Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə60/199
tarix14.06.2018
ölçüsü5,12 Mb.
#48972
1   ...   56   57   58   59   60   61   62   63   ...   199

[129] 

 

xəzinədarların  və  dininin  gözətçiləri  tə’yin  etdiyin  Peyğəmbər  ailəsinin  ən  pak 



adamlarına  salam  göndər!  Sən  onları  bəndələrə  Öz  höccətin  təyin  edib  onları  Öz 

istəyinə  əsasən  bütün  çirkinliklərdən  təmiz  etdin  və  onları  Səninlə  vasitə  və  Öz 

Cənnətinin yolu qərar verdin... İlahi, Sən hər bir vaxt Öz dinini bir İmam vasitəsi ilə 

qoruyub  saxlamısan,  O  İmamı  qeybi  əlaqə  vasitəsi  ilə  Özünlə  əlaqədə  saxladıqdan, 

onu  Öz  rizayətinə  vasitə  qərar  verdikdən,  ona  itaət  etməyi  vacib  etdikdən,  ona  asi 

olmağı nəhy etdikdən, onun əmr və qadağalarına itaət etməyi əmr etdikdən, hamının 

ona  itaət  etməsini  vacib  bilib  heç  kəsi  onun  itaətindən  çıxmamasını  əmr  etdikdən 

sonra onu bəndələrinə rəhbər və bayraqdar, dünyada hidayət məşəli qərar verdin...” 

İmam  Səccad  (ə)  bu  duada  da,  Peyğəmbər  ailəsindən  olan  İlahi  rəhbər  və 

İmamların  xüsusi  mövqe  və  üstünlüklərindən  söhbət  etmişdir.  Bu  da  şübhəsiz  ki, 

dövrün hakimiyyətinin qeyri-şəri olduğunu bildirir.

510


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 



 

                                                 

510

 http://haqqyolu.com 




[130] 

 

X  FƏSİL 



 

10.1.HİCRİ III (MİLADİ IX ) ƏSRDƏ YAZILMIŞ BƏZİ MƏŞHUR ƏSƏRLƏR 

VƏ ONLARIN MÜƏLLİFLƏRİ 

 

Hicri  üçüncü  əsr  hədis  ədəbiyyatı  tarixində  ən  məhsuldar  dövrlərdənbiri  kimi 



xarakterizə  edilir.  Çünki  bu  dövrdə  hədis  ədəbiyyatı  hicri  II  əsrdə  baş  vermiş  bəzi 

ciddi hadisələr nəticəsində yeni inkişaf mərhələsinə daxil olmuşdur. 

Hicri  II  əsrdə  hədisələrin  tədvin  və  təsnifi  hadisəsi  hicri  III  və  sonrakı  əsrlərdə 

daha  da  mütərəqqi  mərhələyə  yetişmişdi.  Məşhur  hədisşünaslar  və  qabaqcıl  İslam 

alimləri  hicri  III  əsrə  yüksək  qiymət  vermişlər.  Çünki  hicrətin  bu  əsrində  hədis 

elminin  bir  çox  sahələrində  ümumi  bir  inkişaf  dövrü  başlamışdı.  Bu  dövrdə  yeni 

görkəmli  hədis  alimləri  yetişdi.  Xilafətin  müxtəlif  bölgələrində  hədis  elmini  tədris 

edən  ocaqlar  daha  da  genişləndi,  bununla  əlaqədar  olaraq  yeni-yeni  hədis  əsərləri 

meydana gətirildi.  

Hicri  III  əsrdə  hədis  ədəbiyyatı  əvvəlki  əsrdə  yazılan  hədis  kitabları  üzərində 

yüksəlirdi.  Bu  dövrdə  yaşayan  hədisşünaslar  əvvəlki  dövrdə  yaranan  zəngin  irsdən 

bacarıqla  istifadə  edir,  hədisləri  daha  da  dərindən  saf-çürük  edərək  öz  əsərlərinə 

alırdılar.  

Həqiqətən hədis alimləri haqlı olaraq hicri III əsrdə yazılan hədis əsərlərini yeni 

keyfiyyətlərinə  görə  fərqləndirirdilər.  Bu  keyfiyyətlər  içərisində  isə  ən  mühümü  heç 

şübhəsiz  ki,  toplanıb  yazılan  hədisələrin  səhhətinin  daha  da  dərindən  yoxlanıb 

araşdırılmasıdır.  

Bu  dövrdə  hədis  elminin  inkişafında  və  hədisələrin  yazılıb  bir  araya 

toplanmasında dövrün nəhəng hədisşünaslarının böyük rolu olmuşdur. Əbəs deyildir 

ki,  bu  gün  İslam  məzhəbləri  içərisində  ən  böyüyü  olan  əhli-sünnə  məzhəbi  şəri 

məsələlərin  istinbatında,  əqidəvi  məsələlərin  əldə  edilməsinədə  birbaşa  məhz  bu 

dövrdə yazılan kitablara müraciət edirlər. 

Hicri üçüncü əsrdə yazılan hədis ədəbiyyatından bəhs edən zaman şübhəsiz ki, 

bu  dövrdə  yazılan  və  bu  gün  müsəlmanlar  içərisində  əqidəvi  və  şəri  hökmlərin 

mənbəsi  hesab  edilən  “Kütubus-sittə”-dən  (altı  kitabdan)  ilk  olaraq  danışmaq 

lazımdır. Çünki bu əsrdə yaşayıb yaradan digər müəlliflərə nisbətən “Kütubus-sittə” 

müəllifləri  daha  ələm  və  yazdıqları  əsərlər  isə  digər  əsərlərə  nisbətən  daha  səhhətli 

hesab edilməkdədir.  

Kütubus-sittə  deyilən  hədis  əsərlərinin  müəllifləri  kitablarının  səhhətinə  görə 

aşağıdakı kimi sıralanmışdır:  

I.

 

Buxari və “əl-Camiüs-səhih” əsəri 



II.

 

Müslim və “əl-Camiüs-səhih” əsəri 



III.

 

Tirmizi və“Sünən” əsəri 



IV.

 

Əbu Davud və“Sünən” əsəri 



V.

 

Nəsai və“Sünən” əsəri 



VI.

 

İbn Macə və“Sünən” əsəri. 




[131] 

 

Yuxarıda  müəllifləri  ilə  birlikdə  zikr  edilən  altı  kitabın  şöhrəti  öncə  yazılan 



kitablara  nisbətən  daha  məşhurdur.  Buna  görə  də  sonradan  gələn  alimlər  ravilərin 

tanıdılması, qərib (çətin anlaşılan)  kəlmələrin açıqlanması,  hədisələrin şərh edilməsi 

kimi bir qrupəsərlər daha çox bu əsərlər üzərində yazılmışdır.  

Bu  adı  çəkilən  hədis  əsərlərindən  başqa  hicri  üçüncü  əsrdə  yazılan  digər  hədis 

kitabları  da  mövcuddur  ki,  bunlarında  əlbəttə  hədis  ədəbiyyatı  tarixində  böyük 

önəmləri vardır.  

Ümumiyyətlə  hicri  III  əsrdə  yazılan  yuxarıda  adı  keçən  əsərlərdən  başqa 

aşağıdakıları da qeyd etmək lazımdır.  

1)

 

Əhməd bin Hənbəl və “Müsnəd” əsəri 



2)

 

İbn Carud və “əl-Müntəqi fil-əhkam” əsəri 



3)

 

İbn Əbi Şeybə və “Müsənnəf” əsəri 



4)

 

Məhəmməd bin Cərir ət-Təbəri və “Təhzibül-asar” əsəri 



5)

 

Bəqi bin Məxləd əl-Qurtubi və “Müsnədül-kəbir” əsəri 



6)

 

Ubeydullah bin Musa və “Müsnəd” əsəri 



7)

 

İshaq bin Rahuyə və “Müsnəd” əsəri 



8)

 

Əbd bin Həmid və “Müsnəd” əsəri 



9)

 

Əd-Darimi və “Müsnəd” əsəri 



10)

 

İbn Əbi Asim Əhməd bin Amr əş-Şeybani və “Müsnəd” əsəri 



11)

 

İbn Əbi Amr Məhəmməd bin Yəhya əl-Ədəni və “Müsnəd” əsəri 



12)

 

Əli bin Əhməd ibn Şüeyb ən-Nisai və “Müsnəd” əsəri 



13)

 

İbrahim bin İsmayıl ət-Tusi əl-Ənbəri “Müsnəd” əsəri 



14)

 

Musəddin bin Musərhəd və “Müsnəd” əsəri 



15)

 

Əl-Hümeydi və “Müsnəd” əsəri 



16)

 

Əli bin əl-Mədini və “Müsnəd” əsəri 



17)

 

Osman bin Əbi Şeybə və “Müsnəd” əsəri 



18)

 

İbn Səncər və “Müsnəd” əsəri 



19)

 

Həsən bin Süfyan və “Müsnədi-kəbir” əsəri 



20)

 

Yəqub bin Şöbə və “Müsnədi-kəbir” əsəri.



511

 

Əlbəttə bu əsərlərdən başqa bu əsrdə digər hədis əsərləri də yazılmışdır. Amma 



təəssüflər  olsun  ki,  hicri  III  əsrdə  yazılan  əsərlərin  böyük  bir  qismi  dövrümüzədək 

gəlib çıxmamışdır. 

Əvvəldə  qeyd  etdiyimiz  kimi  bu  əsrdə  yazılan  ən  məşhur  əsərlər  kütubus-sittə 

olduğu  üçün  ilk  öncə  onlar  və  onların  müəllifləri  haqqında  məlumat  əldə  edəcəyik. 

Çünki bu əsərlər digərlərinə nisbətən daha səhih və daha şöhrətli hesab olunurlar. 

   


I.Buxari və “Səhih” əsəri 

Hədis  ədəbiyyatı  tarixində  özünəməxsus  yeri  tutan  hədisşünaslardan  biri 

Buxaridir.  Onun  nəsəbi  Məhəmməd  bin  İsmayıl  bin  İbrahim  bin  əl-Müğirə  bin 

Bərdizyə əl-Cufi əl-Buxaridir.

512

Onun künyəsi Əbu Abdullahdır. O, hicri 194-cü ildə 



                                                 

511


M. Ə. əl-Xəvli, Miftahüs-sünnə, səh. 33-34 

512


əl-Əhadisül-qüdsiyyə, c. I, səh. 10 


Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə