Qafqaz Universiteti Nəşri



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə4/75
tarix29.09.2017
ölçüsü5,04 Kb.
#2316
1   2   3   4   5   6   7   8   9   ...   75

 

 
 
Giriş 
 
 
 
 
 
İnsan dünyaya gəldikdən sonra rəngi rəngdən seçdiyi, atanı, ananı tanı‐
dığı, heyvanları fərqləndirdiyi andan müxtəlif psixoloji problemlərlə qarşı‐
laşır.  Amma  uşaqlıqda  valideynlərimiz  bizləri  inandırmağa  çalışır  ki,  belə 
bir  problem  yoxdur,  hər  şey  qaydasındadır.  Biz  böyüdükdən  sonra  psixi, 
yaxud  psixoloji  xəstəliyimizi  dilə  gətirməkdən  çəkinirik.  Ətrafdakıların 
tənəsindən  qorxuruq.  Çünki  əksəriyyətimizdə  bu  cür  fikir  formalaşıb  ki, 
psixoloqa müraciət edənlər dəlidirlər, onlardan uzaq durmaq lazımdır. 
İnsanların  bu  cür  tənələrdən  çəkinərək  psixoloqlara  müraciət  etməmə‐
ləri onlarda olan problemləri azaltmır, əksinə günü‐gündən daha da dərin‐
ləşdirir  və  sonu  heç  də  ürəkaçan  olmayan  ciddi  fəsadlara  gətirib  çıxara 
bilir. Bu isə biz psixoloqları narahat edir, bizi düşünməyə vadar edir. Allah 
insanı insana yardım etmək, xeyirxah əlini uzatmaq üçün yaradıb. İnsanlar 
psixologiya  elminin  köməkliyi  ilə  bu  cür  bəlalardan  yaxa  qurtarmağa  ça‐
lışırlar.  Biz  psixoloqlar  real  həyatda  baş  verən  çətinlikləri,  problemləri,  bu 
problemlərin necə və nədən qaynaqlandığını araşdırıb qruplaşdıraraq vax‐
tında həll olunması üçün ehtiyacı olanlara planlar qurmağa kömək etməyə 
çalışırıq.  Bütün  bunların  sonunda  bir  də  öz  işimizlə,  təcrübəmizlə  insan‐
larda psixologiyaya qarşı formalaşan yanlış təsəvvürləri aradan qaldıraraq 
onlara yaxından köməklik göstərə bilərik. 
Məhz  bunları  nəzərə  alaraq,  bu  kitabın  yazılmasına  ehtiyac  olduğuna, 
onun insanlara fayda verəcəyinə inanaraq gələcəkdə cəmiyyətimizə sağlam 
şəxsiyyət və övlad bəxş etmək üçün dəyərli bir vəsait kimi istifadə edildiyi 
zaman vaxtın boşa getməyəcəyinə əmin olmaq istərdik. 
 


 



 

 
 
MüqŠddimŠ 
 
 
 
 
 
Hörmətli oxucular!  
Yaşamaq,  araşdırmaq,  öyrənmək  və  gördüklərimizi,  öyrəndiklərimizi 
başqaları ilə paylaşmaq özümüzə baxan yönü ilə insanlığımızın, daha geniş 
mənası  ilə  insan  olmağımızın  gərəyi  və  təbii  nəticəsi,  cəmiyyət  həyatına 
baxan yönü ilə isə vətəndaşlıq borcumuzdur. Əgər bizdən əvvəlki nəsillər 
bu ali məqsədə, ülvi qayəyə laqeyd yanaşsaydılar onda nə bugünkü sosial‐
elmi  nailiyyətlər,  nə  də  inkişaf  etmiş  insan  cəmiyyətləri  olmazdı,  hər  yeni 
doğulan  nəsil  özündən  əvvəlkilərin  keçdiyi  mərhələləri  yenidən  qət  etmə 
zərurəti  ilə  qarşılaşar  və  insanlar  illərin,  əsrlərin  ötüb  keçməsinə  baxma‐
yaraq müəyyən bir sərhəddən sonra bir qarış belə irəli gedə bilməzdilər. Bu 
prinsip  bizi  əhatə  edən  fiziki  aləmlə  əlaqədar  elmlərə  aid  olduğu  kimi, 
daxili‐ruhi  aləmimizlə  əlaqədar  elmlərdə  də  eynidir.  Çünki  insan  kainatın 
kiçildilmiş  bir  nümunəsi  olduğu  kimi  kainat  da  sanki  böyüdülmüş  bir 
insandır.  
İnsanın  daxili,  hissi‐mənəvi  aləminə  müəyyən  məhdud  bir  dairədə 
qiymət verən və bir əsrə yaxın hökm sürən məqsədli məlum idealogiya bir 
çox sahədə olduğu kimi psixologiya sahəsində də düşünən beyinləri müəy‐
yən  bir  çərçivəyə  almış,  bu  çərçivənin  kənarındakı  yeniliklərə  qapılarını 
bağlamışdı.  Odur  ki,  uzun  illər  başqa  ölkələrdə  bu  sahədə  aparılan  tədqi‐
qatlardan,  əldə  olunan  elmi  nailiyyətlərdən  demək  olar  ki,  uzaq  qalmışıq. 
Son illərdə bu qaynaqlardan istifadə etmə ənənəsi başlasa da, hələ bu isti‐
qamətdə görüləcək çox işlər var.  
1991‐ci  ilin  18  oktyabrında  ölkəmiz    öz  tarixi  müstəqilliyinə  qovuşdu. 
Müstəqillik  dövrünün  ilk  illərində  çox  ağır  sınaqlarla  üz‐üzə  qalan  Azər‐
baycan  cəmiyyətində  yeni  psixoloji  problemlər  meydana  gəlməyə  başladı. 
Ölkədə  gedən  uzunmüddətli  müharibə,  keçid  dövrünün  acınacaqlı  prob‐
lemləri,  müstəqillikdən  sonra  Azərbaycanın  dünyaya  inteqrasiyası  və  bu 
inteqrasiya ilə əlaqədar, sərhədlərin dünyaya açılması, dünyada gedən sü‐


Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri 
 
 

rətli  qloballaşmanın  mənfi  təsirləri  cəmiyyətimizdə  yeni  problemlərin  ya‐
ranmasına  gətirib  çıxardı.  İctimai‐siyasi  şəraitin  dəyişməsi  ilə  cəmiyyətdə  
problemlərin  mahiyyəti  dəyişdi.   
Psixoloji  problemlərin  artdığı  bir  dövrdə  psixologiya  elminə  olan  ehti‐
yac daha da artmışdır. Əgər ana dilimizdə bu elm sahəsinin müxtəlif prob‐
lemləri ilə bağlı kitab və jurnallar çap edilməsə, bu təlabat ödənilməyəcək 
və nəticədə yaxın gələcəkdə yeni sosial‐psixoloji çətinliklər meydana gələ‐
cəkdir. 
Bütün  bunları  nəzərə  alaraq,  içimdəki  böyük  narahatlıq  bizdə  milli 
psixologiya elmimizin yeni problemlərinin araşdırılması və yenidən işlənil‐
məsi fikrini meydana gətirdi. Əlinizdəki bu kitab məhz o fikir və düşüncə‐
lərin məhsuludur.  
Bu kitabın yazılmasında ən ümdə məqsədlərdən biri, bəlkə də birincisi, 
maarifləndirmə missiyasını üzərimizə götürərək, valideyn və övlad arasın‐
da  ünsiyyətin  möhkəmləndirilməsi  üçün  düzgün  tərbiyə  üsullarının,  uşaq 
və  yeniyetmələrdə  müşahidə  olunan  davranış  pozuntularının,  onların  ya‐
ranma  səbəblərinin, cəmiyyətdə baş verən sosial‐psixoloji problemlərin və 
onların ailə quruluşuna, ailələrin idarəetmə sisteminə mənfi təsirlərinin üzə 
çıxarılması və
 
Azərbaycan cəmiyyətinə təqdim olunmasıdır. Məhz bu məq‐
sədlə
 
elmi araşdırma aparmaq üçün 2008‐ci ildə İstanbul şəhərinə getdim. 
Bir çox universitetlərin (İstanbul, Fateh, Yeddi Təpə və s.) uşaq və yeniyet‐
mələrlə  bağlı    kafedra  və  laboratoriyalarında  oldum.  Burada  Qərb  ölkələ‐
rinin,  həmçinin  də  Türkiyənin  özünün  bu  sahədə  çalışan  psixoloqlarının 
tədqiqat  işləri
 
və  təcrübələri  ilə    tanış
 
olmaq  imkanı  qazandım.  Geri  dön‐
dükdən
 
sonra  əldə  etdiyim  bilik  və  təcrübələrin  toplanması  və  mövzu  ilə 
bağlı öz
 
fikirlərimin də əlavə edilməsi ilə bu kitab ərsəyə gəldi.
 
Təqdim olunan “Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji mə‐
sələləri”  kitabı  cəmiyyətimizdə  uşaq  və  yeniyetmə  problemlərini  psixoloji 
konteksdə  araşdıran  bir  əsər  səciyyəsi  daşıyır.  Kitabda  işıqlandırılmış  mə‐
sələlər öz aktuallığı ilə müasir dövrümüzdə uşaqların tərbiyyəsində qarşıya 
çıxan  bir  çox  problemlərin  həllində  əsas  istiqamətləndirici  funksiyanı  ye‐
rinə  yetirə  bilər.  Əsərdə  uşaqlıq  və  yeniyetməlik  dövrü  ayrı‐ayrı  mərhələ‐
lərə  bölünmüş,  hər  mərhələ  üçün  xarakterik  olan  problemlər  və  onların 
həlli  yolları  qeyd  edilmişdir.  Bundan  başqa,  Jan  Piajenin  Koqnitiv  inkişaf 
dövrləri haqqında nəzəriyyəsi, uşaqların yuxulara baxışı, formal əməliyyat 
mərhələləri,  uşaqların  əşyalara    aid  edilən  şüurluluq  hissi,  eləcə  də  uşaq  
təlimi, təlim nümunələri, uşaqlıq dövrü davranış problemləri, uşaq və yeni‐
yetmələrdə davranış pozuntuları, diqqət çatışmazlığı və hiperaktiv uşaqlar 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə