m
ədəniyyəti də geniş araşdırılmışdır.  
İ. Z. Quliyev mövzunun tədqiqinə gərgin əmək sərf etmiş, kitabın yazılmasında 
bir çox m
əşhur və  mötəbər  ədəbiyyatdan istifadə  etmişdir ki, bu da  öz növbəsində 
kitabın  sanbalını  artırır.  Kitabın  məzmunu göstərir ki, müəllif  qarşıya  qoyduğu 
m
əqsədi və vəzifələri tam reallaşdıra bilmiş, ilahiyyat elmi və mədəniyyətimiz üçün 
faydalı, əhəmiyyətli bir iş görmüşdür. 
 
 
Hacı Sabir Həsənili 
Bakı İslam Universtitetinin rektoru  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 


GİRİŞ 
İslamda müqəddəs şəhərlərin, xüsusilə də Kəbə evinin, Peyğəmbərimizin (s) və 
onun  Əhli-beytinin (ə)  qəbirlərinin  ziyarət  ounması  qədimdən indiyənədək dünya 
müs
əlmanlarının  diqqət mərkəzində  olmuş  və  zaman-zaman müsəlman alimlərinin, 
f
əqihlərinin və  dinşünaslarının  diqqətində  incələnmişdir.  Biz  də  bu mövzunun 
mühüm  olduğunu  nəzərə  alaraq onu Qurani-kərim  və  hədisi-şəriflərdən,  Həmçinin, 
t
əfsir və  tarix  kitablarından  istifadə  edərək tədqiq etdik. Tədqiqatımız  nəticəsində 
bel
ə nəticəyə gəldik ki, həqiqətən müqəddəs şəhərlər, xüsusilə Məkkə şəhəri və orada 
yerl
əşən Kəbə evi Allah yanında çox hörmətlidir və insanların da bu hörməti qoruyub 
saxlamaları  vacibdir.  Necə  ki,  ayədə  belə  bəyan edilir:  “Görm
ədinmi ki, Allah 
H
ərəmi (Kəbəni) əmin-amanlıq yeri etdi..”. Bu ayədən belə nəticə alırıq ki, Allah 
oranı  əmin,  ehtiramlı,  ibadətgah və  müqəddəs bir məkan  olaraq  yaratmış  və  biz 
müs
əlmanlara  oranın  qorunmasını  əmanət  qoymuşdur.  İslam  şəriətinə  görə  hər kəs 
onun hörm
ətini inkar etsə, o şəxsin qanı halal və öldürülməsi isə vacibdir. Hər kəs 
onun ovunu tutsa v
ə ya oradakı məqamlardan birinə ehtiramsızlıq göstərsə, ona şəri 
h
ədd (cəza) tətbiq ediləcəkdir və o, fasiq olur. Qədimdən bəri oranın ziyarət olunması 
bütün ümm
ətlərin icra etdikləri  bir  ayin  olmuşdur.  Həmçinin,  mötəbər mənbələr 
əsasında belə nəticəyə gəldik ki, Kəbə ziyarəti və oranın müqəddəs məkan olması ilk 
insan  zamanından  başlayaraq günümüzə  və  bundan sonra Qiyamətədək qorunub 
saxlanacaqdır. Bundan əlavə Həcc ayininin içərisində olan bəzi əməllər əxlaqi yönə 
malik  olmaqla  yanaşı,  insanların  mənəvi tərbiyəsində  və  onların  birgə  yaşayış 
t
ərzində  mühüm rola malikdir. Heç bir sosial üstünlüyü olmayan bir bəndənin 
(İsmailin  anası  Hacərin)  Allah  yanında  olan  hörməti onun Qiyamətədək  insanların 
q
əlbində yaşatmağa səbəb oldu. Adi bir bəndənin təqvası onu Allah yanında əbədi bir 
müq
əddəs varlığa və köhnə alaçığını isə müqəddəs məkana çevirdi. Allah onun köhnə 
çadrını öz evinə bitişdirməklə müqəddəsləşdirdi. Bütün bunların hamısı insanın Allah 
yanında yalnız təqva və imanı sayəsində əziz olmasına dəlildir. 
H
əccin hər bir ayinində ilahi bir sirr vardır. Bu sirlərin açılması bu müqəddəs 
ayinin ön
əmini daha da dərinləşdirir və maraqlı edir. 
Bundan  başqa  ilk  insandan  başlayan  həcc adət-ənənəsi  Peyğmbərimizin (s) 
dövrün
ədək müxtəlif  formalara  düşmüş  və  nəhayət  Peyğəmbər (s) tərəfindən 
Qiyam
ətədək vahid bir formada icra edilməsi gerçəkləşdirilmişdir. Buna işarə edən 
ay
ədə  belə  bəyan edilir:  “O, siz
ə  dindən Nuha tövsiyyə  etdiyini, sənə  vəhy 
etdiyimizi, İbrahimə, Musaya və İsaya tövsiyyə etdiyimizi sizin üçün də qanuni 
etdik”.
1
 
Bu ay
ə  həcc ayinlərinin qədim  olduğunu  və  bu ayinlərin Qiyamətədək 
yaşayacağını  bildirir.  Beləliklə,  Peyğəmbərimizin (s) ehrama girmək,  Ərəfatda 
durmaq,  M
əşərül-haramda gecələmək,  şeytan  daşlamaq,  Səfa və  Mərvə  dağları 
arasında  qaçmaq,  Kəbəni təvaf etmək, Məqami-İbrahimdə  namaz  qılmaq,  qurban 
k
əsmək kimi həcc ayinləri  İbrahim  peyğəmbərin (ə)  əhvalatlarını  anladır,  onun  və 
ail
əsinin davranış qaydalarını bizə örnək göstərir. Necə ki, ayədə belə bəyan edilir: 
“Özünü  tanımayandan  və  ağılı  başında  olmayandan  başqa  kim  İbrahimin 
1
 
Şura, 13   

 
                                                      


Yüklə 3,24 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə