Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə6/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   2   3   4   5   6   7   8   9   ...   135

Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 

lazım olsa, milli iqtisadi proseslərə müdaxilə etməlidir. Bu dövrdə dövlətə aid xərc-
ləmələr artma meyli göstərmişdir. Dövlət müdaxiləsinin genişlənməsi ilə yeni tip 
bir gəlir qaynağı olaraq qəbul edilən hökmdar imtiyazları və bunlara dayanan gəlir-
lər də gəlir olaraq qəbul edilmişdir. Merkantilist iqtisadçılara görə vergilər, dövlət 
xərcləmələrini qarşılamada  ən  əhəmiyyətli qaynaq deyil. Amma verginin qanunili-
yini müdafiə edən fikirlər də ortaya atılmaqdadır. Vergini dövlətin fərdə təmin etdi-
yi qoruyucu əməliyyatların bir qarşılığı sayan nəzəriyyələr Merkantilist alimlərin 
fikirləri arasında yer almaqdadır. Yenə bu dövrdə dövlət borc miqdarları artmağa 
başlamışdır. Hökmdarlar, xüsusilə müharibə xərcləri üçün tez-tez borc almağa baş-
lamışdır. Merkantilist yazarlar arasında, məhsuldar xərcləmələrin borc ilə qarşılana 
biləcəyini müdafiə edənlərə  də rast gələ bilərik. Ancaq əksəriyyət, borclanmanın 
bir maliyyə vasitəsi olaraq çox təhlükəli olduğunu iddia edir. O dövrdə Dövlət 
Büdcə Sistemi hələ bir qurum olaraq inkişaf etməmişdir. Ancaq büdcə haqqı ilə 
əlaqədar ilk addımlar bu dövrdə atılmışdır. 
Bu dövrdə Jean Bodin “Dövlət Haqqında Altı Kitab” adlı  əsərində maliyyə 
mövzularına geniş yer ayırmış və cəmiyyət üçün maliyyənin insan vücudundakı si-
nir sisteminə  bənzədiyini müdafiə etmişdir. Filosof dövlət gəlirləri üzərində dur-
muş və əhəmiyyətinə görə gəlirləri aşağıdakı kimi sinifləndirmişdir. 
1.   Dövlətin öz ərazisindən əldə etdiyi gəlirlər; 
2.   Müharibələrdən əldə edilən qənimətlər; 
3.   Vətəndaşlardan məcburi olaraq alınan vergilər, bəxşişlər və yardımlar; 
4.   Gömrük vergiləri; 
5.   Digər vergilər. 
Fransız Bodin hökmdarın vergi qoymada istifadə etdiyi üsullar üzərində  də 
durmuş və hamıya tətbiq olunan vergilərin daha dürüst olacağını müdafiə etmişdir. 
Merkantilizm zamanında dövlət xərcləmələrində artım olmuşdur. Dövlət tica-
rəti asanlaşdırmaq məqsədi ilə yollar çəkmiş və xarici ticarəti təşviq etmişdir. Yenə 
bu dövrdə hökmdarın şəxsi əmlakı ilə dövlətin mülkü arasında fərq qoyulmağa ça-
lışılmışdır. Dövlətin təhsil, səhiyyə, məhkəmə kimi xidmətləri gördüyü zaman, 
xalqdan bu xidmətlərin maliyyəsində iştirak etməsini istəmək haqqına sahib olduğu 
müəyyən edilmişdir. Merkantilistlər vergini dövlətin vətəndaşlarına təmin etdiyi 
malının və canının təhlükəsizliyinin qarşılığı olaraq qeyd etmişdirlər. Yenə bu 
dövrdə azadlıqlar bir az daha genişlənmiş və 1688-ci ildə İngiltərədə qəbul edilən 
“Bill Of Rights” (Hüquqlar Qanunu) ilə vergi və oxşar gəlirlərin ancaq parlamentin 
icazəsi ilə yığıla biləcəyi təkrar edilmiş və daha əvvəl, 1215-ci ildə “Magna Carta” 
ilə  qəbul edilmiş olan bir neçə hüquqlar genişləndirilərək, dövlətin gəlir və  xərc-
lərinin miqdarı və həcmi parlamentin səlahiyyətinə verilmişdir. 


Dövlät Maliyyäsi 
 

1.4.2. KAMERALİZM 
İngiltərə  və Fransada merkantilizmin həyata keçirildiyi XVI-XVIII əsrlərdə 
Almaniya və Avstriyada merkantilist nəzəriyyəni müdafiə edən alimlərə Kamera-
list adı verilirdi. Bu dövrdə Almaniyada hələ milli birlik qurulmamışdı. Mərkəzi 
dövlət olmadığına görə kiçik Alman dövlətləri (feodal bəyliklər, ya da krallıqlar) 
öz maliyyə siyasətlərini özləri müəyyən edirdilər.  Ən güclü dövlət olan Prussiya 
tətbiq etdiyi merkantilist siyasətlər sayəsində digər krallıqları hökmranlığı altına 
sala bilmişdir. 
Alman kameralistləri dövlətin zənginləşməsi üçün təkliflərlə çıxış etmiş və bu-
nun üçün ölkədəki kənd təsərrüfatı, mədən sənayesi, meşəçilik və sənaye fəaliyyət-
lərinin dövlət tərəfindən dəstəklənməsini müdafiə etmişdirlər. 
Prussiya Kralı güclü bir ölkə üçün güclü bir orduya sahib olmaq fikri üzərində 
durmuş və istehsalın artmasına əhəmiyyət vermişdir. İstehsalın artması ilə birlikdə 
vergi gəlirlərinin də artacağı gözlənilmişdir. 
Kameralistlər merkantilistlərə  nəzərən daha faydalı dövlətçilik siyasətini dəs-
təkləyirdilər. Almaniyada kameralistlərin çoxu dövlət dairələrində, ya da saraylarda 
çalışan məmurlar idi. Onlar ölkənin bir çox fərqli problemləri ilə bağlı olaraq hazır-
ladıqları planlarda dövlətçiliyi müdafiə etmişdirlər. 
1.4.3. FİZİOKRATLAR 
XVIII əsrin ortalarında Fransada ortaya çıxan bu nəzəriyyə iqtisad elminin tə-
məl əsaslarını Açıqca ortaya qoyan bir inkişaf olaraq qiymətləndirilə bilər. Fiziok-
ratik iqtisadi nəzəriyyə sahibləri liberal kapitalizm nəzəriyyəsinin baniləri sayıl-
maqdadır. Bu nəzəriyyə  məktəbinin qurucusu Fransız elm adamı Dr. Quesneydir 
(1739-1817). Bu nəzəriyyəni müdafiə edənlər, istehsalın real qaynağının torpaq ol-
duğunu və cəmiyyət həyatının təbii nizam qaydalarına görə işlədiyini irəli sürmüş-
lər. Bu səbəbdən də dövlətin bu prosesə müdaxiləsinə qarşı idilər. Sərvətin tək 
qaynağı olaraq kənd təsərrüfatı mallarının istehsalını qəbul edən fiziokratlar, döv-
lətin daxili və xarici təhlükəsizliyi təmin etməsini, ikinci dərəcəli xidmətlərin ye-
rinə yetirilməsini və iqtisadiyyata müdaxilə edilməməsini təklif etmişdirlər. 
Fiziokratlara görə yeganə istehsal fəaliyyəti olaraq kənd təsərrüfatı qəbul edil-
diyindən, tək bir vergi alınmalı və bu gəlirlə dövlət xərcləri qarşılanmalıdır. Belə bir 
verginin həm asan alınacağını, həm də  yığım məsrəflərinin az olacağını proqnoz-
laşdırmışdırlar. Ticarət və sənaye fəaliyyətlərini məhdud fəaliyyətlər olaraq dəyər-
ləndirən fiziokratlar, bu fəaliyyətlərdən alınacaq olan verginin kənd təsərrüfatına 
təsir göstərəcəyi fikrini müdafiə etmişdirlər. Onlara görə vergilərin artırılması gə-
lirləri və sərmayələri azaldır və bu səbəbdən də iqtisadi həyata mənfi təsir göstərir. 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə