Dövlät Maliyyäsi
237
Bilindiyi kimi vergi, tarixi sürəcdə bütün topluluqların və dövlətlərin məcburi
maliyyə qaynağı anlamında ən cox baş vurduqları və toplayarkən də bir o qədər
problemlə qarşı - qarşıya qaldıqları ən əsas dövlət gəlir qaynağıdır. Günümüzün
müasir ölkələri gəliri oxşar şəkildə izah edərək, vergini də eyni və ya bənzər sis-
temlərlə ödəmə yoluna getməkdədirlər. Beləliklə, ölkələrin vergi sistemləri bu an-
lamda bir-birinə çox yaxındır.
Bəzi inkişaf etmiş ölkələrdə iqtisadiyyatın müxtəlif gəlirlərdən alınan vergilər-
dən asılı olması nisbi xarakter daşıyır və keçicidir.
1975-ci ilə qədər İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) üzvü olan
ölkələrin çoxunda gəlir vergisinin və sosial sığorta fondlarına üzvlük haqlarının
istehlak vergilərinə nisbətən artması tendensiyası ilə müşahidə olundu.
Əksər ölkələrdə istehlak vergilərinin payı aksiz vergilərinin payına bərabərdir.
80-ci illərdə ısə istehlak vergilərinin payı artmış, aksiz vergilərinin payı mütəmadi
azalmışdır.
Sonrakı illərdə bütün ölkələrdə gəlir vergilərinin və sosial sığorta fondlarına
üzvlük haqlarının artması müşahidə olunmaqdadır.
8.12. İNKİŞAF ETMİŞ ÖLKƏLƏRİN VERGİ
SİSTEMİNİN ÜMUMİ PRİNSİPLƏRİ
Vergi ödəyənlər “sakinlər” və “qeyri-sakinlər” adı ilə iki yerə təsnif olunur.
Sakinlər, ölkədə 6 aydan artıq yaşayan fiziki şəxslərdir, onlar bütün gəlirlərindən
vergi ödəməlidirlər, qlobal masştabda vergi məsuliyyəti daşıyırlar.
Qeyri-sakinlər məhdud vergi məsuliyyəti daşıyır və yalnız həmin ölkədəkı gəlir
mənbələrindən vergi ödəməlidirlər.
Vergi təyin edilməsi üçün vergi ödəyənin məcmu gəliri əsas götürülür (əmək
haqqı, natura ilə ödəmələr).
Gəlir vergisi təyin edərkən məcmu gəlir, vergiyə cəlb edilən gəlirlə uyğun gəl-
mir. Vergiyə cəlb edilən gəlirlərin məbləği güzəştlərə görə azalır (vergi tutulmayan
minimum gəlir, peşə xərcləri, ailə və uşaqlara görə əlavə güzəştlər, sosial sığorta
fondlarına ödəmələr balansına). Belə güzəştlər daha çox Fransa, Almaniya və
Yaponiyadadır. İtaliyada məcmu gəlir vergiyə cəlb edilən gəlirə bərabədir, yəni, bu
ölkədə güzəştlər yoxdur.
Məcmu gəlirdən vergi güzəştləri inkişaf etmiş ölkələrdə vergitutmanın bir nö-
vüdür. Vergi güzəştləri olmayan İtaliyada bunun əvəzində başqa güzəşt nəzərdə
tutulur: ailədəki uşaqların sayının artmasını, himayədə olanları və s. halları nəzərdə
tutan güzəştlər.
Uşaqlara dövlət tərəfindən verilən birbaşa ödəmələrdən güzəştli vergi tutulur.
Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov
238
İşləyən ər-arvad, vergini birlikdə-ailənin məcmu gəlirindən, ya da ayrı-ayrı-
lıqda ödəyə bilərlər.
İnkişaf etmiş ölkələrdə vergi sisteminin təkmilləşdirilməsi obyektiv amillərlə-
istehsalat münasibətlərinin formalaşdırılması prosesinə dövlət müdaxiləsinin zəru-
riliyi və vergi təyin edilməsinin sosial-iqtisadi sərhədləri ilə bağlıdır. Vergi siste-
minin formalaşdırılmasında vergi gəlirlərinə olan tələbat və onları yığmaq imkan-
ları arasındakı ziddiyyət əsas rol oynayır. İnkişaf etmiş ölkələrdə, bir tərəfdən döv-
lət xərclərini necə azaltmaq, bununla da vergi gəlirlərinə olan tələbatı saxlamaq, o
biri tərəfdən isə, vergi sisteminin səmərəliliyini artırmaq yolları öyrənilir.
İnkişaf etmiş ölkələr ümumi vergi problemləri ilə qarşılaşırlar:
− Müasir vergi sistemləri həm vergi ödəyənlər üçün, həm də vergi orqanları üçün
mürəkkəbdir;
− Şəxsi vergitutmalar çox vaxt ədalətli olmur – bəzən eyni gəlirlərdən müxtəlif
məbləğdə vergi tutulur;
− Yüksək vergilər iqtisadi qərarlara təsir edir, ona görə də vergi ödəyənlər gizli
istehsala üstünlük verirlər;
İnvestisiyaların qoyulmasında iqtisadi səbəblər deyil, vergi səbəbləri rol oy-
nayır. Məntiqə görə, dövlətin inkişafı üçün verginin artırılması gərəkdir, amma
bəzi ölkələrdə verginin müvəqqəti olaraq dayandırılması və ya aşağı salınması hal-
ları müşahidə olunur. Lakin, ümumiyyətlə, vergilər, gələcək inkişaf üçün istehsa-
lata adekvativ olan maliyyə mənbəyidir.
Hazırda ölkəmizdə beynəlxalq standartlara uyğun, sivil vergi sistemi qurulsa da
dünya ölkələrinin bu sahədəki təcrübələrinin təhlili və öyrənilməsi, mövcud ver-gi
sistemlərinin müqayisəsi respublikamızda aparılan islahatları daha dəqiq qiymət-
ləndirməyə əsas verir. İnkişaf etmiş dövlətlərin bir çoxu vergitutma sahəsində uzun
tarixi yol keçmiş və hər biri özünəməxsus, səmərəli vergi sistemi formalaşdırmış-
dır. ABŞ, Kanada, Yaponiya, eləcə də bir sıra digər ölkələrdə üç səviyyədə: federal
(dövlət), regional və yerli büdcələr təsdiq edilir
101
və bu sistemə uyğun olaraq ver-
gilər müəyyənləşdirilir. Güclü iqtisadi bazaya malik olan ABŞ, həm də sivil bazar
münasibətlərinə uyğun çevik vergi sisteminə malikdir. İnkişaf etmiş Avropa ölkələ-
rinin vergi sistemi də ABŞ-da olduğu kimi çoxşaxəli və müxtəlifdir.
102
101
Vito TANZI & Howell H. ZEE; “A Point Of View: Coordination Of EU Tax Systems and Results
Of Economic And Monetary Union, s.4
102
İqtisadiyyat və həyat No 5-6, 2004, A.İ.Həsənova
Dövlät Maliyyäsi
239
8.12.1. ABŞ`IN VERGİ SİSTEMİ
Büdcə-vergi tənzimlənməsi hökumət tərəfindən iqtisadiyyatın böhranlı vaxtla-
rında, yaxud iqtisadiyyatın inkişaf tempinin aşağı düşməsinin qarşısını almaq üçün
tətbiq olunur.
ABŞ`ın maliyyə sistemi dövlət hakimiyyətinin üçpilləli sistemini əks etdirir.
Buna müvafiq olaraq, ölkədə üç səviyyədə maliyyə strukturları fəaliyyət göstərir:
− Federal büdcə;
− Ştatların büdcəsi;
− Yerli hakimiyyət orqanlarının büdcəsi.
Növbəti maliyyə ili üçün (1 oktyabrdan başlanır) federal büdcənin layihəsi
bütün federal nazirlik və idarələrin iştirakı ilə adminstrativ-büdcə idarəsi tərəfin-
dən hazırlanır və təqvim ilinin başlanğıcında Prezident tərəfindən, baxılmaq və
yeni maliyyə ilinə qədər təsdiq olunmaq üçün konqresə təqdim edilir. İqtisadi tən-
zimləmələr üçün federal büdcənin həm xərclər üçün nəzərdə tutulmuş hissəsindən,
həm də gəlir hissəsindən istifadə edilə bilər. Xərclər hissəsi 20 büdcə kateqoriya-
sına (milli müdafiə, beynəlxalq fəaliyyət, kənd təsərrüfatı, nəqliyyat, energetikanın
inkişafı, səhiyyə, sosial sığorta və s.) ayrılır.
Federal xərclər ümumdövlət xərclərinin 60 faizini təşkil edir. Dövlət xərcləri-
nin 40 faizi ştatlar və yerli hakimiyyət orqanları vasitəsi ilə xərclənir.
ABŞ`ın iqtisadi siyasətinin tərkib hissəsi olan yeni vergi məcəlləsi 1986-cı ildə
qəbul olunmuşdur.
Yeni vergi qanununun məqsədi federal vergitutma sistemini sadələşdirmək,
ədalətli vergilər müəyyənləşdirmək və bunun vasitəsilə ölkədə iqtisadi yüksəliş
tempini sürətləndirməkdir.
Yeni qanun fərdi gəlir vergisinin yalnız iki stavkasını nəzərdə tutur: 15 və 28
faiz, korporasiyalardan tutulan gəlir vergisi də 34 faizə endirilmişdir. Bir çox vergi
güzəştləri ləğv edilmişdir.
ABŞ gəlir vergisi ödəyiciləri bəyannaməyə əsasən dörd ayrıayrı kateqoriyaya
ayrılmaqdadır. Bəyan ödəyicinin yaşa, mədəni hala və şəxsi xüsusiyyətlərə görə
də-yişdiyi (Ayırma İlkesi) ölkədə vergiyə cəlb olunan gəlir müəyyən edilərkən,
ilkin olaraq hansı gəlirlərin vergiyə cəlb ediləcəyinin müəyyən edilməsi vacibdir.
Vergi ödəyiciləri vergiyə cəlb edilən gəlirlərini bəyan edərkən əvvəldən qanunveri-
ciliklə müəyyən edilmiş məcmu gəlirlərindən güzəştlər məbləğini endirməkdədir-
lər. Bu məbləğ, müəyyənləşdirilmiş məcmu gəlirin müəyyən bir miqdarı aşması
durumunda aşa bilməyərək azaldılmaqda və sıfırlanmaqdadır. Güzəşt məbləği,
ödəyicinin subay olması durumunda özü üçün; evli və ortaq bəyanda özü və yol-
daşı üçün ayrı-ayrı hesab edilməkdədir.
103
103
www.irs.gov. Publication 501, Exemptions, Standard Deduction and Filing Information
Dostları ilə paylaş: |