Qafqaz sorunu



Yüklə 396,2 Kb.
Pdf görüntüsü
səhifə7/16
tarix21.06.2018
ölçüsü396,2 Kb.
#50168
1   2   3   4   5   6   7   8   9   10   ...   16

23 

(Kerenskilərə cavab) 

 

Bu  yazı  Kerenskinin  «Dni»  qəzetinin 



60-cı  sayında  çap  etdirdiyi  «Rus  ulusu 

üzərində  diktatura»  yazısına  cavab  kimi 

«Odlu  Yurd»  curnalının  11-ci  sayında 

yayımlanmışdır. 

 

Birinci  Dünya  savaşı  ayrı-ayrı  siyasi  quruluşların  gücünü, 



bərkliyini  yoxlayan  böyük  sınaq  oldu.  Bu  tarixi  sınaqdan 

uğurla  ancaq  quruluşunda  ulus  başlanğıcı  olan,  ya  da  yö-

nətimində ona geniş yer verilən dövlətlər çıxdı.  

Dünya  uluslarının  bu  savaşında  Rusiya,  Avstriya-Maca-

rıstan,  Osmanlı  imperiyalarının  yenilib  dağılması  tarixi  uy-

ğunluq  idi.  Yenənlərin  birliyinin  başında  duran  İngiltərənin 

dövlət sistemində belə, ulus baxımından, savaşa kimi olanlarla 

tutuşduranda böyük dəyişikliklər oldu. 

İndi  ulusları  onların  istəklərinə  tərs  olaraq,  öz  ağalığı 

altında  saxlamağa  çalışan  imperialist  dövlətlərin  istəklərinin 

baş tutmayacağı aydındır. 

Buna  baxmayaraq –  buna  heç  nə edə  bilmirsən  –  bu günə 

kimi yaşayan bir sıra utopistlərin tarixin təkərinə kötük soxmaq 

istəyilə belə bir imperiya düşüncəsindən əl çəkmədiyi görünür. 

Ola  bilər  sözün  kimdən  getdiyini  duyursunuz.  Rus  siyasi 

sığınmaçılarının  yaşamı  ilə  az-çox  ilgilənənlərlə,  başçılarını 

tanıyanlara onların yerini tapmaq çətin deyildir. 

Rusiyanın siyasi sığınmaçılarının başçılarını dinləsək, dün-

ya  tarixinin  gedişinin  Rusiya  ilə  bağlı  olmadığını  düşünmə-

liyik. Rusiya gəlişimində dünya tarixinə bağlı deyildir, onun öz 

gəlişmə yolları vardır. Dünya sosialist, elliklə demokratik axını 

proqramının  özülündə  dursa  da,  özlərini  sosialist  adlandıran 




24 

partiyaların  elçiləri  belə,  ulusların  çağdaş  uluslararası 

özünübəlirləmə  prinsipinin  Rusiyaya  da  uyğulanmasının 

gərəkliyinə kəsinliklə qarşı çıxırlar. 

Bu  baxımdan  keçmiş  Rusiyanın  Keçid  Ağalığının  başçısı 

Kerenskinin  dəstəsi  hamıdan  aşırı  çıxış  edir.  Özü  də  bu  aşı-

rılığın bütün acısı SSRİ-dəki türk respublikalarına, daha çox da 

Azərbaycan Ulusal Axınına yönəlmişdir. 

Biz  keçən  yazıda  Kerenskinin  əməkdaşlarından  Xondkar-

yan  ağanın  araqarışdırıcı  yazısını  araşdırmışdıq,  indi  də 

Kerenskinin yazısını araşdırmalı olduq.  

Kerenski  yazısını  QPU  [Baş  Siyasi  İdarə-KQB]  agentləri-

nin  Qazanda  tatar  komunistləri  içində  ortaya  çıxardığı  «ulu-

salçılıq  uklonu»ndan  başlayıb,  «Sultan  Qaliyevçi»liyə  keçir, 

«pantürkizm»lə  qurtarır.  Görünür  bu  «qorxuncluq»  qarşısında 

ruhu  pozulduğundan,  o,  cəhənnəm  ağrı-acısına  uğramıştək 

anlamsızca sayıqlayır: demə, «sultanqaliyevçilər» rus toprağını 

«keçmiş  Rusiyanın  necə  deyərlər,  əzilən  ulusları  arasında» 

bölmək istəyirlər.  

Necə  deyərlər  əzilən  uluslar!...Rus  monraxiyasında  ulus-

ların  əzilməsi  gerçəyini  də  qımışaraq  («necə  deyərlər,  əzi-

lənlər…»)  yazıb,  qorxu  içində  «Rusiyanın  bölünməsi»ndən 

hayqıran,  özünü  demokrat,  radikal,  sosialist  adlandıran 

Kerenskinin  düşkünlüyünün  dərinliyini  görün.  Özü  də  necə 

bölünmə:  «Qafqaz  gürcülərə,  dağlılara,  azərbaycanlılara, 

Kiçik  Rusiya  ukraynalılara,  Sibir  yakutlara,  buryatlara, 

eləcə də baĢqa yadellilərə, Volqadan o yana Orenburqdan, 

Sibirdən 

baĢlayıb 

Türküstandakı 

Pamirə 

kimi 

pantürkçülərə, baĢqa sözlə Qazan tatarları ilə kamalçıların 

birliyinə verilir». 



25 

Yaxın keçmişdə çox böyük dövlətin başında durmuş, yenə 

də  bunu  arzulayan  adamın  soyadını  coğrafi,  siyasi  anlamsız 

«Pamir  –  Qazan  tatarları  ilə  kamalçılar  birliyi»  kimi 

açıqlamanın  altında  görəndə  kerenskilərin  düşdüyü  siyasi 

cəhənnəm qorxusunun gücünü, dəyərini anlayırsan. 

Ancaq  Kerenskinin  dalğınlığı  təkcə  bununla  bitmir.  Onun 

düşüncəsincə,  bütün  gərəkənlərlə  rus  ulusunun  ulus 

düşüncəsini,  duyğusunu  öldürən  bolşevizm,  tərsinə,  rus  olma-

yan ulusları bu duyğuya şirnikləndirir, indi güclənən «separatçı 

axın» da bu siyasətin doğal sononcudur… 

Kerenskilər  yaşamdan,  yaşanan  çağın  istəklərindən  necə 

də  uzaqlaşıblar!  Elə  bil  heç  nə  olmayıb  –  nə  dünya  savaşı,  nə 

görüntü  imperiyaların  dağılması,  nə  də  rus  çarizminin 

çökməsi!... 

Çarizm  dönəmindəki  rus  geriçiləri  hansısa  bir  ulusal 

axında dış etkənlər, ulusun hansısa çaxnaşmasında «Avropa in-

triqası» gördüyü kimi, Kerenskitək ağalar da eləcə ulusal axın-

ları «separatizm» adlandıraraq, onlara dışın tapşırığı ilə işləyən 

güclərtək baxırlar.  

Kerenskiyə  görə  «Rusiyadakı  bütün  separatçılar bu,  ya 

da baĢqa dıĢ ağalıqla bağlıdırlar».  

Bu  düşüncə  əli  altındakı  uluslar  arasında  sayğınlığının 

azalmasına  dözməyən  bütün  imperialistlərin  baxışı  deyilmi? 

Kerenskinin  dilindəki  «panturanizm»  terminilə  Suvorinin 

«Novoye  vremya»sındakı  [Yeni  çağ]  adıyaman  Menşikovun 

çox işlətdiyi «panislamizm»in nə ayrılığı vardır? 

O,  Momzenin  [Nobel  ödüllü  alman  yazıçısı,  tarixçisi, 

filosofu]  sözlərini  dəyişərək  deyir:  «Rus  ulusunun  nə  başqa 

uyqarlıq  üçün  peyin,  nə  də  özgə  dövlətin  tikilməsi  üçün 



26 

material  olmaq  istəməyəcəyinə  güvənməliyik!».  Bunun 

olmaması üçün də o, göründüyü kimi, rus ulusunu «SSRĠ-nin 

bütün uluslarının alıĢdığı o ulusalçılıq duyğusu ilə yanmağa 

çağırır». 

Biz  Kerenski  kimi  ağalara  biryolluq  bildirməliyik:  nə 

«seperatizm», nə də «Rusiyanın bölünməsi» sözü yoxdur. Bizə 

görə bu sözlər heç yerində də işlədilmir: birincisi, çağdaş uyqar 

insanlığın,  demokratiyanın  ən  uca  çağırışı  –  ulusların 

özünübəlirləməsinə  uyğun  olaraq  ölkəsinin  yadellilərin  tut-

masından 

qurtarılmasına, 

bağımsızlığının 

tanınmasına 

yönəlmiş  ulusal  axınını  «seperatizm»  adlandırmaq  düzgün 

deyildir. Axı, Belçika ulusunun Almaniyanın tutmasından qur-

tulmaq  savaşını  seperatizm  adlandırmaq  kimsənin  ağlına 

gəlmirdi! 

Buna  uyğun  olaraq,  bizcə,  Azərbaycan,  Gürcüstan,  ya  da 

Ukraynanın  rus  tutmasından  qurtulmasına  yönəlmiş  axınlarını 

da  seperatizm  adlandırmaq  olmaz!  Axı,  Kerenski  kimi  ağalar 

çexoslovakların, xorvatların, eləcə də başqa ulusların Avstriya-

Macarıstan  İmperiyasına  qarşı  yönəlmiş  axınlarına  dağıdıcı 

seperatizm  kimi  baxmayıblar.  Onda  nə  üçün  Quzey  Qafqaz, 

Türküstan,  Qazan,  Krım,  eləcə  də  başqa  ulusların  axınlarını 

dağıdıcı seperatçı olay sayırlar?!... 

Bu  uluslar  yurdlarının  bağımsızlığı  üçün  seperatçı  yox, 

gerçək  savaş  edirlər,  Rusiyanı  bölmək  düşüncələri  də  yoxdur, 

tərsinə, biz Rusiyanın çiçəklənməsini, ulusal sınırlarında topraq 

bütünlüyünü qorumasını ürəkdən istəyirik. 

Ancaq  Kerenski  kimi  ağalar  da  bu  gerçəyi  anlamalıdırlar: 

Qafqazın  azərbaycanlılara,  gürcülərə,  dağlılara  keçməsi 

Rusiyanın bölünməsi anlamına gəlmir. Eləcə də nə Ukrayna, nə 



Yüklə 396,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə