Qafqaz universiteti NƏŞRİ baki 2013



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə26/135
tarix17.09.2018
ölçüsü2,64 Mb.
#68746
1   ...   22   23   24   25   26   27   28   29   ...   135

Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov 
 
 
56 
yaşlı insanların üstünlük verdiyi mallarla əlaqəli daha yüksək bir tələblə qarşılaş-
maqdadırlar. Beləliklə, məhsulun tərkibi də dəyişməkdədir. 
Transfer xərclərinin iqtisadiyyat üzərindəki təsiri, gəlirin köçürüldüyü bu 
adamların marginal istehlak maillərinə bağlıdır. Real xərclərin iqtisadiyyat üzərin-
dəki təsirində olduğu kimi, transfer xərclərində də bir vuruq təsiri vardır. Bu təsir 
(c/1-c) şəklində göstərilə bilər. Buna görə transfer xərclərindəki bir artım avtonom 
tələbi, marginal istehlak maili (c) vurulsun reallaşdırılan xərclər qədər artıracaqdır. 
Transfer xərclərinin təsiri real xərclərin təsirinə görə daha kiçikdir. Çünki edi-
lən xərclərin bir qismi xərclərdən yararlananlar tərəfindən ehtiyatda saxlanılmaq-
dadır. Beləliklə, transfer xərclərindən yararlananların marginal istehlak maillərinə 
görə bu təsir azalıb-çoxalmaqdadır. 
Nəticə olaraq dövlətin reallaşdırdığı transfer xərclərin nə  qədər istehsal amili 
tələb edilməyərək mal və xidmətlərin dövlət və özəl sektor arasındakı bölgüsü üzə-
rində bir təsiri yoxdursa da, gəlir bölgüsünə təsir etməkdə, buna bağlı olaraq tələb 
şəkli, məhsul tərkibi, özəl sektordakı resurs bölgüsü dəyişməkdədir.  Əgər edilən 
xərclərdən az gəlirlilər faydalanırsa, həm marginal istehlaka bağlı olaraq məcmu 
tələb daha çox artacaq, həm də gəlir bölgüsündəki ədalətsizlik azalacaqdır. Əks və-
ziyyətdə, yəni xərclərdən yüksək gəlirlilər faydalandığında, marginal ehtiyatda sax-
lama nisbətinə bağlı olaraq məcmu tələb daha aşağı olacaq, gəlir bölgüsündəki 
ədalətsizlik artacaqdır. Dövlət borclanmasından  əmələ  gələn və dövlət xərclərin-
dəki payı çoxalan faiz ödəmələri, dövlətə borc verən zəngin sərmayə sahiblərinin 
gəlirini artıraraq ikinci vəziyyətə oxşar bir təsir göstərməkdədir. 
4.4. DÖVLƏT GƏLİRLƏRİ VƏ İQTİSADİ TƏSİRLƏRİ 
Dövlət sektorunun məsuliyyətindən əmələ gələn xərclərin reallaşdırıla bilməsi 
üçün bu xərcləri qarşılayacaq gəlirlərə ehtiyac vardır. Bu gəlirlər başda vergilər ol-
maqla, xərclər, dövlət resursları  gəlirləri, borclanmalar, emissiyalar, xidmət satış-
ları  və s. şəklindədir. Dövlət qurumlarının ehtiyaclarından əmələ  gələn və qanuni 
sərhədlər içində qalmaq şərtilə müraciət etdikləri bu şəkildəki gəlirlərə dövlət gəlir-
ləri deyilir. 
Dövlət gəlirlərinin də dövlət xərclərində olduğu kimi, iqtisadiyyat üzərində 
müxtəlif təsirləri var. Bunlar: gəlir bölgüsü və resursların istifadəsindəki səmərəli-
lik kimi mikro təsirlər ola biləcəyi kimi, istehsal tutumu, məşğulluq nisbəti, qiy-
mətlərin ümumi səviyyəsi, iqtisadi böyümə üzərindəki təsirlər kimi makro təsirləri 
də ola bilər
23

Dövlət gəlirlərinin mikro və makro ölçüdə  əmələ  gətirdiyi bu təsirlər aşağıda 
ələ alınacaqdır. Bu prosesdə dövlət gəlirləri, gəlirlərin əldə edilməsində dövlət tərə-
                                                 
23
  Coşkun C. Aktan, Ekonomik Anayasa, İstanbul, .TİSK Yayını, 1996, s. 24. 


Dövlät Maliyyäsi 
 
57 
findən ödəyici olanlara bir inzibati güc tətbiqi edilib-edilmədiyi və ya ödəyici ola-
nın sərbəst iradəsinin olub-olmadığı xüsusiyyətlərinə görə “vergi və oxşar gəlirlər” 
ilə “vergi xarici gəlirlər”  şəklində  təsnif olunacaqdır
24
. Buna görə vergi, rüsum, 
xərc,  şərəfiyyə, fiskal gəlirlər kimi dövlətin ödəyicinin istəyinə bağlı olmayaraq 
məcburi olaraq əldə etdiyi gəlirlər vergi və oxşar gəlirlər başlığı altında ələ alına-
caqdır. Digər tərəfdən, təşəbbüs gəlirləri, emissiya, daxili və xarici borclanma kimi 
dövlətin ölkə vətəndaşları üzərində inzibati güc tətbiq etməkdən əldə etdiyi gəlirlər 
də “vergixarici gəlirlər” başlığı altında nəzərə alınacaqdır. 
4.4.1. VERGİ VƏ OXŞAR GƏLİRLƏRİN TƏSİRLƏRİ 
Vergi və oxşar dövlət gəlirlərinin ödəyicilər tərəfindən ödənməsi məcburidir və 
bundan qaçmaq mümkün deyil. Vergi oxşarı  gəlirlərdə ödəyicilər uyğun qurum-
ların göstərdikləri xidmətləri və bu xidmətlərin maliyyələşdirilməsini qarşılamağı 
rədd edə bilməz.
25
 Bundan başqa, ödəyicilərin ödədikləri vəsaitləri ilə əldə etdikləri 
qarşılıqlar arasında bir eynilik mövcud deyildir. Qısası, bu cür dövlət gəlirlərini 
qarşılamaq ödəyicilər üçün məcburidir. 
Ödəyicilərin verdiyi bu ödəmələr onların iqtisadi gücünü azaldır. Bu hal vergi 
ödəyicilərinin vergi ödəmələrinə qarşı bir hiss duymasına səbəb olur. Buna maliyyə 
ədəbiyyatlarında “vergi öhdəliyi (tax burden) deyilir. Vergi ödəyicilərinin bu yük-
dən qurtulmaq üçün ödədikləri və ya ödəyəcəkləri vergini qismən və ya tamamilə 
başqalarına köçürməsinə də “verginin əks olunması” (tax incidence) deyilir. Bütün 
ödəyicilər vergi öhdəliyinin az olmasını istədiyinə görə bunu mümkün olduğu qə-
dər əks etdirmək və vergi öhdəliyindən azad olmaq istəyəcəklər. 
Müəyyən bir gəlir səviyyəsində vergilərdəki artımlar ödəyicilərin gəlirlərinin 
azaltdığı üçün onların daha az istehlak etməsinə səbəb olarkən, vergilərdəki azal-
malar isə onların daha çox xərclərinə səbəb olmaqdadır. Hər iki halda da məcmu 
tələb zərfi dəyişir. 
Vergi nisbətlərindəki dəyişmənin real ÜDM üzərindəki təsiri, vergilərin gəlir-
dən asılı olub-olmamağına görə dəyişməkdədir. Sadələşmiş vergilər kimi gəlirdən 
asılı olmayan vergilərin təsiri (-c/1-c) şəklində olacaqdır. Dövlət xərclərində təsiri 
(1/1-c) olduğu halda bu cür vergi ödəyicilərinin istifadə edilə bilən gəlirlərini azalt-
dığından mənfi qiymətlidir. Məcmu tələbdəki azalma, verginin bir qismi ehtiyatda 
saxlanılan pullardan ödəndiyi üçün ödəyicilərin marginal istehlal maili nisbətində 
olacaqdır. Ehtiyatda saxlanılan pulların istifadəsi məcmu tələbdə olan enişi azal-
dacağından, bu cür vergiləndirmələr gəlirə bağlı vergilərdən daha təsirlidir. 
                                                 
24
  Richard Hemming, “Kamu Harcamaları, İstikrar ve Yapısal Uyum” s. 16. 
25
  John B. Taylor, “How Should Monetary Policy Respond to Shocks While Maintaining Long-
Run Price Stability? Conceptual Issues” Achieving Price Stability, Missouri, Federal Reserve 
Bank of Kansas City Symposium Series,1996, p. 190. 


Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə