Qafqaz sorunu



Yüklə 396,2 Kb.
Pdf görüntüsü
səhifə1/16
tarix21.06.2018
ölçüsü396,2 Kb.
#50168
  1   2   3   4   5   6   7   8   9   ...   16




Məhəmməd Əmin Rəsulzadə 

 

 



 

 

 



PANTURANĠZM.  

QAFQAZ SORUNU 

 

 

 

 

 

 

 

Bakı-Təknur-2012 




 

 

Rus dilindən Türk dilinə çevirən      Yadigar Türkel 

                          

 

  fəlsəfə elmləri doktoru 



 

 

 



 

Məhəmməd Əmin Rəsulzadə: PANTURANĠZM.  

QAFQAZ SORUNU. Bakı – «Təknur» – 2012. 68 s. 

 

 

 



ĠSBN: 978-9952-445-02-3 

 

 

 

 

 

 

© Məhəmməd Əmin Rəsulzadə 

 




 

MƏHƏMMƏD ƏMĠN 

RƏSULZADƏ 

 

(31 yanvar 1884 - 6 mart 1955) 

 

Məhəmməd  Əmin  Rəsulzadə 



31  yanvar  1884-cü  ildə  Bakıda 

ruhani  ailəsində  doğulub.  Atası 

Axund  Hacı  Molla  Ələkbər  Rəsul-

zadə, anası Zal qızı Zinyətdir. 

İlk  oxuma,  eləcə  də  ulusal 

eyitimini  ailəsində  alan  Məhəmməd  Əmin  Bakı  Texniki 

okuluna girsə də çağın siyasi olaylarına qatıldığından oxumağı 

buraxıb basına atılmış, 1903-cü ildə Tiflisdə çıxan «Şərqi-Rus» 

qəzetində ilk yazısını yayımlamışdır.  

1903-cü ildən çeşidli sosial-siyasi dərnəklərdə çalışan Mə-

həmməd  Əmin  bəy  qurduğu  gizli  gənclik  qurumu  ilə  çarizmə 

qarşı  çıxmış,  izləndiyindən  1908-ci  ildə  İrana  [Qacarlar 

dövlətinə]  getmişdir.  İranda  Anayasa  axınına  qatılıb,  «İrane-

nov» (Yeni İran) adlı gündəlik qəzet çıxaran Məhəmməd Əmin 

bəy  rus  elçisinin  istəyilə  1911-ci  ildə  İrandan  çıxarılmışdır. 

İstanbula  gələn  Məhəmməd  Əmin  bəy  orada  «Türk 

ocaqları»nın  çalışmalarına  qatılmış,  «Türk  yurdu»  dərgisinə 

yazılar yazmışdır. 

1913-cü  ildə  Romanovların  300  illiyilə  bağlı  bağışlanan-

dan  sonra  Bakıya  dönən  Məhəmməd  Əmin  Rəsulzadə  çeşidli 

kültür,  siyasət  qurumlarında  çalışmış,  1915-1917-ci  illərdə 

«Açıq söz» adlı gündəlik qəzet buraxmışdır.  

Məhəmməd  Əmin  Rəsulzadə  1917-ci  ildə  ««Türk  Fede-



ralist Müsavat Xalq Partiyası»nın başçısı kimi Bakıda toplanan 

Qafqaz  Müsəlmanları  Qurultayında  Rusiyanın  yerli  yö-

nətimlərə  bölünməsinə,  Güney  Qafqaz  Seymində  isə  Müsəl-

man Fraksiyasının başçısıtək Qafqazın Rusiyadan ayrılmasına, 

sonra  da  Azərbaycan  Cümhuriyyətinin  qurulmasına  ça-

lışmışdır.  

1918-ci il mayın 28-də Azərbaycan Cümhuriyyətinin yara-

dıldığı  bildirilmiş,  Azərbaycan  Milli  Şurasının  sədri  Məhəm-

məd Əmin Rəsulzadə qabaqcadan danışıldığı kimi, iyunun 4-də 

Cümhuriyyətin Dış İşləri bakanı Məhəmməd Həsən Hacınskilə 

birlikdə  Batum  Konfransında  Osmanlı  dövlətilə  anlaşaraq  bu 

dövlətdən ordu yardımı istəmişdir. 

Azərbaycan  Cümhuriyyətinin  23  aylıq  dönəmində  ulus 

üçün çox böyük işlər görülmüşdür. 

1920-ci il aprelin 27-də rus-sovet-mason gücləri Bakını tu-

tub  Azərbaycan  Cümhuriyyətini  devirmişlər.  Bundan  sonra 

tutulub  Moskvaya  aparılan  Məhəmməd  Əmin  Rəsulzadə  Fin-

landiyaya  qaçmış,  oradan  İstanbula  gəlmiş  «Azərbaycan 

Cümhuriyyəti.  Keyfiyəti,  təşəkkülü  və  indiki  vəziyəti»  adlı 

kitabını yayımlamışdır. 

1923-cü  ildən  bütün  türklər  üçün  yayımladığı  «Yeni  Qaf-

qaz»dan  (1923-1928)  sonra  «Azəri  türk»  (1928-1929),  «Odlu 

yurd» (1929-1931) dərgilərini çap etdirmişdir. 

Sovet ağalığının Türkiyə Cümhuriyyətinə basqısı üzündən 

1931-ci  ildə  arxadaşları  ilə  birlikdə  İstanbuldan  Avropaya 

gedən  Məhəmməd  Əmin  Rəsulzadə  1932-ci  ildən  Varşavada 

yaşamışdır.  

1939-cu  ildə  alman  faşistləri  Polşanı  tutandan  sonra  Ru-

mıniyanın  baş  kəndi  Buxarestə  keçən  Məhəmməd  Əmin  bəy 

1942-ci 

ildə  Almaniyanın  başçıları  ilə  Azərbaycan 




Cümhuriyyətinin  gələcəyini  danışmağa  çalışmış,  istədiyi  alın-

madığından yenidən Buxarestə dönmüşdür.  

1944-cü ildə Sovet ordusunun Buxarestə yaxınlaşmasından 

sonra  Almaniyaya  gedən  Məhəmməd  Əmin  bəy  1945-ci  il 

aprelin 24-də amerikalıların tutduğu bölgəyə keçmişdir.  

1947-ci  ilin  sentyabrında  Türkiyəyə  gələn  Məhəmməd 

Əmin  Rəsulzadə  ömrünün  sonuna  kimi  Ankarada  yaşamış, 

böyük elmi, siyasi-ideoloji işlər görmüşdür. 

1952-ci ildə Avropaya gedən Məhəmməd Əmin bəy orada 

«Qafqaz Bağımsızlıq Komitəsi»ni qurmuşdur. 

Ayrı-ayrı  çağlarda  Azad  Avropa  Radiosundan  sevgili 

Azərbaycana səslənən Məhəmməd Əmin Rəsulzadə 1955-ci il 

martın 6-da Ankarada ölmüşdür. 

 Məhəmməd  Əmin  Rəsulzadə  «Qaranlıqda  işıqlar»-

«Nagəhan  bəla»,  «Jamaat  idarəsi»,  «Bizə  hankı  idarə  fayda-

lıdır»,  «Azərbaycanın  təşəkkülündə  Müsavat»,  «Azərbaycan 

Cümhuriyyəti»,  «Əsrimizin  Səyavuşu»,  «İstiqlal  məfkurəsi  və 

gənclik»,  «Rusiyada  siyasi  vəziyət»,  «İnqilabçı  sosializmin 

iflası  və  demokratiyanın  gələcəyi»,  «Milliyət  və  bolşevizm», 

«Qafqaz  türkləri»,  «İran  türkləri»,  «Azərbaycanın  kültür 

gələnəkləri»,  «Çağdaş  Azərbaycan  ədəbiyatı»,  «Çağdaş 

Azərbaycan tarixi», «Milli birlik», «Azərbaycan şairi Nizami», 

«Qafqaz türkləri» kimi çox dəyərli əsərlər yazmışdır. 



 

 YADĠGAR TÜRKEL 


Yüklə 396,2 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə