Qafqaz Universiteti Nəşri



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə14/75
tarix29.09.2017
ölçüsü5,04 Kb.
#2316
1   ...   10   11   12   13   14   15   16   17   ...   75

Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
32 
Başqa bir nümunə: 
–   Rəhim,  gəl,  səninlə  masa  arxasında  əyləşib  söhbət  edək.  Rəhim,  mənim  ağıllı 
balam,  sən  məktəbdən  gələndən  sonra  neçə  vaxtdır  ki,  dərslərinlə  məşğul  ol‐
mursan.  Dərslərinlə  ciddi  məşğul  olmasan,  biliyinin  səviyyəsi  azalacaq,  sinif 
yoldaşlarından  geridə  qalacaqsan,  dərslərinin  zəifləməsi  məni  narahat  edər, 
çox kədərlənərəm. İnanıram ki, sən bunlardan bir nəticə çıxaracaqsan. 
Rəhim  valideyni  ilə  etdiyi  bu  söhbətdən  sonra  diqqətini  bir  yerə  cəmləyib 
dərslərini nizama salmağa başladı.  
Xarakter  tiplərinin  başqa  təsnifatları  da  var.  Məsələn,  insanın  həyata, 
cəmiyyətə,  mənəvi  dəyərlərə  münasibəti  əsasında  qurulmuş  xarakter 
tipologiyası  çox  məşhurdur.  Onun  müəllifi  bu  tipologiyanı  xarakterin  so‐
sial tipologiyası adlandıran E. From, adamları bir şəxsiyyət kimi dörd tipə 
ayırır: mazoxist, sadist, konformist, tənha. 
E.  Fromun  fikrincə,  mazoxist  tipə  malik  olan  adam  uğursuzluqlarla 
qarşılaşan adamdır. Bu uğursuzluqda o yalnız özünü günahkar sayır.  
Sadist tip öz uğursuzluqlarının səbəbini özündə deyil, başqa adamlar‐
da, cəmiyyətdə görür. O, adamlar və dünyanı düşmən kimi qavrayır, on‐
ları  məhv  etməyə  cəhd  göstərir.  Daima  hakimiyyətə,  hökmranlığa,  əzmə‐
yə, dağıtmağa cəhd göstərir.  
Konformist  tip ümumi  kütləyə  qarışır, başqaları necədirsə,  onlar kimi 
olmağa,  onlardan  fərqlənməməyə  cəhd  edir.  O,  həmişə  mövcud  şəraitə 
uyğunlaşır.  
Tənha  tip  həmişə  mübarizədən,  cəmiyyətdən  uzaqlaşır,  situasiyadan 
kənar olmağa, ondan qaçmağa çalışır.  
K. Junq tərəfindən irəli sürülmüş ekstravert və introvert tipli xarakter‐
lərin  təsnifatı  geniş  yayılmışdır.  Ekstravertlərə  coşğunluq,  təşəbbüskarlıq, 
uyuşqanlıq, ünsiyyətcillik xasdır. İntrovertlər üçün öz daxili aləmində baş 
verən  hadisələrdə  şəxsi  maraqlarını  güdmək,  ünsiyyətsiz,  qapalı,  özünü‐
təhlilə  meyil,  uyğunlaşmada  çətinlik  çəkmək  xarakterikdir.  Həmçinin  xa‐
rakteri konform və sərbəst, hakim və itaətkar, normativ və anarxist tiplərə 
də ayırmaq olar. 
25 
Bütün  bunlarla  yanaşı,  insan  xarakteri  onun  dünyagörüşü  və  əqidəsi 
ilə sıx bağlıdır. İnsanın münasibətlər sistemini təşkil edən dünyagörüşü və 
əqidəsi  istər‐istəməz  onun  xarakter  əlamətlərinin  formalaşmasına  zəmin 
yaradır.  Adətən  xarakter  formalaşdıqdan  sonra  bu  və  ya  digər  davranış 
tərzini həyata keçirməyə təhrik edir. 
                                                 
25
  S. Seyidov, M. Həmzəyəv, “Psixologiya” (səh. 402) 


II Fəsil. Xarakter və xasiyyət 
 
 
33 
Hər şey səndə gizlidir: 
Yer səni çəkə bildiyi qədər ağırsan 
Qanadlarının çırpındığı qədərsə yüngül… 
Ürəyinin döyündüyü qədər canlısan 
Gözlərinin uzağı gördüyü qədərsə cavan… 
Sevdiklərin qədər yaxşısan 
Nifrət etdiklərin qədərsə pis… 
Gözün‐qaşın nə rəng olursa‐olsun 
Qarşındakının gördüyüdür rəngin… 
Yaşadıqlarını qazanc hesab etmə: 
Yaşadığın qədər yaxınsan sonuna və nə qədər yaşayırsan‐yaşa, 
Sevdiyin qədərdir ömrün… 
Gülə bildiyin qədər xoşbəxtsən 
Kədərlənmə, bil ki, ağladığın qədər də güləcəksən 
Heç vaxt hər şeyin bitdiyini sanma, sevdiyin qədər seviləcəksən. 
Günəşin doğuşundadır təbiətin sənə verdiyi dəyər 
Və qarşındakına dəyər verdiyin qədər insansan 
Bir gün yalan deyəcəksənsə 
Qoy qarşındakı sənə güvəndiyi qədər inansın… 
Ay işığındadır sevgiliyə duyulan həsrət  
Və sevgilinə həsrət qaldığın qədər yaxınsan ona 
Unutma, yağışın yağdığı qədər yaşsan 
Günəşin səni isitdiyi qədər isti. 
Özünü yalnız hiss etdiyin qədər yalnızsan 
Və güclü hiss etdiyin qədər güclü. 
Özünü gözəl hiss etdiyin qədər gözəlsən… bax, budur həyat! 
Bax, budur yaşamaq, bunu xatırladığın qədər yaşayarsan. 
Yox, bunu unutsan əgər, aldığın nəfəs qədər üşüyərsən, 
Və qarşındakını unutduğun qədər tez unudularsan. 
Gül sulandığı qədər gözəldir, 
Quşlar ötə bildiyi qədər sevimli. 
Uşaq ağlaya bildiyi qədər uşaqdır 
Və hər şeyi öyrəndiyin qədər bilərsən, bunu da öyrən, sevdiyin qədər sevilərsən…
26
 
Can Yücəl 
                                                 
26
  http://www.antoloji.com/w/siir/siir.asp?siir_id=5805&adet=0&liste=top100&telem=200&elem=2 


Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 
34 
2.2. XasiyyŠt 
Şəxsiyyətin formalaşmasında xarakterin öyrənilməsi kimi, onun xasiy‐
yətinin  də  öyrənilməsi  böyük  əhəmiyyət  kəsb  edir.  Təlim  prosesi  zamanı 
uşaq və yeniyetmələrin xarakter və xasiyyətlərində cəmləşən psixoloji xü‐
susiyyətlərin  öyrənilməsi  çox  vacibdir.  Yəni  burada  uşağın  özünəməxsus 
təbiəti  (tez  əsəbiləşmək,  sıxılmaq,  sevinmək,  kədərlənmək,  darıxmaq, 
hirsli, sakit olmaq) nəzərdə tutulur.  
Xasiyyət – insanların fərdi xüsusiyyətlərini öyrənmək, onları bir‐birin‐
dən fərqləndirmək, ümumi formada qiymətləndirmək üçün istifadə etdiyi‐
miz ən populyar terminlərdən biridir. Xasiyyət, əsasən, insanların fəaliyyət 
və rəftarında ifadə olunan mürəkkəb psixoloji xüsusiyyətdir.  
İnsanlar bir‐biri ilə hər hansı bir münasibətdə olarkən (ailədə, iş yerin‐
də, qohumları arasında, qonşuluqda, təhsil prosesində, istirahətdə olarkən 
və  i.  a.  )  ilk  növbədə  bir‐birinin  xasiyyətləri  ilə  qarşılaşır  və  ona  müvafiq 
hərəkət  etmək  məcburiyyətində  qalmalı  olurlar.  Bir  həqiqət  də  vardır  ki, 
yalnız  xasiyyətləri  uyğun  adamlar  konfliktsiz,  əmin‐amanlıq  şəraitində, 
uzun müddət bir‐biri ilə işləyib yaşaya bilirlər. Paxıl, xəbərçi, xəsis, qorxaq, 
qəlbitəmiz,  əliaçıq,  mərd  və  bu  kimi  digər  ifadələrlə  biz  insanların  ən 
xarakterik cəhətlərini – yəni xasiyyətini təqdim edirik. İnsanları xasiyyəti‐
nə görə xarakterizə edərkən onların təsadüfi hallarda etdiyi və ya məcbu‐
riyyət  qarşısında  baş  verən  hərəkətlərini  o  şəxsin  xasiyyətinə  aid  etmək 
düzgün  deyil.  Xasiyyət  şəxsiyyətin  müəyyən  yaş  dövründə  formalaşaraq, 
onun daimi dəyişilməz xüsusiyyətinə çevrilir. Bir çox hallarda xasiyyətinin 
pis  cəhətlərini  həmin  şəxs  gizlətməyə  çalışır,  özünü  yüksək  mənəvi  key‐
fiyyətlərə  malik  bir  adam  kimi  təqdim  etmək  istəyir.  Bəzən  o  buna  nail 
olur.
27
  
Yuxarıda  qeyd  etdiyimiz  “İnsan  xasiyyətini  dəyişə  bilər,  yoxsa  yox?” 
sualına cavab axtaraq.  
İnsan  xarakteri  dəyişməzdir,  lakin  aparılan  müşahidə  və  təcrübələrə 
əsasən onu deyə bilərik ki, insan xasiyyəti dəyişə bilər. Belə bir mexanizm 
yalnız  psixoloji  cəhətdən  mənəvi  olaraq  nəfsin  istəklərinə  qarşı  çıxmaq 
deməkdir. Bir zamanlar nəfsi və şəhvani duyğulara düşgün olmuş insanın, 
müəyyən bir vaxt keçdikdən sonra, bu əməllərdən çəkilmiş olduğunu gö‐
rürük.  Bu  cür  kəskin  dəyişmə,  əks  duyğu  ilə  həmin  istəkləri  islah  etmək, 
müqəddəs Qurani‐Kərimin ifadəsi ilə desək, tövbə edib özünü qınamaq və 
Allahı sevməklə mümkün olur.  
                                                 
27
 N. İsmailov, F. İsmailov, “Tibbi psixologiya və psixoterapiya” (səh. 57) 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə