Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,12 Mb.
Pdf görüntüsü
səhifə9/199
tarix14.06.2018
ölçüsü5,12 Mb.
#48972
1   ...   5   6   7   8   9   10   11   12   ...   199

[20] 

 

etdiyi  hədsdir.  Bu  cür  hədislərə  ilahi  və  ya  rəbbani  hədislər  də  deyilir”  kimi  tərif 



etmişlər.

73

 



Məşhur  alim  Mövli  əl-Kirmani  “Kitabüs-saum”  adlı  əsərinin  əvvəlində  yazır: 

“Quran ecazkar bir kəlmədir və Cəbrayılın (ə) vasitəsiylə nazil olmuşdur, Qüdsi hədis 

isə  ecazkar  deyildir  və  vasitəsiz  bildirilib.  Buna  görə  də  ilahi,  rəbbani  və  ya  qüdsi 

adlandırılmışdır.” 

Həmçinin  digər  bir  alim  Şeyx    Məhəmməd  Əli  əl-Faruqi  “Kəşfu  istilahatil- 

fünun”  adlı  əsərində  yazır:  “Hədis  həm  nəbəvi  (peyğəmbərə  məxsus),  həm  də  ilahi 

olur  və  qüdsi  hədis  adlanır.  Qüdsi  hədis  Nəbinin  (s)  öz  Rəbbindən  rəvayətetdiyi 

hədisdir. Nəbəvi hədis isə belə deyildir.” 

İbn  əl-Hələbi  “Haşiyətüt-təlvih”  adlı  əsərində  yazır:  “Hədisi-qüdsi  Allahın 

Peyğəmbərə merac gecəsi vəhyi (gecə vəhyi) adlanır.” 

İbn  Həcər  isə  “əl-Fəthül-mübin”  əsərində  qeyd  edir:  “Oxunan  vəhy  (vəhyül-

mətluvv)  olan  Quranla  rəvayət  olunan  vəhy  (vəhyül-mərviyy)  olan  hədisi-qüdsi 

arasında  fərqin  olması  labüddür.  Qüdsi  hədisləri  Nəbi  (s)  öz  Rəbbindən 

rəvayətetmişdir  və  onların sayı  yüzdən artıqdır. Bilki, Allaha aid  edilən kəlmələr bir 

neçə qismdir:  

Birincisi,    Qurandır.  O  ən  şərəfli  və  öz  ecazkarlığı  ilə  əbədi  qalan,  zamanlar 

keçdikdə  onun  ecazkarlığı  əbədiləşir,  dəyişiklik  və  təhriflərdən  qorunur,  təmiz 

olmayanın ona toxunması qadağan olunur, oxunması pak olmayanlar üçün haramdır, 

mənası  ilə  deyilir  və  namazda  ondan  istifadə  olunur.  Onun  adı  Qurandır.  Hər  bir 

hərfində on savab vardır, satışı qadağandır, cümlələri isə ayə və surə adlanır.” 

İkincisi,  bundan  başqa  yerdə  qalan  kitablarda  əvvəldə  göstərilənlərin  heç  biri 

bunlara  məxsus  deyil,  bu  kitablara  təmiz  olmayan  halda  toxunmaq  və  oxumaq  olar, 

namazda  oxumaq  olmaz  hətta  oxunsa  batil  edər,  onların  sözləri  nə  ayə  nə  də  surə 

adlanmaz.” 

Allaha  aid  edilən  kəlmələrin  üçüncüsü,  isə  qüdsi  hədislərdir.  Onun  kəlməsi 

Allahındır  və  ona  isnadla  Nəbi  (s)  rəvayət  edir.  Qurana  məxsus  özəlliklər  ona  aid 

deyil.” 

Məşhur  alimlərdən  biri  olan  Əmir  Həmudiddin  “Fəvaid”  adlı  əsərində  Quranla 

qüdsi hədis arasında altı fərqin olduğunu gəstərir: 

1).Quran möcuzədir, hədisi-qüdsi isə möcuzə deyil. 

2).Namazı Quransız qılmaq olmaz, namazda isə qüdsi hədis oxumaq olmaz. 

3).Quranı inkar edən kafirdir, qüdsi hədisi isə inkar edən kafir olmaz. 

4).Quran Cəbrayılın (ə) vasitəsi ilə nazil olub, qüdsi hədislər isə vasitəsiz xəbər 

verilib. 

5).Quran  ləfzən  Allahdan  göndərilib,  qüdsi  hədisin  ləfzi  isə  Peyğəmbərə(s) 

məxsusdur. 

6).Qurana  pak  olmayanlar  toxuna  bilməz,  onu  oxuya  bilməz,  qüdsi  hədisə  isə 

pak olmayanlar da toxuna bilərlər. 

                                                 

73

 İsmayıl Çakan, Hədis üsulu, səh. 114 




[21] 

 

Təriflərdən  göründüyü  kimi  qüdsi  hədislər  Allah  tərəfindən  heç  bir  vasitə 



olmadan  öz  peyğəmbərinə  və  imamlarına  ilham  və  ya  yuxu  vasitəsiylə  bildirdiyi 

xəbərlərdir.  Əlbətdə  ki,  qüdsi  hədislərə  heç  vaxt  Quran  ayələri  deyilə  bilməz. 

Məlumdur ki, Quranın sözlərinin həm mənası həm də ləfzi Allaha məxsusdur. Hədisi-

qüdsinin isə mənası Allaha məxsus olsa da, ləfzi Peyğəmbər (s) və ya digər Məsuma 

(ə) xasdır.  

Göründüyü  kimi,  Quran  həm  məna  həm  də  ləfzən  olduğu  kimi  rəvayət  edilir. 

Amma hədisi-qüdsinin mənası Allahdan gəlsə də, Peyğəmbərin (s) sözləri ilə rəvayət 

edilir. Həmçinin qüdsi hədis mənasına görə də rəvayət edilə bilər. 

Ümumiyyətlə  Peyğəmbər  (s)  qüdsi  hədisləri  rəvayət  edən  zaman  onun  Allaha 

aid  olduğunu  açıq-aşkar  şəkildə  göstərmişdir.  Şübhəsiz  ki,  qüdsi  hədislər  Qurandan 

fərqlənsələr  də,  onların  mənalarında  qeyb  aləminin  heybəti  duyulmaqdadır.  Əlbəttə 

ki,  Quranla  hədisi-qüdsi  arasında  fərqlər  çoxdur  və  bütün  bu  fərqlikləri  alimlər  tam 

surəti ilə açıb göstərmişlər. 

Qüdsi  hədislər  mənalardan  da  başa  düşüldüyü  kimi  sənədində  də  qeyd  edilən 

rəvayətformulundan fərqlənirlər.  

Qüdsi  hədislər  hədisşünaslar  tərəfindən  ya  ayrı-ayrı  əsərlər  formasında,  yaxud 

da  digər  hədis  kitablarında  ayrıca  bölüm  altında  toplanmışdır.  Həmin  əsərlərdən 

aşağıdakıları qeyd etmək olar: 

1).Məhəmməd  ibn  Hüseyn  ibn  Əli  Hürr  əl-Amilinin  (h/q.1033-1104)  “əl-

Ənvarül-səniyyə fi əhadisil-qüdsiyyə” adlı əsəri. Bu əsər Azərbaycan dilinə tərcümə 

edilib. 

2).Əbdürrauf  əl-Münavinin  (öl.1031/1622)  “əl-İthafatüs-səniyyə  bil-hədisil-

qüdsiyyə” adlı əsəri. 

3). Məhəmməd əl-Mədəninin “əl-İthafatüs-səniyyə fil-hədisil-qüdsiyyə” əsəri. 

4). Əli əl-Qarinin “əl-Əhadisül-qüdsiyyə” əsəri. 

Həmçinin  Buxarinin  “Səhih”  əsərinin  “kitabüt-tovhid”inin  bir  babinda  qüdsi 

hədislər toplanmışdır. Bundan başqa Süyutinin (öl. 911/1505) “əl-Cameus-səğir” adlı 

əsərinin I cildində də qüdsi hədislər toplanmışdır. 

 

 

 



 

 

 

II FƏSİL 

 

HƏDİSLƏRİN YAZILMASI PROBLEMİ 



 

2.1.HƏDİSLƏRİN   YAZILMASI 

 

(Kitabətül-hədis) 

 


[22] 

 

Hədislərin  yazıya  köçürülməsi  bu  elmin  əsasını  təşkil  etməkdədir.  Buna  bəzən 



“Təqyidül-elm”,  “Kitabətül-elm”  də  deyilmişdir.

74

 Hədis  tarixçiləri  bu  mövzuya 



toxunan zaman aşağıdakıbəzi məsələləri izah etməyə çalışmışlar: 

 

A).Cahiliyyə dövründə ərəblərin yazıb oxuması 

Məlumdur  ki,  Məhəmməd  peyğəmbər  (s)  miladi  tarixlə  610-cu  ildə 

peyğəmbərliyə  yetişmişdir.  Həzrət  Peyğəmbər  (s)  bu  məqama  yetişən  zaman 

Ərəbistan  yarımadasında  vəziyyət  insanlıq  baxımından  ürəkaçan  deyildi.  Həmçinin 

besətdən  əvvəlki  dövrlərin  ictimai-siyasi  və  mənəvi  durumu  yaxşı  olmadığı  kimi, 

onların elmi dünyagörüşləri də bir o qədər zəngin deyildi. 

Bildiyimiz  kimi,  sami  xalqlar  qrupuna  mənsub  olan  ərəblərin  əsil  vətəni 

Ərəbistan  yarımadasıdır.  Hər  tərəfdən  su  ilə  əhatə  olunmuş  yarımadaya  ərəblər 

Cəzirətül-ərəb demişlər. 

Bəzi  məlumatlara  görə  “ərəb”  kəlməsi  çöl,  səhra  adamı  deməkdir  və  onlar  iki 

böyük qrupa bölünürlər: 



1)Baidə, itib-batmış ərəblər. Onlara Ad, Səmud və digər tayfalar daxildir. 

2)Ərəbül-baqiyə, mövcud ərəblər. Bunlar da iki böyük qola ayrılırlar: 

a)əl-Ərəbül-aribə.  Bunlar  əsil  ərəblərdir.  Bu  ərəblərin  ulu  babaları  Qəhtan 

olduğuna görə bəzən bunlara Qəhtanilər də deyilmişdir. 



b)əl-Ərəbül-müstəribə.Bunlar  isə  ərəbləşmiş  ərəblərdir.  Əsil  ərəblər  cənubda 

yaşadıqları  halda,  ərəbləşmiş  ərəblər  isə  şimalda  yaşamış  və  ulu  babalarının  adı 

Ədnan  olduğu  üçün  Ədnanilər  adlanmışlar.  Bu  qola  mənsub  ərəblər  sonradan  əsil 

ərəblərə qaynayıb-qarışmış və onların dillərini qəbul etmişlər.

75

 

Ərəblərin    İslamdan  əvvəlki  dövrləri  mənəvi  və  elmi  baxımdan  çox  acınacaqlı 



olduğu  üçün  bu  dövrə  “cahiliyyə-nadanlıq”  dövrü  deyilmişdir.  Çünki  bu  dövrlərdə 

ərəblər tayfa və qəbilələr halında yaşayır, daim bir-birləri ilə müharibələr aparır, yeni 

doğulan  qız  uşaqlarını  diri-diri  basdırır,  zina  edirdilər.  Peyğəmbərin  (s) 

peyğəmbərliyə vəzifələndirilməsindən sonra ərəblərin nəinki mənəviyyatlarında, həm 

də  elmi  dünyagörüşlərində  də  təsəvvürolunmaz  səviyyədə  dönüşlər  oldu.  Belə  ki, 

cahiliyyət  dönəmində  heç  bir  yazı-pozu  bilməyən  ərəblər  artıqİslamın  zühurundan 

sonra Peyğəmbərin (s) elmə təşviqi sayəsində dünya xalqlarının ən mədəni ünsürünə 

çevrildilər. 

Əlbəttə  ki,  ərəblərdə  yazı  çox  qədim  zamanlardamövcud  olmuş,  lakin  onlar 

hafizəyə  çox  üstünlük  verdiklərinə  görə  VIII  əsrədək  onlarda  ədəbi-bədii  nümunələr 

yazıya köçürülməmişdir.

76

 



 

Görkəmli  tarixçilər  əl-Bəlaziri  və  İbn  Nədim  İslamdan  öncə  yazının  ərəblər 

arasında  yayılmadığını  demiş  və  bu  dövrdə  yalniz  on  yeddi  kişinin  yazıb-oxuma 

bildiyini  qeyd  etmişlər.  Mədinədə    isə  belə  insanların  sayının  daha  da  az  olduğu 

bildirilir.Yazıb-oxuma bilən insanların adları aşağıdakılardır: 

                                                 

74

İsmayıl Çakan, Hədis Ədəbiyyatı, səh. 7  



75

M. R. Mahmudov, Klassik ərəb ədəbiyyatı, Bakı, 2001, səh. 12  

76

 həmin mənbə, səh. 14 




Yüklə 5,12 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   199




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə