Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə5/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   2   3   4   5   6   7   8   9   ...   135

Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 

2008-ci ildə Amerikada başlayaraq bütün dünyanı cənginə alan “İpoteka Böhranı” 
olaraq ortaya çıxan böyük maliyyə böhranı sonrası, bir çox inkişaf etmiş ölkələrin 
qabaqcıl maliyyə qurumlarının iflası  və onun ardınca iri şirkətlərin iflası liberal 
dövlətlərin yenidən Keynes prinsiplərinə sarılmağına gətirib çıxardı. Amerika kimi 
dünyanın ən liberal ölkəsi belə bir çox özəl bank və şirkəti iflasdan qorumaq üçün 
onların səhmlərini alaraq və ya birbaşa maliyyə yardımı verərək ayaqda qalmasına 
çalışdı. Bu çatışmamazlıq daha çox bazar iqtisadiyyatının işləyişindəki effektsizlik-
dən ortaya çıxmaqdadır. Buna görə də dövlətin bazarlara köhnə ənənəvi funksiya-
larını yerinə yetirmək üçün və bunun yanında da bazardakı rəqabət şərtlərini yaxşı-
laşdırmaq məqsədilə iqtisadiyyata müdaxilə etdikləri görülməkdədir. 
Keynes iqtisadi və maliyyə  nəzəriyyənin ortaya çıxması  və geniş bir şəkildə 
qəbul edilməsi, ölkə iqtisadiyyatları içində dövlət maliyyəsinin payının artımını 
təmin edən ən əhəmiyyətli faktor olmuşdur. Bu inkişafdan sonra belə bir nəticəyə 
gəlmək olar ki, dövlətin və dövlət maliyyəsinin funksiyalarını daxili-xarici təhlükə-
sizlik, diplomatiya kimi xidmətlərin mövcudluğu ilə məhdudlaşdıran Klassik iqti-
sadi və maliyyə nəzəriyyə sistemi öz təsirini itirmiş, onun yerinə həm ictimai, həm 
də iqtisadi həyatda aktiv və müdaxiləedici siyasət tətbiq edən bir dövlət maliyyə-
sinin varlığı zəruri olmuşdur. R. Musgrave bu müddətdə dövlət maliyyəsinin yeni 
funksiyalarını  
    
-   Təbii resursların bölüşdürülməsinin təmin edilməsi; 
    
-   İqtisadi sabitliyin təmin edilməsi; 
    
-   Gəlirin yenidən bölüşdürülməsi olaraq sinifləndirmişdir. 
1.4. DÖVLƏT MALİYYƏSİNİN TARİXİ 
Maliyyə hadisələrinin tarixi incələndiyində, ibtidai dövr və orta əsrlərdəki ma-
liyyə hadisələri ilə bugünkü, maliyyə hadisələrinin son dərəcə fərqli olduğu görü-
nür. Bu fərqlilik dövlətin maliyyə quruluşundakı rolu və  vəzifəsindəki dəyişmə-
lərdən meydana gəlmişdir. İbtidai dövr və orta əsr iqtisadiyyatı daha çox kənd tə-
sərrüfatına bağlı və ev təsərrüfatı iqtisadiyyatı tərkibli idi. Yəni istehsal daha çox 
fərdi və ailəvi ehtiyacları qarşılamaq üçün idi. Bu dövrdə bazar iqtisadiyyatı inkişaf 
etməmişdi. Bu dövrlərdəki dövlət xidmətləri  əsas etibarı ilə  cəmiyyətin daxili və 
xarici təhlükəsizliyinin təmin edilməsi ilə məhdudlaşırdı. Bu xidmətlərin qarşılan-
ması üçün dövlət sahib olduğu ərazilərdən əldə etdiyi gəlirlərlə, fərdlərin bir qismi-
nin dövlət xidmətlərində məcburi çalışdırılması kimi metodlardan istifadə edirdi.  
Orta əsrlərin sonlarına doğru insanların hüquq və azadlıqları gündəmə gəlməyə 
başlamışdır.  İngiltərədə 1215-ci ildə Kral Jhona qəbul etdirilən “Magna Carta 
Libertatum” (Böyük Azadlıq Fərmanı) ilə Kralın vergi qoyma səlahiyyəti məhdud-
laşdırılmışdır. Kral millətə  bəxş etdiyi bu fərman ilə ölkədə  hər cür verginin 


Dövlät Maliyyäsi 
 

“Common Council” adı verilən bir məclis tərəfindən qoyula biləcəyini qəbul et-
mişdir. 
Bu dövrdə maliyyə mövzuları ilə bağlı metod və qaydalar xüsusilə dini əsər-
lərdə yer almaqda idi. Dövlət idarəsinin dini qaydalara görə aparılması fikirləri irəli 
sürülmüşdür. Bu səbəblə hökmdarların dini hökmlərə bağlı olmaq şərti ilə  məsu-
liyyət daşımaları qəbul edilmişdir. 
XIV əsrdə İbn Xaldun (1332-1406) bir tarix fəlsəfəçisi, eyni zamanda, sosiolo-
giya elminin mənsubu olaraq, “Müqəddimə” adlı əsərində dövlətin tarix və sosial 
hadisələrə yön verən təsirlərini tədqiq etmiş, siyasi analizlər aparmış  və iqtisadi 
mövzulara da yer ayırmışdır. İbn Xaldun bu çərçivədə ehtiyac və iş bölümü, iqti-
sadi inkişaf, əmək və istehsal, ticarət fəaliyyətləri və dövlət, vergi yükü kimi möv-
zulara da geniş ölçüdə yer ayırmışdır. 
İbn Xaldun dövlətin fərdlərdən artıq vergi almaqla gəlirlərini artırmayacağını, 
ağır vergi yükünün dövlət gəlirlərini düşürəcəyini irəli sürmüşdür. İbn Xaldun ver-
gi yükünün yüksək olmasının xalqın  əmək fəaliyyəti  əzmini qıracağını  və bunun 
nəticəsi olaraq istehsalın geriləməsi ilə birlikdə dövlətin gəlirlərinin də azalacağı 
fikrini müdafiə etmişdir. O, dövlətin ticarət fəaliyyətləri ilə  məşğul olmasına da 
qarşı çıxmışdır. Ona görə dövlətin ticarət fəaliyyətlərinə girməsi iqtisadi quruluşu 
pozur və sərbəst rəqabətin inkişafının qarşısını alır. Filosof dövlətin vəzifəsinin in-
sanlar arasında sülh və  əmin-amanlığı  bərqərar etməkdən ibarət olduğunu bildir-
mişdir. 
“Müqəddimə” adlı əsərində hökmdarın xalqdan artıq vergi alması, xalqın yox-
sullaşmasının və sonda dövlətin yıxılmasının bir səbəbi olaraq göstərilmişdir. 
Hökmdar və ətrafının lüks həyat tərzi və israfa yol verməsi artıq vergi almaq ehti-
yacını, artıq vergi almaq da ədalətsizliyi artırır. İbn Xaldun şəffaf davranmayan və 
vergi yükünü artıran, monopoliya yaradan, xalqın sərvətinə haqsız yerə  əl qoyan 
hökmdardan xalqın dəstəyini qazanacağına yox, əksinə itirəcəyini və xalqın dəstə-
yini itirən hökmdarın da asanlıqla ölkəsini də itirəcəyini qeyd etmişdir.  
1.4.1. MERKANTİLİZM 
Orta əsrlərin axırlarına yaxın bir çox ölkələrdə ticarət inkişaf etmiş, daxili ba-
zarlar genişlənmiş  və beynəlxalq ticarət artmışdır. Ticarətin fərdləri və ölkələri 
zənginləşdirdiyi inancı bir iqtisadi sistem halına gəlmiş və buna Merkantilizm adı 
verilmişdir. XVI-XVIII əsrlər arasında mövcud olan bu nəzəriyyədə məqsəd ölkəni 
zənginləşdirməkdir. 
Merkantilizmdə əsas nəzəriyyə dövlətin zənginliyidir. Merkantilist alimlər döv-
lətlərin zənginliyini sahib olduqları qızıl və gümüş ilə ölçürlər. Onlar xarici ticarə-
tin dövlətlərin zənginləşməsindəki rolu üzərində  əhəmiyyətlə dayanmışlar. Xarici 
ticarəti inkişaf etdirə bilmək üçün milli iqtisadiyyat inkişaf etdirilməlidir. Dövlət, 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə